Məhkəmə qərarları › İş №2(027)-448/2022

Quba Rayon Məhkəməsi Qərardad — İş №2(027)-448/2022

10.06.2022 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Quba şəhəri İş № 2(027)-448/2022 10.06.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, İdddiaçı Poladova (Qurbanova) Səriyyə Nemətulla qızının nümayəndəsi X2 və Cavabdeh3 iştirakı ilə, İddiaçılar Poladova (Qurbanova) Səriyyə Nemətulla qızı, İddiaçı2, İddiaçı3 və X3 cavabdehlər Quba rayonu, Zərdabi bələdiyyəsi, Cavabdeh2, Cavabdeh3 və X1 qarşı Quba rayonu Zərdabi bələdiyyəsində bağlanmış 04 mart 2019-cu il tarixli aktın etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmə hazırlıq iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçılar Poladova (Qurbanova) Səriyyə Nemətulla qızı, İddiaçı2, İddiaçı3 və X4 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Quba rayonu, Zədabi bələdiyyəsində bağlanmış 04 mart 2019-cu il taixli Aktın etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Poladova (Qurbanova) Səriyyə Nemətulla qızının nümayəndəsi X5 məhkəməyə ərizə ilə müraciət edərək, ərizəsində hazırkı torpaq mübahisəsi ilə bağlı aidiyyəti üzrə müraciət etmək istədiyini, ona görə də, iddia ərizəzsinin baxılmamış saxlanmasını xahiş etmişdir. İş üzrə cavabdeh tərəfindən hazırki işin mahiyyəti üzrə həll olunması tələbi ilə bağlı məhkəmə müraciət edilməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Azərbaycan Respublikası MPM-nin 260.4-cü maddəsinə əsasən iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Ona görə də məhkəmə hesab edir ki, iddiaçılar Poladova (Qurbanova) Səriyyə Nemətulla qızı, İddiaçı2, İddiaçı3 və X3 cavabdehlər Quba rayonu, Zərdabi bələdiyyəsi, Cavabdeh2, Cavabdeh3 və X1 qarşı Quba rayonu Zərdabi bələdiyyəsində bağlanmış 04 mart 2019-cu il tarixli aktın etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlanmalı və ərizənin baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxsin ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etmək hüququ izah edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 259-260, 263-264 və 266- 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddiaçılar Poladova (Qurbanova) Səriyyə Nemətulla qızı, İddiaçı2, İddiaçı3 və X3 cavabdehlər Quba rayonu, Zərdabi bələdiyyəsi, Cavabdeh2, Cavabdeh3 və X1 qarşı Quba rayonu Zərdabi bələdiyyəsində bağlanmış 04 mart 2019-cu il tarixli aktın etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Ərizənin baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxsin ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etmək hüququ izah edilsin. Qərardaddan 10 gün müddətinə Quba Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Vüqar Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar