Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-543/2021 22.02.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov İlqar Aslan oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 5 saylı Ərazi İdarəsinə qarşı hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə Quba Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, JN-5xx xxx 30304038 saylı Torpağa Mülkiyyət Hüququna Dair Dövlət Aktının Ərizəçi məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə Ərizəçi ərizəni müdafiə edərək göstərdi ki, Quba Rayon X1 xx xxxxxx 2000-ci il tarixli, 02 saylı qərarı ilə ailə üzvlərinə JN -5xx xxx 30304038 saylı Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı ilə 0.45 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Torpağa Mülkiyyət Hüququna dair dövlət aktında ona aid qrafada '‘Ərizəçi” əvəzinə səhvən “X3” yazılmışdır. Hazırda torpağa mülkiyyət hüququna dair Dövlət aktı əsasında onlara verilmiş torpaq sahəsi üçün Daşınmaz Əmlakın Dövlət Reyestrindən mülkiyyət hüququna dair Çıxarış almaq istəyir. Lakin yuxarıda qeyd olunan sənəddə soyadının “Əzizov” soyadı ilə yanlış yazıldığı üçün mülkiyyət hüququna dair çıxarış ala bilmir. Buna görə də JN -5xx xxx 30304038 saylı Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktının, onun - Ərizəçi məxsus olması faktı müəyyən olunmalıdır. Həmin Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktını və Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnaməni verən orqan - Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi ləğv edildiyindən, həmin sənədlərdəki səhv qeydi başqa yolla düzəliş etdirmək mümkün deyildir. Bu sənədlərin ona məxsus olması faktı yalnız məhkəmə qaydasında müəyyən oluna bilər və bu səbəbdən JN -5xx xxx 30304038 saylı Torpağa Mülkiyyət Hüququna Dair Dövlət Aktının Ərizəçi məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, maraqlı tərəf Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 5 saylı Ərazi İdarəsinə nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə maraqlı tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə Ərizəçi dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakılara əsasən ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan AZ-İİİ doğum haqqında şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, Ərizəçi xx.xx.1996-cı il tarixdə döğulmuşdur. İş materiallarına əlavə olunmuş AA******* şəxsiyyət vəsiqəsinin təsdiqlənmiş surətindən görünürki, ad,soyad, ata adı Ərizəçi kimi yazılmışdır. İş materiallarına əlavə olunmuş Torpağın Mülkiyyətə Verilməsinə Dair JN -5xx xxx 30304038 saylı Dövlət Aktının təsdiqlənmiş surətindən görünür ki, Ərizəçi Quba rayon X1 xx.xx.2000-ci il tarixli 02 saylı qərarı ilə 0,45 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmiş, həmin sənəddə təsərrüfat başçısı kimi X3 qeyd edilmişdir. İş materiallarına əlavə olunmuş Quba RİHB-nın Alekseyevka İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışıdan görünür ki, Ərizəçi hazırda ərazi dairəsinin Timiryazev kəndində yaşayır. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 5 saylı X2 xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, Torpağa Mülkiyyət Hüququna JN-5xx xxx 30304038 saylı Dövlət Aktında qeyd olunan səhvin aradan qaldırılması məqsədilə məhkəməyə müraciət etmək tövsiyə edilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, Quba rayon X1 xx.xx.2000-ci il tarixli 02 saylı qərarı ilə Torpağa Mülkiyyət Hüququna Dair JN-5xx xxx 30304038 saylı Dövlət Aktında ərizəçinin adı “Ərizəçi” oğlu əvəzinə səhvən “X4”oğlu kimi qeyd edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307-ci maddəsinə görə məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktını müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə təqdim olunmuş və məhkəmədə araşdırılmış sübutlara məcmu halında qiymət verərək, belə qənaətə gəlir ki, Torpağa Mülkiyyət Hüququna Dair JN-5xx xxx 30304038 saylı Dövlət Aktının Ərizəçi məxsus olması faktı iş materialları ilə təsdiq olunduğu üçün, ərizə əsaslıdır və təmin olunmalıdır. Həmin Məcəllənin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: Ərizə təmin edilsin. JN-5xx xxx 30304038 saylı Torpağa Mülkiyyət Hüququna Dair Dövlət Aktının Ərizəçi məxsus olması faktı müəyyən edilsin. Qətnamədən, rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqar Məmmədov
Məhkəmə qərarları › İş №2(027)-543/2021
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-543/2021
22.02.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver