Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-472/2022 24.02.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, məhkəmə iclas katibi Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “mirasın qəbul edilməsi üçün ötürülmüş müddətin bərpa edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı “mirasın qəbul edilməsi üçün ötürülmüş müddətin bərpa edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X11, X7 və X1 qalmış mirasın qəbul edilməsi üçün qanunla müəyyən edilmiş müddətin ötürülməsi səbəbi üzürlü sayılaraq uzadılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, tələbini onunla əsaslandırmışdır ki, X5 ilə 27.09.1967-ci il tarixdə rəsmi nikah qeyd etdirərək Quba şəhəri, H.Hüseynov küçəsi, ev 3 ünvanda yerləşən mərhum qaynatası X8 və qaynatasının qardaşı mərhum X4 adına olan evə gəlin köçmüşdür. Qaynatası Məmmədsadıq 20.05.1956-cı il tarixdə, qaynatasının qardaşı Məmmədibrahim isə 03.11.1960-cı ildə ölmüşdür. Həyat yoldaşı X5 ilə ailə qurduqdan sonra qaynatası X8 və qaynatasının qardaşı X2 miras qalmış Quba şəhəri, H.Hüseynov küçəsi, ev 3 ünvanda yerləşən fərdi yaşayış evində yaşayaraq əmlakı birgə idarə etmişlər. Həyat yoldaşı X5 22.04.1991-ci il tarixdə vəfat etmişdir. Mərhum həyat yoldaşının dəfn xərclərini özü çəkmişdir. Həyat yoldaşı X3 ölümündən sonra o, miras qalmış evin təmir xərclərini və kommunal xərcləri ödəyir. Miras qalmış fərdi yaşayış evində hal-hazıra kimi yaşayır və miras əmlakı özü idarə edir. Qanunu bilmədiyindən mirasn qəbul edilməsi barədə vaxtında notariat orqanına müraciət etmədiyi üçün müddəti ötürmüşdür. Bununla bağlı Cavabdehnə müraciət etmiş, ona qanunla müəyyən edilmiş müddəti buraxdığı üçün notariat hərəkətinin aparılmasından imtina edilməsi haqqında məktub verərək, məhkəməyə müraciət etməyi tövsiyyə edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada məlumatlandırılmalarına baxmayaraq, iş üzrə Cavabdeh nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan Quba RİHB-nın Quba şəhər İƏD üzrə nümayəndəliyinin 13.12.2021-ci il tarixli 3550 saylı arayışından görünür ki, İddiaçı Quba şəhəri, H.Hüseynov küçəsi, ev 3 ünvanında qeydiyyatdadır. İş materiallarında olan АЗ 059196 nömrəli nikah haqqında şəhadətnamənin notarial təsdiqli surətindən görünür ki, Saatxanım Əlimərdan qızı X5 ilə 27.09.1967-ci il tarixdə nikah bağlamış və sonuncunun soyadını almışdır. İş materiallarında olan İ-ИЕ 657622 nömrəli doğum haqqında şəhadətnamənin notarial təsdiqli surətindən görünür ki, 04.02.1941-ci il tarixdə doğulmuş X3 atası X9r. İş materiallarında olan AZ-İİ 231301 nömrəli ölüm haqqında şəhadətnamənin notarial təsdiqli surətindən görünür ki, X11 20.05.1956-cı il tarixdə ölmüşdür. İş materiallarında olan AZ-İİ 231303 nömrəli ölüm haqqında şəhadətnamənin notarial təsdiqli surətindən görünür ki, X7 03.11.1960-cı il tarixdə ölmüşdür. İş materiallarında olan İV-ЖГ 301287 nömrəli ölüm haqqında şəhadətnamənin notarial təsdiqli surətindən görünür ki, X5 22.04.1991-ci il tarixdə ölmüşdür. İş materiallarında olan Quba RİHB-nın Quba şəhər İƏD üzrə nümayəndəliyinin 14.12.2021-ci il tarixli 3577 saylı arayışından görünür ki, İddiaçı 22.04.1991-ci ildə vəfat etmiş X3 vərəsələri sırasına daxildir. İş materiallarında olan 164 nömrəli torpaq qeydinin notarial təsdiqli surətindən görünür ki, ünvan 1 ünvan: Quba şəhəri, Staxanov küçəsi, blok 19, mənzil 44a) ünvanda yerləşən fərdi yaşayış evi X8 və X4 istifadəsinə verilmişdir. İş materiallarında olan Cavabdeh 23.12.2021-ci il tarixli 4204 nömrəli məktubundan görünür ki, İddiaçı mirasın qəbulu müddətini ötürmüş, mirasın faktiki qəbulu, ona sahiblik etməsi barədə sübutlar və X7 ilə qohumluq faktını təsdiq edən sənədləri təqdim elmədiyindən ona qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi mümkün olmamışdır. Bu səbəbdən vərəsəlik hüququ haqqında şəhadətnamə veriməsindən imtina edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin V bəndinə əsasən dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 308-ci maddəsinə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. 1134.2-ci maddəsinə əsasən vəsiyyət üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın sağlığında mayası bağlanmış və onun ölümündən sonra doğulmuş şəxslər, bu şəxslərin onun uşaqları olub-olmadığına, habelə hüquqi şəxslər olub-olmadığına baxmayaraq, ola bilərlər. 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. 1146-ci maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. 1159.1-ci, 1159.1.1-ci maddələrinə əsasən birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar. 1160-ci maddəsinə əsasən əvvəlki növbənin vərəsələrindən, heç olmasa, birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna edir; 1163-ci maddəsinə əsasən nikahı ləğv etmiş ər-arvad bir-birindən sonra vərəsə ola bilməzlər. 1166-cı maddəsinə əsasən fiziki şəxs ölməsi halı üçün öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə qoya bilər. 1243.1-ci maddəsinə əasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. 1256-ci maddəsinə əsasən Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər. Üzrlü səbəb olduqda məhkəmə bu müddəti iki aydan çox olmayaraq uzada bilər. Mirasın qəbulundan imtina notariat orqanında rəsmiləşdirilməlidir. Məhkəmə, təqdim olunmuş və məhkəmədə araşdırılmış sübutlara məcmu halında qiymət verərək, belə qənaətə gəlir ki, iddiaçının göstərdiyi hal, yəni qohumları X11, X7 və X1 qalmış miras əmlakı İddiaçı tərəfindən qəbul edilməsi faktı təsdiq olunur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən məddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-ci maddəsinə əsasən maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri nəzərə alaraq, ərizə əsaslı olduğu üçün təmin edilməli - X11, X7 və X1 miras qalmış Quba şəhəri, H.Hüseynov küçəsi, ev 3 ünvanda yerləşən fərdi yaşayş evinin iddiaçı İddiaçı tərəfindən mirasın qəbul edilməsi faktı təsdiq olunmalı və mirasın qəbul edilməsi üzrə buraxılmış müddətin üzürlü sayılaraq bərpa edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin olunsun. X11, X7 və X1 miras qalmış Quba şəhəri, H.Hüseynov küçəsi, ev 3 ünvanda yerləşən fərdi yaşayış evinin İddiaçı tərəfindən mirasın qəbul edilməsi faktı təsdiq olunsun və mirasın qəbul edilməsi üzrə buraxılmış müddətin üzürlü sayılaraq bərpa edilsin. Qətnamədən, rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Vüqar Seyidov
Məhkəmə qərarları › İş №2(027)-472/2022
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-472/2022
24.02.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver