Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-396/2022 28.02.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, İddiaçı Surxay oğlunun nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Surxay oğlunun Cavabdehnə qarşı dəymiş ziyanın bərpasına dair tələbnamənin ləğv edilməsi və hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı Surxay oğlu Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh əməkdaşları tərəfindən tərtib olunmuş tələbnamənin ləğv edilməsi və hesablanmış 432 manat borcun abonent hesabından silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə İddiaçı Surxay oğlunun nümayəndəsi X6 iddia ərizəsini müdafiə edərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. İddiaçı Surxay oğlu iddia ərizəsini onunla əsaslandırmışdır ki, yaşadığı Quba şəhəri, 31-ci məhəllədə yerləşən atasına məxsus yaşayış evində ailəliklə yaşayırlar. Onunla qaz paylayıcısı olan Cavabdeh ilə qazın alqı-satqısı barədə müqaviləyə əsasən həmin ünvanda yerləşən yaşayış evi qazla təchiz olunmuş və qaz sayğacı quraşdırılmışdır. Digər abonentlər kimi, o da hər ay istifadə etdiyi qaz sərfiyyatına görə mütəmadi olaraq qaz borcunu ödəyir. Cavabdeh əməkdaşları 2021-ci ilin yay aylarında onların yaşayış evinə quraşdırılmış qaz sayğacını çıxararaq yeni sayğac ilə əvəzləşdirmişlər. Bundan sonra Cavabdeh əməkdaşları onun xəbəri və iştirakı olmadan yaşayış evinə quraşdırılmış sayğaca baxış keçirərək, 01 oktyabr 2021-ci il tarixdə sayğacın hesablama mexanizminin qoruyucu qapağının yan tərəfdən əzilib və daxili qulaqcıqlarında əzik - cızıq izləri aşkar olunması barədə № ******* saylı Akt tərtib etmişlər. Metrologiya Departamenti Sayğacların müayinəsi lobaratoriyasının qaz sayğacının yoxlanılması barədə 01 oktyabr 2021-ci il tarixli 29/1710-03901-1 saylı Akta əsasən Cavabdeh Xaçmaz X10 İdarəsi tərəfindən 29 oktyabr 2021-ci il tarixli tələbnamə tərtib olunmuş və 432 manat məbləğində dəymiş ziyan (borc) hesablanmışdır. Bildirir ki, istifadə etdiyi qaz sərfiyyatının borcunu vaxtlı-vaxtında ödəyib, hazırda da qaz borcunu ödəyir. Ziyan aktının tərtib olunmasından sonradan xəbəri olmuş və sayğaca dəymiş ziyan olaraq hesablanmış 432 manat borcun qanunsuz hesablanması barədə Cavabdeh Quba rayon şöbəsinə müraciət edib. Ona həmin aktın, saldonun və tələbnamənin əsillərini deyil, surətlərini vermişlər. Həmin borcla razılaşmır. Həmin akt və tələbnamə əsassız olaraq tərtib olunmuşdur. Onlar qaz sayğacına heç bir müdaxilə etməmişdir. Bundan əlavə sayğac küçədə quraşdırılmış, qanunun tələblərinə uyğun kənar müdaxilələrdən qorumaq üçün müvafiq örtüklə örtülməmiş, qutuya yerləşdirilməmişdir. Ona görə də Cavabdeh əməkdaşları tərəfindən tərtib olunmuş tələbnamənin ləğv edilməsi və hesablanmış 432 manat borcun abonent hesabından silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə Cavabdehnə qanunla müəyyən olunmuş qaydada məhkəmənin yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Оnа görə də Azərbaycan Respublikası МPМ-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə cavabdeh Azəriqaz” İstehsalat Birliyinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə İddiaçı Surxay oğlunun nümayəndəsi X3 dinləyib, məhkəmə baxışında araşdırılmış sübutları və iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azəriqaz İB-nin Xaçmaz RQİ-nin Quba QİS-nin əməkdaşları tərəfindən Quba şəhəri, 31-ci məhəllədə yerləşən yaşayış evinin **********00370 saylı abonent hesabına tərtib olunmuş təbii qazdan istifadə qaydalarının pozulması haqqında 01.10.2021-ci il tarixli, ******* saylı aktda abonentin mənzilinə baxış keçirirkən sayğacın sayğacın hesablama mexanizminin qapağı yan tərəfdən əzilib və daxili qulaqcığlarında əzik-cızıq izlərii aşkar olunması göstərilmişdir. İş materiallarında olan dəymiş ziyanın bərpasına dair təlabnamənin surətindən görünür ki, Quba şəhəri, 31-ci məhəllədə yerləşən yaşayış evinin **********00370 saylı abonent hesabına itirilmiş qazın bərpası üçün hesabat aparılaraq 4320 m3 həcmində qaz itkisi hesablanmışdır. İş materiallarında olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nın Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən Seriya RX, № ******* saylı, ********** qeydiyyat nömrəli, 14.12.2012-ci il qeydiyyat tarixli Çıxarışa əsasən Quba şəhəri, 31-ci məhəllədə 0.04 ha torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ ilə X4 məxsusdur. İş materiallarında olan Quba rayon İHB-nın Quba şəhər İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş 20.12.2021-ci il tarixli 3608 nömrəli arayışdan məlum olur li, Rzayev X11 şəhəri, Bakıxanov küçəsi, ev 4 ünvanında qeydiyyatdadır və hazırda Quba şəhəri, 31-ci məhəllədə yaşayır. İş materiallarında olan Quba rayon İHB-nın Quba şəhər İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş 20.12.2021-ci il tarixli 3607 nömrəli arayışdan məlum olur li, X1 şəhəri, Bakıxanov küçəsi, ev 4 ünvanında qeydiyyatdadır və hazırda Quba şəhəri, 31-ci məhəllədə yaşayır. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 9-cu bəndinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12.05.2011-ci il tarixli, 80 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları"nın 4.2-ci bəndinə görə qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Bu Qaydaların 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinə görə fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Qaydaların 4.9-cu bəndinə əsasən zədələnmiş qaz sayğacının (hesablama mexanizmlərinin sıradan çıxması, baxış pəncərəsinin sınması, qoruyucu plombların qırılması, texniki nasazlıqlar və s.) təmir olunması, həmin sayğacın dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi və quraşdırılması müraciət edildiyi gündən başlayaraq 15 iş günündən gec olmayaraq bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq qaz paylayıcısı tərəfindən həyata keçirilir. Məhkəmə qeyd edir ki, hesablaşma cihazı olan qaz sayğacı iddiaçının cavabdehliyi sərhədindən kənar quraşdırıldığından bu sayğacda olan hər hansı qüsura görə o, cavabdehlik daşımır. Göründüyü kimi Cavabdeh İB-nin əməkdaşları maddi ziyan vuran, təqsirli və hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) hərəkət və ya hərəkətsizliyə yol verən şəxsi düzgün müəyyən etməmişlər. Bundan başqa Cavabdeh İB qaz sayğacının zədələnməsinin məhz iddiaçının təqsiri üzündən baş verməsinə dair mötəbər sübutlar məhkəməyə təqdim etməmişdir. Məhkəmə qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Beləliklə məhkəmənin gəldiyi qənaətə görə iddia tələbi təmin olunmalı, Cavabdeh əməkdaşları tərəfindən tərtib olunmuş 29 oktyabr 2021-ci il tarixli tələbnamə ləğv edilməli və hesablanmış 432 manat pul vəsaiti abonent bazasından silinməli, həmçinin, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğində münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, iddiaçı tərəfindən dövlət büdcəsinə köçürülmüş 30 (otuz) manat manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin edilsin. Cavabdeh əməkdaşları tərəfindən tərtib olunmuş 29 oktyabr 2021-ci il tarixli tələbnamə ləğv edilsin və Quba şəhəri, 31-ci məhəllədə yerləşən yaşayış evinin **********00370 saylı abonent hesabına hesablanmış 432 (dörd yüz otuz iki) manat məbləğində pul vəsaiti abonent bazasından silinsin. Qətnamədən, qətnamə rəsmi qaydada verildiyi gündən, 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Vüqar Seyidov
Məhkəmə qərarları › İş №2(027)-396/2022
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-396/2022
28.02.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver