Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-469/2023 10.03.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, Xudaverdiyev Elşad Mütəllim oğlunun katibliyi, İddiaçının iştirakı ilə İddiaçının Cavabdehnə qarşı “aktın etibarsız hesab edilməsi, qərarın ləğv edilməsi və borcun silinməsi” tələbinə dair iddiası üzrə mülki işə Quba Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Xaçmaz X2 İdarəsi tərəfindən tərtib edilmiş 26 fevral 2021-ci il tarixli, ******* Aktın etibarsız hesab edilməsi, akt əsasında tərtib edilmiş dəymiş ziyanın bərpasına dair tələbnamə ləğv edilməsi, həmin tələbnamə əsasında mülkiyyətində olan fərdi yaşayış evinə dair abonent hesabına yazılmış 216 manat məbləğində borcun silinməsi, Cavabdeh Xaçmaz X2 İdarəsi tərəfindən tərtib edilmiş 15 avqust 2022-ci il tarixli, ******* nömrəli Aktın etibarsız hesab edilməsi, akt əsasında tərtib edilmiş 31 avqust 2022-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamə ləğv edilməsi, həmin Tələbnamə əsasında mülkiyyətində olan fərdi yaşayış evinə dair abonent hesabına yazılmış 172,80 manat məbləğində borcun silinməsi, ilkin mediasiya sessiyasında ödənilmiş 20 manat mediasiya xərci və hüquqi yardımın göstərilməsinə görə ödənilmiş 60 manat məbləğində pulun cavabdeh Azəriqaz İB-dən alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Quba rayonu, Zərdabi kəndində yerləşən fərdi yaşayış evi ona məxsusdur. 13 fevral 2021-ci il tarixdə Azəriqaz İB-nin əməkdaşları ona məxsus fərdi yaşayış evinə quraşdırılmış Elster tipli, G-4 markalı ******* nömrəli qaz sayğacını çıxardaraq, əvəzinə Zenner tipli G-4 markalı **********8 nömrəli qaz sayğacı quraşdırılmışdır. Bundan sonra 26 fevral 2021-ci il tarixdə Azəriqaz İB nm Xaçmaz RQİİ-nin əməkdaşları tərəfindən ona məxsus mənzilə quraşdırılmış ******* nömrəli qaz sayğacına ümumi baxış keçirilməsi, sayğacın hesablama mexanizminin qapağı yan tərəfindən əzilməsi və daxili qulaqcıqlarda əzik-cızıq izlərinin olması qeydi aparılaraq dəymiş ziyanın hesablanıb ödənilməsi ilə bağlı “0317090” nömrəli akt tərtib edilmişdir. Cavabdeh Azəriqaz İB əməkdaşları tərəfindən həmin akt əsasında Dəymiş Ziyanın bərpasına dair Tələbnamə “Qərar” qəbul edilmiş və 2160 kub metr qazdan istifadəyə görə 216 manat məbləğində borc hesablanmışdır. O, qeyd edilən qərarla və hesablanmış zərər məbləği ilə razılaşmamışdır. Borc əsassız yazıldığı üçün onu ödəməmişdir. Cavabdeh Azəriqaz İB-nin əməkdaşları yenidən 20 aprel 2022-ci il tarixdə yaşadığı fərdi yaşayış evinə gələrək Zenner tipli G-4 markalı **********8 nömrəli qaz sayğacını çıxartmış əvəzinə Zenner tipli, G-4 markalı **********7 nömrəli qaz sayğacı quraşdırmışlar. Bundan sonra 15 avqust 2022-ci il tarixdə Azəriqaz İB-nin Xaçmaz RQİİ-nin əməkdaşları tərəfindən ona məxsus mənzilə quraşdırılmış **********8 nömrəli qaz sayğacına baxış keçirilməsi, xətaların təyin edilməməsi hesablama mexanizmindən keçən qazın həcminin qeyd edilməməsi, kamera vasitəsi ilə sayğacın daxilinə baxış keçirilib kənar təsir izlərinin aşkar edilməməsi sayğacın istismara yararsız olması qeydi aparılaraq dəymiş ziyanın hesablanıb ödənilməsi ilə bağlı “0347479” nömrəli akt tərtib edilmişdir. Cavabdeh Azəriqaz İB əməkdaşları tərəfindən həmin akt əsasında Dəymiş Ziyanın bərpasına dair Tələbnamə qəbul edilmiş və 1440 kub metr qazdan istifadəyə görə 172,80 manat məbləğində borc hesablanmışdır. Onun yaşadığı fərdi yaşayış evinə quraşdırılmış qaz sayğacı çöldədir . Sayğac çöldə olduğu üçün, ona zərər yetirilməsinə görə məsuliyyət daşımır. Bundan əlavə sayğac dövlət yoxlamasında olarkən o, çağırılmamışdır. Sayğac onun iştirakı olmadan yoxlanılmışdır. Həmçinin iki il qanunsuz şəkildə onun sayğacı əsassız şəkildə yoxlanaraq borclar yazılmışdır. O, işin məhkəmədən kənar qaydada həll edilməsi ilə bağlı mediasiya şurasına müriət etmişdir. Lakin cavabdeh Azəriqaz İB mediaisya sessiyasına gəlməmiş ona görə də ona ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə 26 dekabr 2022-ci il tarixli, MŞQ38/1/00246 nömrəli arayış verilmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, təmin olunmasını xahiş etdi. Cavabdeh İB-nin nümayəndəsi məhkəmə baxışı iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxmışdır. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını araşdıraraq və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakılara əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan ******* saylı aktdan görünür ki, **********8 nömrəli sayğaca baxış keçirilən zaman xətalar təyin edilməmiş, hesablama mexanizmi keçən qazın həcmini qeyd etmir fanar vasitəsi ilə sayğacın daxilinə baxış keçirilmiş və kənar təsir izləri aşkar edilməmişdir. Sayğac istismara yararsız olması müəyyən edilmişdir. İş materiallarında olan ******* saylı aktdan görünür ki, ******* nömrəli sayağaca ümumi baxış keçirilən zaman sayağacın hesablama mexanizminin qapağı yan tərəfdən əzilmiş və daxili qulaqcıqlarında əzik cızıq izləri vardır. İş materiallarında olan abonentin saldosundan görünür ki, İddiaçı 2021-ci ilin dekabr ayı üzrə akt əsasında 216 manat məbləğində və 2022-ci ilin dekabr ayı üzrə akt əsasında 172.80 manat məbləğində qalıq borcu vardır. İş materiallarında olan dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, ******* saylı akt üzrə dəymiş ziyanın həcmi hesablanarkən 1440 m3 sərfiyyat müəyyən edilmişdir. İş materiallarında olan dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, ******* saylı akt üzrə dəymiş ziyanın həcmi hesablanarkən 2160 m3 sərfiyyat müəyyən edilmişdir. Müəyyən olunmuşdur ki, İddiaçı təbii qaz abonenti kimi qeydiyyatdadır. Cavabdeh tərəfindən verilmiş dəymiş ziyanın bərpasına dair tələbnamədə göstərilmişdir ki, dəymiş ziyanın həcmi hesablanarkən 1440 m3 və 2160 m3 sərfiyyat müəyyən edilmişdir. xx.xx.2022-ci ildə tərtib edilmiş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktda qeyd olunmuşdur ki, sayğaca baxış keçirilən zaman xətalar təyin edilməmiş, hesablama mexanizmi keçən qazın həcmini qeyd etmir fanar vasitəsi ilə sayğacın daxilinə baxış keçirilmiş və kənar təsir izləri aşkar edilməmişdir. Sayğac istismara yararsızıdır. Həmin akta əsasən iddiaçının (abonentin) bazasındakı abonent koduna 172,80 manat məbləğində itirilmiş qazın dəyəri hesablanmışdır. xx.xx.2021-ci ildə tərtib edilmiş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktda qeyd olunmuşdur ki, sayağaca ümumi baxış keçirilən zaman sayağacın hesablama mexanizminin qapağı yan tərəfdən əzilmiş və daxili qulaqcıqlarında əzik cızıq izləri vardır. Həmin akta əsasən iddiaçının (abonentin) bazasındakı abonent koduna 216 manat məbləğində itirilmiş qazın dəyəri hesablanmışdır. Həmçinin, müəyyən olunmuşdur ki, iddiaçının yaşayış sahəsinə qoyulmuş qaz sayğacı onun həyətindən kənarda küçə tərəfdə quraşdırılmışdır. Yaşayış sahəsi üçün küçədə qoyulmuş qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə iddiaçı cavabdehlik daşıya bilməzdi. Cavabdeh tərəf aktlarda qaz sayğacına şəxsən iddiaçı tərəfindən müdaxilə edilməsini göstərsə də, həmin faktı təsdiq edən sübutlar məhkəməyə təqdim edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh tərəfindən iddiaçı barəsində qazdan istifadə qaydalarının pozulmasına dair tərtib edilmiş aktlar əsaslı ola bilməz. İşin müəyyən edilmiş hаllаrındаn göründüyü kimi, qaz sаyğаcı iddiаçının cаvаbdehliyi sərhəddində qurаşdırılmаmışdır. Onun tərəfindən sаyğаcа hər hаnsı müdаxilə edilməsi, iddiаçının təqsirli hərəkət və hərəkətsizliyi nəticəsində sаyğаcın zədələnməsi müəyyən edilmədiyi halda iddiаçıyа əsаssız olаrаq 2022-ci ilin dekabr ayına 172,80 manat və 2021-ci ilin fevral ayına 216 manat məbləğində əlаvə sərfiyyаt hesаblаnmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilən "Qazdan istifadə qaydaları"nın 4.2-ci bəndinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar (4.8). İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. (4.9). Göründüyü kimi cavabdeh tərəfindən iddiaçıya hesablanmış borcun məhz abonentin sayğaca qanunsuz müdaxiləsindən irəli gəldiyi əsaslandırılmamış, bununla bağlı sübutlar təqdim edilməmişdir. Əksinə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilən "Qazdan istifadə qaydaları"nın 4.8-ci bəndinə əsasən iddiaçının qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşımışdır. İddiaçı aktların etibarsız hesab edilməsini və tələbnamələrin ləğv edilməsi tələbini qoysa da mahiyyətcə borcun silinməsi barədə tələb irəli sürür. Göründüyü kimi iddiaçının prosessual məqsədi onun hesabında sayğacdan kənar hesablanmış borcun qanunsuz sayılması olduğundan borcun silinməsidir. Yən iddiaçı aktların etibarsız edilməsi və təlbnamələrin ləğv edilməsi barədə iddia versə də (aktlar və tələbnamələr özlüyündə mövcuddur), məhkəmə iddianı aktlar və tələbnamələr üzrə nəzərdə tutulan ödəmənin silinməsi barədə iddia kimi qəbul edir. Beləliklə, şərh olunanlara əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilərək, “Azəriqaz" İstehsalat Birliyinin əməkdaşları tərəfindən əsassız hesablanmış 2022-ci ilin dekabr ayına 172,80 manat və 2021-ci ilin dekabr ayına 216 manat məbləğində borc iddiaçının **********05440 saylı abonent hesabından silinməlidir. Hüquqi yardım və mediasiya prosesinin keçirilməsi ilə bağlı iddiaçının ödədiyi məbləğ onun özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı **********05440 saylı abonent hesabına hesablanmış 2022-ci ilin dekabr ayına 172,80 (yüz yetmiş iki manat 80 qəpik) manat və 2021-ci ilin fevral ayına olan 216 (iki yüz on altı) manat məbləğində borc pul onun abonent hesabından silinsin. Hüquqi yardım və mediasiya prosesinin keçirilməsi ilə bağlı iddiaçının ödədiyi məbləğ onun özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rahim Həsənov
Məhkəmə qərarları › İş №2(027)-469/2023
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-469/2023
10.03.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver