Məhkəmə qərarları › İş №2(027)-617/2022

Quba Rayon Məhkəməsi Qərardad — İş №2(027)-617/2022

24.01.2022 · Müqavilələrin ləğv edilməsi - Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Quba şəhəri İş № 2(027)-617/2022 24.01.2022 QUBA RAYON MƏHKƏMƏSİ Quba Rayon Məhkəməsinin hakimi Seyidov Vüqar Mircuma oğlu, İddiaçı1 və qeyrilərinin Cavabdeh1 və qeyrilərinə qarşı dövlət aktının qismən ləğv edilməsi, alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi, çıxarışın ləğvi və mülkiyyət hüququnun bərpa edilməsi tələblərinə dair iddia ərizəsi üzrə mülki işin materiallarını nəzərdən keçirib, m ü ə y y ə n e t d i m: İddiaçı1 və qeyriləri iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3nun, Cavabdeh4 və Cavabdeh5 mülkiyyətinə, İddiaçı1 və ailə üzvlərinin mülkiyyətinə verilmiş 1,26 ha torpaq sahəsinin 0,96 ha hissəsi əsassız daxil edilməklə 2,23 ha torpaq sahəsinin verilməsi barədə Quba rayonu Aqrar İslahat Komissiyasının 1997-ci il 01 noyabr tarixli, 14 nömrəli qərarının və həmin qərar əsasında verilmiş JN 339 KOD ********* saylı Torpağa Mülkiyyət Hüququna X1 ləğv edilməsi; cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3nun, Cavabdeh4 və Cavabdeh5 həmin 0,96 ha torpaq sahəsi də daxil olmaqla 2,23 ha torpaq sahəsi üzərində sərəncam verilməsi hüququnun olmaması faktının müəyyən olunması; bu xüsusda torpaq sahəsinin Cavabdeh7 Bahadur qızına satılması barədə 01 iyun 2005-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız sayılması; Cavabdeh7 Bahadur qızının Cavabdeh1 və ailə üzvlərindən aldığı həmin 0,96 ha torpaq sahəsinin məhz iddiaçıların mülkiyyətində olan torpaq sahəsi olması, bunun nəticəsində Cavabdeh7 həmin 0,96 ha torpaq sahəsinə də mülkiyyət hüququ verilən JN-2540 KOD 30320018 Dövlət Aktı MH seriyalı ******* saylı Çıxarışın ləğv edilməsi; iddiaçıların həmin 0,96 ha torpaq sahəsinə (iddiaçıların qeyd etdiyi 9648,72 kv.metr torpaq sahəsinə) mülkiyyət hüquqlarının bərpa olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. İddia ərizəsinin məhkəmə icraatının mümkünlüyü yoxlanılarkən müəyyən edilmişdir ki, iddia ərizəsinin Azərbaycan Respublikası MPM-nin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət olunmamışdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 149.2.3-cü maddəsinə əsasən iddia ərizəsində iddiaçının tələbi göstərilməli, bu tələb dəqiq, aydın və birmənalı başa düşülən olmalıdır. Lakin İddiaçı1 və qeyrilərinin ərizələrində onların tələbi göstərilməmişdir. Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Ona görə də hesab edirəm ki, yuxarıda qeyd olunanlara əsasən hazırkı ərizə geri qaytarılmalı və ərizəçiyə ərizəsinin qaytarılmasına səbəb olmuş nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 149,150-152, 263-264 və 266-268-ci cı maddələrini rəhbər tutaraq qərara aldım: İddiaçı1 və qeyrilərinin Cavabdeh1 və qeyrilərinə qarşı dövlət aktının qismən ləğv edilməsi, alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi, çıxarışın ləğvi və mülkiyyət hüququnun bərpa edilməsi tələblərinə dair iddia ərizəsi geri qaytarılsın; İddiaçı1 və qeyrilərinə izah edilsin ki, ərizənin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan 10 gün müddətində Quba Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Vüqar Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar