Azərbaycan Respublikası adından QƏRARDAD Quba şəhəri İş № 2(027)-395/2024 12.02.2024 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Babayev Aydın Vahid oğlunun sədrliyi ilə, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Ağammədova (Adayeva) Gülfıdan Elşən qızı, Cavabdeh4, X3 və Cavabdeh6nə qarşı vərəsəlik hüququnun tanınması və miras əmlakdan vərəsəlik üzrə tam payın müəyyən edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Ağammədova (Adayeva) Gülfıdan Elşən qızı, Cavabdeh4, X3 və Cavabdeh6nə qarşı vərəsəlik hüququnun tanınması və miras əmlakdan vərəsəlik üzrə tam payın müəyyən edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı X5 məhkəməyə müraciət edərək, 25 iyul 2022-ci il tarixdə vəfat etmiş X1 miras qalmış Quba rayon DTİ və MHQİ-nin 08 saylı, 28 iyul 2005-ci il tarixli qərarı əsasında 15 avqust 2005-ci il tarixdə 1 nömrəli reyestr kitabında 66-cı səhifədə 262 reyestr nömrəsi ilə qeydə alınmış qeydiyyat vəsiqəsinə əsasən, Quba rayonu, Zərdabi kəndi ərazisində yerləşən iki mərtəbəli yaşayış binasının birinci mərtəbəsindəki iki otaqlı mənzilə (ümumi sahəsi 36,9 m2, o cümlədən yaşayış sahəsi 25,1 m2 olan) 25 iyul 2022-ci il tarixdə vəfat etmiş X2 ölümündən sonra onun, yəni İddiaçı vərəsəlik hüququnun tanınması, həmin miras əmlakdan vərəsəlik üzrə tam payının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 12 fevral 2024-cü il, saat 11:30-a təyin edilmiş məhkəmə iclasının yeri və vaxtı barədə müvafiq qaydada xəbərdar olunmuş iddiaçı və cavabdehlər məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə hesab edir ki, mülki prosessual qanunvericiliyin tələbinə əsasən iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.6-cı maddəsinə görə, işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Həmin Məcəllənin 260.4-cü maddəsinə əsasən iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Həmin Məcəllənin 114.1.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 259.0.6-cı, 263- 264cü və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Ağammədova (Adayeva) Gülfıdan Elşən qızı, Cavabdeh4, X3 və Cavabdeh6nə qarşı vərəsəlik hüququnun tanınması və miras əmlakdan vərəsəlik üzrə tam payın müəyyən edilməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddiaçıya izah edilsin ki, ərizənin baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət edə bilər. Qərardad 100 manat məbləğində dövlət rüsumunun (Əməliyyat İD: 338428001, GPP qəbz nömrəsi:**********) İddiaçı qaytarılması üçün əsasdır. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində (elektron kabinet vasitəsilə) Quba Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Aydın Babayev
Məhkəmə qərarları › İş №2(027)-395/2024
Quba Rayon Məhkəməsi Qərardad — İş №2(027)-395/2024
12.02.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver