Məhkəmə qərarları › İş №2(027)-506/2022

Quba Rayon Məhkəməsi Qərardad — İş №2(027)-506/2022

13.01.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Quba şəhəri İş № 2(027)-506/2022 13.01.2022 QUBA RAYON MƏHKƏMƏSİ Mən, Quba Rayon Məhkəməsinin hakimi Həsənov Rahim Təşəkkül oğlu, İddiaçı cavabdeh "xxxx" ASC-nin X1 Təchizatı və Satış İdarəsinin Quba rayon sahəsinə qarşı ziyan tələbinə dair iddia ərizəsinə baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı cavabdeh "xxxx" ASC-nin X1 Təchizatı və Satış İdarəsinin Quba rayon sahəsinə qarşı ziyan tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsini və mülki işi nəzərdən keçirərək, hesab edirəm ki, iddia ərizəsi geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.2-ci maddəsinə əsasən hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Hüquqi şəxsin törəmə müəssisəsinin fəaliyyətindən əmələ gələn iddialar müəssisənin ünvanının olduğu yerə görə verilir. Beləliklə, qanunvericiliyin yuxarıda qeyd olunan tələblərinə əsasən İddiaçı cavabdeh qismində hüquqi şəxs "xxxx" ASC-nin X1 Təchizatı və Satış İdarəsinin Quba rayon sahəsini deyil, hüquqi şəxs "xxxx" ASC-ni qeyd etməli idi. Göstərilənlərə əsasən, İddiaçı ziyan tələbinə dair iddia ərizəsində cavabdeh qismində "xxxx" ASC-nin (Bakı şəhəri, Xətai rayonu, Y.Səfərov küçəsi, 23) özünü deyil, Azərişıq” ASC-nin X1 Təchizatı və Satış İdarəsinin Quba rayon sahəsini göstərdiyindən həmin iddia ərizəsi geri qaytarılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 35, 152, 263- 264-cü və 266-269-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı cavabdeh "xxxx" ASC-nin X1 Təchizatı və Satış İdarəsinin Quba rayon sahəsinə qarşı ziyan tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan 10 gün müddətində Quba Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rahim Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar