Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-494/2021 16.03.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov İlqar Aslan oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 5 saylı Xaçmaz İdarəsinə qarşı hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə Müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, Quba rayon Aqrar İslahat Komissiyasının xx xxx 1997-ci il tarixli, 04 nömrəli qərarı ilə verilmiş JN-564F kod 30307018 saylı torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin nənəsi- Hüseynova Əfruz Ömər qızına məxsus olması faktınının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə Ərizəçi göstərdi ki, Quba rayon Aqrar İslahat Komissiyasının xx xxx 1997-ci il tarixli, 04 nömrəli qərarı ilə nənəm - Hüseynova Əfruz Ömər qızma JN-564F kod 30307018 saylı torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə verilmişdir. Həmin Şəhadətnamədə nənəmin ata adı qeyd edilməyərək, “Hüseynova Əfruz Ömər qızı” əvəzinə səhvən “Hüseynova Əfruz” kimi yazılmışdır.Mərhum nənəm Hüseynova Əfruz Ömər qızı xx.xx.1994-cü il tarixdə vəfat etmişdir. Nənəmin vəfatından sonra tək vərəsəsi mən qalmışam və həmin torpaq sahəsində yerləşən yaşayış evində mən ailəmlə yaşayıram. Hazırda sənədləşmə işi ilə əlaqədar torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədə qeyd olunan yanlışlıq olduğuna görə sənədləşmə işi apara bilmirəm. Göstərilənləri nəzərə alaraq, Quba rayon Aqrar İslahat Komissiyasının xx xxx 1997-ci il tarixli, 04 nömrəli qərarı ilə verilmiş JN-564F kod 30307018 saylı torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin nənəsi-Hüseynova Əfruz Ömər qızına məxsus olması faktınının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. İş üzrə maraqlı şəxs Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 5 saylı Xaçmaz İdarəsinə qanunla müəyyən olunmuş qaydada məhkəmənin yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq, onların nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri haqqında məlumat verməmişlər. Ona görə də Azərbaycan Respublikası MPM-nin 185.5ci maddəsinə əsasən, məhkəmə maraqlı şəxs Azərbaycan Respublikası ƏMDK yanında DƏDRXnin 5 saylı Xaçmaz İdarəsinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə Ərizəçi dinləyib və işə əlavə edilmiş sənədləri, tam, hərtərəfli və obyektiv araşdırıb işdəki sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslıdır və təmin olunmalıdır. Belə ki, iş materiallarında olan şəxsiyyət vəsiqəsinin təsdiq olunmuş surətindən görünür ki, Ərizəçi Quba rayonu, Amsar kəndində qeydiyyatdadır. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Hüseynov Ərizəçi Əfruz Ömər qızının övladıdır. İş materiallarında olan İİ-ЖГ(İİ-JQ) N 452440 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Hüseynova Əfruz Ömər qızı xx.xx.1994-cü ildə Quba rayonu Amsar kəndində vəfat etmişdir. İş materiallarında olan, JN-564F KOD 30307018 saylı Torpağa Mülkiyyət Hüququna Dair Dövlət X3 Ömər qızının adı “Hüseynova Əfruz” qızı kimi yazılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 5 saylı Xaçmaz İdarəsinin Ərizəçi ünvanladığı xx.xx.2020-ci il tarixli məktubda JN-564F KOD 30307018 saylı Torpağa Mülkiyyət Hüququna Dair Dövlət Aktında ad və soyadlarında yaranmış uyğunsuzluğları aradan qaldırmaq və düzəlişlərin həyata kemirilməsi ilə bağlı məhkəməyə müraciət edilməsi tövsiyə edilmişdir. Məhkəmə işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, Quba rayon Aqrar İslahat Komissiyasının xx xxx 1997-ci il tarixli, 04 nömrəli qərarı ilə verilmiş JN-564F kod 30307018 saylı torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin nənəsi Hüseynova Əfruz Ömər qızına məxsus olması faktı müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 307.1 maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlanını əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin aslı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı, onun pasportdakı adı, atasının adı və soyadı ilə düz gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı məhkəmə qaydasında müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli olan faktları, o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qayadada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 307, 308 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: Ərizə təmin olunsun. Quba rayon Aqrar İslahat Komissiyasının xx xxx 1997-ci il tarixli, 04 nömrəli qərarı ilə verilmiş JN-564F kod 30307018 saylı torpağın mülkiyyətə verilməsinə dair X1 Ömər qızına məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətinə Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İlqar Məmmədov
Məhkəmə qərarları › İş №2(027)-494/2021
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-494/2021
16.03.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver