Azərbaycan Respublikası adından QƏRARDAD Quba şəhəri İş № 2(027)-438/2022 12.04.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov İlqar Aslan oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh və maraqlı tərəf Quba Regional “Asan Xidməti”nə qarşı “alqı-satqı müqaviləsinin eyibarsız hesab edilməsi”tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdeh və maraqlı tərəf Quba Regional “Asan Xidməti”nə qarşı “alqı0satqı müqaviləsinin eyibarsız hesab edilməsi”tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. 12 aprel 2022-ci il tarixə təyin edilmiş məhkəmə iclası zamanı müəyyən edildi ki, İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh ilə aralarında yaranmış anlaşılmazlığı aradan qaldırmışdır, ona qarşı tələbi olmadığını bildirib, iddia ərizəsini və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı haqqında müvafiq qaydada xəbərdar olunmuş Cavabdeh və maraqlı tərəf Quba Regional “Asan Xidməti”nin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinə dair rəsmi sənəd təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə görə, iddia ərizəsinin qaytarılması barədə ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Məhkəmə hesab edir ki, hazırki 2(027)-438/2022 saylı mülki iş üzrə iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 259.11-cı, 263- 264-cü və 266-268-ci maddələrini rəhbər tutaraq, Qərara aldı: İddiaçı Cavabdeh və maraqlı tərəf Quba Regional “Asan Xidməti”nə qarşı “alqı-satqı müqaviləsinin eyibarsız hesab edilməsi”tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan 10 (on) gün müddətində Quba Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: İlqar Məmmədov
Məhkəmə qərarları › İş №2(027)-438/2022
Quba Rayon Məhkəməsi Qərardad — İş №2(027)-438/2022
12.04.2022 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver