Məhkəmə qərarları › İş №2(027)-540/2024

Quba Rayon Məhkəməsi Qərardad — İş №2(027)-540/2024

11.06.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Quba şəhəri İş № 2(027)-540/2024 11.06.2024 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Maraqlı şəxsnə qarşı “mirasın qəbul edilməsi və vərəsəlik hüququnun müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, himayəsində olan 28 sentyabr 2010-cu il təvəllüdlü X4 və 02 fevral 2014-cü il təvəllüdlü X2 04 iyun 2010-cu il tarixdə vəfat etmiş babaları X1, 16 oktyabr 2021-ci il tarixdə vəfat etmiş ataları X3 düşən hissədə, sabiq həyat yoldaşı Ağabala Atabala oğlundan miras qalmış Quba rayonu İqriq kəndində yerləşən 0,10 ha həyətyanı torpaq sahəsinə və 0,17 ha kənd təsərrüfatı məhsullari üçün torpaq sahələrinə tam vərəsəlik hüququnun müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı məhkəməyə ərizə təqdim edərək, hazırda iddia ərizəsinin baxılmamış saxlanmasını xahiş etmişdir. İş üzrə cavabdehlər tərəfindən hazırki işin mahiyyəti üzrə həll olunması tələbi ilə bağlı məhkəmə müraciət edilməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Ona görə də məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Maraqlı şəxsnə qarşı “mirasın qəbul edilməsi və vərəsəlik hüququnun müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 259-260, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Maraqlı şəxsnə qarşı “mirasın qəbul edilməsi və vərəsəlik hüququnun müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Quba Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Vüqar Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar