Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-58/2021 17.06.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov İlqar Aslan oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, İddiaçı, cavabdehlər Cavabdeh1 və Cavabdeh3 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı əqdin etibarsız hesab edilməsi və qeydin ləğv edilməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Şahmirzə qızına qarşı iddia ərizəsi ilə müraciət edərək, Quba rayon AİK-nın 29 mart 1997-ci il tarixli, 03 saylı qərarı əsasında X2, X3, Cavabdeh3 Şahmirzə qızının, Cavabdeh2 və Cavabdeh1 birgə mülkiyyətinə 0,06 ha həyətyanı torpaq sahəsinin verilməsi ilə əlaqəli JN - 206A saylı, KOD 30310018 kodlu “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamənin, həmin şəhadətnamə əsasında verilmiş digər rəsmi sənədlər etibarsız hesab edilməsi, JN-206A saylı, KOD 30310018 kodlu “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə əsasında X2, X3, Cavabdeh3 Şahmirzə qızının, Cavabdeh2 və Cavabdeh1 adlarına mülkiyyət hüquqlarına dair edilmiş qeydlər ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinin tələblərinə əsasən məhkəməyə müraciət edərək, Quba rayon AİK-nın 29 mart 1997-ci il tarixli, 03 saylı qəran əsasında X2, X3, Cavabdeh3 Şahmirzə qızının, Cavabdeh2 və Cavabdeh1 birgə mülkiyyətinə 0,06 ha həyətyanı torpaq sahəsinin verilməsi ilə əlaqəli JN - 206A saylı, KOD 30310018 kodlu “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamənin, həmin şəhadətnamə əsasında verilmiş digər rəsmi sənədlər etibarsız hesab edilməsi, 29 mart 1997-ci il tarixli, 03 saylı qərar əsasında X2, X3, X1, Cavabdeh2 və Cavabdeh1 birgə mülkiyyətinə 0,06 ha həyətyanı torpaq sahəsinin verilməsinə dair JN-206A saylı, KOD 30310018 kodlu “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə əsasında X2, X3, Cavabdeh3 Şahmirzə qızının, Cavabdeh2 və Cavabdeh1 adlarına mülkiyyət hüquqlarına dair edilmiş qeydlərin ləğv edilməsi, 29 mart 1997-ci il tarixli, 03 saylı qərar əsasında X2, X3, X1, Cavabdeh2 və Cavabdeh1 birgə mülkiyyətinə 0,06 ha həyətyanı torpaq sahəsinin verilməsinə dair JN - 206A saylı, KOD 30310018 kodlu “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamənin Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin elektron məlumat bazasından silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə İddiaçı iddia tələbini müdafiə edərək bildirdi ki, Quba Rayon Məhkəməsinin № 2(027)-3350/2018 saylı mülki işi üzrə iddiaçılar Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Şahmirzə qızının ona qarşı evdən və torpaq sahəsindən çıxarılma və iddiaçıların evə köçürülmə tələbinə dair iddianın əsası kimi iddiaçıların məhkəməyə təqdim etdikləri Quba rayon AİK-nın 29 mart 1997-ci il tarixli, 03 saylı qərarı ilə X2, X3, Cavabdeh3 Şahmirzə qızının, Cavabdeh2 və Cavabdeh1 birgə mülkiyyətinə 0,06 ha həyətyanı torpaq sahəsinin verilməsinə dair JN-206A saylı, KOD 30310018 kodlu “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə göstərilmişdir. Əvvəlki dövrlərdə həmin şəhadətnamə barəsində, məlumatsız olub, Şəhadətnamənin surətini 30 yanvar 2019-cu il tarixdə Quba Rayon Məhkəməsindən əldə edib. Hesab edir ki, Quba rayon AİK-nın 29 mart 1997-ci il tarixli, 03 saylı qərarı ilə X2, X3 Cavabdeh3 Şahmirzə qızının, Cavabdeh2 və Cavabdeh1 birgə mülkiyyətinə 0,06 ha həyətyanı torpaq sahəsinin verilməsinə dair JN-206A saylı, KOD 30310018 kodlu “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə qanunsuz sənəddir, etibarsız hesab edilməli, həmin sənəd əsasında daşınmaz əmlakın dövlət reyestrində edilmiş qeydlər ləğv edilməli və həmin qeydlər əsasında verilmiş rəsmi sənədlər etibarsız hesab edilməlidir. JN-206A saylı, KOD 30310018 kodlu “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamədən göründüyü kimi həmin şəhadətnamə Dövlət Yerquruluşu Layihə İnstitutunun vəzifəli şəxsi tərəfindən imza edilərək möhürlə təsdiq olunsa da həmin hüquqları dövlət qeydiyyatına alan, ləğv edilmiş Azərbaycan Respublikası Dövlət Torpaq və Xərltəçəkmə Komitəsinin Quba rayon Torpaq şöbəsi tərəfindən təsdiq olunmamış, şöbənin qeydiyyat kitabında qeydə alınmamışdır. Yalnız Quba rayonunun Vəlvələ kənd ərazisində Cavabdeh1 mülkiyyətinə 0,06 ha həyətyanı torpaq sahəsinin verilmısinə dair eyni nömrəli və eyni kodlu, yəni, JN-206A nömrəli, KOD 30310018 kodlu “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamənin notariat kontorunda təsdiq olunmuş surətindən göründüyü kimi, həmin şəhadətnamə həm Quba rayon Torpaq şöbəsi, həm də Dövlət Yerqurııluşu Layihə İnstitutu tərəfindən təsdiq olunmuş, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Quba rayon Torpaq şöbəsi şöbəsinin qeydiyyat kitabında 206 nömrə ilə qeydə alınmışdır. Bundan başqa cavabdehlərdən biri - Cavabdeh3 Şahmirzə qızı, 2016-cı ildə satmaq niyyətilə ona verdiyi özünə məxsus Quba rayonunun Vəl-vələ kəndində yerləşən 0,20 ha həyətyanı torpaq sahəsi ilə bağlı “Torpağın mülkiyyətə verilməsinə dair” JN-096F nömrəli, KOD 30310018 kodlu Şəhadətnamənin surətindən görünür ki, Quba AİK-nın 29 mart 1997-ci il tarixli, 03 saylı qərarı əsasında fərdi yaşayış evinin tikintisi üçün Vəl-vələ kənd ərazisində 0,20 ha həyətyanı torpaq sahəsi onun mülkiyyətinə verilmişdir. Həmin şəhadətnamə həm Quba rayon Torpaq şöbəsi, həm də Dövlət Yerquruluşu Layihə İnstitutu tərəfindən təsdiq olunmuşdur. Bu fakt onu təsdiq edir ki, Qııba AİK-nın 29 mart 1997-ci il tarixli, 03 saylı qərarı ilə Quba rayonunun Vəl-vələ kənd ərazisində Cavabdeh3 Şahmirzə qızının mülkiyyətinə verilmiş 0,20 ha həyətyanı toıpaq sahəsi, mübahisəli torpaq sahəsinin hüdudları daxilində yox, kənar ərazidə yerləşməklə bərabər Quba rayon AİK-nın 29 mart 1997-ci il tarixli, 03 saylı qərarına əsaslanmaqla tərtib olunmuşdur. Quba rayonunun Vəl-vələ kənd ərazisində X2, X3, Cavabdeh3 Şahmirzə qızının, Cavabdeh2 və Cavabdeh1 birgə mülkiyyətinə 0,06 ha həyətyanı torpaq sahəsinin verilməsinə dair JN-206A KOD 30310018 “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə saxtadır. Göstərilənləri nəzərə alaraq, Quba rayon AİKnın 29 mart 1997-ci il tarixli, 03 saylı qərarı əsasında X2, X3, Cavabdeh3 Şahmirzə qızının, Cavabdeh2 və Cavabdeh1 birgə mülkiyyətinə 0,06 ha həyətyanı torpaq sahəsinin verilməsi ilə əlaqəli JN-206A KOD 30310018 “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə, həmin şəhadətnamə əsasında verilmiş digər rəsmi sənədlər etibarsız hesab edilməsi, 29 mart 1997-ci il tarixli, 03 saylı qərar əsasında X2, X3, Cavabdeh3 Şahmirzə qızının, Cavabdeh2 və Cavabdeh1 birgə mülkiyyətinə 0,06 ha həyətyanı torpaq sahəsinin verilməsinə dair JN - 206A KOD 30310018 “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə əsasında X2, X3, X1, Cavabdeh2 və Cavabdeh1 adlarına mülkiyyət hüquqlarına dair edilmiş qeydlər ləğv edilməsi, 29 mart 1997-ci il tarixli, 03 saylı qərar əsasında X2, X3, X1, Cavabdeh2 və Cavabdeh1 birgə mülkiyyətinə 0,06 ha həyətyanı torpaq sahəsinin verilməsinə dair JN - 206A KOD 30310018 “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin elektron məlumat bazasından silinməsi barədə qətnamə çıxarılmasını xahiş xahiş etdi. Məhkəmədə Cavabdeh1 iddianı qəbul etməyərək bildirdi ki, sözü gedən torpaq sahəsi 1990-cı ildə atası X4 fərdi ev tikilməsi üçün verilib. Sonradan aparılan islahatlarla əlaqədar Quba rayon AİK-nın 29 mart 1997-ci il tarixli, 03 saylı qərarı ilə həmin torpaq sahəsi atasının və digərlərinin birgə mülkiyyətinə verilməklə, JN-206A saylı, KOD 30310018 kodlu “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə işlənib hazırlanıb. Buna baxmayaraq Mina ilə onun arasında 2000-ci ildə rəsmi nikah bağlanıb və qeyd edib ki, heç bir halda həmin torpaq sahəsindən İddiaçı pay düşmür. Göstərilənləri nəzərə alaraq, iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmədə Cavabdeh3 Şahmirzə qızı iddianı qəbul etməyərək bildirdi ki, torpaq onun atasına verilib, Quba rayon AİK-nın qərarı ilə atasının və atasının təsərrüfatında olan digər şəxslərin mülkiyyətinə keçib. Həmin vaxt Mina onların evində gəlin olmayıb və bu torpağa onun heç bir hüququ yoxdur, həmin torpaq sahəsindən ona pay düşmür. Göstərilənləri nəzərə alaraq, iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh2 məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən Cavabdeh2 iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə İddiaçı, cavabdehlər, Cavabdeh1, Cavabdeh3 Şahmirzə qızını dinləyib, iş materiallarını araşdıraraq və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakılara əsasən iddia qismən təmin edilməlidir. İş materiallarında olan JN-206A saylı, KOD 30310018 kodlu “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, Quba rayon AİK-nın 29 mart 1997-ci il tarixli, 03 saylı qərarı ilə Quba rayonu Vəl-Vələ kəndi ərazisindən fərdi yaşayış evi tikmək məqsədilə 0.06 ha torpaq sahəsi X2, X3, X1, Cavabdeh2 və Cavabdeh1 birgə mülkiyyətinə verilib, lakin X7 Komitəsinin Quba rayon Torpaq şöbəsi tərəfindən imza və möhürlə təsdiq olunmayıb. İş materiallarında olan JN-206A saylı, KOD 30310018 kodlu “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, Quba rayon AİK-nın 29 mart 1997-ci il tarixli, 03 saylı qərarı ilə Quba rayonu Vəl-Vələ kəndi ərazisindən fərdi yaşayış evi tikmək məqsədilə 0.06 ha torpaq sahəsi Cavabdeh1 mülkiyyətinə verilib, həm Dövlət Yerquruluşu Layihə İnstitutu tərəfindən, həm də X7 Komitəsinin Quba rayon Torpaq şöbəsi tərəfindən imza və möhürlə təsdiq olunmuşdur. İş materiallarında olan JN-96F saylı, KOD 30310018 kodlu “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, Quba rayon AİK-nın 29 mart 1997-ci il tarixli, 03 saylı qərarı ilə Quba rayonu Vəl-Vələ kəndi ərazisindən fərdi yaşayış evi tikmək məqsədilə 0.20 ha torpaq sahəsi Cavabdeh3 Şahmirzə qızının mülkiyyətinə verilib, Dövlət Yerquruluşu Layihə İnstitutu tərəfindən, həm də X7 Komitəsinin Quba rayon Torpaq şöbəsi tərəfindən imza və möhürlə təsdiq olunmuşdur. İş materialında olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi idarəsinin 15.03.2021ci il tarixli məlumatından görünür ki, JN-206A KOD 30310018 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” nin surətinin verilməsi ilə bağlı Quba Rayon Məhkəməsinin 27 yanvar 2021-ci il tarixli, 2(027)-1038/2021 nömrəli məktubuna Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsində baxılmış və qeyd edilmişdir ki, JN-206A KOD 30310018 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən 5 saylı Xaçmaz Ərazi idarəsinə təhvil verilmiş şəhadətnamələrin verilməsi kitabında qeydiyyatdan keçməmiş, lakin elektron məlumat bazasında öz əksini tapmışdır. Həmin şəhadətnamənin təsdiq olunmuş arxiv surətindən məlum olur ki, Quba rayon AİK-nın 29 mart 1997-ci il tarixli, 03 saylı qərarı ilə Quba rayonu Vəl-Vələ kəndi ərazisindən fərdi yaşayış evi tikmək məqsədilə 0.06 ha torpaq sahəsi X2, X3, Cavabdeh3 Şahmirzə qızının, Cavabdeh2 və Cavabdeh1 birgə mülkiyyətinə verilib, lakin X7 Komitəsinin Quba rayon Torpaq şöbəsi tərəfindən imza və möhürlə təsdiq olunmayıb. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31.01.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 19-cu maddəsinə əsasən dövlət hakimiyyəti orqanının və ya yerli özünüidarə orqanın mülki qanunvericiliyə uyğun gəlməyən, fiziki və ya hüquqi şəxsin mülki hüquqlarını və qanunla qorunan mənafelərini pozan qeyri-normativ xarakterli akt məhkəmə tərəfindən etibarsız sayıla bilər. Məhkəmə iclasında müəyyən edildi ki, Quba rayon AİK-nın 29 mart 1997-ci il tarixli, 03 saylı qərarı ilə Quba rayonu Vəl-Vələ kəndi ərazisindən fərdi yaşayış evi tikmək məqsədilə 0.06 ha torpaq sahəsi X2, X3, Cavabdeh3 Şahmirzə qızının, Cavabdeh2 və Cavabdeh1 birgə mülkiyyətinə verilməsi barədə JN-206A KOD 30310018 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən 5 saylı Xaçmaz Ərazi idarəsinə təhvil verilmiş şəhadətnamələrin verilməsi kitabında qeydiyyatdan keçməmiş, X7 Komitəsinin Quba rayon Torpaq şöbəsi tərəfindən imza və möhürlə təsdiq olunmamışdır. Şərh edilənləri nəzərə alaraq,məhkəmə hesab edir ki, Quba rayon AİK-nın 29 mart 1997-ci il tarixli, 03 saylı qərarı ilə X5, X6, Cavabdeh3 Şahmirzə qızı, Cavabdeh2 və Cavabdeh1 birgə mülkiyyətinə 0,06 ha həyətyanı torpaq sahəsinin verilməsi ilə əlaqəli JN - 206A saylı, KOD 30310018 kodlu “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə etibarsız hesab edilməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən isə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlara istinad etməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 222-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. Quba rayon AİK-nın 29 mart 1997-ci il tarixli, 03 saylı qərarı ilə X5, X6, Cavabdeh3 Şahmirzə qızı, Cavabdeh2 və Cavabdeh1 birgə mülkiyyətinə 0,06 ha həyətyanı torpaq sahəsinin verilməsi ilə əlaqəli JN - 206A saylı, KOD 30310018 kodlu “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə etibarsız hesab edilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqar Məmmədov
Məhkəmə qərarları › İş №2(027)-58/2021
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-58/2021
17.06.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver