Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-512/2024 11.07.2024 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, Məhkəmə iclas katibi Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, İddiaçı və digər iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı4 nümayəndəsi İddiaçı3 iştirakı ilə İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Quba Regional “Asan Xidmət” Mərkəzində Notariat ofisinə qarşı alqı-satqı müqaviləsinin etibarsız heab edilməsi və Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş Çıxarışın ləğv edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Torpağa Mülkiyyət Hüququna Dair JN 351 KOD 30307018 saylı Dövlət aktı ilə onlara məxsus torpaq sahəsinin 351B 0,6899 ha hissəsinin iş üzrə Cavabdeh2 adına özgəninkiləşdirilməsinə səbəb olan Quba rayon Dövlət notariat kontorunda bağlanmış 14 mart 2006-cı il tarixli, 4-Ə-102 reyestr nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və Torpağa Mülkiyyət Hüququna Dair JN 351 KOD 30307018 saylı Dövlət aktı ilə onlara məxsus torpaq sahəsinin 351B 0,6899 ha hissəsi ilə bağlı Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestri Cavabdeh2 adına verilmiş **********01 reyestr nömrəli, 11 iyun 2015-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Ərizəçilər iddia tələbini onunla əsaslandırmışlar ki, onlara Quba rayon Aqrar İslahatı Komissiyasının 03 may 1997-ci il tarixli, 04 saylı qərarı ilə Torpağa mülkiyyət hüququna dair JN-351 KOD 30307018 nömrəli Dövlət Aktına əsasən kənd təsərüfatı məhsullarının istehsalı məqsədi ilə 0,92 ha torpaq sahəsi verilmişdir. Onlar Cavabdeh3nə Torpağa Mülkiyyət Hüququna dair JN-351 KOD 30307018 nömrəli Dövlət Aktı əsasında Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilməsi ilə bağlı müraciət etmişilər. Lakin həmin qurumdan onlara JN-351 KOD 30307018 nömrəli Dövlət Aktında qeyd edilmiş 351B planşet nömrəli 0,6899 ha torpaq sahəsinə Quba rayon notariat kontoru Tərəfindən təsdiq edilmiş xx.xx.2006-cı il tarixli, 4Ə-102 reyestr nömrəli müqavilə əsasında digər şəxsə “satdığları”, ona görə də qeyd edilən alqı-satqı müqaviləsini, dövlət rüsumunu və xidmət haqqını ödəyəcəkləri halda yerdə qalan torpaq sahəsinə çıxarış verə biləcəklərini qeyd etmişlər. Bu cavab onlar üçün gözlənilməz olduğundan və bu günə kimi onlar mülkiyyətçilər olaraq torpaq sahələrini heç kimə satmadığları üçün vəkil sorğusu ilə müvafiq cavablar almağa çalışmışlar. Həmin sorğular nəticəsində onlara məlum olmuşdur ki, onlara məxsus torpaq sahəsinə verilmiş JN-351 nömrəli Dövlət Aktının 0,6899,63 ha (351B) hissə xx.xx.2006-cı il tarixli, 4Ə-102 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən Cavabdeh2 adına özgəninkiləşdirilmişdir. Bundan sonra xx.xx.2006-cı il tarixli 4Ə-102 reyestr nömrəli alqı-satqı müqaviləsi ilə bağlı Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Dövlət Notariat Arxivində məlumatın olubolmaması, olduğu halda isə notari işinin təsdiq olunmuş surətinin göndərilməsini xahiş etmişlər. Lakin həmin qurumdan bildirilmişdir ki, Quba dövlət notariat ofisi tərəfindən arxivə təhvil verilmiş 2006-cı ildə təsdiq edilmiş daşınmaz əmlakın özgəninkiləşdirilməsinə dair müqavilələrə baxış keçirilərkən onları adlarına rəsmiləşdirilmiş müqavilə aşkar edilməmişdir. Eyni zamanda bildirilmişdir ki, dövlət notariat arxivində saxlanılan nüsxəsində 102 reyestr nömrəli müqavilənin Quba rayon Dövlət notariat ofisində 18 mart 2006-cı il tarixdə təsdiq edildiyi və həmin müqavilənin digər şəxslər barəsində rəsmiləşdirildiyi müəyyən edilmişdir. Yuxarıda qeyd etdikləri göründüyü kimi Cavabdeh2 onların xəbəri və məlumatı olmadan onlara məxsus olan torpaq sahəsinin “satılması” hansısa yollarla rəsmiləşdirmiş, həmin müqavilə notariat arxivində başqa şəxslərin adına tərtib olunmasına baxmayaraq digər cavabdeh Əmlak Məsələləri Dövlət Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsi də Cavabdeh2 eyni reyestr nömrəsi ilə başqa şəxslərin adına alqısatqı müqaviləsi olmasına, qeyd edilən alqı-satqı müqaviləsinin onlarla Cavabdeh2 arasında bağlanması ilə bağlı arxivdə heç bir məlumat olmamasına baxmayaraq həmin şəxsə çıxarış vermişdir. Bir da qeyd etmək istəyir ki, onlar mülkiyyətlərində olan torpaq sahəsini heç kimə satmamış torpaq sahəsi hal-hazırda da istifadələrindədir. Hal-hazırda cavabdehlərin qanunsuz əməlləri nəticəsində mülkiyyət hüquqları kobudcasına pozulduğu üçün pozulmuş hüquqlarını bərpası üçün məhkəməyə müraciət etməyə məcbur olmuşlar. Hesab edir ki, onlarla güya Cavabdeh2 arasında bağlandığı iddia edilən və sonucuya hüquqmüəyyənedici sənəd kimi çıxarışın verilməsinə əsas olan 14 mart 2003-cü il tarixli 4Ə-102 reyestr nömrəli alqı-satqı müqaviləsi etibarsız hesab edilməli və həmin müqavilə əsasında cavabdehə verilmiş çıxarış ləğv edilməlidir. İş üzrə Cavabdeh2 səlahiyyətli nümayəndəsi və vəkili Nümayəndə Səadət oğlu iddiaya etiraz təqdim edərək, etirazı onunla əsaslandırılmışdır ki, birgə iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 cavabdehlər Cavabdeh2, Cavabdeh3nə və Quba Regional ASAN Xidmət Mərkəzində Notariat ofisinə qarşı iddia ərizəsi ilə Quba rayon məhkəməsinə müraciət edərək torpağa mülkiyyət hüququna dair JN-351 KOD 30307018 nömrəli Dövlət Aktına əsasənonlara məxsus torpaq sahəsinin 351B 0,6899 ha hissəsinin iş üzrə Cavabdeh2 özgəninkiləşdirilməsinə səbəb olan Quba rayon Dövlət notariat kontorunda bağlanmış 14 mart 2006-cı il tarixli 4-Ə-102 reyestr nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və “Torpağa mülkiyyət hüququna dair” JN-351 KOD 30307018 nömrəli Dövlət Aktı ilə onlara məxsus torpaq sahəsinin 351B 0,6899 ha. hissəsi ilə bağlı Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrində Cavabdeh2 adına verilmiş **********01 reyestr nömrəli, 11 iyun 2015-ci il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Birgə iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 iddia ərizələrini onunla əsaslandırmışlar ki, Quba rayon Aqrar İslahat Komissiyasının 03 may 1997-ci il tarixli, 04 saylı qərarı ilə “Torpağa mülkiyyət hüququna dair” JN-351 KOD 30307018 nömrəli Dövlət Aktına əsasən kənd təsərrüfatı məhsulları istehsalı məqsədi ilə 0,92 ha. torpaq sahəsi verilmişdir. “Torpağa mülkiyyət hüququna dair” JN-351 KOD 30307018 nömrəli Dövlət Aktına əsasən Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarış verilməsi üçün Cavabdeh3nə müraciət etdikdə onlara göndərilmiş cavabdan məlum olmuşdur ki, 351B planşet nömrəli 0,6899 ha torpaq sahəsinə Quba rayon Dövlət Notariat kontoru tərəfindən təsdiq edilmiş 14 mart 2006-cı il tarixli 4-Ə-102 reyestr nömrəli alqı-satqı müqaviləsi əsasında Cavabdeh2 satılmışdır. Torpaq sahələrini Cavabdeh2 satmamışlar və onunla bağlanmış müqavilədən məlumatsız olmuşlar. İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 iddia tələbləri aşağıda qeyd etdiyi əsaslara görə təmin olunmamalıdır. Mülki iş materialına əlavə edilmiş JN-351 KOD 30307018 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktında aparılmış qeydiyyatdan məlum olur ki, İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 Quba rayon Aqrar İslahat Komissiyasının 03 may 1997-ci il tarixli, 04 saylı qərarı olə 0.92 ha. torpaq sahəsi kənd təsərrüfatı məhsulları istehsalı məqsədi ilə verilmişdir. Dövlət aktı iki nüsxədə tərtib edilmişdir. Dövlət aktının bir nüsxəsi İddiaçı1 verilmiş, ikinci nüsxə Quba rayon Torpaq şöbəsində saxlanmışdır. Dövlət aktı qeydiyyat kitabında 351 nömrə ilə 26 avqust 2003-cü il tarixdə qeydiyyata alınmışdır. 25 oktyabr 2005-ci il tarixdə Quba rayonu Amsar kəndində yaşayan İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 Bakı şəhəri, Rəsulzadə qəsəbəsi, Çapayev küçəsi, ev 6-da yaşayan X1 etibarnamə vermişlər. Etibarnamə Quba rayon Dövlət Notariat kontorunda təsdiq edilmiş və 7E-11606 reyestr nömrə ilə qeydə alınmışdır. Etibarnamə ilə İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 JN-351 KOD 30307018 nömrəli “Dövlət aktın”na əsasən Quba rayonu, Amsar kəndində yerləşən 0.92 ha torpaq sahəsinin üzərində sərəncam verməyi, satmağı, bağışlamağı, dəyişməyi, ipoteka qoymağı, pulunu almağı, buna dair müqaviləni imzalamağı, bu tapşırığın yerinə yetrilməsi ilə əlaqədar adlarından ərizə verməyi və digər hərəkətləri etməyi X1 etibar etmişlər. Həmin etibarnamə 30 (otuz) il müddətinə verilib və 25 oktyabr 2035-ci il tarixinədək qüvvədədir. Etibarnamə təsdiq edilərkən notariat kontoru tərəfindən İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 şəxsiyyət vəsiqələri və İddiaçı1, İddiaçı2 nigahın bağlanması haqqında şəhadətnamələri alınmışdır. Şəxsiyyət vəsiqələrinin və nigahın bağlanması haqqında şəhadətnamənin bir nüsxəsi alıcı tərəfə verilmişdir. İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 verdikləri etibarnamə əsasənda X4 torpaq sahəsini 14 mart 2006-cı il tarixdə Cavabdeh2 “Torpaq alqı-satqı müqaviləsi” ilə satmışdır. Tərəflər arasında bağlanmış “Torpaq alqı-satqı müqaviləsi” əsasında Quba rayonu, Amsar kəndində yerləşən İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 mülkiyyət hüququ ilə məxsus 0.92 ha. torpaq sahəsinin 0.69 ha. torpaq sahəsi Cavabdeh2 satılmışdır. Torpaq sahəsinin alqı satqısına dair 14 mart 2006-cı il tarixli müqavilənin 2-ci bəndindən göründüyü kimi müqavilə bağlanarkən alıcı satılan torpağa görə satıcıya 9.000 manat məbləğində pul ödəmişdir. İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 Quba rayon Aqrar İslahat Komissiyasının 03 may 1997-ci il tarixli, 04 saylı qərarı ilə kənd təsərrüfatı məhsulları istehsalı məqsədi ilə verilmiş 0,92 ha. torpaq sahəsi iki hissədə olmuşdur. Torpaq sahəsinin bir hissəsi 351 B sahəsi 0.6899,63 ha. əkin sahəsi, 351 A sahəsi 0.23 ha. bağ sahəsi olmuşdur. X4 tərəfindən torpaq sahəsinin 0.69 ha. sahəsini 14 mart 2006cı il tarixdə Cavabdeh2 satmasına baxmayaraq faktiki olaraq torpaq sahəsi bütövlüklə Cavabdeh2 istifadəsində, sahibliyinə verilmişdir. Ötən müddət ərzində cavabdeh torpaq sahəsindən tam olaraq istifadə etməkdədir. X4 tərəfindən torpaq sahəsinin 0.69 ha. sahəsini 14 mart 2006-cı il tarixdə Cavabdeh2 satmasına dair “Torpaq alqı-satqı müqaviləsi” əsasında alıcının daşınmaz əmlak üzərində mülkiyyət hüququnun qeydə alınması üçün Cavabdeh3nə müraciət olunmuşdur. Cavabdeh2 Quba rayonu, Amsar kəndi ərazisində olan 0.689963 ha. torpaq sahəsi üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində **********201 nömrəsi ilə xx.xx.2015-ci il tarixdə qeydə alınmışdır. Mübahisə olunan torpaq sahəsinin mülkiyyətçiləri İddiaçı1, İddiaçı2, İddiaçı3 Cavabdeh2, Quba rayon Dövlət notariat kontorunda bağlanmış 14 mart 2006-cı il tarixli 4- Ə-102 reyestr nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbi ilə iddia ərizəsi ilə müraciət etdiklərindən alqı-satqı müqaviləsi üçün əsas olmuş X1 verilmiş 25 oktyabr 2005-ci il tarixli 7E-11606 reyestr nömrə ilə qeydə alınmış etibarnamənin iddiaçılar tərəfindən verilməsi məhkəmə iclasında araşdırılmalıdır. 25 oktyabr 2005-ci il tarixli 7E- 11606 reyestr nömrəli etibarnamədə imzaların kim tərəfindən imzalanması müəyyən olunmalıdır. Mülki Məcəllənin 152.11-ci maddəsinə əsasən əgər Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, mülkiyyətçi ona mənsub əmlakın saxlanması yükünü daşıyır, iddiaçılar Mülki Məcəllənin 354.2-ci maddəsində təsbit edilmiş 1 illik kəsici müddəti ötürmüşlər. Belə ki, həmin maddəyə əsasən maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər, iddiaçılar mübahisələndirilən Quba rayon Dövlət notariat kontorunda bağlanmış 14 mart 2006-cı il tarixli 4-Ə-102 reyestr nömrəli alqı-satqı müqaviləsinin etibarsızlığına dair idda ərizəsi ilə məhkəməyə 27 dekabr 2023-cü il tarixdə müraciət etmişlər. “B.Mürsəlovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 31 may 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenimunun xx.xx.2020-ci il tarixli Qərarında göstərilir ki, “... Bununla yanaşı, Mülki Məcəllənin 354-cü maddəsinin əqdlərin etibarsızlığını müəyyən edən 14-cü fəsildə, iddia müddətinin isə həmin Məcəllənin 18-ci fəslində nəzərdə tutulması Məcəllənin 354-cü maddəsinin xüsusi norma olaraq iddia müddətinin tətbiqi ilə bağlı olmadığına dəlalət edir. Qanunvericiliyin bu norması onu nəzərdə tutur ki, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığına dair mübahisə açmaq hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Qanunun mənasına görə, qeyd olunan müddət, hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir. Belə ki, kəsici müddət - şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquqa xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur...”. Həmçinin, kəsici müddətin tətbiqi üçün də qanunverici konkret hal müəyyən etmişdir. Belə ki, hazırki iş üzrə Mülki Məcəllənin 354.2-ci maddəsinə əsasən, bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Göründüyü kimi, kəsici müddətin başlanma anı qanunvericiliklə dəqiq müəyyən edilmişdir ki, bu, şəxsin əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən etibarən bir il ərzində həyata keçirilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.11-ci maddəsinə əsasən əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, mülkiyyətçi ona mənsub əmlakın saxlanması yükünü daşıyır. İddiaçılar əqdin etibarsızlığı ilə bağlı bəlli olan halın onlara çoxdan məlum olmasına baxmayaraq onu bir il ərzində mübahisələndirməmişlər, yalnız xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət etməklə yuxarıda qeyd olunan bir illik kəsici müddəti ötürmüşlər. Müqavilənin etibarsız hesab edilməsi ilə bağlı nəticəyə gələrkən iddiaçılar tərəfindən məhkəməyə müraciət etmək üçün qanunla nəzərdə tutulmuş müddətin ötürüldüyünü nəzərə alınmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Hacıyevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 7 avqust 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 10 mart 2020-ci il tarixli Qərarındakı hüquqi mövqeyə görə, əmlakı başqa şəxslərdən əldə edən hər bir alıcıda əqdin legitimsizliyi barədə şübhə yaranmadıqda, o vicdanlı alıcı qismində qəbul olunur. Bundan başqa, əldə olunmuş əmlaka üçüncü şəxslərin mümkün iddialarından xəbəri olmadığı hallarda da alıcı, vicdanlı hesab edilir. Mülkiyyət hüququna dair dövlət reyestrindəki yazının qanuniliyinin yoxlanılmasından sonra deyil, məhz həmin yazının mövcudluğu faktına əsasən vicdanlı alıcı əmlakın mülkiyyətçisi kimi tanınır. Gələcəkdə əqdin bağlanması anında ona mane olan hər hansı halların müəyyən olunması isə vicdanlı alıcının əmlak hüquqlarının pozulması səbəbini təşkil etməməlidir (Konstitusiya Məhkəməsi Plenumunun S.N.Məmmədovanın şikayəti üzrə 2004-cü il 27 oktyabr tarixli Qərarı). Konstitusiya Məhkəməsi Plenum Qərarındakı hüquqi mövqeyə istinad edərək bildirmək istəyir ki, mübahisə edilən 0.92 ha. torpaq sahəsini almış Cavabdeh2 alqı-satqı müqaviləsinin legitimliyi barəsində onda şübhə yaranmadığından o, vicdanlı alıcı kimi nəzərdən keçirilməlidir. Bu səbəbdən də, alqı-satqı müqaviləsinin etibarsız hesab edilməklə çıxarışın ləğv edilməsinə heç bir əsas yoxdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.5-ci maddəsinə görə əgər daşınmaz əmlakın dövlət reyestrində əsassız qeydə alınmış mülkiyyətçi qeydəalmanın əsassız olduğunu bilməyərək, torpaq sahəsinə 10 il ərzində fasiləsiz və etirazsız sahiblik etmişsə, həmin şəxs bu torpaq sahəsinin mülkiyyətçisi sayılır. İddia tələbinin təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə Cavabdeh2 səlahiyyətli nümayəndəsi Nümayəndə Səadət oğlu məhkəməyə iddia müddətinin tətbiq edilməsi barədə ərizə ilə müraciət edərək, ərizəsində iddiaçıların əqdin etibarsızlığı ilə bağlı bəlli olan halın onlara çoxdan məlum olmasına baxmayaraq onu bir il ərzində mübahisələndirmədiklərini, bir illik kəsici müddəti ötürdüklərini göstərərək, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Quba Regional “Asan Xidmət” Mərkəzində Notariat ofisinə qarşı alqı-satqı müqaviləsinin etibarsız heab edilməsi və Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş Çıxarışın ləğv edilməsi tələbinə iddia müddətinin tətbiq edilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı və digər iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı4 nümayəndəsi İddiaçı3 iddianı müdafiə edərək, bildirmişdir ki, ona və ailə üzvlərinə Quba rayon Aqrar İslahatı Komissiyasının 03 may 1997-ci il tarixli, 04 saylı qərarı ilə Torpağa mülkiyyət hüququna dair JN-351 KOD 30307018 nömrəli Dövlət Aktına əsasən kənd təsərüfatı məhsullarının istehsalı məqsədi ilə 0,92 ha torpaq sahəsi verilmişdir. 14 mart 2006-cı il tarixdə anası ona həmin torpaq sahəsini satmaq istədiklərini və alqı-satqıya getdiklərini bildirmişdir. Həmin torpaq sahəsini kimə satqılarını və hansı qiymətə satdıqlarını bilmir. Həmçinin alqı-satqı müqaviləsini etibarnamə əsasında imzalamış X2 da tanımır. Onda olan məlumata görə torpağın pulunu hissə-hissə almışlar. Özü isə heç bir alqı-satqı müqaviləsinə imza etməmiş, alqı-satqıda iştirak etməmişdir. Həmin topağa dair adlarına çıxarış verilməsi ilə bağlı onlar Asan Xidmət Mərkəzinə müraciət edərkən, 14 mart 2006-cı il tarixli, 4-Ə-102 reyestr nömrəli alqı-satqı müqaviləsi olduğu məlum olmuşdur. Qeyd edir ki, o, toraq sahəsini heç kimə satmamışdır. Sözügedən torpaq sahəsi özünün istifadəsindədir. İddianı əsaslı hesab edir və təmin olunmasını xahiş edir. İş üzrə Cavabdeh2 səlahiyyətli nümayəndəsi Nümayəndə Səadət oğlu məhkəməyə ərizə göndərərək, mülki işə onun iştirakı olmadan baxlmasını, mülki iş üzrə iddia müddətinin tətbiq edilməsinə dair ərizəsini və iddia ərizəsinə dair etirazını onun çıxışı kimi qəbul edilməsini xahiş etmişdir. İş üzrə digər cavabdehlər Cavabdeh3 və Quba Regional “Asan Xidmət” Mərkəzində Notariat ofisi məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, işə həmin cavabdehlərin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan JN-351 KOD 30307018 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktının surətindən görünür ki, Quba rayonu Aqrar İslahat Komissiyasının 1997-ci il 03 may tarixli, 04 saylı qərarı ilə İddiaçı1 Zəbiyulla oğlu, İddiaçı2, İddiaçı3, İddiaçı4 mülkiyyətinə kənd təsərrüfatı məhsulları istehsalı məqsədi ilə 0.92 ha torpaq sahəsi verilmişdir. İş materiallarında olan xx.xx.2006-cı il tarixli torpaq alqı-satqı müqaviləsinin surətindən görünür ki, həmin müqaviləyə əsasən İddiaçı1 Zəbiyulla oğlu, İddiaçı2, İddiaçı3, İddiaçı4 JN 351 KOD 30307018 saylı dövlət aktına əsasən mülkiyyətlərində olan Quba rayonu Amsar kəndində yerləşən 0,69 hek.torpaq sahəsi X5 tərəfindən etibarnamə əsasında 9000 manata Cavabdeh2 satılmışdır. İş materiallarında olan xx.xx.2005-ci il tarixli etibarnamədən görünür ki, İddiaçı1 Zəbiyulla oğlu, İddiaçı2, İddiaçı3 və İddiaçı4 torpağa mülkiyyət hüququna dair JN-351 KOD 30307018 nömrəli dövlət aktına əsasən Quba rayonu Amsar kəndində yerləşən 0,92 ha torpaq sahəsinin üzərində sərəncam verməyə, satmağa və digər hərəkətləri etməyə dair X3 etibarnamə vermişlər. İş materiallarında olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş RX seriyalı, ******* saylı çıxarışın surətindən görünür ki, Quba rayonu Amsar kəndində 0.689963 ha torpaq sahəsi mülkiyyət hüququ əsasında Cavabdeh2 adına qeydə alınmışdır (qeydiyyat tarixi xx.xx.2015, qeydiyyat nömrəsi **********). İş materiallarından görünür ki, iş üzrə Cavabdeh2 səlahiyyətli nümayəndəsi Nümayəndə Səadət oğlu iddia müddətinin tətbiq edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Quba Regional “Asan Xidmət” Mərkəzində Notariat ofisinə qarşı alqı-satqı müqaviləsinin etibarsız heab edilməsi və Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş Çıxarışın ləğv edilməsi tələbinə dair iddiasının bir illik iddia müddəti tətbiq olunmaqla iddia tələbinin rədd olunması barədə qətnamə çıxarılmasının xahiş etmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, JN-351 KOD 30307018 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən Quba rayonu Aqrar İslahat Komissiyasının 1997-ci il 03 may tarixli, 04 saylı qərarı ilə İddiaçı1 Zəbiyulla oğlu, İddiaçı2, İddiaçı3, İddiaçı4 mülkiyyətinə kənd təsərrüfatı məhsulları istehsalı məqsədi ilə 0.92 ha torpaq sahəsi verilmiş, xx.xx.2006-cı il tarixli torpaq alqı-satqı müqaviləsinə əsasən X6, İddiaçı2, İddiaçı3, İddiaçı4 qızı JN 351 KOD 30307018 saylı dövlət aktına əsasən mülkiyyətlərində olan Quba rayonu Amsar kəndində yerləşən 0,69 hek.torpaq sahəsini Cavabdeh2 satmış, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş RX seriyalı, ******* saylı çıxrışla Quba rayonu Amsar kəndində 0,689963 ha torpaq sahəsi xx.xx.2015ci il tarixdə mülkiyyət hüququ əsasında Cavabdeh2 adına qeydə alınmışdır. İddiaçılar bu faktı 14 mart 2006-cı il tarixdə bilmiş və xx.xx.2023-cü il tarixdə iddiaçılar hazırkı iddia ilə Quba Rayon Məhkəməsinə müraciət etmişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 148.2-ci maddəsinə əsasən, daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları müdafiə edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.1-ci maddəsinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.2-ci maddəsində 347.1-ci maddədə nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenimunun N.Hacıyevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 7 avqust 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 10 mart 2020-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 139-cu maddəsinə uyğun olaraq, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülki Məcəllənin və bütövlükdə mülki qanunvericiliyin əsas məqsədi mülki dövriyyə azadlığını təmin etməkdir. Daşınmaz əşyalar isə öz iqtisadi dəyərləri baxımından mülki dövriyyədə çox böyük əhəmiyyət və funksiyaya malikdir. Odur ki, mülki dövriyyənin inkişafında daşınmaz əşyalarla bağlı əşya hüquqlarının mövcudluğu, mahiyyəti və mənsubiyyəti baxımından hüquqi etimadın təmin olunması olduqca zəruridir. Daşınmaz əşyalar üzərində əşya hüquqlarının şəffaflığı daşınmaz əşyaların dövlət reyestrindəki qeydiyyatla təmin edilir. Belə ki, daşınmaz əşya üzərində əşya hüquqlarının qeydiyyatını dövlət özü aparır və qəbul etdiyi qanunlar vasitəsilə də şəxsləri özünün apardığı bu qeydiyyata görə hərəkət etməyə vadar və məcbur edir. Bu səbəbdən də mülki hüquq subyektləri dövlət tərəfindən aparılan bu qeydiyyata arxayın olaraq daşınmaz əşya ilə bağlı əşya hüquqlarını əldə etdiklərini güman etməkdə tam haqlı hesab olunurlar. Konstitusiya Məhkəməsi Plenumunun əvvəlki qərarlarında da formalaşdırdığı hüquqi mövqeyə görə, Azərbaycan Respublikasının qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” 2010-cu il 25 oktyabr tarixli Qərarı). Mülki Məcəllənin 140-cı maddəsi, eləcə də “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun) 16.6-cı maddəsində dövlət reyestrinin açıqlığı prinsipindən irəli gələrək daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası öz əksini tapmışdır. Belə ki, reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası dövlət orqanının həyata keçirdiyi reyestrə ictimai inam və hüquqi etimadın təmin edilməsi məqsədi daşıyır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2-ci maddəsinə görə, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Mülki Məcəlləyə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Belə hüquqi akta ictimai güvənin və etimadın təmin edilməsi üçün daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası qəbul edilmişdir. Bu prezumpsiyaya əsasən, dövlət orqanının həyata keçirdiyi reyestrə və verdiyi hüquqi aktın məzmununa inanaraq əşya üzərində hüquqlar əldə edən vicdanlı üçüncü şəxslərin hüquqları dövlət tərəfindən qorunur (Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə 2018-ci il 18 iyul tarixli Qərarı). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenimunun H.Cəfərovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin MülkiKollegiyasının 6 fevral 2012-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 15 sentyabr 2014-cü il tarixli qərarında göstərilmişdir ki, mövcud mülki qanunvericiliyə əsasən, əgər mülkiyyətçi tərəfindən alqı-satqı müqaviləsinin və onun alıcıya verilmiş əmlakının geri qaytarılması formasında doğurduğu nəticələrin etibarsız sayılması haqqında iddia irəli sürüldükdə və bu cür mübahisəyə baxılan zaman məhkəmə tərəfindən alıcının vicdanlı sahib olduğu müəyyən edildikdə, onda MM-in 337.5ci maddəsi ilə müəyyən edilmiş qaydada iddianın təmin olunmasından imtina edilməlidir. Mülki qanunvericiliyə əsasən, əgər mülkiyyətçi tərəfindən alqı-satqı müqaviləsinin və onun alıcıya verilmiş əmlakının geri qaytarılması formasında doğurduğu nəticələrin etibarsız sayılması haqqında iddia irəli sürüldükdə və bu cür mübahisəyə baxılan zaman məhkəmə tərəfindən alıcının vicdanlı sahib olduğu müəyyən edildikdə iddianın təmin olunmasından imtina edilməlidir. Həmçinin, məhkəmə hesab edir ki, iddiaçılar hazırki iddia tələbi ilə bağlı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.1-ci maddəsində nəzərdə tutulmuş 1 illik iddia müddətini ötürmüşlər. Belə ki, mülki işin materiallarından və iddiaçıların nümayəndəsinin izahatından aydın olur ki, iddiaçılar mübahisə olunan torpaq sahələrinin Cavabdeh2 satılmasını 14 mart 2006-cı il tarixdə bildikləri halda, yalnız xx.xx.2023-cü il tarixdə məhkəməyə iddia ərizəsi ilə müraciət etmiş və bununla da iddia müddətini ötürmüşlər. Məhkəmə, iddiaçı və digər iddiaçıların nümayəndəsinin izahatını dinləyib, iş üzrə müəyyən olunmuş hallara tətbiq edilməli olan qanun normalarına uyğun hüquqi qiymət verərək, hesab edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.1-ci maddəsi tətbiq edilməklə, hazırki iddia tələbi ilə bağlı qanunda nəzərdə tutulmuş 1 illik iddia müddəti keçdiyi üçün, iddia təmin olunmamalıdır. Azərbaycan Respublikası MPM-nın 14.2-ci maddəsinə əsasən isə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslanldırır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə, q ə t e t d i: İddia təmin olunmasın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vüqar Seyidov
Məhkəmə qərarları › İş №2(027)-512/2024
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-512/2024
11.07.2024 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver