Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-430/2022 07.04.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov İlqar Aslan oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, Ərizəçilər Ərizəçi2, Ərizəçi3, Turanova (Mustapayeva) Nərgiz Mail qızının nümayəndəsi, həm də Ərizəçi1 iştirakı ilə, Ərizəçilər Ərizəçi1, Ərizəçi2, Ərizəçi3 və Turanova (Mustapayeva) Nərgiz Mail qızının maraqlı tərəf Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə ərizələrinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Ərizəçilər Ərizəçi1, Ərizəçi2, Ərizəçi3 və Turanova (Mustapayeva) Nərgiz Mail qızı ərizə ilə məhkəməyə müraciət edərək, Torpağın Mülkiyyətə Verilməsinə Dair JN-036A KOD 30319028 saylı Şəhadətnamənin Ərizəçi1, Ərizəçi2, Ərizəçi3 və Turanova (Mustapayeva) Nərgiz Mail qızına məxsus olması faktının müəyyən olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçilər Ərizəçi1, Ərizəçi2, Ərizəçi3 və Turanova (Mustapayeva) Nərgiz Mail qızı ərizədə göstərmişdilər ki, Quba rayon Aqrar İslahatı Komissiyasının 10 iyun 1997-ci il tarixli 06 saylı qərarı ilə Torpağın mülkiyyətə verilməsinə dair JN-036A KOD 30319028 nömrəli Şəhadətnaməyə əsasən onlara fərdi yaşayış evinin tikintisi məqsədi ilə 0,08 ha torpaq sahəsi verilmişdir. Lakin Torpağın mülkiyyətə verilməsinə dair JN-036A KOD 30319028 nömrəli Şəhadətnamədə Ərizəçi1, Ərizəçi2, Ərizəçi3, Mustapayeva (Turanova) Nərgiz Mail qızı əvəzinə səhvən X5, X1, X6, Mustafayeva (Turanova) Nərgiz Mayıl qızı kimi yazılmışdır. Onlar şəhadətnamədə qeyd olunmuş ad, soyad və ata adında yaranmış uyğunsuzlıığu aradan qaldırmaq və düzəlişin həyala keçirilməsi ilə bağlı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət müraciət etsələr də, onların səlahiyyətlərinə aid olmadığı ilə bağlı **********00 nömrəli 17 dekabr 2021-ci il tarixli imtina məktubu almışdılar. Şəhadətnamədə yanlışlığı aradan qaldıra bilmir və onlar bu səbəbdən məhkəməyə müraciət etmək qərarına gələrək, Torpağın Mülkiyyətə Verilməsinə Dair JN-036A KOD 30319028 saylı Şəhadətnamənin Ərizəçi1, Ərizəçi2, Ərizəçi3 və Turanova (Mustapayeva) Nərgiz Mail qızına məxsus olması faktının müəyyən olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdilər. Məhkəmədə ərizəçi Turanova (Mustapayeva) Nərgiz Mail qızının nümayəndəsi, həm də ərizəçi Ərizəçi1 ərizəni müdafiə edərək, təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmədə Ərizəçi2 ərizəni müdafiə edərək, təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmədə Ərizəçi3 ərizəni müdafiə edərək, təmin olunmasını məhkəmədən xahiş etdi. İş üzrə maraqlı tərəf olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX-nin 5 saylı Xaçmaz Ərazi idarəsinə qanunla müəyyən olunmuş qaydada məhkəmənin yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri haqqında məlumat verməmişlər. Ona görə də Azərbaycan Respublikası MPM-nin 185.5ci maddəsinə əsasən, məhkəmə maraqlı tərəf olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX-nin 5 saylı Xaçmaz Ərazi idarəsinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmədə şahid X3 bildirdi ki, onlar neçə illərdir İ Nügədi kəndində yaşayırlar, ərizəçiləri çoxdan tanıyır. Ərizəçilərin soyadları torpaq sənədində Mustapayev əvəzinə Mustafayev, Saniyə Fərman qızı əvəzinə Sonya Kaxraman qızı kimi səhv yazılıb. Məhkəmə ərizəçiləri dinləyib və şahid X2 izahatını nəzərə alaraq, əlavə edilmiş sənədləri, tam, hərtərəfli və obyektiv araşdırıb işdəki sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslıdır və təmin olunmalıdır. Belə ki, işdə olan, Torpağın mülkiyyətə verilməsinə dair JN-036A KOD 30319028 saylı Şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Quba rayon Aqrar İslahatı Komissiyasının 10 iyun 1997-ci il tarixli 06 saylı qərarı ilə Quba rayonu, Qaraçay kəndi ərazisindən yaşayış məntəqələri təyinatlı torpaq sahəsindən 0.08 ha həyətyanı torpaq sahəsi Quba rayonu, Qaraçay kənd sakinləri Ərizəçi1, Ərizəçi2, Ərizəçi3 və Turanova (Mustapayeva) Nərgiz Mail qızının mülkiyyətinə verilmişdir. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinin Ərizəçi1 ünvanladığı 17.12.2021-ci il tarixli məktubdan görünür ki, Şəhadətnamədə qeyd olunmuş hüquq sahiblərinin ad və soyad, ata adlarında yaranmış uyğunsuzluqların aradan qaldırılması ilə bağlı məhkəməyə müraciət edilməsi tövsiyə edilmişdir. İşdə olan doğum haqqında şəhadətnamənin və AZE ******** seriya və nömrəli şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surətindən məlum olur ki, Ərizəçi1 xx.xx.1964-cü ildə doğulub adı-Mail, soyadı-Mustapayev qeyd olunub. Quba rayonu, İ Nügədi kəndində qeydiyyatdadır. İşdə olan doğum haqqında şəhadətnamənin və AZE 0******* seriya və nömrəli şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surətindən məlum olur ki, Ərizəçi2 xx.xx.1965-ci ildə doğulub adı- Saniyə, soyadı-Mustapayeva, ata adı Fərman qeyd olunub. Quba rayonu, İ Nügədi kəndində qeydiyyatdadır. İşdə olan doğum haqqında şəhadətnamənin və AZE ******** seriya və nömrəli şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surətindən məlum olur ki, Ərizəçi3 xx.xx.1990-cı ildə doğulub soyadı-Mustapayev, ata adı-Mail qeyd olunub. Quba rayonu, Qaraçay kəndində qeydiyyatdadır. İşdə olan doğum haqqında şəhadətnamənin və AZE ******** seriya və nömrəli şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surətindən məlum olur ki, X4 xx.xx.1992-ci ildə doğulub soyadı-Mustapayeva, ata adı-Mail qeyd olunub. Xaçmaz rayonu, Müşfiq kəndində qeydiyyatdadır. İşdə olan AZ-İ 773438 seriya və nömrəli nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən məlum olur ki, X4 03.09.2012-ci ildə X8 ilə nikah bağlamış və “Turanova” soyadını qəbul etmişdir. Məhkəmədə müəyyən edildi ki, Torpağın Mülkiyyətə Verilməsinə Dair JN-036A KOD 30319028 saylı Şəhadətnaməyə əsasən Quba rayon Aqrar İslahatı Komissiyasının 10 iyun 1997-ci il tarixli 06 saylı qərarı ilə Qaraçay kəndi ərazisindən yaşayış məntəqələri təyinatlı torpaq sahəsindən 0.08 ha həyətyanı torpaq sahəsi Quba rayonu, Qaraçay kənd sakinləri Ərizəçi1, Ərizəçi2, Ərizəçi3 və Turanova (Mustapayeva) Nərgiz Mail qızının mülkiyyətinə verilib, lakin Şəhadətnamədə Ərizəçi1 əvəzinə, səhvən X6, Ərizəçi2 əvəzinə, səhvən X1, Ərizəçi3 əvəzinə, səhvən X6, Mustapayeva (Turanova) Nərgiz Mail qızı əvəzinə, səhvən Mustafayeva (Turanova) Nərgiz Mayıl qızı kimi yazılıb. Ərizəçilər yaranmış uyğunsuzluğu aradan qaldırmaq məqsədilə Torpağın Mülkiyyətə Verilməsinə Dair JN-036A KOD 30319028 saylı Şəhadətnamənin onlara məxsus olması faktının müəyyən edilməsini məhkəmədən xahiş etmişlər. Məhkəmə işdə olan sübutlara və şahid ifadəsinə hüquqi qiymət verərək hesab edir ki, Torpağın Mülkiyyətə Verilməsinə Dair JN-036A KOD 30319028 saylı Şəhadətnamənin Ərizəçi1, Ərizəçi2, Ərizəçi3 və Turanova (Mustapayeva) Nərgiz Mail qızına məxsus olması faktı müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 307.1 maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlanını əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı, onun pasportdakı adı, atasının adı və soyadı ilə düz gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı məhkəmə qaydasında müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli olan faktları, o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qayadada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 307, 308 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: Ərizə təmin olunsun. Torpağın Mülkiyyətə Verilməsinə Dair JN-036A KOD 30319028 saylı Şəhadətnamənin Ərizəçi1, Ərizəçi2, Ərizəçi3 və Turanova (Mustapayeva) Nərgiz Mail qızına məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətinə Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İlqar Məmmədov
Məhkəmə qərarları › İş №2(027)-430/2022
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-430/2022
07.04.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver