Məhkəmə qərarları › İş №2(027)-468/2022

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-468/2022

06.05.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-468/2022 06.05.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov İlqar Aslan oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi ilə, Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Maraqlı şəxsnə qarşı hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, JN-879 KOD ********* saylı Torpağa Mülkiyyət X1ra- Ərizəçi və mərhum X8a məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi etibarnamə üzrə nümayəndəsi və vəkili X5 məhkəməyə ərizə ilə müraciət edərək, işə onların iştirakı olmadan baxılmasını və iddianın təmin olunmasını xahiş etmişdir. Ərizəçi ərizədə göstərmişdir ki, onlara Quba rayon Zərdabi kəndi ərazisindən Quba rayon Aqrar islahat Komissiyasının 01 fevral 1999-cu il tarixli 115 saylı qərarı ilə kənd təsərrüfatı məhsullarının istehsalı üçün torpaq sahəsi verilmiş və bu barədə JN-879,KOD 30316018 Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı verilmişdir. Dövlət Aktı alandan sonra məlum olmuşdur ki, Dövlət Aktında adı Minacət Bilal qızı əvəzinə “Mivacət Bilal oğlu”, atasının adı Muradov Bilal əvəzinə “X4” yazılmışdır. Torpaq sahəsinə Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinə çıxarış almaq məqsədi ilə müraciət etsə də, adlarda uyğunsuzluq olduğundan ərizənin qeydiyyatına imtina verilmişdir. Dövlət Aktını verən orqan - Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi ləğv edildiyindən Dövlət Aktında yanlışlığı aradan qaldıra bilmir və bu səbəbdən məhkəməyə müraciət etmək məcburiyyətində qalaraq, JN-879 KOD ********* saylı Torpağa Mülkiyyət X1ra- Ərizəçi və mərhum X8a məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə maraqlı şəxs Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 5 saylı Xaçmaz İdarəsinə qanunla müəyyən olunmuş qaydada məhkəmənin yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq, onların nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri haqqında məlumat verməmişlər. Ona görə də Azərbaycan Respublikası MPM-nin 185.5ci maddəsinə əsasən, məhkəmə maraqlı şəxs Azərbaycan Respublikası ƏMDK yanında DƏDRXnin 5 saylı Xaçmaz İdarəsinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə işə əlavə edilmiş sənədləri, tam, hərtərəfli və obyektiv araşdırıb işdəki sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslıdır və təmin olunmalıdır. Belə ki, iş materiallarında olan JN-879 KOD ********* saylı Torpağa Mülkiyyət Hüququna X6 təsdiq edilmiş surətindən görünür ki, Quba rayon Aqrar islahat Komissiyasının 01 fevral 1999-cu il tarixli 115 saylı qərarı ilə kənd təsərrüfatı məhsullarının istehsalı üçün Quba rayonu, Zərdabi kəndi ərazisindən 1.04 ha torpaq sahəsi Quba rayonu Zərdabi kənd sakinləri Muradov Bilal və Ərizəçi mülkiyyətinə verilib. İş materiallarında olan AZ-İ 239831 seriya və nömrəli ölüm haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, Muradov Bilal 27.02.2007-ci ildə vəfat etmiş, ölüm haqqında akt qeydləri kitabında 02.03.2007-ci il tarixdə 10 nömrə ilə qeyd edilib. İş materiallarında olan AЗБ 084442 seriya və nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, Ərizəçi xx.xx.1971-ci ildə anadan olmuş, doğum haqqında akt qeydləri kitabında 11.03.1971-ci il tarixdə 53 nömrə ilə qeyd edilib. X8, anası X2 qeyd edilib. İş materiallarında olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 5 saylı Xaçmaz İdarəsinin Ərizəçi ünvanladığı 17.12.2021-ci il tarixli məktubda JN-879 KOD ********* saylı Torpağa Mülkiyyət Hüququna X9 ad və soyadlarında, ata adlarında yaranmış uyğunsuzluğları aradan qaldırmaq və düzəlişlərin həyata kemirilməsi ilə bağlı məhkəməyə müraciət edilməsi tövsiyə edilmişdir. Məhkəmə işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, JN-879 KOD ********* saylı Torpağa Mülkiyyət Hüqüqüna X6 Ərizəçi və mərhum Muradov Bilala məxsus olması faktı müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 307.1 maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlanını əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin aslı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı, onun pasportdakı adı, atasının adı və soyadı ilə düz gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı məhkəmə qaydasında müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli olan faktları, o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qayadada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 307, 308 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: Ərizə təmin olunsun. JN-879 KOD ********* saylı Torpağa Mülkiyyət Hüqüqüna X6 Ərizəçi və mərhum Muradov Bilala məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətinə Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar