Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-452/2022 07.02.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X25 qızının katibliyi, Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 iştirakı ilə, Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 maraqlı şəxs Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 5 saylı Ərazi İdarəsinə qarşı hüquqi əhəmiyyətli faktın müəyyən olunması tələbinə dair ərizəsi üzrə mülki işə Quba Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, m ü ə y y ə n e t d i: Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 məhkəməyə ərizə ilə müraciət edərək, Torpağın Mülkiyyətə Verilməsinə Dair JN-3478A KOD 30301004 nömrəli X1, X7, X10, X8 ilə yanaşı onlara, Ərizəçi1, Məmmədova (Əhmədova) Yeganə Zülfəddin qızına məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişlər. Ərzəçilər Ərizəçi1 və Ərizəçi2 ərizələrini onunla əsaslandırmışlar ki, onlar bir ailə olmaqla X15, X7, X10, X4 və onlar Ərizəçi1, X6 Quba Rayon Aqrar İslahat Komissiyasının 05 may 2000-ci il tarixli, 05 saylı qərarı ilə Torpağın Mülkiyyətə Verilməsinə Dair JN-3478A KOD 30301004 nömrəli Şəhadətnaməyə əsasən Quba şəhəri ərazisindən fərdi yaşayış evinin tikintisi üçün 0,04 ha torpaq sahəsi verilmişdir. Lakin Torpağın Mülkiyyətə Verilməsinə Dair JN-3478A KOD 30301004 nömrəli Şəhadətnamədə onların ad və ata adları səhv yazılmışdır. Belə ki, Torpağın Mülkiyyətə Verilməsinə Dair JN-3478A KOD 30301004 nömrəli Şəhadətnamədə Ərizəçi1 əvəzinə səhvən X9, Məmmədova (Əhmədova) Yeganə Zülfəddin qızı əvəzinə səhvən X3 yazılmışdır. Onlar Şəhadətnamədə yaranmış uyğunsuzluğu aradan qaldırmaq və düzəlişin həyata keçirilməsi ilə bağlı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət etmişlər. Əmlak Məsələləri Dövlət Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin 29 noyabr 2021-ci il tarixli məktubu ilə yaranmış uyğunsuzluqları aradan qaldırmaq və düzəlişlərin həyata keçirilməsi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin səlahiyyətlərinə aid olmaması barədə imtina məktubu verilmişdir. Hazırda onlar Torpağın Mülkiyyətə Verilməsinə Dair JN-3478A KOD 30301004 nömrəli Şəhadətnamədə yanlışlığı aradan qaldıra bilmirlər və bu səbəbdən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Məhkəmədə ərizəçilər Ərizəçi1 və Ərizəçi2 ərizəni müdafiə edərək, ərizənin təmin olunmasını xahiş etdilər. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, maraqlı şəxs qismində AR ƏMDK yanında DƏDRX-nin 5 saylı Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçiləri dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakılara əsasən ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan şəxsiyyət vəsiqəsinin surətlərindən görünür ki, Ərizəçi1 xx.xx.1959-cu il tarixdə anadan olmuşdur. Onun şəxsiyyət vəsiqəsində adı və atasının adı “Ərizəçi1” olaraq qeyd edilmişdir. İş materiallarında olan doğum haqqında şəhadətnamənin və şəxsiyyət vəsiqəsinin surətlərindən görünür ki, Ərizəçi2 xx.xx.1980-cı il tarixdə anadan olmuşdur. Onun doğum haqqında şəhadətnaməsində onun adı “Yeganə” olaraq qeyd edilmişdir. İş materiallarında olan nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X19 ilə X17 arasında nikah 15.08.1977-ci il tarixdə bağlanmışdır. Nikahdan sonra Mahizə Kərimova “Məmmədova” soyadı verilmiş. Həmin şəhadətnamədə onun adı və atasının adı “X17” olaraq qeyd edilmişdir. İş materiallarında olan nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X29 ilə X12 arasında nikah 28.11.1999-cu il tarixdə bağlanmışdır. Həmin şəhadətnamədə onun adı “Yeganə” olaraq qeyd edilmişdir. İş materiallarında olan Quba RİHB-nın Quba şəhəri İƏD üzrə nümayəndəliyinin 24.12.2021-ci il tarixli arayışından görünür ki, X13 mülkiyyətində olan torpağın mülkiyyətə verilməsinə dair JN-347A, kod 30301004 olan şəhadətnamədə X9 yox, Ərizəçi1, X11 yox, Ərizəçi2 kimi tanınmalıdırlar. İş materiallarında olan 1986-1990-cı illərə aid Dağüstü kəndi üzrə İ saylı təsərrüfat başına kitabından 52 saylı təsərrüfat başçısı olan X14 aid səhifəsinin surətindən görünür ki, Ərizəçi1 Şabəddin qızı və X12 həmin təsərrüfat başına kitabda qeyd olunan ailə üzvlərinə daxildirlər. İş materiallarına əlavə edilmiş Torpağın Mülkiyyətə Verilməsinə dair Şəhadətnamənin surətindən görünür ki, Ərizəçi1, Ərizəçi2 və onların ailə üzvlərinə Quba rayon AİK-nın 05.05.2000-ci il tarixli 05 saylı qərarı ilə Torpağın Mülkiyyətə Verilməsinə dair JN-3478A kod 30301004 saylı Şəhadətnamə tərtib edilərək 0.04 ha torpaq sahəsi verilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, Ərizəçi1, Ərizəçi2 və onların ailə üzvlərinə Quba rayon AİK-nın 05.05.2000-ci il tarixli 05 saylı qərarına əsasən 0.04 ha torpaq sahəsi verilmiş və Torpağın Mülkiyyətə Verilməsinə dair JN-3478A kod 30301004 saylı Şəhadətnamə tərtib edilmişdir. Həmin Şəhadətnamədə “Ərizəçi1” əvəzinə səhvən “X9”, “X12” əvəzinə səhvən “X11” kimi qeyd olunmuşdur. Ərizəçi1 və Ərizəçi2 məhkəmədən Torpağın Mülkiyyətə Verilməsinə dair JN-3478A kod 30301004 saylı Şəhadətnamənin onlara məxsus olması faktının müəyyən edilməsini xahiş etmişlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 307-ci maddəsinə görə məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktını müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, Ərizəçilər həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə təqdim olunmuş və məhkəmədə araşdırılmış sübutlara məcmu halında qiymət verərək, belə qənaətə gəlir ki, ərizəçilərin göstərdiyi hal, yəni Torpağın Mülkiyyətə Verilməsinə dair JN-3478A kod 30301004 saylı X2, X16, X18 və X8 ilə yanaşı, Ərizəçi1 və Ərizəçi2 məxsus olması faktı iş materialları ilə təsdiq olunur, ona görə də ərizə təmin olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 hüquqi əhəmiyyətli faktın müəyyən olunması tələbinə dair ərizələri təmin edilsin. Torpağın Mülkiyyətə Verilməsinə dair JN-3478A kod 30301004 saylı Şəhadətnamənin Ərizəçi1 və Əhmədova (Məmmədova) Yeganə Zülfəddin qızına münasibətdə onlara məxsus olmasına dair hüquqi fakt müəyyən edilsin. Qətnamədən, rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rahim Həsənov
Məhkəmə qərarları › İş №2(027)-452/2022
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-452/2022
07.02.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver