Məhkəmə qərarları › İş №2(027)-434/2024

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-434/2024

11.03.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-434/2024 11.03.2024 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X5 oğlunun katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair iddiası üzrə mülki işə Quba Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh əməkdaşları tərəfindən tərtib olunmuş aktların ləğv edilməsi, hesablanmış 307,80 manat və 286,20 manat məbləğində ziyanın onun abonent hesabından silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə bağlanmış alqı-satqı müqaviləsinə əsasən təbii qazdan istifadə edərək, hər ay istifadə etdiyi qazın pulunu ödəyir. Onun istifadə etdiyi qaza görə borcu yoxdur. Onun mülkiyyətində olan qaz sayğacı yaşadığı Quba şəhəri, Əzizbəyov küçəsində yerləşən mənzildən kənarda quraşdırılmışdır. Cavabdeh əməkdaşları sayğacı açıb aparmış, əvəzinə yeni sayğac quraşdırmışlar. 30 iyun 2017-ci il tarixdə Cavabdeh Quba rayon şöbəsinin əməkdaşları gəlib sayğaca baxış keçirmişlər. Yoxlamanın rəyinə əsasən sayğaca əlavə kənar xətt vasitəsi qoşmaqla qazdan qeyri-qanuni şəkildə istifadə edildiyi aşkar edilmiş, bunun əsasında ******* nömrəli akt tərtib edilmiş və 307,80 manat borc hesablanmışdır. 29 yanvar 2018-ci il tarixdə Cavabdeh Quba rayon şöbəsinin əməkdaşları gəlib sayğaca baxış keçirmişlər. Yoxlamanın rəyinə əsasən ******* saylı sayğacın plastmas qapağının üzərində mənşəyi məlum olmayan plomb aşkar edilmiş, bunun əsasında ******* nömrəli akt tərtib edilmiş və 286,20 manat borc hesablanmışdır. Bildirmişdir ki, o, heç zaman qaz sayğacına müdaxilə etməmişdir. 307,80 manat və 286,20 manat borcun yaranmasında və sayğacın istismara yararsız olmasında onun yoxdur. Həmin borc əsassız olduğundan abonent hesabımdan silinməlidir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, sayğaca kənar xəttin qonşu tərəfindən çəkilərək, onun tərəfindən qeyri-qanuni şəkildə istifadə etdiyini bildirərək, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh nümayəndəsi X2 iddianı qəbul etməyərək təmin edilməməsini xahiş etmişdir. Məhkəmə tərəfləri dinləyib iş materiallarını araşdıraraq və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakılara əsasən iddia qismən təmin edilməlidir Belə ki, iş materiallarında olan ******* saylı aktdan görünür ki, sayğaca əlavə kənar xətt vasitəsi qoşmaqla qazdan qeyri-qanuni şəkildə istifadə edildiyi aşkar edilmişdir. İş materiallarında olan abonentin saldosundan görünür ki, İddiaçı 2017-ci ilin iyun ayı üzrə 307,80 manat məbləğində borcu vardır. İş materiallarında olan ******* saylı aktdan görünür ki, sayğacın plastmas qapağının üzərində mənşəyi məlum olmayan plomb aşkar edilmişdir. İş materiallarında olan abonentin saldosundan görünür ki, İddiaçı 2018-ci ilin yanvar ayı üzrə 286,20 manat məbləğində borcu vardır. Müəyyən olunmuşdur ki, İddiaçı təbii qaz abonenti kimi qeydiyyatdadır. Cavabdeh tərəfindən xx.xx.2018-ci il tarixində tərtib edilmiş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktında qeyd olunmuşdur ki, sayğacın plastmas qapağının üzərində mənşəyi məlum olmayan plomb aşkar edilmişdir. Onun tərəfindən sаyğаcа hər hаnsı müdаxilə edilməsi, iddiаçının təqsirli hərəkət və hərəkətsizliyi nəticəsində sаyğаcın zədələnməsi müəyyən edilmədiyi halda iddiаçıyа əsаssız olаrаq 286,20 manat məbləğində əlаvə sərfiyyаt hesаblаnmışdır. Həmçinin, iddiaçı Cavabdeh tərəfindən xx.xx.2017-ci il tarixində tərtib edilmiş akt əsasında hesablanmış 307,80 manat məbləğində pulunda əsassız hesab edilərək abonent hesabından silinməsini tələb etdə də, “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktında qeyd olunmuşdur ki, sayğaca əlavə kənar xətt vasitəsi qoşmaqla qazdan qeyri-qanuni şəkildə istifadə edilir. Bunun əsasında iddiaçıya 307,80 manat məbləğində əlavə sərfiyyat hesablanmışdır. İddiaçı sayğaca əlavə kənar xətt vasitəsi qoşmaqla qazdan istifadə qaydalarını pozduğundan, onun əsasında hesablanmış borc əsassız sayıla bilməz. İddiaçı məhkəmə iclasında kənar xəttin qonşusu tərəfindən qoşulduğunu qeyd etsə də, bununla bağlı məhkəməyə heç bir sübut təqdim etməmişdir. Ona görə də iddia həmin hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilən "Qazdan istifadə qaydaları"nın 4.2-ci bəndinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar (4.8). İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. (4.9). İddiaçı aktın və tələbnamənin ləğv edilməsi tələbini qoysa da mahiyyətcə borcun silinməsi barədə tələb irəli sürür. Göründüyü kimi iddiaçının prosessual məqsədi onun hesabında sayğacdan kənar hesablanmış borcun qanunsuz sayılması olduğundan borcun silinməsidir. Yəni iddiaçı aktın və tələbnamənin ləğv edilməsi barədə iddia versə də (akt və tələbnamə özlüyündə mövcuddur), məhkəmə iddianı akt üzrə nəzərdə tutulan ödəmənin silinməsi barədə iddia kimi qəbul edir. Göründüyü kimi cavabdeh tərəfindən iddiaçıya hesablanmış borcun məhz abonentin sayğaca qanunsuz müdaxiləsindən irəli gəldiyi əsaslandırılmamış, bununla bağlı sübutlar təqdim edilməmişdir. Əksinə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilən "Qazdan istifadə qaydaları"nın 4.8-ci bəndinə əsasən iddiaçının qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşımışdır. Beləliklə, şərh olunanlara əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilərək, “Azəriqaz" İstehsalat Birliyinin əməkdaşları tərəfindən əsassız hesablanmış 286,20 manat məbləğində borc iddiaçının **********01660 saylı abonent hesabından silinməli, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı **********01660 saylı abonent hesabına hesablanmış 286,20 manat məbləğində borc pul onun abonent hesabından silinsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rahim Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar