Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-436/2022 25.02.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, məhkəmə iclas katibi Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Torpağın mülkiyyətə verilməsinə dair JN-820A KOD 30306018 saylı şəhadətnamənin Ərizəçi məxsus olması faktının müəyyən edilməsinə barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edərək onunla əsaslandırmışdır ki, torpağın mülkiyyətə verilməsinə dair JN-820A KOD 30306018 saylı şəhadətnaməyə əsasən Quba rayon Aqrar İslahatı Komissiyasının 15.08.1997-ci il tarixli 08 saylı qərarı ilə 0.10 ha həyətyanı torpaq sahəsi onun mülkiyyətinə verilmiş və hal-hazırda onun istifadəsindədir. Quba rayonu Alpan kəndin ərazisində yerləşən 0.10 ha.torpaq sahəsinə hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və torpaq sahəsinin plan və ölçüsünün hazırlanması üçün Daşınmaz Əmlakın Dövlət Reystri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə müvafiq sənədlərlə birlikdə yazlı ərizə ilə müraciət etmiş, həmin vaxt sənədlərdə uyğunsuzluğun olması müəyyən edilmişdir. Şəxsiyyəti təsdiq edən sənəddə adı Ərizəçi olduğu halda şəhadətnamədə X1 qeyd edilmişdir. Ona görə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Göstərilənləri nəzərə alaraq, ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada məlumatlandırılmalarına baxmayaraq, iş üzrə maraqlı tərəf Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Məhkəmə maraqlı tərəf Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iş üzrə ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdıraraq toplanmış sübutlara qiymət verməklə hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan torpağın mülkiyyətə verilməsinə dair JN-820A KOD 30306018 saylı şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Quba rayon Aqrar İslahatı Komissiyasının 15.08.1997-ci il tarixli 08 saylı qərarı ilə X2 0,10 ha torpaq sahəsi verilmişdir. İş materiallarında olan AZ ******* nömrəli doğum haqqında şəhadətnamənin notarial təsdiqli surətindən görünür ki, ərizəçinin adının düzgün yazılışı “Kamilə”dir. İş materiallarında olan Quba RİHB-nin Alpan İƏD üzrə nümayəndəliyin 21.10.2019cu il tarixli 834 saylı arayışından görünür ki, torpağın mülkiyyətə verilməsinə dair JN-820A KOD 30306018 saylı şəhadətnamədə “X3” yazılsa da, düzgün yazılış – “Ərizəçi”dır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin 14.11.2019-cu il tarixli **********03 saylı məktubundan görünür ki, torpağın mülkiyyətə verilməsinə dair JN-820A KOD 30306018 saylı şəhadətnamədə qeyd olunmuş hüquq sahiblərinin ad və soyad yaranmış uyğunsuzluğu aradan qaldırılması üçün məhkəməyə müraciət etmək tövsiyyə olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2.5-ci maddəsinə əsasən, şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktını müəyyən edə bilər; 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Məhkəmə, iş üzrə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib hesab edir ki, torpağın mülkiyyətə verilməsinə dair JN-820A KOD 30306018 saylı şəhadətnamənin Ərizəçi məxsus olması faktı tədqiq olunmuş sübutlarla öz təsdiqini tapdığından ərizə təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutub, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Torpağın mülkiyyətə verilməsinə dair JN-820A KOD 30306018 saylı şəhadətnamənin AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin sahibi Ərizəçi məxsus olması faktı müəyyən edilsin. Qətnamədən, onun alındığı və ya təqdim olunduğu gündən 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Vüqar Seyidov
Məhkəmə qərarları › İş №2(027)-436/2022
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-436/2022
25.02.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver