Azərbaycan Respublikası adından QƏRARDAD Quba şəhəri İş № 2(027)-46/2024 06.02.2024 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, Xudaverdiyev Elşad Mütəllim oğlunun katibliyi, İddiaçı cavabdeh X2 qarşı “ünvan 1i ünvanında 0.15 ha torpaq sahəsində yerləşən ona məxsus fərdi yaşayış evinə gedən avtomobil yolu üzərində qanunsuz olaraq tikilmiş hasarın cavabdehin hesabına sökülməsi və yolun əvvəlki vəziyyətinin bərpa edilməsi” tələbinə dair ərizəsinə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh X2 qarşı “ünvan 1i ünvanında 0.15 ha torpaq sahəsində yerləşən ona məxsus fərdi yaşayış evinə gedən avtomobil yolu üzərində qanunsuz olaraq tikilmiş hasarın cavabdehin hesabına sökülməsi və yolun əvvəlki vəziyyətinin bərpa edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. İddiaçı məhkəməyə ərizə təqdim edərək, ərizəni və ona əlavə edilmiş sənədləri geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə ərizəni və iddianı nəzərdən keçirərək hesab edir ki, vəsatət təmin edilməli və iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 170.1-ci maddəsinə əsasən həmin Məcəllənin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6—261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Azərbaycan Respublikası MPM-nin 170.3-cü maddəsinə əsasən bu Məcəllənin 170.1-ci və 170.2-ci maddələrində göstərilən qaydada qəbul edilmiş qərardaddan şikayət verilə bilər. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 170, 263-264-cü və 266-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı maraqlı cavabdeh X2 qarşı “ünvan 1i ünvanında 0.15 ha torpaq sahəsində yerləşən ona məxsus fərdi yaşayış evinə gedən avtomobil yolu üzərində qanunsuz olaraq tikilmiş hasarın cavabdehin hesabına sökülməsi və yolun əvvəlki vəziyyətinin bərpa edilməsi” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın, ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan 10 (on) gün müddətinə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Quba Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Rahim Həsənov Quba rayon Məhkəməsinin hakimi cənab Rahim Həsənova X3 tərəfindən VƏSATƏT Quba rayon Məhkəməsinin 2(027)-50/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə, iddiaçı X1 maraqlı Quba Rayon İcra Hakimiyyətinin başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyası qarşı “torpaq sahəsinin qanunsuz sahiblikdən geri qaytarılması” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmışdır. Hazırda zərurət aradan qaldırıldığından qeyd olunanlara əsasən, X A H İ Ş E D İ R Ə M: Quba rayon Məhkəməsinin 2(027)-50/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ləğv edilməsi və işin icraatının təzələnməsi barədə qərardan qəbul edəsiniz. İmza: Svetlana Məstanova
Məhkəmə qərarları › İş №2(027)-46/2024
Quba Rayon Məhkəməsi Qərardad — İş №2(027)-46/2024
06.02.2024 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver