Məhkəmə qərarları › İş №2(027)-487/2024

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-487/2024

17.07.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-487/2024 17.07.2024 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Samir Əlibala oğlunun sədrliyi, Muradov Əli Şakir oğlunun katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi X1 iştirakı ilə İddiaçı Cavabdehnə qarşı “akt əsasında hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh İB-nə qarşı “akt əsasında hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Quba rayonu, Zərdabi qəsəbəsi ünvanında yerləşən **********09450 nömrəli abonent hesabı ona məxsus fərdi yaşayış evinin hesabına yazılmış 28 fevral 2018-ci il tarixli, ******* saylı akta əsasən 1343.44 (min üç yüz qırx üç manat qırx dörd qəpik) manat, 18 mart 2020-ci il tarixli, ******* saylı akta əsasən 1533.60 (min beş yüz otuz üç manat altmış qəpik) manat, 28 avqust 2020-ci il tarixli, ******* saylı akta əsasən 655.20 (altı yüz əlli beş manat iyirmi qəpik) manat, 29 yanvar 2021-ci il tarixli, ******* saylı akta əsasən 813.60 (səkkiz yüz on üç manat altmış qəpik) manat, 28 may 2021-ci il tarixli, ******* saylı akta əsasən 813.60 (səkkiz yüz on üç manat altmış qəpik) manat, 25 noyabr 2021-ci il tarixli, ******* saylı akta əsasən 866.40 (səkkiz yüz altmış altı manat qırx qəpik) manat məbləğində olmaqla, cəmi 6025.84 (altı min iyirmi beş manat səksən dörd qəpik) manat məbləğində borcun silinməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən İddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Qeyd olunan maddənin tələblərinə əsasən İddiaçı məhkəməyə iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə müraciət edərək, Quba rayonu, Zərdabi qəsəbəsi ünvanında yerləşən **********09450 nömrəli abonent hesabı ona məxsus fərdi yaşayış evinin hesabına yazılmış 28 fevral 2018-ci il tarixli, ******* saylı akta əsasən 1343.44 (min üç yüz qırx üç manat qırx dörd qəpik) manat, 29 yanvar 2021-ci il tarixli, ******* saylı akta əsasən 813.60 (səkkiz yüz on üç manat altmış qəpik) manat, 28 may 2021-ci il tarixli, ******* saylı akta əsasən 813.60 (səkkiz yüz on üç manat altmış qəpik) manat, 25 noyabr 2021-ci il tarixli, ******* saylı akta əsasən 866.40 (səkkiz yüz altmış altı manat qırx qəpik) manat məbləğində olmaqla, cəmi 3837,04 ( üç min səkkiz yüz otuz yeddi manat, dörd qəpik) manat məbləğində borcun silinməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onun hazırda yaşadığı Quba rayonu, Zərdabi qəsəbəsi ünvanında yerləşən fərdi yaşayış evinə qaz sayğacı quraşdırılmışdır. "Azəriqaz" İB-nin Xaçmaz RQİİ-nin əməkdaşları tərəfindən 28 fevral 2018- ci il tarixli. ******* saylı akta əsasən guya o, qazdan istifadə qaydalarını pozaraq sayğacdan qeyriqanuni istifadə olması səbəbindən 6717.2 kub metr qazdan istifadəyə görə 1343,44 (min üç yüz qırx üç manat qırx dörd qəpik) manat məbləğində borc hesablanmışdır. Daha sonra 18 mart 2020-ci il tarixli, ******* saylı aktla onun sayğacdan qeyri-qanuni istifadə etməyi əsası ilə 15336 kub metr qazdan istifadəyə görə ona məxsus fərdi yaşayış evinə 1533.60 (min beş yüz otuz üç manat altımış qəpik) manat məbləğində borc hesablanmışdır. Yenidən 28 avqust 2020-ci il tarixli, ******* saylı aktla onun sayğacdan qeyri-qanuni istifadə etməyi əsası ilə 6552 kub metr qazdan istifadəyə görə ona məxsus fərdi yaşayış evinə 665.20 (altı yüz altımış beş manat qırx qəpik) manat məbləğində borc hesablanmışdır. Bir daha 29 yanvar 2021-ci il tarixli, ******* saylı aktla o, qaz sayağacını açaraq sayğacdan qeyri-qanuni istifadə etməyi əsası ilə 8136 kub metr qazdan istifadəyə görə ona məxsus fərdi yaşayış evinə 813,60 (səkkiz yüz on üç manat altımış qəpik) manat məbləğində borc hesablanmışdır. Bir daha 28 may 2021-ci il tarixli, ******* saylı aktla o, qaz sayağacını giriş xəttini açaraq sayğacdan qeyri-qanuni istifadə etməyi əsası ilə 8136 kub metr qazdan istifadəyə görə ona məxsus fərdi yaşayış evinə 813.60 (səkkiz yüz on üç manat altımış qəpik) manat məbləğində borc hesablanmışdır. Son olaraq isə 25 noyabr 2021-ci il tarixli, ******* saylı aktla o, qaz sayğacını açaraq sayğacdan qeyri-qanuni istifadə etməyi əsası ilə 8208 kub metr qazdan istifadəyə görə ona məxsus fərdi yaşayış evinə 866.40 (səkkiz yüz altımış altı manat qırx qəpik) manat məbləğində borc hesablanmışdır. Hal-hazırda aktlar üzrə ona cəmi 6144.64 manat məbləğində borc hesablanmışdır. O, qeyd edilən qərarlarla və hesablanmış zərər məbləği ilə razılaşmır. Belə ki, onun yaşadığı fərdi yaşayış evinə quraşdırılmış sayğac smart tipli olmuş və ödəniş edərək ödəniş etdiyi dəyərdə də təbii qazdan istifadə etmişdir. İş üzrə cavabdeh qurumun əməkdaşları tərəfindən hər dəfə qanunsuz qoşulma adı altında gələrək ona əsassız borc hesablanmış və bundan sonrakı müddətlərdə də smart karta yüklədiyi ödənişlər cavabdeh qurumun əməkdaşları tərəfindən əsassız şəkildə yazılmış borc məbləğlərinə çıxılmışdır. Cavabdeh qurumun əməkdaşları tərəfindən borc məbləğlərinin nəyə əsasən yazılması və hansı əsaslarla hesablanması ona aydın olmamışdır. Onun mülkiyyətində olan fərdi yaşayış evini təbii qazla təmin edən qaz sayğacına hər hansı qanunsuz qoşulma mövcud olmamışdır. Hətta ərizəsinə əlavə etdiyi aktlardan da göründüyü kimi hesablanmış məbləğlər bir fərdi yaşayış evində təbii qazın istehlakı miqdarı ilə üst-üstə düşmür və qat-qat artıqdır. Həmin məbləğlər real olmuş olsaydı onda o, evində "zavod” və ya "fabrik” işlətməli idi ki, ona 6144.64 manat məbləğində borc hesablansın. Aktların nə ilə bağlı tərtib edildiyi ona deyilməmişdir. Yoxlama apardıqlarını, hər şeyin qaydasında olduğunu təsdiq etmək üçün ona imza çəkməli olduğunu demişlər. Yoxlama zamanı bir problem olmadığını təsdiqləmək üçün "0202495”. "0242770” və "0278182” nömrəli aktlara imza etmişdir. O, həmin aktların nə üçün tərtib edildiyini və bunun nəticəsində borc məbləğinin yazılmasını bilməmişdir. İmzalamaqdan imtina etdiyi aktlardan isə heç bir xəbəri olmamışdır. Həmin aktlar ümumiyyətlə hər hansı yoxlama aparılmadan və qanunsuz qoşulma halı müəyyən edilmədən, cavabdeh qurumun əməkdaşları tərəfindən tərtib edilmiş və öz istədikləri kimi də borc məbləği hesablamışdır. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək bildirdi ki, 25 noyabr 2021-ci il tarixli, ******* saylı akta əsasında onun abonent koduna hesablanmış borc məbləği qətnamə əsasında təsdiqlənmişdir. İddia tələbinin qalan hissədə təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi X2 iddia tələbini qəbul etməyərək, etiraz ərizəsində qeyd olunanları müdafiə edərək iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Belə ki, abonentin qaz xətlərinə, qaz sayğacına və qaz işlədici cihazlarına 28 fevral 2018-ci il, 28 mart 2020-ci il, 28 avqust 2020-ci il, 29 yanvar 2021-ci il, 29 may 2021ci il və 25 noyabr 2021-ci il tarixlərində Xaçmaz RQİİ- nin İstehlakçılara satılan qaza nəzarət şöbəsinin tərəfindən baxış keçirilmişdir. Baxış zamanı İddiaçı dəfələrlə evinin qaz xəttinin üzərində quraşdırılmış sayğacdan kənar rezin boru ilə qoşaraq qazdan qanunsuz istifadə edildiyi aşkar edilmişdir. İddiaçı qanunsuz yolla təbii qazdan istifadə etməsi halının aşkarlanması video və foto çəkilişlə həyata keçirilmiş, abonentin fərdi yaşayış evinə çəkilmiş qanunsuz qaz xəttinin görüntüləri tam aydın şəkildə video və foto çəkilişdə öz əksini tapmışdır (disk və fotoşəkillərin surəti etiraza əlavə edilir). Bu hal aşkar olunan zaman abonent İddiaçı haqqında fərdi yaşayış evində sayğacdan kənar qanunsuz xətt vasitəsi ilə təbii qazdan istifadə etməsi barədə “Təbii qazdan istifadə Qaydalarının pozulması haqqında” 28 fevral 2018-ci il tarixli ******* saylı, 28 mart 2020-ci il tarixli ******* saylı, 28 avqust 2020-ci il tarixli ******* saylı, 29 yanvar 2021-ci il tarixli ******* saylı, 29 may 2021-ci il ******* saylı, 25 noyabr 2021-ci il tarixli ******* saylı aktlar tərtib edilmiş, abonentin qaz sayğacının keçiricilik qabiliyyətinə uyğun olaraq abonent üçün ümumilikdə 6025,84 manat itirilmiş qazın ziyanı hesablanaraq bazadakı koduna işlənilmişdir. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatını dinləyib və işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğu üçün qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Quba rayonu Zərdabi Bələdiyyəsinin 14 dekabr 2024-cü il tarixli 213 nömrəli arayışından görünür ki, İddiaçı Quba rayonu, Zərdabi qəsəbəsində yaşayır. Onun Zərdabi qəsəbəsində mülkiyyətində olan 0.06 ha torpaq sahəsində tikilmiş 1 (bir) mərtəbəli fərdi yaşayış evi vardır. Xaçmaz RQİİ-nin xx.xx.2018-ci il tarixli ******* nömrəli aktından görünür ki, baxış keçirilərkən abonentin qazdan istifadə qaydalarını pozaraq sayğacdan kənar qeyri-qanuni qazdan istifadə etdiyi müəyyən edilmişdir. Nəticədə 6717.2 m3 həcmində dəymiş ziyan hesablanmışdır; xx.xx.2018-ci tarixli “dəymiş ziyanın bərpasına dair tələbnamə”dən görünür ki, itirilmiş qazın bərpası üçün hesabat aparılmış və 6717.2 m3 sərfiyyat hesablanmışdır; **********09450 saylı abonent saldosundan görünür ki, abonent İddiaçı 2018-ci il üzrə 1343,44 manat məbləğində təbii qaz sərfiyyatı borcu vardır; Xaçmaz RQİİ-nin xx.xx.2021-ci il tarixli ******* nömrəli aktından görünür ki, baxış keçirilərkən abonentin sayğacı açaraq təbii qazdan qeyri-qanuni istifadə etdiyi müəyyən edilmişdir. Nəticədə 3204 m3 həcmində dəymiş ziyan hesablanmışdır; xx.xx.2021-ci tarixli “dəymiş ziyanın bərpasına dair tələbnamə”dən görünür ki, itirilmiş qazın bərpası üçün hesabat aparılmış və 3204 m3 sərfiyyat hesablanmışdır; **********09450 saylı abonent saldosundan görünür ki, abonent İddiaçı 2021-ci ilin yanvar ayı üzrə 813,60 manat məbləğində təbii qaz sərfiyyatı borcu vardır; Xaçmaz RQİİ-nin xx.xx.2021-ci il tarixli ******* nömrəli aktından görünür ki, baxış keçirilərkən abonentin sayğacının giriş xəttini açaraq təbii qazdan qeyri-qanuni istifadə etdiyi müəyyən edilmişdir. Nəticədə 8136 m3 həcmində dəymiş ziyan hesablanmışdır; xx.xx.2021-ci tarixli “dəymiş ziyanın bərpasına dair tələbnamə”dən görünür ki, itirilmiş qazın bərpası üçün hesabat aparılmış və 8136 m3 sərfiyyat hesablanmışdır; **********09450 saylı abonent saldosundan görünür ki, abonent İddiaçı 2021-ci ilin may ayı üzrə 813,60 manat məbləğində təbii qaz sərfiyyatı borcu vardır; Quba rayon Məhkəməsinin 2(027)-490/2022 saylı, 11 aprel 2022-ci il tarixli qətnaməsi ilə İddiaçı 755,40 (yeddi yüz əlli beş manat qırx qəpik) manat pul və 30 (otuz) manat dövlət rüsumu, ümumilikdə 785,40 (yeddi yüz səksən beş manat qırx qəpik) manat pul tutularaq iddiaçı Cavabdeh İB-nin bank hesabına ödənilməsi qərara alınmışdır. Beləliklə, məhkəmə iclasında işin halları ilə müəyyən edilmişdir ki, Xaçmaz RQİİ-nin xx.xx.2018-ci il tarixli ******* nömrəli aktına əsasən iddiaçının yaşadığı evə baxış keçirilərkən abonentin qazdan istifadə qaydalarını pozaraq sayğacdan kənar qeyri-qanuni qazdan istifadə etdiyi müəyyən edilmişdir. Nəticədə 6717.2 m3 həcmində dəymiş ziyan hesablanmışdır. Həmin akt əsasında İddiaçı 1343,44 manat məbləğində təbii qaz sərfiyyatı borcu hesablanmışdır. Xaçmaz RQİİ-nin xx.xx.2021-ci il tarixli ******* nömrəli aktına əsasən iddiaçının yaşadığı evə baxış keçirilərkən abonentin sayğacı açaraq təbii qazdan qeyri-qanuni istifadə etdiyi müəyyən edilmişdir. Nəticədə 3204 m3 həcmində dəymiş ziyan hesablanmışdır. Həmin akt əsasında İddiaçı 2021-ci ilin yanvar ayı üzrə 813,60 manat məbləğində təbii qaz sərfiyyatı borcu hesablanmışdır. Xaçmaz RQİİ-nin xx.xx.2021-ci il tarixli ******* nömrəli akta əsasən iddiaçının yaşadığı evə baxış keçirilərkən abonentin sayğacının giriş xəttini açaraq təbii qazdan qeyri-qanuni istifadə etdiyi müəyyən edilmişdir. Nəticədə 8136 m3 həcmində dəymiş ziyan hesablanmışdır. Həmin akt əsasında İddiaçı 021-ci ilin may ayı üzrə 813,60 manat məbləğində təbii qaz sərfiyyatı borcu hesablanmışdır. Sayğaca mübahisələndirilmiş aktlar üzrə baxış keçirilən zaman İddiaçı iştirakı ilə həyata keçirilməsi qeyd olunsa da, aktlar tərtib edilən zaman iddiaçının bununla bağlı məlumatlandırılmadığı müəyyən edilmişdir. Həmçinin aktların tərtib edilməsinə səbəb olan sübutlar cavabdeh tərəfindən məhkəməyə təqdim edilməmişdir. Belə ki, cavabdehin nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilmiş foto və videoçəkilişlərdə qaz borusuna müdaxilə edildiyi görünsə də, müdaxilənin hansı abonentin qaz xəttinə edilməsini, qaz xəttinə qanunsuz qoşulan rezin borunun hansı ünvana keçirilməsini, çəkilişlərin hansı tarixdə və ünvanda kim tərəfindən və kimlərin iştirakı ilə aparılmasını müəyyən etmək mümkün deyildir. İddiaçı bildirir ki, həmin çəkilişlər əvvəlki aktlardan birinə aiddir ki, həmin aktlar üzrə də o, artıq ödənişlərini etmişdir. Cavabdeh tərəf isə əksini məhkəmədə sübut edə bilməmişdir. Aktlarda abonentin iştirakı qeyd olunsa da, onun imza etməkdən imtina etməsi göstərilmişdir. İddiaçı isə ümumiyyətlə həmin aktların tərtibində iştirak etməmişdir. Məhkəmə hesab edir ki, qaz borusuna baxış keçirilərkən kənar müdaxilə aşkar edilərsə, müvafiq videoçəkilişin aparılması məqsədəmüvafiq olardı. Həmin videoçəkiliş aparılarkən orada iştirak edən hər bir şəxs, abonent daxil olmaqla, təqdim olunmalı (ad, soy ad, ata adı, iş yeri, vəzifəsi), çəkiliş aparıldığı tarix, yer, sayğacın nömrəsi elan edilməli, daha sonra aşkar edilmiş nöqsan ətraflı qeydə alınmalı, əgər kənar qoşulma aşkar edilərsə, həmin qoşulma sonuna qədər izlənilməli və hansı cihazlara birləşdirildiyi aşkar edilməlidir. Həmçinin aşkar edilən bütün hallar və çəkiliş aparıldığı akta qeyd edilməklə, çəkilişin sonunda aktın surəti abonentə təqdim olunmalı və aktdan şikayət etmə qaydası və müddəti ona izah edilməlidir. Yalnız bu cür aparılmış videoçəkiliş (abonent tərəfindən qəbul edilməsi halları istisna olmaqla) məhkəmədə sübut kimi qəbul edilə bilər. Belə olduğu halda məhkəmənin gəldiyi qənaətə görə iddia qeyd olunan aktlarla bağlı hissədə təmin edlməli, "Azəriqaz" İB-nin əməkdaşları tərəfindən tərtib olunmuş 28 fevral 2018-ci il tarixli, ******* saylı akta əsasən 1343.44 (min üç yüz qırx üç manat qırx dörd qəpik) manat, 29 yanvar 2021-ci il tarixli, ******* saylı akta əsasən 813.60 (səkkiz yüz on üç manat altmış qəpik) manat, 28 may 2021-ci il tarixli, ******* saylı akta əsasən 813.60 (səkkiz yüz on üç manat altmış qəpik) manat olmaqla, ümumilikdə 2970,64 (iki min doqquz yüz yetmiş manat, altmış dörd qəpik) borc İddiaçı **********09450 saylı abonent hesabından silinməlidir. Bundan başqa, İddiaçı 25 noyabr 2021-ci il tarixli, ******* saylı akta əsasında onun abonent koduna hesablanmış borc məbləğinində abonent hesabından silinməsini tələb etsə də, Məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə təmin edilməməlidir. Belə ki, Məhkəmə araşdırması zamanı mübahisələndirilmiş aktın Quba rayon Məhkəməsinin 2(027)-490/2022 saylı, 11 aprel 2022-ci il tarixli qətnaməsi ilə əsaslı olması sübuta yetirilmiş və həmin iş üzrə cavabdeh İddiaçı 755,40 (yeddi yüz əlli beş manat qırx qəpik) manat pul və 30 (otuz) manat dövlət rüsumu, ümumilikdə 785,40 (yeddi yüz səksən beş manat qırx qəpik) manat pul tutularaq iddiaçı Cavabdeh İB-nin bank hesabına ödənilməsi qərara alınmışdır. Hazırki, iş üzrə iddiaçı qeyd olunan qətnaməni mübahisələndirməmiş və həmin qətnamədən apelyasiya şikayəti verməmişdir. Odur ki, iddia həmin hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 nömrəli 12 may 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın: 4.2-ci bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir; 4.6-cı bəndinə əsasən, qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır; 4.7-ci bəndinə əsasən, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır; 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar; 4.9-cu bəndinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçı tərəfindən qaz sayğacına müdaxilə edilməsi faktını təsdiq edən sübutlar məhkəməyə təqdim edilmədiyindən cavabdeh tərəfindən iddiaçı barəsində qazdan istifadə qaydalarının pozulmasına dair tərtib edilmiş akt əsaslı ola bilməz. Sayğaca müdaxilənin iddiaçı tərəfindən edildiyi sübut olunmadığına görə həmin akta əsasən tərtib edilmiş tələbnamə əsassız olmuşdur. İşin müəyyən edilmiş hаllаrındаn göründüyü kimi, qaz sаyğаcı iddiаçının cаvаbdehliyi sərhəddində qurаşdırılmаmışdır. Bilavasitə iddiaçı tərəfindən sаyğаcа hər hаnsı müdаxilə edilməsi, iddiаçının təqsirli hərəkət və hərəkətsizliyi nəticəsində sаyğаcın zədələnməsi müəyyən edilmədiyi halda, iddiаçıyа əsаssız olаrаq 8640 m3 əlаvə sərfiyyаt hesаblаnmışdır. Belə ki, qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi iddiaçı deyil, cavabdeh özü daşıdığından, o cümlədən, iddiaçının təqsiri müəyyən edilmədiyindən, habelə zədələnmiş qaz sayğacının təmir olunması, həmin sayğacın dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi cavabdeh tərəfindən həyata keçirilməli olduğundan, cavabdeh dəyişdirilmiş qaz sayğacının dəyərinin iddiaçı tərəfindən ödənilməsini tələb edə bilməz. Məhkəmə hesab edir ki, bilavasitə iddiaçı tərəfindən sаyğаcа hər hаnsı müdаxilə edilməsi müəyyən edilmədiyi halda, iddiаçıyа əsаssız olаrаq əlаvə sərfiyyаt hesаblаnmışdır. İddiaçı tərəfindən qaz sayğacına müdaxilə edilməsi faktını təsdiq edən sübutlar məhkəməyə təqdim edilmədiyindən cavabdeh tərəfindən iddiaçı barəsində qazdan istifadə qaydalarının pozulmasına dair tərtib edilmiş akt əsaslı ola bilməz. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilərək, "Azəriqaz" İB-nin əməkdaşları tərəfindən tərtib olunmuş 28 fevral 2018-ci il tarixli, ******* saylı akta əsasən 1343.44 (min üç yüz qırx üç manat qırx dörd qəpik) manat, 29 yanvar 2021-ci il tarixli, ******* saylı akta əsasən 813.60 (səkkiz yüz on üç manat altmış qəpik) manat, 28 may 2021-ci il tarixli, ******* saylı akta əsasən 813.60 (səkkiz yüz on üç manat altmış qəpik) manat olmaqla ümumilikdə 2970,64 (iki min doqquz yüz yetmiş manat, altmış dörd qəpik) borc İddiaçı **********09450 saylı abonent hesabından silinməlidir. Bundan başqa, iddiaçı dövlət rüsumunu ödəməkdən azaddır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə görə istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. “Dövlət rüsumu haqqında” Qanununа edilmiş xx.xx.2021-ci il tarixli qüvvəyə minmiş dəyişikliklərə görə həmin Qanunun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda (30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi ödənilməsi) müəyyən olunmuş rüsumun məbləği 49,71 manat təşkil edir. Odur ki, həmin məbləğ cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddia qismən təmin edilsin. Cavabdeh əməkdaşları tərəfindən tərtib olunmuş 28 fevral 2018-ci il tarixli, ******* saylı akta əsasən 1343.44 (min üç yüz qırx üç manat qırx dörd qəpik) manat, 29 yanvar 2021-ci il tarixli, ******* saylı akta əsasən 813.60 (səkkiz yüz on üç manat altmış qəpik) manat, 28 may 2021-ci il tarixli, ******* saylı akta əsasən 813.60 (səkkiz yüz on üç manat altmış qəpik) manat olmaqla ümumilikdə 2970,64 (iki min doqquz yüz yetmiş manat, altmış dörd qəpik) borc İddiaçı **********09450 saylı abonent hesabından silinsin. İddia qalan hissədə təmin edilməsin. İddiaçının azad edildiyi 49,71 (qırx doqquz manat, yetmiş bir qəpik) manat məbləğində dövlət rüsumu Cavabdehndən alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Samir Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar