Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-508/2022 01.03.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, məhkəmə iclas katibi Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, ərizəçi, eyni zamanda digər əzirəçi Ərizəçi1 etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Ərizəçi2, ərizəçi Əzizova (İmanova) Samirə Sayəddin qızının iştirakı ilə ərizəçilər Ərizəçi1, Ərizəçi2 və Əzizova (İmanova) Samirə Sayəddin qızının maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçilər Ərizəçi1, Ərizəçi2 və Əzizova (İmanova) Samirə Sayəddin qızının maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” barədə ərizə ilə müraciət edərək, torpağa mülkiyyət hüququna dair JN-0014 KOD 30324028 saylı dövlət aktının anası X10 məxsus olması ilə yanaşı mərhum atası X8 və onlara- Ərizəçi2 və Əzizova (İmanova) Samirə Sayəddin qızına məxsus olması faktını müəyyən edilməsi barədə qətnamə çıxarılması xahiş etmişlər. Məhkəmə iclasında ərizəçi, eyni zamanda digər əzirəçi Ərizəçi1 etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Ərizəçi2 ərizəni müdafiə edərək, bildirdi ki, Quba rayon Aqrar İslahatı Komissiyasının 18.11.1998-ci il tarixli 15 saylı qərarı ilə torpağın mülkiyyətə verilməsinə dair JN-0014 KOD 30324028 nömrəli dövlət aktına əsasən kənd təsərrüfatı məqsədi 2,18 ha torpaq sahəsi mərhum atasına və onlara verilmişdir. Lakin torpağa mülkiyyət hüququna dair JN-0014 KOD 30324028 nömrəli dövlət aktında mərhum atasının ata adı X13 əvəzinə səhvən X5, onların soyadı Ərizəçi1 əvəzinə səhvən X2, Ərizəçi2 əvəzinə X3 və X15 əvəzinə səhvən X4 yazılmışdır. Onlar dövlət aktında qeyd olunmuş mərhum atalarının ata adında və onların soyadlarında yaranmış uyğunsuzluğu aradan qaldırmaq və düzəlişin həyata keçirilməsi ilə bağlı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət etsələr də, sonuncuların səlahiyyətlərinə aid olmadığı ilə bağlı **********40 nömrəli 12.04.2021-ci il tarixli imtina məktubu almışlar. X1 15.03.2019-cu il tarixində ölmüşdür. Quba RİHB-nin Talabıqışlaq kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş Forma 2 arayışına əsasən onlar da 15.03.2019-cu il tarixdə vəfat etmiş X6 vərəsələri sırasına daxildirlər. Hazırda dövlət aktında yanlışlığın aradan qaldırılması məqsədilə onlar məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Məhkəmə iclasında digər ərizəçi Əzizova (İmanova) Samirə Sayəddin qızı ərizəni müdafiə edərək, təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada məlumatlandırılmalarına baxmayaraq, iş üzrə maraqlı tərəf Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Məhkəmə iş üzrə maraqlı tərəfin nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iş üzrə ərizəçilər Ərizəçi2 və Əzizova (İmanova) Samirə Sayəddin qızının izahatını dinləyib, iş materiallarını araşdıraraq toplanmış sübutlara qiymət verməklə hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan torpağa mülkiyyət hüququna dair JN-0014 KOD 30324028 nömrəli dövlət aktının notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Quba Rayon Aqrar İslahat Komissiyasının 18.11.1998-ci il tarixli 15 saylı qərarı ilə kənd təsərrüfatı məhsulları istehsalı məqsədi üçün X14, X16, X9, X11 və X7 2,18 ha torpaq sahəsi verilmişdir. İş materiallarında olan Quba RİHB-nin Talabıqışlaq İƏD üzrə nümayəndəliyin 06.04.2021-ci il tarixli 137 saylı arayışından görünür ki, JN-0014 KOD 30324028 olan torpağa mülkiyyət hüququna dair dövlət aktında adları qeyd olunan Ərizəçi1, Ərizəçi2 və Əzizova (İmanova) Samirə Sayəddin qızı 15.03.2019-cu il tarixdə vəfat etmiş X6 vərəsələri sırasına daxildirlər. İş materiallarında olan AA******* nömrəli şəxsiyyət vəsiqəsinin notarial təsdiqli surətindən görünür ki, Surəddin Sayəddin oğlunun soyadı “İmanov”dur. İş materiallarında olan AA******* nömrəli şəxsiyyət vəsiqəsinin notarial təsdiqli surətindən görünür ki, Eldəniz Sayəddin oğlunun soyadı “İmanov”dur. İş materiallarında olan Vİİ-JQ 315317 nömrəli doğum haqqında şəhadətnamənin notarial təsdiqli surətindən görünür ki, Samirə Sayəddin qızının soyadı qızlıq soyadı “İmanova”dır. İş materiallarında olan AZ-İ 203938 nömrəli nikah haqqında şəhadətnamənin notarial təsdiqli surətindən görünür ki, X15 15.12.2005-ci il tarixdə X18 ilə nikaha daxil olmuş və “Əzizova” soyadını almışdır. İş materiallarında olan AZ-İİ 001284 nömrəli ölüm haqqında şəhadətnamənin notarial təsdiqli surətindən görünür ki, 15.03.2019-cu il tarixdə vəfat etmiş Sayəddin İmaniyevin atasının adı “Beybut”dur. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin 12.04.2021-ci il tarixli **********40 saylı məktubundan görünür ki, torpağa mülkiyyət hüququna dair JN-0014 KOD 30324028 nömrəli dövlət aktında qeyd olunmuş hüquq sahiblərinin soyadlarında yaranmış uyğunsuzluğu aradan qaldırılması üçün məhkəməyə müraciət etmək tövsiyyə olunmuşdur. Beləliklə, iş materiallarında olan sənədlərdən göründüyü kimi, ərizəçilərin soyadları “İmanov”(a) olduğu halda, torpağa mülkiyyət hüququna dair JN-0014 KOD 30324028 nömrəli dövlət aktında səhvən “İmaniyev”(a), ərizəçilərin atası Sayəddin İmaniyevin atasının adı “Beybut” əvəzinə “Beybud” yazılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 307.2.5-ci maddəsinə əsasən, şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktını müəyyən edə bilər; 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarında məhkəmələrə tövsiyyə edilir: “Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi - şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi-həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü - məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Hüquqmüəyyənedici sənədlərin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair məhkəmə qətnaməsinin nəticə hissəsində məhkəmə, sənədlərin əlamətlərini (sənədin adını, kimin tərəfindən kimin adına verilməsini, verilmə tarixini və sair), eləcə də pasporta, şəxsiyyət vəsiqəsinə və ya doğum haqqında şəhadətnaməyə əsaslanaraq sənədin məxsus olduğu şəxsin adını, atasının adını, soyadını göstərməlidir. Bu cür qətnamələrin icraya yönəldilərək sənəddə olan adın ərizəçinin adına dəyişdirilməsi qanunla müəyyən olunmamışdır. Buna görə də sənədin ərizəçiyə məxsus olmasını müəyyən edən qətnamədə, səhvə yol verilmiş sənəddə düzəliş aparılması barədə müvafiq orqana göstəriş verilməsi qanunaziddir.” Məhkəmə hesab edir ki, ərizəçilər hüquqlarının həyata keçirilməsi üçün lazım olan sənədlərin başqa yolla əldə edilə bilməməsini sübuta yetirə bilmişlər. Beləliklə, iş üzrə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib məhkəmə hesab edir ki, torpağa mülkiyyət hüququna dair JN-0014 KOD 30324028 saylı dövlət aktının X10 məxsus olması ilə yanaşı X13, Ərizəçi1, Ərizəçi2 və Əzizova (İmanova) Samirə Sayəddin qızına məxsus olması faktı tədqiq olunmuş sübutlarla öz təsdiqini tapdığından ərizə təmin edilməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutub, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Torpağa mülkiyyət hüququna dair JN-0014 KOD 30324028 saylı dövlət aktının X10 məxsus olması ilə yanaşı X13, Ərizəçi1, Ərizəçi2 və Əzizova (İmanova) Samirə Sayəddin qızına məxsus olması faktı müəyyən edilsin. Qətnamədən, onun alındığı və ya təqdim olunduğu gündən 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Vüqar Seyidov
Məhkəmə qərarları › İş №2(027)-508/2022
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-508/2022
01.03.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver