Məhkəmə qərarları › İş №2(027)-420/2022

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-420/2022

16.03.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-420/2022 16.03.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X9 oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 5 saylı Ərazi İdarəsinə qarşı hüquqi əhəmiyyətli faktın müəyyən olunması tələbinə dair ərizəsi üzrə mülki işə Quba Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, m ü ə y y ə n e t d i: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, JN-1439, KOD 30319018 saylı Torpağa mülkiyyət hüququna X13 mərhum atası X5 məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, mərhum atası X5 Quba rayon Birinci Nügədi kəndi ərazisindən Quba rayon Aqrar İslahat Komissiyasının 23 mart 1999-cu il tarixli 07 saylı qərarı ilə kənd təsərrüfatı məhsullarının istehsalı üçün torpaq sahəsi verilmiş və JN-1439, KOD 30319018 Torpağa mülkiyyət hüququna X15 verilmişdir. Dövlət Aktı alandan sonra məlum olmuşdur ki, Dövlət Aktında “X7” əvəzinə “X6” yazılmışdır. Vərəsəlik hüququndan istifadə edərək torpaq sahəsinə Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinə çıxarış almaq məqsədi ilə müraciət etsə də, uyğunsuzluq olduğundan ərizənin qeydiyyatını imtina verilmişdir. Dövlət Aktını verən orqan - Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi ləğv edildiyindən Dövlət Aktında yanlışlığı aradan qaldıra bilmir və məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmədə Ərizəçi ərizəni müdafiə edərək, təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, digər ərizəçilər və maraqlı şəxs qismində AR ƏMDK yanında DƏDRX-nin 5 saylı Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə işə digər ərizəçilərin və maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçini dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakılara əsasən ərizə təmin edilməlidir. Belə ki, materiallarına əlavə edilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X7 29.08.2007-ci il tarixdə Quba şəhərində vəfat etmişdir. Həmin şəhadətnamədə onun adı “Rza” olaraq qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1967-ci il tarixdə anadan olmuşdur. Həmin şəxsiyyət vəsiqəsində onun atasının adı “Rza” olaraq qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş Quba RİHB-nın İ Nügədi kənd İƏD üzrə nümayəndəliyinin 16.03.2022-ci il tarixli arayışından görünür ki, X4 adı JN-1439 KOD 30319018 saylı Torpağa Mülkiyyət Hüququna X12 səhvən X2 yazılmışdır. Onun adı X3 qeyd olunmalıdır. İş materiallarına əlavə edilmiş Quba regional “ASAN” Xidmət Mərkəzində Notariat Ofisinin 11.11.2021-ci il tarixli məktubundan görünür ki, Ərizəçi və X11 29.08.2007-ci il tarixdə vəfat etmiş X4 qanun üzrə vərəsəsidir. İş materiallarına əlavə edilmiş Torpağa Mülkiyyət Hüququna X13 surətindən görünür ki, X5 Quba rayon AİK-nın 23.03.1999-cu il tarixli 07 saylı qərarına əsasən JN-1439 KOD 30319018 saylı Torpağa Mülkiyyət Hüququna X15 tərtib edilərək 0.21 ha torpaq sahəsi verilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, X5 Quba rayon AİK-nın 23.03.1999-cu il tarixli 07 saylı qərarına əsasən 0.21 ha torpaq sahəsi verilərək JN-1439 KOD 30319018 saylı Torpağa Mülkiyyət Hüququna X15 tərtib edilmişdir. JN-1439 KOD 30319018 saylı Torpağa Mülkiyyət Hüququna X12 “X7” əvəzinə səhvən “X6” kimi qeyd olunmuşdur. Ərizəçi məhkəmədən JN-1439 KOD 30319018 saylı Torpağa Mülkiyyət Hüququna X13 mərhum atası X5 məxsus olması faktının müəyyən edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 307-ci maddəsinə görə məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktını müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, Ərizəçilər həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə təqdim olunmuş və məhkəmədə araşdırılmış sübutlara məcmu halında qiymət verərək, belə qənaətə gəlir ki, ərizəçinin göstərdiyi hal, yəni JN-1439 KOD 30319018 saylı Torpağa Mülkiyyət Hüququna Dair Dövlət X1 məxsus olması faktı iş materialları ilə təsdiq olunur, ona görə də ərizə təmin olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizəçi hüquqi əhəmiyyətli faktın müəyyən olunması tələbinə dair ərizəsi təmin edilsin. JN-1439 KOD 30319018 saylı Torpağa Mülkiyyət Hüququna Dair Dövlət X1 münasibətdə ona məxsus olmasına dair hüquqi fakt müəyyən edilsin. Qətnamədən, rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rahim Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar