Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-453/2022 05.04.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov İlqar Aslan oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, JN-388 KOD 30319018 saylı Torpağa Mülkiyyət Hüqüqüna X16 mərhum X7 ilə yanaşı mərhum anası X1 məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə Ərizəçi ərizəni müdafiə edərək, təmin olunmasını məhkəmədən xahiş etdi. Ərizəçi ərizədə göstərmişdir ki, mərhum X7 və mərhum anası X3 Quba rayon Aqrar İslahat Komissiyasının 23 mart 1999-cu il tarixli, 07 saylı qərarı ilə Torpağa Mülkiyyət Hüququna Dair JN- 388 KOD 30319018 saylı Dövlət Aktına əsasən Quba rayonu, İ-Nügədi kəndi ərazisindən kənd təsərrüfatı məhsulları istehsalı məqsədilə 0,42 ha torpaq sahəsi verilmişdir. Lakin Torpağa Mülkiyyət Hüququna Dair JN-388 KOD 30319018 Dövlət Aktında anasının ata adı səhv yazılmışdır. Belə ki, Torpağa Mülkiyyət Hüququna Dair JN-388 KOD 30319018 Dövlət Aktında X6 əvəzinə səhvən X5 kimi yazılmışdır. X12 yaranmış uyğunsuzluğu aradan qaldırmaq və düzəlişin həyata keçirilməsi ilə bağlı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət etsə də, onların səlahiyyətlərinə aid olmadığı ilə bağlı **********85 saylı, 29 noyabr 2021-ci il tarixli imtina məktubu alıb. Qeyd edir ki, X7 12 avqust 2015-ci il tarixdə, anası X6 isə 19 iyul 2013-cü il tarixdə vəfat ediblər. O, Dövlət Aktında olan yanlışlığı aradan qaldıra bilmir və bu səbəbdən məhkəməyə müraciət etmək məcburiyyətində qalaraq, JN-388 KOD 30319018 saylı Torpağa Mülkiyyət Hüqüqüna X16 mərhum X7 və mərhum anası X1 məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə maraqlı şəxs Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 5 saylı Xaçmaz İdarəsinə qanunla müəyyən olunmuş qaydada məhkəmənin yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq, onların nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri haqqında məlumat verməmişlər. Ona görə də Azərbaycan Respublikası MPM-nin 185.5ci maddəsinə əsasən, məhkəmə maraqlı şəxs Azərbaycan Respublikası ƏMDK yanında DƏDRXnin 5 saylı Xaçmaz İdarəsinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmədə şahid X11 bildirdi ki, Ərizəçi onun doğma qardaşıdı, X10 onların atası, X6 analarıdır və ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə Ərizəçi və şahid X8 dinləyib və işə əlavə edilmiş sənədləri, tam, hərtərəfli və obyektiv araşdırıb işdəki sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslıdır və təmin olunmalıdır. Belə ki, iş materiallarında olan JN-388 KOD 30319018 saylı Torpağa Mülkiyyət Hüququna X16 təsdiq edilmiş surətindən görünür ki, Quba rayon AİK-nın 23.03.1999-cu il tarixli 07 saylı qərarına əsasən Quba rayonu, İ Nügədi kəndi ərazisindən kənd təsərrüfatı məhsulları istehsalı məqsədilə 0.42 ha torpaq sahəsi Quba rayonu İ Nügədi kənd sakinləri X10 və X2 mülkiyyətinə verilib. İş materiallarında olan AZ-İ 755379 seriya və nömrəli ölüm haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X10 12.08.2015-ci ildə vəfat etmiş, ölüm haqqında akt qeydləri kitabında 20.08.2015-ci il tarixli 29 nömrə ilə qeyd edilib. İş materiallarında olan AZ-İ 621991 seriya və nömrəli ölüm haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X6 19.07.2013-cü ildə vəfat etmiş, ölüm haqqında akt qeydləri kitabında 01.08.2013-ci il tarixli 35 nömrə ilə qeyd edilib. İş materiallarında olan İX-ЖГ 474003 seriya və nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, Ərizəçi xx.xx.1960-cı ildə anadan olmuş, doğum haqqında akt qeydləri kitabında 15.06.1960-ci il tarixli 258 nömrə ilə qeyd edilib. X7, anası X6 qeyd edilib. İş materiallarında olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 5 saylı Xaçmaz İdarəsinin Ərizəçi ünvanladığı 29.11.2021-ci il tarixli məktubda JN-388 KOD 30319018 saylı Torpağa Mülkiyyət Hüququna X17 ad və soyadlarında, ata adlarında yaranmış uyğunsuzluğları aradan qaldırmaq və düzəlişlərin həyata kemirilməsi ilə bağlı məhkəməyə müraciət edilməsi tövsiyə edilmişdir. Məhkəmə işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, JN-388 KOD 30319018 saylı Torpağa Mülkiyyət Hüqüqüna Dair Dövlət X4 ilə yanaşı X3 məxsus olması faktı müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 307.1 maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlanını əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin aslı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı, onun pasportdakı adı, atasının adı və soyadı ilə düz gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı məhkəmə qaydasında müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli olan faktları, o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qayadada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 307, 308 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: Ərizə təmin olunsun. JN-388 KOD 30319018 saylı Torpağa Mülkiyyət Hüqüqüna Dair Dövlət X4 ilə yanaşı X3 məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətinə Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İlqar Məmmədov
Məhkəmə qərarları › İş №2(027)-453/2022
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-453/2022
05.04.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver