Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-602/2023 06.04.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, məhkəmə iclas katibi Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, İddiaçı, Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “cərimənin ləğvi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Quba Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, "xxxx" ASC tərəfindən ona tətbiq olunmuş 850,77 AZN cərimənin ləğv olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini dəqiqləşməsinə dair ərizə ilə müraciət edərək, iddia tələbini dəqiqləşdirərək cavabdeh qismində "xxxx" ASC-nin işə cəlb olunmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 54.1-ci maddəsinin tələbinə görə iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddiaçının yazılı razılığı ilə iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Məhkəmə baxışı zamanı iddiaçının və ya cavabdehin əsl iddiaçı və ya cavabdeh ilə əvəz edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, yaşadığı ev və elektrik sayğacı mərhum anası Gülsurə Bağırovaya məxsusdur. 2021-ci ildə, təqribən 1 il 4 ay bundan öncə, evinin qarşısından keçən, yeraltı su-kanalizasiya xətlərində qəza baş vermişdir. Bunun nəticəsində evinin birinci mərtəbəsinə və həyətyanı sahəsinin bir hissəsisnə çirkab suları dolmuşdur. Bununla əlaqədar su-kanalizasiya xətlərinin təmir edilməsinə görə qəza xidmətinin işçiləri gəldiər. Onlar bildirdilər ki, qazıntı işləri aparılmalıdır və bir sıra zəruri elektrik avadanlıqlarından istifadə olunmalıdır. Onlar ona bildirdilər ki, bunun üçün onun elektrik sayğacından istifadə edəcəklər. Enerji sərfiyyatna görə onun sayğacın pul yazmayacaqdır. Çünki, onlar elektrik dirəyindən xətti götürərək, onun sayğacına daxil olmayan hissədən enerji istifadə edəcəklər. Onlar, enerji xəttini sayğacna əlavə etdilər. Ona dedilər ki, narahat olmasın, təmir ümumi əhalinin istifadəsi üçündür. Qəza xidmətinin işçiləri işlərini yekunlaşdıraraq ərazini tərk etdilər. Onlar gedən zaman o, evdə olmamışdır. İstifadə etdikləri elektrik xətti sayğacın xəttindən ayrılmış vəziyyətdə evimin divarından asılı qaldı. Dəfələrlə, Quba "xxxx"-ın ərazi üzrə nəzarətçisi Ənvər Qəniyev həmin xətti dəfələrlə görmüşdür. O, evinin divarından asılmış bu xəttin ləğvinə görə Ənvərə öz etirazını bildirmişdir. Hətta, "xxxx"-ın Bakı şəhərində yerləşən baş idarəsinə məlumat vermişdir. Tam məsuliyyəti ilə bildirir ki, Quba "xxxx"-ın ərazi üzrə nəzarətçisi Ənvər Qəniyev dəfələrlə ondan divardan asılmış xəttə görə 10 manat pul almışdır. Bir sözlə Ənvər özü şərait yaratmışdır ki, əlavə enerji xəttindən istifadə etsin. O, Ənvərə son vaxtlar pul vermədiyinə görə, Ənvər onu cərimə etdirmişdir. Çünki, onun əlində bununla əlaqədar fakt və dəlil vardır. Bir gün gecə saatlarında qapısının qarşısında iki nəfərin telefon vasitəsi ilə sayğacının video çəkiliş etdiyini pəncərədən görmüşdür. Dərhal küçəyə çıxmışdır. Çəkiliş aparanlar qaçdılar. O, onlara bildirmişdir ki, sallaq elektrik xəttində enerji olub olmamasını yoxlasın. Ona rəsmi cərimə haqqında akt verilməyib. O, heç bir akta imza atmamışdır. Quba "xxxx"-ın özbaşnalıqları haqqında ölkə başçısına, "xxxx"-yə və "xxxx"-m baş idarəsinə şikayət ərizəsi göndərmişdir. Hətta, Quba Rayon Prokurorluğuna da, Quba "xxxx"-m ərazi üzrə nəzarətçisi Ənvər Qəniyevin özbaşnalığın dair müraciət etmişdir. İş üzrə cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti iddiaya etiraz verərək etiraz onunla əsaslandırmışdır ki, İddiaçı iddia ərizəsi ilə Quba rayon Məhkəməsinə müraciət edərək elektrik enerjisindən istifadə qaydalarını pozduğuna görə tərtib edilmiş akta əsasən hesablanmış 850,77 manat məbləğində borcun silinməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Aşağıda sadalananlara əsasən İddiaçı "xxxx" ASC-nə qarşı hazırki iddia tələbi mövcud qanunvericiliyin tələblərinə zidd və əsassız olduğu üçün hüquqdan sui-istifadə hesab edilərək təmin olunmamalıdır. Belə ki, 16.11,2022-ci il tarixdə enerjitəchizatı müəsisəsinin əməkdaşları tərəfindən iddiaçıya məxsus, fərdi yaşayış evinin elektrik hesabat sayğacına baxış keçirilərkən məlum oldu ki, sayğacın xəttinin izolyasiya qatı pozularaq mənzilə kənar xətt daxil olur. Kənar xətt en kəsik sahəsi Sn=2*2.5mm“ olan aliminium naqillə götürülməsi halı aşkar edilmiş və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli, 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə qaydalarının (EEİQ) 8.17-ci bəndinin tələblərinə uyğun olaraq xx.xx.2022-cı il tarixli. 280011 saylı akt tərtib edilərək 853,66 manat dəyərində itirilmiş elektrik enerjisi bərpa edilmiş və kənar xətt video çəkilişlə qeydə alınmışdır. Bununla əlaqədar abonentə qarşı Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli, 18 nömrəli qərarı ilə təsdiq edilmiş "Elektrik enerjisindən istifadə qaydalarımın (EEİQ) 8.17-ci bəndinin İstehlakçının (məişət abonenti istisna olmaqla) təqsirindən hesablaşma uçot cihazları zədələndikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda və s.), uçot cihazlarının qoşulma sxemləri pozulduqda, uçot cihazlarından kənar özbaşına yük qoşulduqda, enerjitəchizat müəssisəsi onu elektrik şəbəkəsindən açmalı, elektrikqəbuledicilərinin qoyulmuş gücü və hesablaşma elektrik sayğaclarının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən istehlakçının (məişət abonenti istisna olmaqla) işləmə saatlarına görə Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində yenidən hesablaşma aparılmalıdır. Yenidən hesablaşmaya görə əlavə ödənişin verilməsi istehlakçıya aşkar edilmiş pozuntu aradan qaldırılmadan təkrarən elektrik şəbəkəsinə qoşulmaq hüququ vermir. Həmçinin iddiaçı iddiasında kənar xətdən istifadə etdiyini qəbul etmişdi və video çəkilişdəndə aydın görünür ki mənzildə kənar xətdən istifadə olunmuşdur. EEİQ-nm 9.1-ci bəndinə əsasən İstehlakçı sərəncamındakı elektrik qurğularının texniki vəziyyətinə, təhlükəsizlik texnikası qaydalarına əməl olunmasına və düzgün istismarına, elektrik enerjisindən səmərəli istifadəsinə, elektrik enerjisi sərfi üzrə müqavilə göstəricilərinin və rejimlərin yerinə yetirilməsinə, sərf edilmiş elektrik enerjisi haqqının vaxtında ödənilməsinə, elektrik enerjisinin keyfiyyətinin təmin olunmasına və mövcud qaydalara uyğun olaraq operativ intizama riayət edilməsinə, həmçinin «Dövlət Enerjinəzarət» İdarəsinin nümayəndələrinin tələbnamələrinin vaxtında icra olunmasına görə məsuliyyət daşıyır. Göründüyü kimi yuxarıda istinad edilmiş hüquq normaları imperativ norma olduğundan həmin normaların istehlakçının üzərinə qoyduğu tələblərə onun tərəfindən mütləq əməl olunmalıdır. İddiaçı elektrik enerjisindən istifadə qaydalarını pozduğuna görə tərtib edilmiş akta əsasən hesablanmış 850,77 manat məbləğində borcun silinməsi tələbinə dair iddia tələbinin qanunsuz və əsassız olduğu üçün təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, iddia ərizəsində yazılanlara uyğun izahat vermiş və əlavə olaraq göstərmişdir ki, o, sayğac xəttinə müdaxilə etməmişdir. Quba "xxxx"-ın ərazi üzrə nəzarətçisi Ənvər Qəniyev ona demişdir ki, 5-10 manat müqabilində kənar xətdən istifadə edə bilər. Sonradan pul vermədiyinə görə barəsində cərimə yazılmışdır. Həmin kənar xətdən ara-sıra istifadə etmişdir. 850,77 AZN cərimənin ləğv olunmasına dair qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətin nümayəndəsi X2 iddianı qəbul etməyib, verdiyi izahatında göstərmişdir ki, kənar müdaxilə olduğu üçün iddiaçıya 850,77 manat cərimə hesablanmışdır. İddiaçının kənar xətdən istifadə etməsi sübut olunur. İddiaçı özü də bunu etiraf edir. Hesab edir ki, iddia tələbi əsassızdır. Ona görə də iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iddiaçını və cavabdehin nümayəndəsini dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakılara əsasən iddia rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş 16 noyabr 2022-ci il tarixli, 280011 nömrəli aktdan görünür ki, EEİQ-nın tələblərinə uyğun olaraq sayğaca baxış keçirən zaman məlum olmuşdur ki, elektrik sayğacının giriş xəttinin izolyasiya qatı pozularaq mənzilə kənar xətt daxil olur. Kənar xətt en kesik sahəsi Sn=2 x 2,5mm2 olan alminum naqillə götürülmüşdür. Azərişıq» ASC-nin əməkdaşları tərəfindən kənar xəttin ləğv edilməsi tələbi qoyulmuşdur. Mülki işin materiallarında olan CD diskə məhkəmə zalında baxış keçirilən zaman məlum oldu ki, İddiaçı kənar elektrik xəttindən istifadə etmişdir. Məhkəmə hesab edir ki, İddiaçı "xxxx" ASC tərəfindən onun istehlakçı kimi hüquqlarının pozulmasını təsdiq edən hər hansı bir sübutu təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. İşdəki sübutlardan görünür ki, iş üzrə İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən əsassız olaraq ona 850,77 manat cərimə hesablanmasını təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Belə ki, məhkəmə zalında CD diskə baxış keçirilən zaman İddiaçı kənar elektrik xəttindən istifadə etməsi məlum olmuşdur. Belə olan halda iş materiallarını araşdırıb, iş üzrə müəyyən olunmuş hallara tətbiq edilməli olan qanun normalarına uyğun hüquqi qiymət verərək, hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Azərbaycan Respublikası MPM-nın 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası MPM-nin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ-hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Azərbaycan Respublikası MPM-nın 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə, q ə t e t d i: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “cərimənin ləğvi” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vüqar Seyidov
Məhkəmə qərarları › İş №2(027)-602/2023
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-602/2023
06.04.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver