Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-462/2022 22.02.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X7 oğlunun katibliyi, Ərizəçilər Ərizəçi1 nümayəndəsi Mikayılov Tahir Babaşah oğlunun və Ərizəçi2 iştirakı ilə, Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 maraqlı şəxs Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 5 saylı Ərazi İdarəsinə qarşı hüquqi əhəmiyyətli faktın müəyyən olunması tələbinə dair ərizəsi üzrə mülki işə Quba Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, m ü ə y y ə n e t d i: Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 məhkəməyə ərizə ilə müraciət edərək, Torpağa Mülkiyyət Hüququna Dair JN -130 KOD 30321098 saylı Dövlət Aktının onlar Ərizəçi1, Ərizəçi2 məxsus olması, Torpağın Mülkiyyətə Verilməsinə Dair JN-257A KOD 30321098 saylı Şəhadətnamənin Ərizəçi1, X3, X4 ilə yanaşı ona Ərizəçi2 məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişlər. Ərzəçilər Ərizəçi1 və Ərizəçi2 ərizələrini onunla əsaslandırmışlar ki, O, Mikayılov Tahir Babaşah oğluna və həyat yoldaşı Ərizəçi2 Quba Rayon aqrar İslahat Komissiyasının 29 iyul 1999-cu il tarixli. 13 saylı qərarı ilə Torpağa Mülkiyyət Hüququna Dair JN-0130 KOD 30321098 saylı Dövlət Aktına əsasən Quba rayonu, Qam-qam kəndi ərazisindən kənd təsərrüfatı məhsulları istehsalı məqsədi ilə 0.58 ha torpaq sahəsi verilmişdir. Lakin Torpağa Mülkiyyət Hüququna Dair JN-0130 KOD 30321098 saylı Dövlət Aktında onların ad və ata adları səhv yazılmışdır. Belə ki, Torpağa Mülkiyyət Hüququna Dair JN-0130 KOD 30321098 saylı Dövlət Aktında “Ərizəçi1” əvəzinə səhvən “Mikayılov Tahir Babaşah oğlu”, “Ərizəçi2” əvəzinə səhvən “Mikayılova Rəna” kimi yazılmışdır. Bundan başqa Quba rayon Aqrar İslahat Komissiyasının 15 avqust 1997-ci il tarixli, 08 saylı qərarı ilə Torpağın Mülkiyyətə Verilməsinə Dair JN-257A KOD 30321098 saylı Şəhadətnaməyə əsasən Quba rayonu, Qam-qam kəndi ərazisindən fərdi yaşayış evinin tikintisi üçün 0.24 ha torpaq sahəsi verilmişdir. Lakin Torpağın Mülkiyyətə Verilməsinə Dair JN-257A KOD 30321098 saylı Şəhadətnamədə o, Ərizəçi2 adı səhv yazılmışdır. Belə ki, Torpağın Mülkiyyətə Verilməsinə Dair JN-257A KOD 30321098 saylı Şəhadətnamədə Ərizəçi2 əvəzinə səhvən X1 yazılmışdır. Hazırda onlar Dövlət Aktı və Şəhadətnamədə yaranmış uyğunsuzluğu aradan qaldırmaq və düzəlişin həyata keçirilməsi ilə bağlı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət etsələr də, onların səlahiyyətlərinə aid olmadığı ilə bağlı **********47 saylı, 05 aprel 2021-ci il tarixli imtina məktubu almışlar. Həmin hüquqi faktın təsdiqi ilə əlaqədar məhkəməyə müraciət etməli olmuşlar. Məhkəmədə ərizəçilər Ərizəçi1 nümayəndəsi Mikayılov Tahir Babaşah oğlu və Ərizəçi2 ərizəni müdafiə edərək, ərizənin təmin olunmasını xahiş etdilər. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, maraqlı şəxs qismində AR ƏMDK yanında DƏDRX-nin 5 saylı Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçiləri dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakılara əsasən ərizə təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamənin və şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi1 xx.xx.1969-cu ildə anadan olmuşdur. Həmin doğum haqqında şəhadətnamə də və şəxsiyyət vəsiqəsində onun atasının adı “Mahir” olaraq qeyd edilmişdir. İş materiallarında olan doğum haqqında şəhadətnamənin və şəxsiyyət vəsiqəsinin surətlərindən görünür ki, Ərizəçi2 xx.xx.1977-ci il tarixdə anadan olmuşdur. Doğum haqqında şəhadətnamə də və şəxsiyyət vəsiqəsində onun adı, soyadı, atasının adı “Ərizəçi2” olaraq qeyd edilmişdir. İş materiallarında olan nikahıb bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, ərizəçilər arasında nikah 03.11.1997-ci il tarixdə bağlanmışdır Həmin şəhadətnamədə ərizəçilərin soyadları, adları və atalarının adı Ərizəçi1 və Ərizəçi2 olaraq qeyd edilmişdir. İş materiallarında olan Quba RİHB-nın İƏD üzə nümayəndəliyinin 02.12.2021-ci il tarixli arayışından görünür ki, JN-0130, kod 30321098 olan torpağın mülkiyyət hüququna dair dövlət aktında texniki səhv olduğundan Mikayılov Tahir Babaşah oğlu kimi qeyd edilmişdir. O, JN-0130, kod 30321098 olan torpağa mülkiyyət hüququna dair dövlət aktında şəxsiyyət vəsiqəsinə əsasən Ərizəçi1 kimi oxunmalıdır. İş materiallarında olan Quba RİHB-nın İƏD üzə nümayəndəliyinin 02.12.2021-ci il tarixli arayışından görünür ki, JN-257A, kod 30321098 olan torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədə texniki səhv olduğundan X1 qeyd edilmişdir. O, JN- 257A, kod 30321098 olan torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədə şəxsiyyət vəsiqəsinə əsasən Ərizəçi2 kimi oxunmalıdır. İş materiallarına əlavə edilmiş Torpağa Mülkiyyət hüququna dair Dövlət Aktının surətindən görünür ki, Ərizəçi1 və Ərizəçi2 Quba rayon AİK-nın 15.08.1997-ci il tarixli 08 saylı qərarı ilə Torpağa Mülkiyyət Hüququna dair JN-0130 kod 30321098 saylı Dövlət Aktı tərtib edilərək 0.58 ha torpaq sahəsi verilmişdir. İş materiallarına əlavə edilmiş Torpağın Mülkiyyətə Verilməsinə dair Şəhadətnamənin surətindən görünür ki, Ərizəçi2 və onların ailə üzvlərinə Quba rayon AİK-nın 15.08.1997-ci il tarixli 08 saylı qərarı ilə Torpağın Mülkiyyətə Verilməsinə dair JN-257A kod 30321098 saylı Şəhadətnamə tərtib edilərək 0.24 ha torpaq sahəsi verilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, Ərizəçi1 və Ərizəçi2 Quba rayon AİK-nın 15.08.1997-ci il tarixli 08 saylı qərarına əsasən 0.58 ha torpaq sahəsi verilmiş və Torpağa Mülkiyyət Hüququna dair JN-0130 kod 30321098 saylı Dövlət Aktı tərtib edilmişdir. Ərizəçi2 və onların ailə üzvlərinə Quba rayon AİK-nın 15.08.1997-ci il tarixli 08 saylı qərarına əsasən 0.24 ha torpaq sahəsi verilmiş və Torpağın Mülkiyyətə Verilməsinə dair JN-257A kod 30321098 saylı Şəhadətnamə tərtib edilmişdir. X10 “Ərizəçi1” əvəzinə səhvən “Mikayılov Tahir Babaşah oğlu”, “Ərizəçi2” əvəzinə səhvən “Mikayılova Rəna” kimi qeyd olunmuşdur. Torpağın Mülkiyyətə Verilməsinə dair JN-257A kod 30321098 saylı Şəhadətnamədə ““Ərizəçi2” əvəzinə səhvən “X2” kimi qeyd edilmişdir. Ərizəçi1, Ərizəçi2 məhkəmədən Torpağa Mülkiyyət Hüququna dair JN-0130 kod 30321098 saylı Dövlət Aktının, JN-257A kod 30321098 saylı Şəhadətnamənin onlara məxsus olması faktının müəyyən edilməsini xahiş etmişlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 307-ci maddəsinə görə məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktını müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, Ərizəçilər həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə təqdim olunmuş və məhkəmədə araşdırılmış sübutlara məcmu halında qiymət verərək, belə qənaətə gəlir ki, ərizəçilərin göstərdiyi hal, yəni Torpağa Mülkiyyət Hüququna dair JN-0130 kod 30321098 saylı Dövlət Aktının Ərizəçi1 və Ərizəçi2, Torpağın Mülkiyyətə Verilməsinə dair JN-257A kod 30321098 saylı Şəhadətnamənin Ərizəçi1, X3 və X4 ilə yanaşı, Mikayılov Rəvanə Babaşah qızına məxsus olması faktı iş materialları ilə təsdiq olunur, ona görə də ərizə təmin olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 hüquqi əhəmiyyətli faktın müəyyən olunması tələbinə dair ərizələri təmin edilsin. Torpağa Mülkiyyət Hüququna dair JN-0130 kod 30321098 saylı Dövlət Aktının Ərizəçi1 və Ərizəçi2 münasibətdə onlara məxsus olmasına dair hüquqi fakt müəyyən edilsin. Torpağın Mülkiyyətə Verilməsinə dair JN-257A kod 30321098 saylı Şəhadətnamənin Ərizəçi2 münasibətdə onlara məxsus olmasına dair hüquqi fakt müəyyən edilsin. Qətnamədən, rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rahim Həsənov
Məhkəmə qərarları › İş №2(027)-462/2022
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-462/2022
22.02.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver