Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-567/2020 29.07.2020 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov İlqar Aslan oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, Cavabdeh5 nümayəndəsi və vəkili X4 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, X19, Cavabdeh4 və Cavabdeh5 qarşı miras əmlaka payların müəyyən edilməsi və mülkiyyət hüququnun tanınması tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, miras əmlaka payların müəyyən edilməsi, Quba rayonu, Bərqov kəndində yerləşən X13 adına olan 0,93 ha torpaq sahəsinin 1/5 hissəsinə onun mülkiyyət hüququnun tanınması, torpağın digər hissəsi cavabdehlər (vərəsələr) arasında 1/5 pay pay olmaqla mülkiyyətə verilməsi, qızıl-zinət əşyaların vərəsələr arasında bərabər bölünməsi, qızıl-zinət əşyaları olmadıqda cavabdehlərdən (vərəsələrdən) onun xeyrinə müştərək qaydada qızıl-zinət əşyalarının dəyərinin 1/5 hissəsi, yəni 3600 manat tutulması, Quba rayonu, Bərqov kəndində 0,25 ha torpaq sahəsində tikilmiş anası X13 adına olan evin 1/5 hissəsi onun mülkiyyətinə verilməsi, evin qalan hissəsi cavabdehlərin (vərəsələrin) hər birinə 1/5 pay olmaqla mülkiyyətinə verilməsi, ünvan 1 ünvanda yaşayan Cavabdeh5 mülkiyyətində olan “Mersedes” markalı, 99 MX-544 nömrəli avtomobilin mülkiyyət haqqında şəhadətnaməsinin ləğv edilməsi, həmin avtomobilə payların müəyyən edilməsi, avtomobilin 1/5 hissəsi onun, digər hissəsi isə vərəsələr arasında 1/5 pay olmaqla mülkiyyətinə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı teleqramla məhkəməyə müraciət edərək, iddia tələbini müdafiə etdiyini bildirərək, işə onun iştirakı olmadan baxıb qətnamə qəbul etməyi məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, anası X22 xx.xx.2019-cu il tarixdə, atası X25 2013-cü ildə vəfat etmişdir. Anasının ölümündən sonra Quba rayonu, Bərqov kəndində yerləşən 0,93 ha torpaq sahəsindən, Quba rayonu, Bərqov kəndində 0,25 ha sahədə tikilmiş 2 mərtəbəli 4 otaqlı evdən və qızıl-zinət (3 ədəd qızıl sep, 3 ədəd qızıl üzük, 2 cüt sırğa ümumi dəyəri 18000 manat) əşyalarından ibarət miras əmlak qalmışdır. Anasının ölümü barədə ona cavabdehlər məlumat verməsələr də, bu barədə o, sonradan xəbər tutmuş və mirasın qəbul edilməsi barədə ərizə ilə Quba rayon notariat kontoruna müraciət etmişdir. Ərizəsi qəbul edilmiş və ona bu barədə məlumat verilmişdir. Buna baxmayaraq cavabdehlər artıq öz aralarında mirası bölmüşlər. Belə ki, o, və cavabdehlər 1-ci növbəli vərəsələrdir. Cavabdehlərlə onun arasında teztez miras üstündə münaqişələr olmuş, onlar heç bir razılıqa gələ bilməmişlər. Cavabdehlərin bu kimi hərəkətləri onun hüquqlarının pozulmasına səbəb olmuşdur. Bundan başqa anasının mülkiyyətində “Mersedes” markalı, **-MX-*** qeydiyyat nişanı olan minik avtomobil olmuş, anasının ölümündən sonra həmin avtomobil xx.xx.2019-cu ildə ünvan 2 ünvanda yaşayan Cavabdeh5 adına rəsmiləşdirilmişdir. Məhkəmə iclasında Cavabdeh5 vəkili və səlahiyyətli nümayəndəsi X9 iddianı qismən qəbul etmədək bildirdi ki, Cavabdeh5 Quba rayonu, Bərqov kəndində yerləşən 0,93 ha torpaq sahəsini xx.xx.2019-cu il tarixdə Tağı Tağıyevdən satın almışdır. Sonuncunun torpağı hardan əldə etməsi barədə məlumatı yoxdur. Həmçinin “Mersedes” markalı, **-MX-*** qeydiyyat nişanı olan minik avtomobil miras qoyanın ölümündən əvvəl satın almışdır. Belə ki, sözügedən torpaq sahəsi və avtomobil miras qoyanın mülkiyyətindən çıxdığından miras kütləsinə daxil deyildir. Qeyd olunanlara əsasən, iddianın onlara aid hissəsində rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmədə iştirak edən zaman cavabdeh X19 iddia tələbini qəbul etməyərək, iddianın təmin edilməməsi barədə qətnamə qəbul etməyi məhkəmə\dən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, iş üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh4 məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin üzrlü səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə gəlmiş tərəflərin izahatlarını dinləyib, iş materiallarını tədqiq etməklə hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan torpağa mülkiyyət hüququna dair JN-00xx xxx 30310038 Dövlət aktının surətindən görünür ki, X25, X22, Cavabdeh4, X8 və X23 Quba rayonu, X12 xx.xx.1997-ci il tarixli 03 nömrəli qərarı ilə kənd təsərrüfatı məhsulları istehsalı məqsədilə 2,70 ha torpaq sahəsi verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi vətəndaşlıq vəziyyəti aktlarının reyestri xidmətinin xx.xx.2020-ci il tarixli 05/2-1980/13 nömrəli məktubuna əlavə edilmiş sənəddən görünür ki, X25 xx.xx.2013-cü il tarixdə vəfat etmişdir. İş materiallarında olan qanun üzrə vərəsəlik hüququ haqqında xx.xx.2015-ci il tarixli şəhadətnamədən görünür ki, X17 vərəsəsi kimi X22 tanınmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi vətəndaşlıq vəziyyəti aktlarının reyestri xidmətinin xx.xx.2020-ci il tarixli 05/2-2792/13 nömrəli məktubuna əlavə edilmiş sənəddən görünür ki, X22 xx.xx.2019-cu il tarixdə vəfat etmişdir. İş materiallarında olan xx.xx.2016-cı il tarixli vəsiyyətnamənin surətindən görünür ki, X22 özünə məxsus Quba rayonu, Bərqov kəndində yerləşən torpaq sahəsini və həmin torpaq sahəsi üzərində yerləşən evini və pay torpaq sahələrini oğlu Cavabdeh4 vəsiyyət etmişdir. İş materiallarında olan RX seriyalı, ******* nömrəli, xx.xx.2016-cı il qeydiyyat tarixli (qeydiyyat nömrəsi: **********) hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, Quba rayonu, Abduloba (Bərqov) kəndində yerləşən 0,7722 ha olan torpaq sahəsi X22, Cavabdeh4, X28 və X3 xüsusi mülkiyyətində olmuşdur. İş materiallarında olan xx.xx.2016-cı il tarixli AN-İ ******* nömrəli alqı-satqı müqaviləsinin surətindən görünür ki, X22, Cavabdeh4, X28 və X2 rayonu, Abduloba (Bərqov) kəndində yerləşən 0,7722 ha olan torpaq sahəsini X1. İş materiallarında olan xx.xx.2017-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinin surətindən görünür ki, Cavabdeh4, X8 və X28 mülkiyyət üzrə onlara məxsus Quba rayonu, Abduloba (Bərqov) kəndində yerləşən 0,965454 ha olan torpaq sahəsini X18 hədiyyə etmişlər (bağışlamışlar). İş materiallarında olan RX seriyalı, ******* nömrəli, xx.xx.2017-ci il qeydiyyat tarixli (qeydiyyat nömrəsi: **********) hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, Quba rayonu, Abduloba (Bərqov) kəndində yerləşən 0,965 ha torpaq sahəsi X13 mülkiyyətində olmuşdur. İş materiallarında olan xx.xx.2018-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinin surətindən görünür ki, X22 mülkiyyət üzrə ona məxsus Quba rayonu, Abduloba (Bərqov) kəndində yerləşən 0,965454 ha olan torpaq sahəsini nəvəsi X14 hədiyyə etmişdir (bağışlamışdır). İş materiallarında olan RX seriyalı, ******* nömrəli, xx.xx.2018-ci il qeydiyyat tarixli (qeydiyyat nömrəsi: **********) hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, Quba rayonu, Abduloba (Bərqov) kəndində yerləşən 0,965 ha torpaq sahəsi X11 mülkiyyətində olmuşdur. İş materiallarında olan RX seriyalı, ******* nömrəli, xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsindən görünür ki, X6 rayonu, Abduloba (Bərqov) kəndində yerləşən 0,965 ha torpaq sahəsi Cavabdeh5 satmışdır. Həmin müqavilənin həqiqiliyini X11 etibarnamə üzrə nümayəndəsi Cavabdeh4 imzalayaraq təsdiq etmişdir. İş materiallarında olan xx.xx.2018-ci il qeydiyyat tarixli (qeydiyyat nömrəli: **********) hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, Quba rayonu, Abduloba (Bərqov) kəndində yerləşən 0,965 ha torpaq sahəsi Cavabdeh5 mülkiyyətindədir. İş materiallarında olan Baş Dövlət X32 xx.xx.2020-ci il tarixli 016-297-909-1220 nömrəli məktubuna əlavə olunmuş sənədlərdən görünür ki, nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsinə əsasən Cavabdeh4 etibarnamə əsasında təmsil etdiyi Quliyev Tapdıq Söhrab oğluna məxsus “Mersedes Benz B170 minik” markalı, **-MX-*** qeydiyyat nişanlı avtomobili Cavabdeh5 satmışdır. İş materiallarında olan nəqliyyat vasitəsinin AD 611849 nömrəli qeydiyyat şəhadətnaməsinin (şəhadətnamənin verilmə tarixi: xx.xx.2019-cu il) surətindən görünür ki, “Mersedes Benz B170 minik” markalı, **-MX-*** qeydiyyat nişanlı avtomobil Cavabdeh5 mülkiyyətindədir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 5 saylı X27 xx.xx.2020-ci il tarixli **********72 nömrəli məktubundan görünür ki, Cavabdeh5 adına Xaçmaz şəhərində 0,10 ha yaşayış məntəqələri torpaq sahəsi, Quba rayonu, Abduloba (Bərqov) kəndində 0,965 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi və Xaçmaz şəhərindən 0,05 ha həyətyanı torpaq sahəsi qeydə alınmışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxxxx 2000-ci il tarixli, 167 saylı qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatın 99-cu bəndinə əsasən vərəsənin miras açıldıqdan sonra mirasın qəbulu üçün müəyyən edilmiş müddətdə mirasın tərkibinə daxil olan yaşayış sahəsində yaşaması (qeydiyyatda olması, yaxud faktiki yaşaması) barədə müvafiq sənəd əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başlamağa sübut ola bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1159.1.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr birinci növbədə–ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) sayılırlar. Həmin Məcəllənin 1159.1.3-cü maddəsinə əsasən bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. Beləliklə, məhkəmə iş üzrə mövcud sübutlara əsasən müəyyən etdi ki, iddiaçının bildirdiyi kimi X13 adına Quba rayonu, Abduloba (Bərqov) kəndində yerləşən torpaq sahələri olmuşdur. Həmin torpaq sahələrinin müəyyən hissəsini Marifə Əsədova vəfatından əvvəl satmış, digər hissələrini isə sağlığında nəvəsi X14 bağışlamış, sonuncu da ona bağışlanmış torpaq sahəsini başqa şəxsə, iş üzrə Cavabdeh5 satmışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1151.1-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1152-ci maddəsinə əsasən, miras qoyan vəsiyyətnamənin tərtib edildiyi vaxt onda olmayan əmlakı vəsiyyətnamədə o halda nəzərdə tuta bilər ki, mirasın açılacağı vaxtadək bu əmlak onun mülkiyyəti olsun. İş materiallarından göründüyü kimi, X22 tərəfindən sonuncunun vəfatından əvvəl xx.xx.2016-cı il tarixdə vəsiyyətnamə tərtib edilsə də, mirasın açıldığı məqamadək həmin əmlak satıldığından və bağışlandığından miras kütləsinə daxil olmamışdır. İddia tələbinin Cavabdeh5 mülkiyyətində olan “Mersedes” markalı, 99 MX-544 nömrəli avtomobilin mülkiyyət haqqında şəhadətnaməsinin ləğv edilməsi, həmin avtomobilə payların müəyyən edilməsi, avtomobilin 1/5 hissəsi onun, digər hissəsi isə vərəsələr arasında 1/5 pay olmaqla mülkiyyətinə verilməsi hissəsinə gəldikdə isə, iş materiallarından göründüyü kimi, sözügedən avtomobil Quliyev Tapdıq Söhrab oğlu adında şəxsə məxsus olmuş, iş üzrə Cavabdeh4 etibarnamə əsasında təmsil etdiyi Quliyev Tapdıq Söhrab oğluna məxsus “Mersedes Benz B170 minik” markalı, **-MX-*** qeydiyyat nişanlı avtomobili iş üzrə digər Cavabdeh5 satmışdır. Göstərilənlərə nəzərən, məhkəmə hesab edir ki, “Mersedes Benz B170 minik” markalı, **-MX-*** qeydiyyat nişanlı avtomobil miras əmlak kimi qəbul edilə bilməz. Bundan başqa, iddia tələbi miras əmlaka daxil olan qızıl-zinət əşyaların vərəsələr arasında bərabər bölünməsi, qızılzinət əşyaları olmadıqda cavabdehlərdən (vərəsələrdən) onun xeyrinə müştərək qaydada qızılzinət əşyalarının dəyərinin 1/5 hissəsi, yəni 3600 manat tutulması hissəsində qızıl-zinət əşyaların ümumiyyətlə mövcud olması, onların miras qoyana məxsus olması və cavabdehlərdə olması sübuta yetirilmədiyindən əsassızdır və təmin edilməməlidir. Yuxarıda sadalananlara əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, X19, Cavabdeh4 və Cavabdeh5 qarşı miras əmlaka payların müəyyən edilməsi və mülkiyyət hüququnun tanınması tələbinə dair iddiası əsassız olduğu üçün təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, X19, Cavabdeh4 və Cavabdeh5 qarşı miras əmlaka payların müəyyən edilməsi və mülkiyyət hüququnun tanınması tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqar Məmmədov
Məhkəmə qərarları › İş №2(027)-567/2020
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-567/2020
29.07.2020 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver