Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-484/2023 10.03.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, məhkəmə iclas katibi Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, iddiaçılar İddiaçı1 və İddiaçı2, cavabdehlər Cavabdeh1, Cavabdeh2 iştirakı ilə, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Quba regional “ASAN Xidmət” mərkəzi Notariat Ofisinə qarşı “miras əmlakdan payın müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Quba regional “ASAN Xidmət” mərkəzi Notariat Ofisinə qarşı “miras əmlakdan payın müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, miras qoyan 11 may 1958-ci ildə vəfat etmiş X1 miras qalmış Quba rayonu, İ Nügədi kəndində yerləşən Torpağa Mülkiyyət Hüququna dair JN-2171 KOD 30319018 nömrəli Dövlət aktına əsasən 1,13 ha torpaq sahəsindən ibarət olan miras əmlaka bizim vərəsəlik hüququ üzrə paylarının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı1 tələbi onunla əsaslandırmışlar ki, o, 20 iyul 1982-ci ildə X5 birgə nikahıı qeyd edərək ailə qurmuş, birgə nikahdan xx xxxxxx 1985-ci il təvəllüdlü Qurayışova (Hüseynova) Könül Yusif qızı, xx xxx 1987-ci il təvəllüdlü Əlibabayeva (Hüseynova) Sahilə Yusif qızı və xx xxxx 1989-cu il təvəllüdlü İddiaçı2 adlı uşaqları doğulmuşdur. Birgə nikah dövründə onlara Aqrar İslahat Komissiyasının qərarı ilə Torpağa Mülkiyyət Hüququna dair JN-2171 KOD 30319018 saylı Dövlət Aktına əsasən 1,13 ha torpaq sahəsi verilmişdir. X5 20 avqust 2008-ci tarixində ölmüşdür. X3 ölümündən sonra İddiaçı1, X2, İddiaçı2 və Cavabdeh2 adlı vərəsələri qalmışdır. X5 ölümündən sonra ondan birgə mülkiyyətlə miras qalmış Torpağa Mülkiyyət Hüququna dair JN-2171 KOD 30319018 nömrəli Dövlət aktına əsasən ünvan 1i ünvanında yerləşən 1,13 ha torpaq sahəsi olan əmlakı İddiaçı1, İddiaçı2 idarə etməklə qəbul etmişlər. Həmin vaxt qanun bilmədikləridən X5 vəfat edəndən sonra qanunla müəyyən edilmiş müddətdə mirası qəbul etmək üçün Notariat Kontoruna ərizə ilə müraciət etməmişlər. X3 ölümünün üzərində artıq 15 il keçmişdir. Hazırda onlar X1 miras qalan payı vərəsəlik yolu ilə qəbul etmək üçün Quba regional “ASAN xidmət” mərkəzinin notariat ofisinə müraciət etsə də, oradan ona qanunla müəyyən edilmiş müddəti buraxdığı üçün notariat hərəkətinin aparılmasından imtina edilməsi haqqında məktub verilmiş və buraxılmış müddətin bərpası, mirasın qəbul edilməsi faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etməyin məqsədə müvafiq olduğu qeyd edilmişdir. Bundan başqa atasının dəfn xərclərini İddiaçı2 çəkmişdir. Məhkəmə iclasında iddiaçılar İddiaçı1 və İddiaçı2 iddianı müdafiə edərək, təmin olunmasını xahiş etmişlər. Məhkəmə iclasında Cavabdeh1 və Cavabdeh2 iddia qəbul edərək, miras əmlakın vərəsələr arasında bölünməsini xahiş etmişlər. İş üzrə Cavabdeh3 nümayəndəsi məhkəməyə ərizə tədqim edərək, məhkəmə iclasında iştirak edə bilməyəcəyini nəzərə alaraq, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan doğum haqqında şəhadətnamələrin notarial təsdiqli surətlərindən görünür ki, Əlibabayeva (Hüseynova) Sahilə Yusif qızı, İddiaçı2, Qurayışova (Hüseyinova) Könül Yusif qızı İddiaçı1 ilə X3 birgə nikahından doğulmuşlar; İş materiallarında olan nikah haqqında şəhadətnamənin notarial təsdiqli surətindən görünür ki, İddiaçı1 ilə X3 birgə nikahı xx.xx.1982-ci il tarixdə rəsmiləşdirilmişdir. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin notarial təsdiqli surətindən görünür ki, X5 xx.xx.2008-ci il tarixdə ölmüşdür; Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilir ki, X5 xx.xx.2008-ci il tarixdə vəfat etmişdir. Ondan Quba rayonu, İ Nügədi kəndində yerləşən 1,13 ha torpaq sahəsindən ibarət miras əmlak qalmışdır. X3 vərəsələri İddiaçı1, Əlibabayeva (Hüseynova) Sahilə Yusif qızı, İddiaçı2 və Qurayışova (Hüseyinova) Könül Yusif qızı olmuşdur. Məhkəmə iddia tələblərinə ayrı-ayrılıqda qiymət verərək aşağıdakıları müəyyən etdi. Hazırki iddianın predmeti məhz miras əmlakın vərəsələr arasında bölüşdürülməsi ilə bağlıdır. Miras əmlakın vərəsələr arasında payları müəyyən edilməsi barədə məhkəmənin qanuni qüvvəsini almış qətnaməsi hər bir vərəsənin vərəsəlik hüququ haqqında şəhadətnamənin alınması və gələcəkdə özünə aid payın dövlət reyestrində qeydiyyata aldırması üçün əsasdır. Mülki prosessual qanunvericiliyin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi, maddə 14.2, 77.1 və 88 maddələri). Azərbaycan Respublikası Mülki Məcəlləsinin: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir; 1157-1.1-ci maddəsinə əsasən miras şərikləri mirasın bölüşdürülməsinə qədər onu birgə idarə edirlər. İdarəçiliklə bağlı qərarlar vərəsələr tərəfindən onların miras paylarına mütənasib surətdə sadə səs çoxluğu ilə qəbul edilir; 1157-1.2-ci maddəsinə əsasən mirasın mühafizəsi (qorunması) ilə bağlı tədbirləri hər bir vərəsə digər miras şəriklərinin razılığı olmadan da həyata keçirə bilər; 1157-1.3-cü maddəsinə əsasən mirasın idarə edilməsi ilə bağlı xərcləri vərəsələr özlərinin miras paylarına mütənasib surətdə çəkirlər. Məhkəmə qeyd edir ki, Quba rayonu, İ Nügədi kəndində yerləşən 1,13 ha torpaq sahəsi miras kütləsinə daxildir və vərəsələr arasında bərabər şəkildə bölünməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir; 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır; 106.3-ci maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir; 191.1-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər; 191.3-ci maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2005-ci il tarixli 4 nömrəli qərarının 6.6-ci bəndindən görünür ki, iddiaçı məhkəmə iclasında iddianın predmetini və yaxud əsasını dəyişdirdikdə, iddianın həcmini artırıb-azaltdıqda, cavabdeh iddianı tam və ya qismən etiraf etdikdə bu barədə qətnamədə qeyd edilməli, məhkəmənin bununla razılaşıb-razılaşmamasının səbəbləri qətnamənin əsaslandırıcı hissəsində şərh edilməlidir. Ona görə iddianın tam etiraf edilməsi iddianın tam təmin edilməsi deməkdir. Azrbaycan Respublikası Mülki Məcəlləsinin: 1159.1-ci maddəsinə əsasən Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər); 1159.1.2. Övladlığa götürülən və onun övladları övladlığa götürənin vərəsələri və ya qohumları kimi övladlığa götürənin uşaqlarına və onların övladlarına bərabər tutulurlar; 1159.1.3. Bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. Göstərilənlərə əsasən, məhkəmə belə nəticəyə gəlir ki, iddia əsaslı hesab edildiyi üçün təmin edilməli, xx.xx.2008-ci il tarixdə ölmüş X3 mülkiyyətində olan Quba rayonu, İ Nügədi kəndində yerləşən 1,13 ha torpaq sahəsi 1/4 hissədə vərəsələr İddiaçı1, İddiaçı2, Əlibabayeva (Hüseynova) Sahilə Yusif qızı və Qurayışova (Hüseyinova) Könül Yusif qızı arasında bərabər bölünməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. xx.xx.2008-ci il tarixdə ölmüş X1 miras qalmış Quba rayonu, İ Nügədi kəndində yerləşən 1,13 ha torpaq sahəsi 1/4 hissədə vərəsələr İddiaçı1, İddiaçı2, Əlibabayeva (Hüseynova) Sahilə Yusif qızı və Qurayışova (Hüseyinova) Könül Yusif qızı arasında bərabər bölünsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Vüqar Seyidov
Məhkəmə qərarları › İş №2(027)-484/2023
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-484/2023
10.03.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver