Məhkəmə qərarları › İş №2(027)-411/2023

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-411/2023

28.03.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-411/2023 28.03.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, Xudaverdiyev Elşad Mütəllim oğlunun katibliyi, İddaçı İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “artıq hesablanmış enerji sərfiyyatı borcunun silinməsi və aktın etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Quba Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC əməkdaşlarının (Azərbaуcan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli 18 saylı Qərarı ilə təsdiq edilmiş EEİQ-nə uyğun tərtib edilmiş) tərtib etdiyi 03 mart 2022-ci il tarixdə 246397 nömrəli AKT-ın etibarsız hesab edilməsi, həmin AKT əsasında hesablanmış 349 manat 54 qəpik pulun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, İddiaçı ailəliklə Quba rayonunun Vladimirovka kəndinə yaşayırlar. Evlərində elektrik qısaqapanması nəticəsində baş vermiş yanğında istiliyin təsirindən elektrik sayğacı və naqilləri əriyərək yararsız vəziyyətə düşmüşdür. Cavabdeh "xxxx" ASC X3 Vladimirovka kəndi üzrə nəzarətçi mühəndisini hadisə barədə məlumatlandırmışdır. Sayğacı 03 mart 2022-ci il tarixdə 246397 nömrəli akt yazıb açmışlar. Onun yerinə yeni sayğac qoymuşlar. Həmin aktda “EEİQ-nın tələblərinə uyğun olaraq sayğaca baxış keçirilmiş və aşkar olmuşdur ki, evdə baş verən yanğın nəticəsində sayğac əriyib yararsız vəziyyətə düşmüşdür. Sayğacın heç bir parametri oxunmur. Pf=0 kv/s Ps=0. Tələb: “Sayğac yenisi ilə əvəz” sözləri qeyd olunub. Bildirişdə yüksək məbləğdə borcunun olduğunu gördükdə təəcüblənmiş və bu barədə maraqlandıqda, onun **********00712 saylı abunə koduna 349 (üç yüz qırx doqquz) manat 54 qəpik cərimə hesablandığını bildirmişlər. Evində baş vermiş yanğın nəticəsində ona kifayət qədər ziyan dəymiş və əsassız yazılmış ziyanı ödəyə bilmir. İddiaçı məhkəmə iclasında tələbinə uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh "xxxx" ASC məhkəməyə etiraz ərizəsi ilə müraciət edərək qeyd etmişlər ki, İddiaçı ‘'Azərişıq” ASC-nə qarşı hazırki iddia tələbi əsassız və hüquqdan sui-istifadə olduğu üçün təmin olunmamalıdır. EEİQ-nın 8.15-ci bəndinin tələblərinə uyğun olaraq xx.xx.2022-ci il tarixdə enerji təchizatı müəsisəsinin əməkdaşları tərəfindən Quba rayonu Vladimirovka kəndində iddiaçıya məxsus abunə kodu **********00712 olan, evin elektrik hesabat sayğacına baxış keçirərkən evdə baş verən yanğın nəticəsində sayğacın əriyib yararsız vəziyyət düşməsi sayğacın heç bir parametri oxunmamsı halı aşkar edilmiş və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli, 18 nömrəli qərarı ilə təsdiq edilmiş “X2 qaydalarının (EEİQ) 8.15-ci bəndinin tələblərinə uyğun olaraq xx.xx.2022-ci il tarixli. 246397 saylı akt tərtib edilərək 349,54 manat dəyərində itirilmiş elektrik enerjisi bərpa edilmiş, iddiaçı Abayev Вahadur aktın düzgünlüyünü öz imzası ilə təsdiq etmişdir. Bununla əlaqədar abonentə qarşı Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş “X2 qaydalarının (EEİQ) 8.15-ci bəndinin (Ödəmə sənədində səhv və ya sayğacların göstərişlərində anlaşılmazlıq aşkar olunarsa istehlakçı, o cümlədən məişət abonenti bu barədə enerji təchizatı müəssisəsinə yazılı məlumat verməlidir. İstehlakçı, o cümlədən məişət abonenti yazılı məlumat verdikdən sonra enerjitəchizatı müəssisəsi on gündən gec olmayaraq hesablaşmanı, lazım gələrsə sayğacı yoxlamalı və bu yoxlamanın nəticələri haqqında ona məlumat verməlidir. Sayğacın yoxlanılması və ya ödəmə sənədindəki səhv haqqında istehlakçının, o cümlədən məişət abonentinin məlumat verməsi, onu təqdim olunan ödəmə sənədi üzrə müəyyən olunmuş müddətdə ödənişdən azad etmir. Elektrik enerjisinin uçotunda səhv aşkar edildikdə, enerjitəchizatı müəssisəsi Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddətindən kənara çıxmamaq şərti ilə elektrik sayğaclarının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanılması müddətindən sonrakı dövr üçün yenidən hesablaşma aparmalıdır. Əgər sayğac göstəricilərinin xətası Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin müəyyən etdiyi normalardan artıq deyilsə, onda bu xəta normal sayılır və yenidən hesablaşma aparılması tələb olunmur. Əgər yoxlamanın nəticələrinə görə yenidən hesablaşma aparmaq tələb olunarsa, onda növbəti dövr üçün ödəniş sənədləri yazıldıqda yenidən hesablaşma aparılır. tələblərinə uyğun olaraq abonentini qidalandıran elektrik naqilin cərəyan yükünü, gərginlik və sutkanın 24 saatı ərzində X2 etdiyi nəzərə alınaraq. 349.54 manat məbləğində itirilmiş elektrik enerjisi dəyəri bərpa edilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, cavabdeh "xxxx" ASC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakılara əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Quba rayon Dövlət yanğından Mühafizə Hissəsinin xx.xx.2022-ci il tarixli arayışından görünür ki, Quba rayonu, Vladimirovka kənd sakini İddiaçı məxsus yaşayış evində xx.xx.2022-ci il tarixdə, saat 12:09 radələrində yanğın hadisəsi baş vermişdir. Yanğın nəticəsində 1 mərtəbəli yaşayış evinin dam örtüyü və yanar konstruksiyaları yanaraq yararsız vəziyyətə düşmüşdür. İş materiallarında olan aktdan görünür ki, İddiaçı Əbulfərz oğlunun istifadəsində olan sayğac yenisi ilə əvəz olunmuşdur. İş materiallarında olan abonentin soldosundan görünür ki, X1 atklar üzrə 347,14 manat məbləğində borcu vardır. Beləliklə məhkəməyə təqdim edilmiş təkzibedilməz sübutlarla müəyyən olunmuşdur ki, İddiaçı **********00712 abonent kodu əsasında abonent kimi "xxxx" ASC-nin qeydiyyatındadır. İddiaçı məxsus yaşayış evində xx.xx.2022-ci il tarixdə, saat 12:09 radələrində yanğın hadisəsi baş vermişdir. Yanğın nəticəsində 1 mərtəbəli yaşayış evinin dam örtüyü və yanar konstruksiyaları yanaraq yararsız vəziyyətə düşmüşdür. İddiaçı məxsus mənzildə elektrik qısaqapanması nəticəsində baş vermiş yanğında istiliyin təsirindən elektrik sayğacı və naqilləri əriyərək yararsız vəziyyətə düşmüşdür. Sayğacının yararsız hala düşməsinə görə "xxxx" ASC tərəfindən xx.xx.2022-ci il tarixdə, 246397 saylı akt tərtib edilmişdir. Akt əsasında cavabdeh cəmiyyət tərəfindən iddiaçının abonent hesabına 347,14 manat məbləğində borc hesablanmışdır. İddiaçı "xxxx" ASC əməkdaşlarının tərtib etdiyi akt əsasında hesablanmış 349 manat 54 qəpik pulun silinməsini tələb etsə də, məhkəmə araşdırması zamanı xx.xx.2022-ci il tarixdə, 246397 saylı akt əsasında iddiaçının abonent hesabına 347,14 manat məbləğində borc hesablanması müəyyən edilmişdir. Ona görə də, iddia qismən təmin edilməlidir. İddiаçının təqsirli hərəkət və hərəkətsizliyi nəticəsində sаyğаcın zədələnməsi müəyyən edilmədiyi halda iddiаçıyа əsаssız olаrаq 347,14 manat məbləğində ziyan hesаblаnmışdır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli, 18 nömrəli Qərarı ilə təsdiq edilmiş «X2 Qaydaları»nın 8.33-cü bəndinə əsasən məişət abonenti tərəfindən X2də pozuntuya yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsinin nümayəndəsi onun və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini məişət abonentinə verir. Akt enerjitəchizatı müəssisəsinin nümayəndəsi, məişət abonenti və iki nəfər hal şahidi tərəfindən imzalanmalıdır. Məişət abonenti aktı imzalamaqdan imtina etdikdə bu barədə aktda müvafiq qeyd aparılır. Məişət abonenti izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Həmçinin həmin Qaydaların 8.32-ci bəndinə əsasən məişət abonenti hesablaşma elektrik sayğacından kənar elektrik xətti çəkmişdirsə, yaxud elektrik sayğacının göstərişini təhrif etmək üçün qurğu quraşdırmışdırsa, həmçinin mənzildə quraşdırılmış hesablaşma elektrik sayğacını zədələyərək onu sıradan çıxarmışdırsa və ya sayğacı sxemdən çıxarmışdırsa, enerjitəchizatı müəssisəsi onu şəbəkədən açmalı və hesablaşma elektrik sayğacının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən sonrakı müddət üçün ancaq Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində elektrik enerjisinə görə yenidən hesablaşma aparmağa borcludur. Məişət abonenti tərəfindən göstərilən pozuntulara yol verildikdə, X2yə görə yenidən hesablaşma məişət abonentini qidalandıran elektrik naqilinin cərəyan yükünü, gərginlik və sutkanın 24 saatı ərzində X2 edildiyi nəzərə alınmaqla hesabat aparılır. Məhkəmə araşdırması zamanı vurulmuş zərərlə əlaqədar aparılmış hesablamanın hansı müddətləri əhatə etdiyi müəyyən edilməmiş, hesablamalar təxmini aparılmış və cavabdeh tərəf hüquqlarından sui-istifadə etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Həmin Məcəllənin 560.2-ci maddəsinə görə hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Həmin Məcəllənin 560.3 və 560.3.5.2-ci maddələrinə görə istehlakçıların zərərinə istehsalın, satışın və ya texniki inkişafın məhdudlaşdırılması hüquqdan sui-istifadədir. Həmin Məcəllənin 385.1-385.2-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öz məzmunundan və xarakterindən asılı olaraq, öhdəlik tərəflərdən hər birinin üzərinə istər müqavilə münasibətləri zamanı, istərsə də belə münasibətlərdən sonra digər tərəfin hüquqlarına və əmlakına xüsusi qayğı göstərmək vəzifəsini qoya bilər. Mülki Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinin tələblərinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunvericiliyin qeyd edilən müddəalarının tələblərinə əsasən, mülki hüquqi məsuliyyətin yaranması üçün bir sıra məcburi şərtlərin olması tələb olunur. İlkin olaraq zərər hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə vurulmalıdır. Digər şərtlərə borclunun (zərərvuranın) hüquqa zidd davranışı, həmin davranış ilə vurulmuş zərər faktı arasında səbəbli əlaqə və borclunun (zərərvuranın) təqsiri aiddir. Lakin, hazırda iddiaçının hüquqa zidd əməli və ya təqsiri səbəbindən onun evində olan "xxxx" ASC-yə məxsus Sayğacı zədələməsinə dair sübut mövcud deyil. İddiaçı aktların etibarsızlığı tələbini qoysa da mahiyyətcə borcun silinməsi barədə tələb irəli sürür. Göründüyü kimi iddiaçının prosessual məqsədi onun hesabında sayğacdan kənar hesablanmış borcun qanunsuz sayılması olduğundan borcun silinməsidir. Yəni iddiaçı aktın etibarsızlığı barədə iddia versə də (akt özlüyündə mövcuddur), məhkəmə iddianı ödəmənin silinməsi barədə iddia kimi qəbul edir. Məhkəmə qeyd edir ki, "xxxx" ASC tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixdə, 246397 saylı akt əsassızdır. "xxxx" ASC tərəfindən iddiaçının abunə koduna hesablanmış 347,14 manat məbləğində borc həmin hesabdan silinməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. "xxxx" ASC tərəfindən İddiaçı abunə koduna (**********00712) hesablanmış 347,14 manat məbləğində borc həmin hesabdan silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rahim Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar