Məhkəmə qərarları › İş №2(027)-449/2022

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-449/2022

27.05.2022 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-449/2022 27.05.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov İlqar Aslan oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, Ərizəçi, nümayəndəsi və vəkili X6 iştirakı ilə, Ərizəçi maraqlı şəxs Quba RİH-nın Qəyyumluq və Himayəçilik Komissiyasına qarşı şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizəsinə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi maraqlı şəxs Quba rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasına qarşı şəxsin fəaliyyət qabliyyəti olmayan hesab edilməsinə dair ərizə ilə məhkəməyə müəraciət edərək, Quba rayonu, Səbətlər kəndində doğulmuş oğlu - 01 dekabr 1996cı il təvəllüdlü X3 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə Ərizəçi ərizəni müdafiə edərək təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmədə Ərizəçi nümayəndəsi və vəkili X12 ərizəsinin təmin olunmasını məhkəmdən xahiş etdi. Ərizəçi qızı ərizəsini onunla əsaslandırmışdır ki, O,15 iyun 1992-ci il tarixdə X7 ilə ailə qurmuş, birgə nikahdan 03 sentyabr 1993-cü il təvəllüdlü X8, 01 dekabr 1996-cı il təvəllüdlü X9 və 26 sentyabr 2008-ei il təvəllüdlü X10 adlı uşaqları doğulmuşdur. 01 dekabr 1996-cı il təvəllüdlü X9 birinci qurup əlildir, əmək qabiliyyəti yoxdur və o, əmək qabiliyyəti olmayan oğluna baxır. Lakin oğlunun xəstəliyi çox irəlilədiyindən Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsində yerləşən 1 saylı Respublika Psixiatriya Xəstəxanasında da müalicə alır. Oğlu əqli inkişafdan geri qalmışdır. Onun daimi olaraq kənar şəxsin qulluğuna ehtiyacı vardır. Mütəmadi olaraq müalicə və müayinə olunur. Oğlu X1. Hidranın kənar adam olmadan yaşaması mümkün deyildir. O, öz fikrini ifadə edə bilmir. İllər keçdikcə Hidranın problemləri artır, onu idarə edə bilmək daha da çətinləşir. Sənədləşmə zamanı oğlu özünü ifadə edə bilmədiyi üçün imza edə bilmir. Odur ki, oğlu 01 dekabr 1996-cı il təvəllüdlü X3 öz hərəkətlərinin mənasını başa düşməməsinə görə onun fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etməli olmuşdur.Quba rayonu, Səbətlər kəndində doğulmuş oğlu - 01 dekabr 1996-cı il təvəllüdlü X3 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, maraqlı şəxs Quba RİH-nın Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə Ərizəçi qızını və nümayəndəsi və vəkili X11 dinləyib, ekspert rəyini, iş üzrə materialları hərtərəfli, tam və obyektiv tədqiq edərək sübutlara məcmu halda qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğuna görə təmin edilməlidir. Belə ki, iş materiallarında olan AZE 13413764 seriya və nömrəli .şxsiyyət vəsiqəsinin surətindən görünür ki, X9 01 dekabr 1996-cı ildə Quba rayonu Səbətlər kəndində doğulmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin forma TSEK-2 arayışından görünür ki, X9 1-ci qrup əlilliyi və kənar şəxsin köməyinə ehtiyacı var. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X5 Məhkəmə Psixiatrik Ekspertizasının 18.04.2022-ci il tarixli 1284 saylı rəyin nəticə hissəsindən aydın olur ki, X4 ağır davranış pozuntuları ilə (F72) qeyd olunur. Bunu anamnestik məlumatlarkörpəlikdən psixofiziki inkişafdan geri qalması, əqli geriliklə əlaqədar təhsil ala bilməməsi, X19 Dıspanserinində, SN 1 saylı Respublika Psixiatriya Xəstəxanasında müalicədə olması, xəstəliyi ilə əlaqədar İ dərəcəli əlil hesab edilməsi, həmçinin hazırki müayinə zamanı aşkar olunan əlamətlərünsiyyətə çətin daxil olması, ona ünvanlanan sualların bir qismini başa düşməməsi, maraq dairəsinin məhdudluğu, emosional iradi sferasının enməsi, yaddaş və intellektinin aşağı olması, davranışı üzərində nəzarətinin zəifləməsi, öz vəziyyətinə qarşı tənqidinin olmaması, və sair sübut edir. Bunları nəzərə alaraq belə qərara gəlinib ki, X9 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. Mülki işi materiallarını və ambulator məhkəmə-psixiatrik ekspertizası zamanı aparılmış müayinələrin nəticələrinin tədqiqinə əsasən məhkəmə-psixiatrik ekspertizası qoyulmuş sualları aşağıdakı kimi cavablandırır: X4 ağır əqli gerilik davranış pozuntuları ilə qeyd olunur. X9 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. Buna görə də X9 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilə bilər. Azərbaycan Respublikası MPM-nin 317.2-ci maddəsinə görə, məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisənin ərizəsi üzrə qaldırıla bilər. Azərbaycan Respublikası MPM-nin 321.2-ci maddəsinə görə, şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Şərh edilənləri və Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X5 Məhkəmə Psixiatrik Ekspertizasının 18.04.2022-ci il tarixli 1284 saylı rəyini nəzərə alaraq, məhkəmə Quba rayonu, Səbətlər kəndində doğulmuş 01 dekabr 1996-cı il təvəllüdlü X3 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsini məqbul hesab edir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, məhkəmədə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 305, 317-321 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. 01 dekabr 1996-cı il təvəllüdlü X9 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab olunsun. Qətnamədən, qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar