Məhkəmə qərarları › İş №2(027)-472/2023

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-472/2023

02.03.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-472/2023 02.03.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, Xudaverdiyev Elşad Mütəllim oğlunun katibliyi, İddiaçı X1 iştirakı ilə, İddiaçı X1 Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair iddiası üzrə mülki işə Quba Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı X2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı qərarına əsaslanaraq Cavabdeh İB-nin, Xaçmaz RQİİ-nin Quba XS-nin əməkdaşlarının tərtib etdiyi xx.xx.2019-cu il tarixli ******* nömrəli təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt etibarsız hesab edilməsinə, həmin AKT əsasında hesablanılmış 342 (üç yüz qırx iki) manat pulun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı X2 iddia tələbini onunla əsaslandırmışdır ki, Yaşadığıları ünvan 1i ünvanındakı evə G-4 ******* nömrəli təbii qaz sayğacı quraşdırılmışdır. xx.xx.2019-cu il tarixdə "Azəriqaz" İB X4 İstismarı İdarəsinin Quba Xidmət Sahəsinin əməkdaşları onun evinə gələrək, sayğacı açaraq götürmüşlər. Həmin vaxt “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” ******* saylı AKT tərtib edilərək istifadələrində olan Elster tipli, G4 markalı ******* nömrəli qaz sayğacı xətdən ayıraraq əvəzində Smart İtron tipli, G4 markalı, STS **********6 nömrəli yeni sayğac quraşdırılmışdır. Açılan qaz sayğacının üzərindən 05866826 nömrəli plomb qırılıb çıxarılmış, əvəzinə quraşdırılan sayğaca 05607567 nömrəli plomb vurulmuşdur. Cavabdeh İB-nin Xaçmaz RQİİ-nin Quba XS-nin əməkdaşları tərəfindən istifadə edilən qaz sərfini bildirən bildiriş onlara təqdim edildikdə bəlli olmuşdur ki, onun ünvanına 342 (üç yüz qırx iki) manat dəyərində borc yazılmışdır. Sənədləri araşdırdığları, zaman aydın olmuşdur ki, xx.xx.2019-cu il tarixli ******* nömrəli təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt tərtib olunmuşdur. Həmin Aktda “Sayğacın çıxış plastmas borusu deşilib” qeydi aparılmışdır. Hər ay Azəriqaz əməkdaşı olan şəxslər sayğaca baxış keçirərək sayğac üzərində olan hesablama mexanizimində qeyd olunan hesabat əsasında ona bildiriş təqdim etmişlər və o, onların bu qüsuru görmədiklərini qeyd etmişdir. Sayğaca onun tərəfindən müdaxilə edilməsi faktını təsdiq edən heç bir sənəd yoxdur. Xaçmaz RQİİ-ni Quba XS-nin əməkdaşları tərəfindən həmin sayğaca mütəmadi olaraq baxış keçirilib, sayğacın plombu üzərində olub və nəzarətçi tərəfindən daim nəzarət olunub. Məhkəmə iclasında iddiaçı X1 iddianı müdafiə edərək, iddianın təmin olunmasını xahiş etmişdir Cavabdeh nümayəndələri məhkəmə baxışı iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxmışdır. Məhkəmə iş materiallarını araşdıraraq və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakılara əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan ******* saylı aktdan görünür ki, G-4 tipli ******* nömrəli sayğaca ümumi baxış keçirilən zaman, sayğacın çıxış plastmas borusu deşilmişdir. İş materiallarında olan abonentin saldosundan görünür ki, X1 2019-cu il üzrə 342 manat məbləğində borcu vardır. Müəyyən olunmuşdur ki, iddiaçı X2 təbii qaz abonenti kimi qeydiyyatdadır. Cavabdeh tərəfindən xx.xx.2019-cu il tarixində tərtib edilmiş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktında qeyd olunmuşdur ki, G-4 tipli ******* nömrəli sayğaca ümumi baxış keçirilən zaman, sayğacın çıxış plastmas borusu deşilmişdir. Həmin aktlara əsasən iddiaçının (abonentin) bazasındakı abonent koduna ümumilikdə 342 manat məbləğində itirilmiş qazın dəyəri hesablanmışdır. Onun tərəfindən sаyğаcа hər hаnsı müdаxilə edilməsi, iddiаçının təqsirli hərəkət və hərəkətsizliyi nəticəsində sаyğаcın zədələnməsi müəyyən edilmədiyi halda iddiаçıyа əsаssız olаrаq 342 manat məbləğində əlаvə sərfiyyаt hesаblаnmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilən "Qazdan istifadə qaydaları"nın 4.2-ci bəndinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar (4.8). İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. (4.9). İddiaçı aktın etibarsız hesab edilməsi tələbini qoysa da mahiyyətcə borcun silinməsi barədə tələb irəli sürür. Göründüyü kimi iddiaçının prosessual məqsədi onun hesabında sayğacdan kənar hesablanmış borcun qanunsuz sayılması olduğundan borcun silinməsidir. Yəni iddiaçı aktın etibarsız hesab edilməsi barədə iddia versə də (akt özlüyündə mövcuddur), məhkəmə iddianı akt üzrə nəzərdə tutulan ödəmənin silinməsi barədə iddia kimi qəbul edir. Göründüyü kimi cavabdeh tərəfindən iddiaçıya hesablanmış borcun məhz abonentin sayğaca qanunsuz müdaxiləsindən irəli gəldiyi əsaslandırılmamış, bununla bağlı sübutlar təqdim edilməmişdir. Əksinə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilən "Qazdan istifadə qaydaları"nın 4.8-ci bəndinə əsasən iddiaçının qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşımışdır. Beləliklə, şərh olunanlara əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilərək, “Azəriqaz" İstehsalat Birliyinin əməkdaşları tərəfindən əsassız hesablanmış 342 manat məbləğində borc iddiaçının **********01750 saylı abonent hesabından silinməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı X1 **********01750 saylı abonent hesabına hesablanmış 342 (üç yüz qırx iki) manat məbləğində borc pul onun abonent hesabından silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rahim Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar