Məhkəmə qərarları › İş №2(027)-571/2022

Quba Rayon Məhkəməsi Qərardad — İş №2(027)-571/2022

11.05.2022 · Müqavilələrin ləğv edilməsi - Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Quba şəhəri İş № 2(027)-571/2022 11.05.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov İlqar Aslan oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, Cavabdeh “TuranBank“ ASC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər "xxxx" MMC-nə, Cavabdeh2 ASC-nə və Cavabdeh3nə qarşı “"xxxx" MMC-də 26.01.2022-ci il tarixli keçiriləcək hərracın və qiymətləndimənin rəyinin ləğv edilməsi, onun nəticələrinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər "xxxx" MMC-nə, Cavabdeh2 ASC-nə və Cavabdeh3nə qarşı “"xxxx" MMC-də 26.01.2022-ci il tarixli keçiriləcək hərracın və qiymətləndimənin rəyinin ləğv edilməsi, onun nəticələrinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. 11 may 2022-ci il tarixə təyin edilmiş məhkəmə iclasının yeri və vaxtı haqqında müvafiq qaydada xəbərdar olunmuş iddiaçılar İddiaçı1 və İddiaçı2 məhkəmə iclasına gəlməmiş və gəlməməsinə dair rəsmi sənəd təqdim etməmişdir. Məhkəmədə iştirak edən iş üzrə cavabdehlərdən “TuranBank“ ASC-nin nümayəndəsi X2 iddia tələbini qəbul etməyərək, işə mahiyyəti üzrə baxılmasını tələb etmədi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.7-ci maddəsinə görə, işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş iddiaçı məhkəmənin birinci çağırışına gəlmədikdə, cavabdeh isə işin mahiyyəti üzrə baxılmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.7-ci maddəsinə əsasən hesab edir ki, hazırki 2(027)-571/2022 saylı mülki iş üzrə ərizə baxılmamış saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 259.0.7, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq, qərara aldı: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər "xxxx" MMC-nə, Cavabdeh2 ASC-nə və Cavabdeh3nə qarşı “"xxxx" MMC-də 26.01.2022-ci il tarixli keçiriləcək hərracın və qiymətləndimənin rəyinin ləğv edilməsi, onun nəticələrinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddiaçılar İddiaçı1 və İddiaçı2 izah edilsin ki, onlar, məhkəmə iclasında iştirak etməmələrinin və bu haqda məlumat verməməsinin üzürlü səbəbdən baş verməsi haqqında sübutlar təqdim edərlərsə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.7-ci maddəsində göstərilən əsaslarla ərizənin baxılmamış saxlanılması barədə qərardad ləğv oluna bilər. Qərardaddan 10 (on) gün müddətində Quba Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar