Məhkəmə qərarları › İş №2(027)-478/2024

Quba Rayon Məhkəməsi Qərardad — İş №2(027)-478/2024

29.03.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Quba şəhəri İş № 2(027)-478/2024 29.03.2024 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Babayev Aydın Vahid sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı maraqlı tərəf Maraqlı şəxsnə qarşı mirasın qəbulu müddətinin bərpa edilməsi və vərəsəlik hüququnun müəyyən edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı maraqlı tərəf Maraqlı şəxsnə qarşı mirasın qəbulu müddətinin bərpa edilməsi və vərəsəlik hüququnun müəyyən edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı 03 yanvar 2017-ci il tarixdə vəfat etmiş anası X1 miras qalmış əmlaklara mirasın qəbuletmə müddətinin bərpa edilməsi və ondan miras qalmış əmlaklara payına uyğun vərəsəlik hüququnun müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəməyə ərizə təqdim edərək, hazırda tərəflərlə razılığa gələrək məsələni məhkəmədənkənar qaydada həll etdiyini bildirərək, iddia ərizəsinin və ona əlavə olunmuş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə iddiaçının ərizəsini nəzərdən keçirib hesab edir ki, iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6—261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının (ərizəçinin) vəsatəti ilə ərizə qaytarıla bilər. Həmin Məcəllənin 152.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Həmin Məcəllənin 114.1.3-cü maddəsinə əsasən Bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iddia ərizəsi geri qayatrılarsa, ödənilmiş dövlət rüsumu geri qaytarılır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, qərara aldı: İddiaçı maraqlı tərəf Maraqlı şəxsnə qarşı mirasın qəbulu müddətinin bərpa edilməsi və vərəsəlik hüququnun müəyyən edilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər İddiaçı geri qaytarılsın. Qəraradad iş üzrə ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumunun (təyinatı: Quba Rayon Məhkəməsi, mədaxil qəbzinin nömrəsi: **********, ödəniş Tarixi: xx.xx.2023, Büdcə səviyyə kodu: 142213 İddiaçı geri qaytarılması üçün əsasdır. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində (elektron kabinet vasitəsilə) Quba Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Aydın Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar