Azərbaycan Respublikası adından QƏRARDAD Quba şəhəri İş № 2(027)-550/2020 16.11.2020 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X44 oğlunun katibliyi, İddiaçı və vəkili X25 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “çıxarışın etibarsız hesab edilməsi” tələbinə dair mülki işə Quba Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “çıxarışın etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 adına olan AR ƏMDK yanında DƏDRX tərəfindən verilmiş xx xxxxxxx 2019-cu il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən Çıxarışın etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iddiaçının vəkili X43 iddianı müdafiə etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmuş cavabdehlər məhkəmə iclasında iştirak etməmiş və məhkəmə işə həmin şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iş üzrə icraata xitam verilməli və ərizəçiyə aidiyyəti üzrə inzibati məhkəməyə ərizə vermək hüququ izah olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Quba Rayon Məhkəməsinin xx xxxx 2012-ci il tarixli, 2(027)-354/2012 saylı qətnaməsi ilə İddiaçı iddiası təmin edilib, cavabdehlər X21, X11, İsmayılova Könül Fikrət qızı, X23, X9 JN 2xx xxx 30301004 saylı Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı ilə özlərinə məxsus 1,00 ha torpaq sahəsini xx.xx.2003-cü il tarixdə, X17, X7, X18, X12, X10, X4 JN 5xx xxx 30301004 saylı Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı ilə özlərinə məxsus 1,20 ha torpaq sahəsini xx.xx.2003-cü il tarixdə, X26, X13, X27, X19, X28, X29, X14 JN 5xx xxx 30301004 saylı Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı ilə özlərinə məxsus 1,40 ha torpaq sahəsini xx.xx.2003-cü il tarixdə, X35, X22, X30, X31 və Talıbova Könül Muxtar qızının JN 5xx xxx 30301004 saylı Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı ilə özlərinə məxsus 1,00 ha torpaq sahəsini xx.xx.2003-cü il tarixdə, X3, X20, X5, X1, X2 JN 5xx xxx 30301004 saylı Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı ilə özlərinə məxsus 1,00 ha torpaq sahəsini xx.xx.2003-cü il tarixdə, X32, Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 JN 5xx xxx 30301004 saylı Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı ilə özlərinə məxsus 1,00 ha torpaq sahəsini xx.xx.2003-cü il tarixdə İddiaçı satmalarına dair aralarında tərtib olunmuş alğı-satqı əqdlərinin etibarlı hesab edilməsi və həmin torpaq sahələrinə İddiaçı mülkiyyət hüquqlarının müəyyən olunması qət edilmişdir. Qeyd edilən alğı-satqı müqaviləsinin etibarlı hesab edilməsinə baxmayaraq, iddiaçı həmin qətnamə əsasında torpaq sahəsini öz adına rəsmiləşdirməmiş və həmin torpaq sahəsinə dair çıxarış almamışdır. Lakin həmin müddət ərzində cavabdehlər mübahisəli torpaq sahəsinə dair çıxarış alaraq, torpaq sahəsini öz adlarına rəmsiləşdirmişlər. İddiaçı cavabdehlərin adına tərtib edilmiş çıxarışın qanunsuz olduğunu iddia edir. Məhkəmə hesab edir ki, iddiaçı ilk öncə çıxarışın qanunsuz olduğundan ləğv edilməsi üçün Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 5 saylı Ərazi İdarəsinə müraciət etməli, həmin orqan Quba Rayon Məhkəməsinin xx xxxx 2012-ci il tarixli, 2(027)-354/2012 saylı qətnaməsini icra etməkdən və mübahisəli torpaq sahəsi üçün tərtib edilmiş hazırki çıxarışı ləğv etməkdən imtina etdiyi təqdirdə mübahisənin həlli üçün inzibati məhkəməyə müraciət etməlidir. İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2015-ci il tarixli Qərarının 15.4-cü bəndinə əsasən inzibati və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi MPMdə nəzərdə tutulmamışdır. Bu səbəblə nəzərə alınmalıdır ki, inzibati məhkəməyə aid iddia ərizəsi ümumi məhkəməyə verilmişdirsə, MPM-in 153.2, 153.2.1-ci maddələrinə əsasən, ərizəyə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina olunmalı, inzibati məhkəməyə aid iş səhvən ümumi məhkəmənin icraatına qəbul edilmişdirsə, MPM-nin 261.0, 261.0.1-ci maddələrinə əsasən, işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Məhkəmə hesab edir ki, iddiaçının ərizəsinə aidiyyəti üzrə inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan, Azərbaycan Respublikası Ali Məhkəməsinin irəli sürdüyü mövqeyə əsasən isə belə işlərin aidiyyəti üzrə ümumi məhkəmələrdən inzibati məhkəmələrə göndərilməsinə yol verilmədiyindən iş üzrə icraata xitam verilməli və iddiaçıya hazırki ərizə ilə aidiyyəti üzrə inzibati məhkəməyə müraciət etmək hüquqları izah olunmalıdır. Azərbaycan Respublikası MPM-in 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Məhkəmə qanunvericiliyin qeyd edilən normasını əsas tutaraq hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “çıxarışın etibarsız hesab edilməsi” tələbinə dair ərizəsi üzrə mülki iş məhkəmədə baxılmalı olmadığından iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 170.1, 261, 262-264, 266-268ci maddələrini rəhbər tutaraq, məhkəmə, qərara aldı: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “çıxarışın etibarsız hesab edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işin icraatına xitam verilsin. Tərəflərə izah olunsun ki, Azərbaycan Respublikası MPM-in 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. İddiaçıya izah olunsun ki, onların hazırki iddia ilə inzibati məhkəmə icraatı qaydasında aidiyyəti üzrə İnzibati Məhkəməyə müraciət etmək hüququ vardır. Qərardaddan rəsmi qaydada verildiyi gündən sonra 10 (on) gün müddətində Quba Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rahim Həsənov
Məhkəmə qərarları › İş №2(027)-550/2020
Quba Rayon Məhkəməsi Qərardad — İş №2(027)-550/2020
16.11.2020 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver