Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-395/2023 30.01.2023 QUBA RAYON MƏHKƏMƏSİ Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi maraqlı tərəf Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyetri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə m ü ə y y ə n e t d i: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, ünvan 1 ünvanında yerləşən iki otaqlı mənzilə dair verilmiş, 13 may 1977-ci il tarixli, 7 saylı Orderin ona-Ərizəçi məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edərək onunla əsaslandırmışdır ki, Quba rayonu, Zərdabi qəsəbəsində, keçmiş SSRİ-nin 50 illiyi adına sovxoz-zavod ərazisində, Azərbaycan Bağçılıq və X1-Tədqiqat İnstitutunun yerli komitəsinin 19 aprel 1977-ci il tarixli 10 saylı protokoluna əsasən Bina 9, mənzil 6 ünvanında yaşayış sahəsi 26,3 kv.m. olan iki otaqlı mənzil verilmişdir. Bu barədə 13 may 1977-ci il tarixli, 7 saylı Order təqdim edilmişdir. Həmin orderdə adı Əlibaba əvəzinə Əlibala yazılmışdır. Şəxsiyyət vəsiqəsində adı Əlibabadır. Hazırda 13 may 1977-ci il tarixli, 7 saylı Order əsasında ona verilmiş mənzili özəlləşdirərək, daşınmaz əmlakın Dövlət reyestrindən mülkiyyət hüququna dair çıxarış almaq istəyir, amma mənzilin orderində onun adında səhv olduğundan çıxarış ala bilmir. Buna görə də 13 may 1977-ci il tarixli, 7 saylı Order ona məxsus olması faktı müəyyən olunmalıdır. Orderdəki səhv qeydin düzəliş etdirilməsi üçün müraciət etsə də, ərizə təmin edilməmiş, məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Beləliklə göstərilən səbəbdəki qeydə başqa yolla düzəliş etdirmək mümkün deyildir. Həmin fakt yalnız məhkəmə qaydasında müəyyən edilməlidir. Ərizənin təmin olunmasını xahiş edir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, maraqlı şəxs qismində Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyetri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdırıb işdəki sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslıdır və əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Azərbaycan Bağçılıq və Subtropik Bitkilər üzrə X2 tərəfindən təsdiq olunmuş 13 may 1977-ci il tarixli, 7 №li Orderin Surətindən görünür ki, X3 rayon Zərdabi qəsəbəsindən bina 9, mənzil 6 ünvanından yaşayış sahəsi 26,3 kv.m. olan iki otaqlı mənzil verilmişdir. İş materiallarına əlavə olunmuş AZE seriyalı, 0******* №-li Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsindən görünür ki, ərizəçinin adı, soyadı, atasının adı müvafiq olaraq Ərizəçidur. İş materiallarında olan Azərbaycan Respublikası X4 filialının 21 iyun 2022-ci il tarixli, 580 arxiv arayışından görünür ki, Quba rayonu, Zərdabi kənd SSR-nin 50 illiyi sovxozunda kommunal evlərin orderləri barədə əmr, qərar sərəncamlar X4 filialına təhvil verilməmişdir. İş materiallarında olan Quba Rayon İcra Hakimiyyəti Başçısının Aparatının 08 avqsut 2022-ci il tarixli, 1562/2 saylı arayışından görünür ki, Quba rayonu, Zərdabi qəsəbəsində 9 saylı evin 6-cı mənzilində yaşayış sahəsinin tutulmasında dair vətəndaş Ərizəçi verilmiş keçmiş Zərdabi kənd SSR-nin 50 illiyi sovxozunun 13 may 1977-ci il tarixli 7 saylı oredrində onun soyadının, adının və ata adının qeyd olunduğu qrafada səhvə yol verilmişdir. Düzgün yazılış forması Ərizəçidur. İş materiallarında olan Quba Rayon İcra Hakimiyyəti Başçısının Zərdabi qəsəbə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin xx.xx.2022-ci il tarixli, 651 saylı arayışından görünür ki, vətəndaş Ərizəçi həqiqətən Quba rayonu Zərdabi qəsəbəsi ünvanında 07№li orderə əsasən 2(iki) mərtəbəli binanın 2(iki)-ci mərtəbəsində ümumi sahəsi 26.3 kv.m olan yaşayış mənzili vardır. Qeyd olunan 07№li orderə əsasən yaşayış mənzili Ərizəçi məxsusdur. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli **********60 saylı məktubundan görünür ki, Quba rayonu, Zərdabi kəndində yerləşən mənzilə dair verilmiş Quba rayonu, Zərdabi kənd SSR-nin 50 illiyi sovxozunun 7 saylı oredrində hüquq sahibinin ad və ata adının yazılışında yaranmış uyğunsuzluqları aradan qaldırmaq və düzəlişlərin həyata keçirilməsi üçün məhkəməyə müraciət etmək tövsiyyə olunmuşdur. Beləliklə, iş materiallarında olan sənədlərdən göründüyü kimi, ərizəçinin adı “Əlibaba” olduğu halda, ünvan 1 ünvanında yerləşən iki otaqlı mənzilə dair verilmiş, 13 may 1977-ci il tarixli, 7 saylı Orderdə “Əlibala” yazılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 307.2.5-ci maddəsinə əsasən, şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktını müəyyən edə bilər; 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarında məhkəmələrə tövsiyyə edilir: “Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi - şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi-həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü-məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Hüquqmüəyyənedici sənədlərin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair məhkəmə qətnaməsinin nəticə hissəsində məhkəmə, sənədlərin əlamətlərini (sənədin adını, kimin tərəfindən kimin adına verilməsini, verilmə tarixini və sair), eləcə də pasporta, şəxsiyyət vəsiqəsinə və ya doğum haqqında şəhadətnaməyə əsaslanaraq sənədin məxsus olduğu şəxsin adını, atasının adını, soyadını göstərməlidir. Bu cür qətnamələrin icraya yönəldilərək sənəddə olan adın ərizəçinin adına dəyişdirilməsi qanunla müəyyən olunmamışdır. Buna görə də sənədin ərizəçiyə məxsus olmasını müəyyən edən qətnamədə, səhvə yol verilmiş sənəddə düzəliş aparılması barədə müvafiq orqana göstəriş verilməsi qanunaziddir.” Məhkəmə hesab edir ki, ərizəçilər hüquqlarının həyata keçirilməsi üçün lazım olan sənədlərin başqa yolla əldə edilə bilməməsini sübuta yetirə bilmişlər. Beləliklə, iş üzrə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib məhkəmə hesab edir ki, ünvan 1 ünvanında yerləşən iki otaqlı mənzilə dair verilmiş, 13 may 1977-ci il tarixli, 7 saylı Orderin Ərizəçi məxsus olması faktı tədqiq olunmuş sübutlarla öz təsdiqini tapdığından ərizə təmin edilməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutub, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. ünvan 1 ünvanında yerləşən iki otaqlı mənzilə dair verilmiş, 13 may 1977-ci il tarixli, 7 saylı Orderin Ərizəçi məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vüqar Seyidov
Məhkəmə qərarları › İş №2(027)-395/2023
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-395/2023
30.01.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver