Məhkəmə qərarları › İş №2(027)-397/2023

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-397/2023

06.03.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-397/2023 06.03.2023 QUBA RAYON MƏHKƏMƏSİ Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında ƏMDX-nin Daşınmaz Əmlakın Kadastr və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı hüquqi faktın müəyyən edilməsi barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə m ü ə y y ə n e t d i: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, Quba rayon, Vladimirovka bələdiyyəsi ilə onun arasında bağlanmış xx.xx.2006-cı il tarixli alqı-satqı aktının və ləğv edilmiş DT və XT-nin Quba rayon şöbəsi tərəfindən verilmiş rəyin ona məxsus olunması faktının müəyyən edilməsi barədə qətnamə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, Quba rayon, Vladiinirovka kəndində yerləşən ona məxsus torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında ƏMDX-ti Daşınmaz Əmlakın Kadastr və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz ərazi idarəsinə müraciət etmiş, xx.xx.2022-ci il tarixində maraqlı şəxs tərəfindən ona ünvanlanmış məktubda qeyd olıınmuşdur ki, bundan əlavə, şəxsiyyəti təsdiq edən sənəddə onun soyadı və adı Ərizəçi olduğu halda torpaq sahəsi üçün ərizəsinə əlavə olunmuş Quba rayon, Vladimirovka bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 18 saylı qərarında, torpaqların alqı-satqısına dair aktda və ləğv edilmiş DT və XK-nin Quba rayon şöbəsi tərəfindən verilmiş rəydə X2 göstərilmişdir. Ona görə də hazırda Quba rayon, Vladimiroxka bələdiyyəsinin onun arasında bağlanmış xx.xx.2006-cı il tarixli alqı-satqı aktının və torpaq xəritə çəkmə komitəsinin rəyinin ona məxsus olunması faktının müəyyən edilməsi zərurəti yaranmışdır. Hazırkı hüquqi faktın müəyyən edilməsi ilə bağlı ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətindədir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək, ərizədə yazılanlara uyğun izahat vermiş və ərizəsinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, maraqlı şəxs qismində Azərbaycan Respublikası İqtidadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti, Daşınmaz Əmlakın Dövlət Kadastri və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdırıb işdəki sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslıdır və əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Quba rayon Vladimirovka bələdiyyəsinin 02 oktyabr 2006-cı il tarixli 18 saylı iclas protokolunun çıxarışından görünür ki, Vladimirovka kənd sakinin X3 Vladimirovka bələdiyyəsinin ümumi istifadəsinə aid alqı-satqı predmeti olan kənd təsərrüfatına yararlı torpaq sahəsindən həyətyanı məqsədi ilə 0,06 hektar torpaq sahəsinin satılması qərara alınmışdır. İş materiallarında olan 04 oktyabr 2006-cı il tarixdə tərtib edilmiş torpaqların alqısatqısına dair aktdan görünür ki, X3 Quba rayonu, Vladimirova bələdiyyə ərazisindən 0,06 ha torpaq sahəsi satılmışdır. İş materiallarında olan Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Quba rayon şöbəsinin Rəyindən görünür ki, X1 nəzərdə tutulan torpaq sahəsi 0,06 hektar olmaqla Vladimirovka bələdiyyəsinin mülkiyyətinə aiddir və alqı-satqı predmetidir. Satılması nəzərdə tutlan torpaq sahəsi kənd təsərrüfatına yararlı olmaqla həmin məqsəd üçün satılması qanunamüvafiqdir. İş materiallarında olan Azərbaycan Respublikası X6 filialının 31 avqust 2022-ci il tarixli 889 №li arxiv arayışından görünür ki, Quba rayonu, Vladimirovka bələdiyyəsinin heç bir il üçün sənədləri X6 filialına təhvil verilməmişdir. İş materiallarında olan Quba rayon Vladimirovka bələdiyyəsinin xx.xx.2022-ci il tarixli 68 saylı arayışından görünür ki, Vladimirovka bələdiyyəsi tərəfindən Ərizəçi 0,06 ha torpaq sahəsi üçün verilmiş 02 oktyabr 2006-cı il tarixli 18 №li qərar qüvəddədir və DƏDRX tərəfindən çıxarışın verilməsinə etiraz etmirlər. İş materiallarında olan Quba rayon Vladimirovka bələdiyyəsinin xx.xx.2022-ci il tarixli, 79 №li arayışından görünür ki, Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli 534 nömrəli fərmanı ilə təsdiq edilmiş Torpaqların alqı-satqı qaydalarına əlavə torpaqların alqı-satqısına dair aktında səhvən yazılmış X4 əvəzinə Ərizəçi kimi yazılmalıdır. Quba rayonu Vladimirovka bələdiyyəsinin 02 oktyabr 2006-cı il tarixli 18 saylı iclas protokolundan çıxarışında X4 əvəzinə Ərizəçi kimi yazılmalıdır. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyesrti publik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli Ərizəçi ünvanlanmış **********73 saylı məktubundan görünür ki, torpaq sahəsinin texniki göstəricilərini əks etdirən torpaq sahəsinin planı və ölçüsünün hazırlanması və dövlət reyestrində qeydiyata alınması mümkün olmamışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 11.1 və 15-ci maddələrinə əsasən ərizənin icarından imtina olunmuşdur. İş materiallarında olan AZE seriyalı ******** №-li Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsindən görünür ki, ərizəçinin adı, soyadı, atasının adı müvafiq olaraq Ərizəçidır. Beləliklə, iş materiallarında olan sənədlərdən göründüyü kimi, ərizəçinin soyadı “Lumidze” adı “Fedima” olduğu halda, Quba rayon, Vladimirovka bələdiyyəsi ilə ərizəçinin arasında bağlanmış xx.xx.2006-cı il tarixli alqı-satqı aktında və ləğv edilmiş DT və XT-nin Quba rayon şöbəsi tərəfindən verilmiş rəydə səhvən “X4” yazılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 307.2.5-ci maddəsinə əsasən, şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktını müəyyən edə bilər; 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarında məhkəmələrə tövsiyyə edilir: “Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi - şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi-həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü-məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Hüquqmüəyyənedici sənədlərin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair məhkəmə qətnaməsinin nəticə hissəsində məhkəmə, sənədlərin əlamətlərini (sənədin adını, kimin tərəfindən kimin adına verilməsini, verilmə tarixini və sair), eləcə də pasporta, şəxsiyyət vəsiqəsinə və ya doğum haqqında şəhadətnaməyə əsaslanaraq sənədin məxsus olduğu şəxsin adını, atasının adını, soyadını göstərməlidir. Bu cür qətnamələrin icraya yönəldilərək sənəddə olan adın ərizəçinin adına dəyişdirilməsi qanunla müəyyən olunmamışdır. Buna görə də sənədin ərizəçiyə məxsus olmasını müəyyən edən qətnamədə, səhvə yol verilmiş sənəddə düzəliş aparılması barədə müvafiq orqana göstəriş verilməsi qanunaziddir.” Məhkəmə hesab edir ki, ərizəçilər hüquqlarının həyata keçirilməsi üçün lazım olan sənədlərin başqa yolla əldə edilə bilməməsini sübuta yetirə bilmişlər. Beləliklə, iş üzrə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib məhkəmə hesab edir ki, Quba rayon, Vladimirovka bələdiyyəsi ilə X4 arasında bağlanmış xx.xx.2006-cı il tarixli alqı-satqı aktının və ləğv edilmiş DT və XT-nin Quba rayon şöbəsi tərəfindən verilmiş rəyin Ərizəçi məxsus olması faktı tədqiq olunmuş sübutlarla öz təsdiqini tapdığından ərizə təmin edilməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutub, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Quba rayon, Vladimirovka bələdiyyəsi ilə X4 arasında bağlanmış xx.xx.2006-cı il tarixli alqı-satqı aktının və ləğv edilmiş DT və XT-nin Quba rayon şöbəsi tərəfindən verilmiş rəyin Ərizəçi məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Vüqar Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar