Məhkəmə qərarları › İş №2(027)-603/2021

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-603/2021

17.06.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-603/2021 17.06.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov İlqar Aslan oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı İsayeva (Piriyeva) Rəmalə İsmayıl qızının cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyətinə qarşı “cərimə borcunun silinməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı İsayeva (Piriyeva) Rəmalə İsmayıl qızı cavabdeh “xxxx” ASC-nin X2 təhcizatı və Satış idarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “xxxx” ASC-nin X2 təhcizatı və Satış idarəsi tərəfindən tərtib edilmiş 211579 saylı aktın etibarsız hesab edilməsi və həmin akt üzrə ona hesablanmış borcun silinməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı İsayeva (Piriyeva) Rəmalə İsmayıl qızı iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinin tələblərinə əsasən məhkəməyə müraciət edərək, “xxxx” ASC-nin X2 təhcizatı və Satış idarəsini “xxxx” Açıq Səhmdar Cəmiyyəti ilə əvəz edilməsi və xxxx” ASC tərəfindən ona hesablanmış 819 (səkkiz yüz on doqquz) manat 17 qəpik məbləğində borcun silinməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmədə iş üzrə iddiaçı İsayeva (Piriyeva) Rəmalə İsmayıl qızı iddia ərizəsini müdafiə edərək, iddianın təmin olunması barədə qətnamə çıxarmağı məhkəmədən xahiş etmişdir. İddiaçı İsayeva (Piriyeva) Rəmalə İsmayıl qızı iddianı onunla əsaslandırmışdır ki, Quba rayonunun İqriq kənd ərazisində yerləşən ona məxsus fərdi yaşayış evində ailəsiylə birlikdə yaşayır. Tərəfindən istifadə olunan elektrik enerji gücünün ölçülməsi üçün olan elektrik sayğacı yaşayış sahəsindən kənarda, açıq şəraitdə, hər hansı mexaniki müdaxilədən qoruyan metal qutu olmadan ictimai istifadə ərazisində quraşdırılaraq faktiki olaraq ictimai istifadəyə verilmişdir. Cavabdeh “xxxx” ASC-nin Quba elektrik şəbəkəsinin rəisi Vüqar Əhmədovun imzası ilə ona 29 yanvar 2021-ci il tarixli xəbərdarlıq edilmiş və xəbərdarlığda göstərilmişdir ki, ona məxsus mənzilə quraşdırılmış sayğacda kənar xətt aşkarlandığına görə 211579 saylı akt tərtib edilmiş və həmin akta əsasən itirilmiş enerji bərpa edilmişdir və istifadə edilmiş elektrik enerjisi sərfıyyatına və akta görə 01 fevral 2021-ci il tarixə 1067 manat 51 qəpik məbləğdə borcu vardır. Qeyd olunanları nəzərə alaraq hazırki xəbərdarlığı aldığı gündən 3 (üç) gün müddətində yuxarıda göstərilmiş borc məbləği ödənilməyəcəyi təqdirdə 04 fevral 2020-ci il tarixdən, əlavə xəbərdarlıq edilmədən onlara elektrik enerjisinin verilməsi enerji təchizatı idarəsi tərəfindən dayandırılacaqdır. Qeyd edib ki, 29 yanvar 2021-ci il tarixli xəbərdarlıqda göstərilən hallar həmin xəbərdarlğı əldə edənə qədər ona bəlli deyildir. Onun yaşayış sahəsinə məxsus elektrik sayğacında kənar xətt heç vaxtı olmamış və aşkarlanmamışdır. Digər tərəfdən, elektrik sayğacında giriş və çıxış xətlərindən başqa “kənar xəttin” nə olduğu, texniki cəhətdən qeyri müəyyəndir. Məsələ ilə bağlı cavabdeh təşkilatın Quba elektrik şəbəkəsinin rəisi Vüqar Əhmədova müraciət edərək,həmin xəbərdarlıqda göstərilən 211579 saylı aktın ona təqdim olunmasını xahiş etsə də, həmin akt ona verilməmişdir. İddiaçı hesab edir ki, 29 yanvar 2021-ci il tarixli “Xəbərdarlıq”-ında istinad edilən 211579 saylı akt, qanunsuz tərtib olunduğuna görə, xxxx” ASC tərəfindən ona hesablanmış 819 (səkkiz yüz on doqquz) manat 17 qəpik məbləğində borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə cavabdeh «xxxx” ASC ona qarşı verilmiş iddiaya qarşı etirazı məhkəmənin dəftərxanası vasitəsi ilə məhkəməyə təqdim edərək, etirazda bildirmişdilər ki, İddiaçı “xxxx” ASC-yə qarşı hazırki iddia tələbi əsassız olduğu üçün təmin olunmamalıdır. Belə ki, 19.01.2021-ci il tarixdə enerjitəchizatı müəsisəsinin əməkdaşları tərəfindən iddiaçıya məxsus mənzilin uçot dəstinə baxış keçirilən zaman mənzilə sayğacın giriş xəttindən, mənzilin qapısının üst tərəfindən naqilin izolyasiya qatını pozaraq həmin hissədən kənar xətt çəkilərək elektrik enerjisindən qanunsuz istifadə etməsi halı aşkar edilmişdir. Aktın tərtibi iddiaçının iştirakı ilə aparılmış lakin, o aktı imzalamaqdan imtina etmişdir ki, bu barədə də aktda müvafiq qeydlər aparılmışdır. Bundan əlavə, daha obyektiv yoxlama məqsədi ilə xətdən axan yük ölçülən zaman məlum olmuşdur ki, kənar xətdən faktiki olaraq 1,8 kvt (Pfaktiki= 1,8 kvt) yük axır. Bu hal bir daha sübut edir ki, mənzildə sayğacdan kənar elektrik enerjisindən istifadə olunub və həmin hal elektrik enerjisinin sərfiyyatının azaldılması məqsədi ilə istehlakçı tərəfindən edilmişdir. Həmçinin akt üzrə aşkar, olunmuş halları təsdiq edən video çəkiliş DVD disk formatında məhkəməyə təqdim edilir. Qeyd olunan faktlarla əlaqədar olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02.02.2005-ci il tarixli, 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə qaydaları”nm (bundan sonra EEİQ) pozulması haqqında 19.01.2021-ci il tarixli, R 211579 saylı akt tərtib edilmişdir. Həmçinin iddiaçı qeyd olunan mənzil üzrə elektrik enerjisindən istifadə etməklə “xxxx” ASC ilə faktiki olaraq elektrik enerjisinin alqı-satqı münasibətində olmuşdur. Buna görə də iddiaçı elektrik enerjisindən EEİQ-ııın tələbinə uyğun istifadə etməli idi. Odur ki, göstərilənləri nəzərə alaraq, İddiaçı elektrik enercisindən qanunsuz istifadəyə görə tərtib edilmiş aktın etibarsız hesab edilməsi və həmin akt üzrə ona hesablanmış borcun silinməsinə dair iddia tələbinin əsasız olduğu üçün təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddiaçı İsayeva (Piriyeva) Rəmalə İsmayıl qızını dinləyib, işdə olan sənədləri, tam, hərətəfli və obyektiv tədqiq edərək hesab edir ki, aşağıdakılara görə iddia tələbi təmin edilməlidir. İş materiallarında olan **********00390 nömrəli abonent saldosundan müəyyən olunur ki, İsayeva (Piriyeva) Rəmalə İsmayıl qızına 28.01.2021- ci il tarisdə 819.17 manat borc hesablanmışdır. İş materiallarında olan AZE 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən müəyyən edilir ki, İddiaçı Quba rayonu, İqriq kəndində qeydiyyatdadır. İş materialında olan “xxxx” ASC Xaçmaz REŞ-nin əməkdaşları tərəfindən tərtib edilmiş 19.01.2021-ci il tarixli, 211579 saylı aktın surətindən görünür ki, kənar xətdən faktiki olaraq 1,8 kvt (Pfaktiki= 1,8 kvt) yük axır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci ilin 02 fevral tarixli, 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nın 1.3-cü maddəsində nəzərdə tutulur ki, enerji təchizatçı möəssisəsi ilə abonent arasında elektrik enerjisinin alqı-satqı müqaviləsi bağlanmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci ilin 02 fevral tarixli, 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nın 7.9-cu maddəsində nəzərdə tutulur ki, məişət abonentinin elektrik enerjisi sərfinə görə hesablanması üçün, yaşayış binalarındakı hər bir mənzil özrə hesablaşma elektrik sayğacı quraşdırılmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci ilin 02 fevral tarixli, 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nın 4 nömrəli əlavənin 5-ci bəndində göstərilir ki, elektrik enerjisinə görə hesablaşma dövrü 1 ay qəbul olunur. “Sahibkarlıq fəaliyyəti ilə əlaqədar işlərə baxılarkən məhkəmələr tərəfindən qanunvericiliyin ümumi təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 mart 2003-cü il tarixli 3 N-li qərarında göstərilir ki, vaxtaşarı (aylıq, rüblük və s.) icra edilməli öhdəliklər üzrə iddia müddəti hər bir ödəmə üçün ayrılıqda hesablanmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 405.1-ci maddəsinə əsasən, tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə görə, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. “Elektrik enerjisindən istifadə qaydaları”nın 8.32-ci bəndinə əsasən məişət abonenti (mənzillər üzrə hesablaşma elektrik sayğacı yaşayış binasının girişində, yaxud pilləkən meydançasında quraşdırılmış məişət abonenti istisna olmaqla) tərəfindən hesablaşma sayğaclarının qoşulma sxeminin dəyişdirilməsi, sayğacın baxış şüşəsinin sındırılması, plombun qırılması, sayğacın diskinin süni şəkildə dayandırılması və elektrik enerjisindən istifadə göstərişini azaltmaq məqsədi ilə edilmiş digər pozuntulara yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsi onu şəbəkədən açmalı və hesablaşma sayğacının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən sonrakı müddət üçün, ancaq Azərbaycan Respublikası MM-ndə nəzərdə tutlmuş iddia müddəti daxilində elektrik enerjisindən istifadəyə görə yenidən hesablaşma aparmağa borcludur. Həmin Qaydaların 7.11-ci bəndinə əsasən yaşayış binalarının girişində yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plobların qorunmasına və işçi vəziyyətdə saxlanlmasına görə enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır. “Elektrik enerjisindən istifadə qaydaları”nın 8.33-cü bəndinə əsasən məişət abonenti tərəfindən elektrik enerjisindən istifadə pozuntuya yol verildiyi aşkar edildikdə, eneryi təchizatı müəssisəsinin nümayəndəsi onun və 2 nəfər hal şahidinin iştirakı ilə akt tərtib edir. Akt enerji təchizatı müəssisəsinin nümayəndəsi, məişət abonenti və 2 nəfər hal şahidi tərəfindən imzalnmalıdır. Məişət abonenti aktı imzalamaqdan imtina etdikdə bu barədə akta müvafiq qeyd aparılır. Belə ki, 19.01.2021-ci il tarixli, 211579 saylı aktdan isə müəyyən edilir ki, akt tərtib edilərkən hal şahidləri dəvət edilməyib və aktda yalnız enerji təchizatı müəssisəsinin əməkdaşları imza etmişlər. Azərbaycan Respublikası MPM-nin 287-ci maddəsinə əsasən, Dövlət hakimiyyəti və yerli özünüidarə orqanlarının, habelə başqa orqanların aktlarının qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi aktı və ya qərarı qəbul etmiş orqanın üzərinə düşür. İş materiallarında olan .“xxxx” ASC Xaçmaz REŞ-nin 19.01.2021-ci il tarixli, 211579 saylı aktın surətindən müəyyən edilir ki, İsayeva (Piriyeva) Rəmalə İsmayıl qızına məxsus Quba rayonu, İqriq kəndində olan evində elektrik sayğacı yoxlanılmış və akt tərtib edilmiş akta iki nəfər imza etmiş, onların hər ikisi “xxxx” ASC Quba ESŞ-nin nəzarət mühəndisləri, F.Orucov və N.Heseynzadə olmuşdur. Şərh edilənləri və iddiaçı İsayeva (Piriyeva) Rəmalə İsmayıl qızına məxsus **********00390 nömrəli abonent hesabına akt tərtib edilərkən “Elektrik enerjisindən istifadə qaydaları”nın 8.33 –cü bəndinin tələblərinin pozulduğunu, yəni akt tərtib edilərkən hal şahidlərinin iştirak etmədiklərini nəzərə alaraq məhkəmə, Quba rayonu İqriq kəndində İsayeva (Piriyeva) Rəmalə İsmayıl qızına məxsus evə hesablanmış 819 (səkkiz yüz on doqquz) manat 17 qəpik məbləğində pulun silinməsini qanuni hesab edir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 405, 567-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Qət etdi: İddia təmin edilsin. “xxxx” ASC əməkdaşları tərəfindən Quba rayonu İqriq kəndində İsayeva (Piriyeva) Rəmalə İsmayıl qızına məxsus evə hesablanmış 819 (səkkiz yüz on doqquz) manat 17 qəpik məbləğində borc silinsin. Qətnamədən, məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar