Məhkəmə qərarları › İş №2(027)-563/2021

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-563/2021

08.06.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-563/2021 08.06.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov İlqar Aslan oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, İddiaçı və cavabdeh Maraqlı şəxs1 Səttər qızının iştirakı ilə, İddiaçı cavabdehlər Maraqlı şəxs1 Səttər qızı, Maraqlı şəxs2, Maraqlı şəxs3 Səttər qızı, Maraqlı şəxs4, Maraqlı şəxs5 Səttər qızı, Maraqlı şəxs6, Maraqlı şəxs7 və Quba Regional Cavabdehəzi notariat kontoruna qarşı mirasın qəbul edilməsi müddətinin uzadılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı, iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, atası, X6 ona və qardaşı və bacılarına miras qalmış Quba şəhəri, Q.İsmayılov küçəsi, 69 saylı, ümumi sahəsi 197.2 kvadratmetr olan, iki mərtəbəli xüsusi mülkiyyətin və həmin mənzilə aid 0,0629 ha torpaq sahəsinə vərəsə olmağı, eləcə də qanuni vərəsə kimi ona çatası miras payın ölçüsünün məhkəmə qaydasında müəyyən edilərək, qanuni vərəsələr arasında bölünməsi barədə, eləcə də atasının adının "Səttar"dan "Səttər"-ə düzəliş edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən ərizə ilə ilə məhkəməyə müraciət edərək, onun, qardaşı və bacıları tərəfindən mirasın qəbul edilməsi üçün buraxılmış müddətin bərpa edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə İddiaçı iddianı müdafiə edərək göstərdi ki, X4 1924-cü ildə, anası X3 isə, 1934cü ildə anadan olmuş, Quba şəhərində yaşamışlar. Atası ilə anası 03 iyun 1952-ci ildə rəsmi nikaha daxil olaraq ailə qurmuşdular. Birgə nikahdan bacıları Maraqlı şəxs1 Səttər qızı, Maraqlı şəxs2, Maraqlı şəxs3 Səttər qızı, Maraqlı şəxs4, X7, Maraqlı şəxs6, X2 doğulmuşdur. X2 08 iyul 2004-cü ildə vəfat etmişdir. Onun nikahdan 20 yaşlı oğlu Orxan və 19 yaşlı Ləman adlı qızı qlmışdır. O, qardaşı və bacıları Quba şəhəri Qasım İsmayılov küçəsi 69 saylı mənzildə anadan olub həmin mənzildə yaşayıblar. Nügədi MTS-nin işçisi X12 Quba şəhəri İsmayılzadə küçəsində 59 nömrəli evini söküb yenidən tikməyə icazə verilmiş və ona 600 kv.m torpaq sahəsi ayrılmışdır və bu barədə Azərbaycan Respublikası Milli Arxiv idarəsinin Quba filialından 07 avqust 2020-ci il tarixli 857 saylı arxiv çıxarışı verilmişdir. X4 07 dekabr 2007-cı ildə ürək damar çatışmamazlığından vəfat etmişdir. 22 mart 2005-ci il ildə X4 tərəfindən verilmiş vəsiyyətnamədə, Quba şəhəri Qasım İsmayılov küçəsi ev 69-da yerləşən mənzilin 20%-ni, anası X1, mənzilin 80%-ni oğlu, yəni qardaşı, X8 və bacıları Maraqlı şəxs1 Səttər qızına, Maraqlı şəxs2, Maraqlı şəxs3 Səttər qızına, Maraqlı şəxs4, X5, Maraqlı şəxs6 miras pay olaraq vəsiyyət etmişdir. X2, 08 iyul 2004-cü il tarixdə vəfat etdiyinə görə, sonuncunun oğlu Maraqlı şəxs7 həmin mənzildə daimi və ya müvəqqəti olaraq yaşamaq hüququnun verilməsini qeyd etmişdir. 22 mart 2005-ci il tarixdə 2v-26 reyestr nömrəsi ilə təsdiq edilmiş vəsiyyətnamənin dəyişdirilməsi və ya ləğv edilməsinin yoxlanılması barədə edilmiş sorğuya, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Quba regional "Asan xidmət " mərkəzində yerləşən notariat ofisinə sorğu verilmiş və sorğuya cavab olaraq 06 iyul 2020-ci il tarixli 695 saylı cavab məktubu ilə bildirilmişdir ki, vəsiyyətnamənin dəyişdirilməsi və ya ləğv edilməsi barədə notariat ofisinin arxivinə məlumat daxil olmamışdır. Eləcə də X4ndan qalmış mirası qəbul etmək və vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi ilə bağlı, 06 iyul 2020-ci il tarixdə Quba Regional "Asan xidmət" mərkəzinin notariat ofisinə sorğu məktubu göndərilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Quba regional "Asan xidmət" mərkəzində yerləşən notariat ofisi tərəfindən verilmiş 06 iyul 2020-ci il tarixli 693 saylı cavab məktubu ilə qanunvericilikdə mirasın qəbulu üçün nəzərdə tutulmuş müddətin buraxıldığı, ona sahiblik etməsi barədə sübutlar və hüquqmüəyyənedici sənədlər təqdim edilmədiyi, ona Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1248.1-ci maddəsi izah edilmiş və mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətin uzadılması üçün aidiyyəti üzrə məhkəməyə müraciət etməyi tövsıyə edilmisdir. Göstərilənlərə əsasən, atası- X6 miras qalmış əmlak- Quba şəhəri, Q.İsmayılov küçəsi, 69 saylı evin onun, qardaşı və bacıları tərəfindən mirasın qəbul edilməsi üçün müəyyən edilmiş müddətin keçməsini üzürlü hesab edib, həmin müddətin uzadılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmədə cavabdeh Maraqlı şəxs1 Səttər qızı iddia tələbini qəbul edərək, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmədə iştirak edən zaman cavabdehlər Maraqlı şəxs2, Maraqlı şəxs3 Səttər qızı, Maraqlı şəxs4, Maraqlı şəxs5 Səttər qızı, Maraqlı şəxs6 və Maraqlı şəxs7 iddia tələbini qəbul etməyərək, iddianın rədd edilməsi barədə qətnamə qəbul etməyi məhkəmədən xahiş etmişlər. İş üzrə cavabdehlər sonrakı məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdeh Quba Regional Cavabdehəzi notariat ofisinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə cavabdeh Quba Regional Cavabdehəzi notariat ofisinin nümayəndəsinin və cavbdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə İddiaçı və cavabdeh Maraqlı şəxs1 Səttər qızını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakılara əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası ƏMDK-si yanında DƏDRX-nin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrinin 26.08.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın görünür ki, ünvan 1 ünvanda yerləşən mənzil tam pay hüququ əsasında X9 xüsusi mülkiyyətinə verilmişdir. İş materiallarında olan Daşınmaz Əmlakın Texniki pasportundan görünür ki, ünvan 1 ünvanda yerləşən mənzilin hüquq subyekti X13r. İş materiallarında olan Quba Cavabdehəzinin Notariat ofisinin İddiaçı ünvanladığı 06.07.2020-ci il tarixli 693 nömrəli məktubundan görünür ki, mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddət məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa uzada bilər. İş materiallarında olan Quba Cavabdehəzinin Notariat ofisinin İddiaçı ünvanladığı 06.07.2020-ci il tarixli 695 nömrəli məktubundan görünür ki, 22 mart 2005-ci il tarixdə 2v-26 reyestr nömrəsi ilə təsdiq edilmiş vəsiyyətnamənin dəyişdirilməsi və ya ləğv edilməsi barədə notariat ofisinin arxivinə məlumat daxil olmamısdır. İş materiallarında olan 22 mart 2005-ci il ildə X15 tərəfindən verilmiş, Quba rayon notariat kontoru tərəfindən təsdiq edilmiş vəsiyyətnamədə, Quba şəhəri Qasım İsmayılov küçəsi ev 69-da yerləşən mənzilin 20%-ni, həyat yoldaşı, X1, mənzilin 80%-ni oğlu, X8 və bacıları Maraqlı şəxs1 Səttər qızına, Maraqlı şəxs2, Maraqlı şəxs3 Səttər qızına, Maraqlı şəxs4, X5, Maraqlı şəxs6 miras pay olaraq vəsiyyət etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Milli Arxiv idarəsinin Quba filialından verilmiş 07 avqust 2020-ci il tarixli 857 saylı arxiv çıxarışından görünür ki, Nügədi MTS-nin işçisi X12 Quba şəhəri İsmayılzadə küçəsində 59 nömrəli evini söküb yenidən tikməyə icazə verilmiş və ona 600 kv.m torpaq sahəsi ayrılmışdır. İş materiallarında olan 20 fevral 1981-ci ildə verilmiş XV-ЖГ 729464 № li Sovet Sosialist Respublikaları İttifaqı vətəndaşının pasportunun çıxarışından görünür ki, X15, 27 dekabr 1924-cü ildə Quba rayonunun Çiçi kəndində anadan olmuşdur. İş materiallarında olan evlənmə haqqında şəhadətnamənin surətindən görünür ki, X15 ilə X3 arasında 03 iyun 1952-ci ildə nikah bağlanmış və 2 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan AZ-T 137439 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı xx.xx.1958-ci ildə Qubada anadan olmuş, X4, anası X3 qeyd olunub. AZE 0******* № li şəxsiyyət vəsiqəsindən görünür ki, İddiaçı, Bakı şəhəri Biləcəri qəsəbəsi, Y.Hüseynov küçəsi ev 5a, mənzil 40-da qeydiyyatdadır. İş materiallarında olan AZ-İ 156451 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X15 07 dekabr 2007-cı ildə ürək damar çatışmamazlığından vəfat etmiş ölüm haqqında akt qeydləri kitabında 210 nömrə ilə qeyd edilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, X15 07 dekabr 2007-cı ildə vəfat etmişdir və onun övladları-X14, Maraqlı şəxs1 Səttər qızı, Maraqlı şəxs2, Maraqlı şəxs3 Səttər qızı, Maraqlı şəxs4, Maraqlı şəxs5 Səttər qızı, Maraqlı şəxs6 və İddiaçı ataları- X6 miras qalmış mirasın qəbul edilməsi üçün qanunda nəzərədə tutulmuş vaxtda notariat orqanına müraciət etməmişlər. Hazırda İddiaçı cavabdeh Quba Regional Cavabdehəzi notariat ofisinə qarşı mirasın qəbul edilməsi vaxtının uzadılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ataları- X6 miras qalmış əmlakın bütün vərəsələr tərəfindən qəbul edilməsi üçün müəyyən edilmiş müddətin keçməsini üzürlü hesab edib, həmin müddətin uzadılması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1133.2-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1134.1-ci maddəsinə əsasən, Qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Həmin Məcəllənin 1145-ci maddəsinə əsasən, miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1159.1.1-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik zamanı birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. Həmin Məcəllənin 1246-cı maddəsinə əsasən, vərəsə vərəsəliyə çağrıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Həmin Məcəllənin 1248.1-ci maddəsinə əsasən, mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbni üzrlü sayarsa, uzada bilər.Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. Qanunvericilik mirasın qəbulunun iki üsulunu (formal və qeyri-formal) üsullarını müəyyən edir. Mirasın qəbul edilməsinin formal üsulu dedikdə, vərəsənin mirasın açıldığı yerin notariat kontoruna mirasın qəbulu haqqında yazılı ərizə verməsi başa düşülür. Belə bir ərizənin verilməsi vərəsənin birbaşa iradə ifadəsi ilə bağlı olub, onun miras əmlakın mülkiyyətçisi olmaq niyyətini mübahisəsiz olaraq sübut edir. Mirasın qəbul edilməsinin qeyri-formal üsulu o zaman qüvvədə olur ki, vərəsə özünün konkret hərəkətləri və rəftarı ilə mirası qəbul etmək niyyətini açıq-aşkar təsdiqləyir və sübut edir. Yəni, vərəsənin hərəkətlərindən onun mirası qəbul etmək məqsədi gördüyünü müəyyən etmək olur. Məhkəmə təqdim olunmuş sübutlara məcmu halında qiymət verərək, belə qənaətə gəlir ki, iddia əsaslı olduğu üçün təmin edilməli, X6 miras qalmış əmlakların onun vərəsələri tərəfindən qəbul edilməsi üçün qanunla müəyyən edilmiş müddətin keçməsi üzürlü hesab edilməli və həmin müddət uzadılmalıdır Həmin Məcəllənin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. X6 miras qalmış Quba şəhəri, Q.İsmayılov küçəsi, 69 saylı evin onun vərəsələri tərəfindən qəbul edilməsi üçün qanunla müəyyən edilmiş müddətin keçməsi üzürlü hesab edilsin və həmin müddət uzadılsın. Qətnamədən, rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən:İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar