Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-502/2021 09.04.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov İlqar Aslan oğlunun sədrliyi ilə Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, İddiaçı nümayəndəsi X4 və Cavabdeh İstehsalat Birliyinin səlahiyyətli nümayəndəsi X1 iştirakı ilə İddiaçı Cavabdeh İstehsalat Birliyinə qarşı “borcunun silinməsi” tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı Cavabdeh İstehsalat Birliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "Cavabdeh" İstehsalat Birliyinin əməkdaşları tərəfindən qanunsuz hesablanmış 486 manat məbləğində borcun onun hesabından silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə İddiaçı nümayəndəsi X7 iddianı müdafiə edərək göstərdi ki, mülkiyyətlərində Quba rayon 1-ci Nügədi kəndində ümumi sahəsi 55,3 kv.metr, yaşayış sahəsi 38.8 kv.metr olan fərdi yaşayış evi vardır. Cavabdeh İB-yi ilə iddiaçının bağladığı müqaviləyə əsasən təbii qazdan istifadə edilir və istifadə edilən qazın dəyərini vaxtlı-vaxtında ödənilir. İstifadə edilən qazın sayğacı evlərinin hasarı ətrafında təxminən 50-60 metr məsafədə yerləşir, sayğaca ümumiyyətlə yaxın durmurlar, yalnız Cavabdeh İB-nin nümayəndəsi vaxtaşırı nəzarət edib istifadə etdikləri qazın dəyərinə dair onlara məlumat verirlər və istifadə edilən qazın dəyəri ödənilir. xx xxxxxxx 2019-cu il tarixdə Cavabdeh İB-nin işçiləri yaşadıqları evə gəlib sayğaca baxış keçirib yenisini əvəz etmək adı ilə akt tərtib etdiblər, sonradan məlum olub ki, guya sayğac hesablama vilkası yan tərəfdən əzilib və daxili qulaqcıqlarında əzik-cızıq izləri var. Sayğaca heç bir müdaxilə edilməyib və müdaxiləyə ehtiyac yoxdur. Cavabdeh İB-nin işçiləri saxta akt yazaraq onlardan əsassız olaraq 486 manat cərimə pulu tələb edirlər, ona görə də əsassız hesablanmış borcun silinməsi üçün məhkəməyə müraciət etmək qərarına gəliblər. Göstərilənləri nəzərə alaraq, "Cavabdeh" İstehsalat Birliyinin əməkdaşları tərəfindən qanunsuz hesablanmış 486 manat məbləğində borcun onların hesabından silinməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmədə Cavabdeh İB-nin nümayəndəsi X3 iddia tələbini qəbul etməyərək göstərdi ki, İddiaçı Cavabdeh İstehsal Birliyinə qarşı “əsassız hesablnmış borcun silimməsi tələbinə dair” iddia ərizəsi ilə 486 manat məbləğində cərimənin onun hesabından silinməsi barədə iddia tələbi əsassızdır və təmin edilməməlidir. Belə ki, abonent İddiaçı qarşı Cavabdeh İB-yi abonentin 696,70 manat borcun ödənilməsi tələbi ilə iddia qaldırmış, Quba rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(027)-1377/2020 saylı Qətnaməsi ilə iddia təmin olunmuşdur. Bu Qətnamədən apellyasiya şikayəti verilməmiş Qətnamə qanuni qüvvəsini almışdır. İddiaçı tərəfindən mübahisələndirilən xx xxxxxxx 2019-cu il tarixli “Təbii qazdan istifadə Qaydaları”nın pozulması barədə akta əsasən hesablanmış 486 manat itirilmiş qazın bərpası üçün ziyan məbləği də həmin iddia məbləğinə daxildir. İddiaçı ilə Xaçmaz RQİİ arasında qaz sayğacına müdaxilə nəticəsində itirilmiş qazın bərpası üçün hesablanmış 486 manat ziyan məbləğini debitor borcu kimi ödəmək barədə razılaşma protokolu imzalamışdır. Abonent İddiaçı müdaxilə olunduğunu mübahisələndirdiyi Elster tipli G-4 markalı ******* №-li məişət qaz sayğacı quraşdırılarkən sayğacın quraşdırılması ilə əlaqədar ******* saylı müvafiq akt tərtib edilmişdir ki, aktın 5-ci bəndinin 7-ci yarımbəndində “sayğacın və plombun toxunulmamazlığına cavabdeh şəxs” İddiaçı qeyd edilmişdir. Həmin aktı İddiaçı heç bir irad bildirilmədən imzalamış, yəni sayğacın və plombun cavabdehliyi barədə öhdəçilik ğötürmüşdür. Abonentin Elster tipli G-4 markalı ******* №-li məişət qaz sayğacı ARDNŞnin Cavabdeh İB-nin Qaz sayğaclarına nəzarət komissiyasının 29/1710-02261 saylı rəyinə əsasən Elster tipli G-4 markalı ******* №-li məişət qaz sayğacının hesablama mexanizminin qapağı yan tərəfdən əzilib və daxili qulaqcıqlarda əzik-cızıq izləri var və abonent İddiaçı oiğlunun iştirakı ilə xx.xx.2019-cu il tarixdə Xaçmaz RQİİ-nin işçiləri tərəfindən ******* saylı “Təbii qazdan istifadə Qaydaları”nın pozulması haqqında akt tərtib edilmiş və bu akt İddiaçı tərəfindən etiraf edilərək imzalanmışdır. İddiaçı dəymiş ziyanı və debitor borcu ödəyəcəyinə söz verib. Cavabdeh İB-nin nümayəndəsi sadalananlara hüquqi qiymət verilməsini və iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə İddiaçı nümayəndəsi X5 və Cavabdeh İB-nin nümayəndəsi X2 dinləyib, məhkəmə baxışında araşdırılmış sübutları və iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan qaz paylaşıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilədən görünür ki, Cavabdeh İstehsalat Birliyi ilə İddiaçı arasında xx.xx.2019-cu-ci il tarixdə müqavilə bağlanmışdır. İş materiallarında olan Cavabdeh İB-nin Xaçmaz RQİ-nin Quba QİS-nin əməkdaşları tərəfindən abonent İddiaçı adına tərtib olunmuş təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2019-cu il tarixli ******* saylı aktdan görünür ki, abonentin mənzilinə baxış keçirirkən G-4 markalı ******* №-li məişət qaz sayğacının hesablama mexanizminin qapağı yan tərəfdən əzilib və daxili qulaqcıqlarda əzik- cızıq izləri var İş materiallarında olan dəymiş ziyanın ödənilməsinə dair tələbnamədən görünür ki, xx.xx.2019-cu il tarixli ******* saylı akta əsasən İddiaçı tərəfindən cəmi 4860 m3 qaz sərfiyyatı olmuşdur. İş materiallarında olan Quba rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(027)-1377/2020 saylı Qətnaməsinin surətində məlum olur ki, təbii qazdan istifadəyə görə yaranmış 666.70 manat məbləğində borc İddiaçı tutulub Cavabdeh İB-nin bank hesabına ödənilməsi qət edilmişdir. İş materiallarında olan Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında xx.xx.2019-cu il tarixli ******* saylı aktdan görünür ki, G-4 markalı ******* №-li məişət qaz sayğacı quraşdırılarkən sayğacın quraşdırılması ilə əlaqədar İddiaçı sayğacın və plombun toxunulmamazlığına cavabdeh şəxs qeyd edilmiş və aktı imzalamışdır. İş materiallarında olan AA******* seriyalı şəxsiyyət vəsiqəsinin surətindən və Quba RİHB-nın İ Nügədi kənd İƏD-si üzrə nümayəndəliyinin xx.xx.2020-ci il tarixli 984 saylı arayışından, məlum olur ki, İddiaçı Quba rayonu İ Nügədi kəndində qeydiyyatdadır və həmin kənddə yaşayır. Məhkəmədə müəyyən edildi ki, Quba Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(027)- 1377/2020 saylı qətnaməsi ilə təbii qazdan istifadəyə görə yaranmış 666.70 manat məbləğində borc və dövlət rüsumu üçün ödənilmiş 30 (otuz) manat İddiaçı tutulub iddiaçı Cavabdeh İB-nin bank hesabına ödənilməsi qət edilmişdir. “Təbii qazdan istifadə Qaydaları”nın pozulması barədə akta əsasən hesablanmış 486 manat itirilmiş qazın bərpası üçün ziyan məbləği də, İddiaçı tutulması məhkəmə qətnaməsilə qət olunan 666.70 manat məbləğə daxil edilmiş və qətnamə qanuni qüvvəsini almışdır Azərbaycan Respublikası MPM-nin 82.3-cü maddəsinin tələblərinə görə bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Şərh edilənləri əsas tutaraq, məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı "Cavabdeh" İstehsalat Birliyinə qarşı verdiyi "Cavabdeh" İstehsalat Birliyinin əməkdaşları tərəfindən qanunsuz hesablanmış 486 manat məbləğində borcun onun hesabından silinməsi barədə iddia ərizəsi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2, 77.1, 78.1, 80, 81-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilməli, işin gedişində təqdim olunmuş ancaq o sübutlar qəbul edilməli və nəzərə alınmalıdır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar olsun. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82, 216- 220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin edilməsin. İddiaçı "Cavabdeh" İstehsalat Birliyinin əməkdaşları tərəfindən qanunsuz hesablanmış 486 manat məbləğində borcun onun hesabından silinməsi barədə iddia ərizəsi təmin edilməsin. Qətnamədən, qətnamə rəsmi qaydada verildiyi gündən, 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən:İlqar Məmmədov
Məhkəmə qərarları › İş №2(027)-502/2021
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-502/2021
09.04.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver