Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-62/2023 05.06.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, İddiaçı nümayəndəsi X4 və vəkili X8 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh1 Bəsarət oğlu, Cavabdeh2, maraqlı tərəf X31 Xidmət Mərkəzində Notariat ofisi və Maraqlı şəxs2nə qarşı alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi və çıxarışların ləğv edilməsi tələbinə dair iddiası üzrə mülki işə Quba Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Quba Rayon Notariat Kontoru tərəfindən-X9 ilə Cavabdeh3 arasında xx.xx.2006-cı il tarixdə JN 682F KOD 30319018 saylı Torpağın Mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə 0,07 ha torpağa dair 4Ə-476- 479 saylı alqı-satqı müqaviləsinin etibarsız sayılmasını və həmin alqı-satqı müqaviləsinə əsasən verilmiş xx.xx.2009-cu il tarixli ********** qeydiyyat nömrəli **********02 reyestr nömrəli çıxarışın ləğv edilməsi. Xaçmaz rayon 1 saylı Dövlət Notariat Kontoru tərəfindən Cavabdeh3 ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2019-cu il tarixli 4Ə-06/1183 nömrəli alqı-satqı müqaviləsinin etibarsız sayılması və həmin alqı-satqı müqaviləsi əsasında verilmiş xx.xx.2009-cu il tarixli ********** qeydiyyat nömrəli çıxarışın ləğv edilməsi, Quba rayon Notariat Kontoru tərəfindən Cavabdeh2 və Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli 4Ə-981 reyestr nömrəli bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və həmin bağışlama müqaviləsi əsasında Cavabdeh1 adına verilmiş xx.xx.2015ci il tarixli **********3 qeydiyyat nömrəli çıxarışın ləğv edilməsinə dair qətnamə çıxarilmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, Quba rayonu, 1-ci Nügədi kəndində yaşayır. Onun qardaşı X9 xx.xx.2005-ci il tarixdə Quba rayonu, 1-ci Nügədi kəndində vəfat etmiş və kənd qəbristanlığında dəfn edilmişdir. O, onun bütün dəfn xərclərini çəkərək ondan miras qalmış əmlakları faktiki qəbul edərək idarə etmişdir. Qardaşı Ə.Qasımovdan Quba rayonu, 1-ci Nügədi kəndi ərazisində JN-682F KOD 30319018 saylı Torpağın Mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən 0,07 ha həyətyanı torpaq sahəsi miras qalmışdır. O, qardaşı Ə.Qasımovun vərəsəsi olduğu üçün hüquq müəyyənedici sənədləri Quba Regional "Asan Xidmət" Mərkəzində təqdim edib Quba Regional "Asan Xidmət" Mərkəzi Notariat Ofisinin xx.xx.2021-ci il tarixli 3544 N-li məktubuna əsasən vərəsələr sırasına daxil edilmişdir. O, vərəsələr sırasına daxil olduqdan sonra mərhum qardaşı Ə.Qasımovdan miras qalmış JN-682 F KOD 30319018 saylı Torpağın Mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə 0,07 ha həyətyanı torpaq sahəsinə çıxarış almaq üçün DƏDRX-nin 5 saylı Xaçmaz Ərazisinə müraciət etdi, sənədlər müayinə olunarkən ona bildirdilər ki, qardaşı Ə.Qasımovdan miras qalmış 0,07 ha torpağa çıxarış verilib. O, vəkil sorğusu etdirdi və Maraqlı şəxs2 05 noyabr 2021-ci il tarixli məktunu ilə ona cavab verdilər, həmin məlumatı aldıqda ona məlum oldu ki, qardaşı Ə.Qasımov xx.xx.2005-ci il tarixdə vəfat etməsinə baxmyaraq kimlərsə cinayət yoluna əl ataraq onun mülkiyətində olan 0,07 ha həyətyanı torpaq sahəsini xx.xx.2006-cı il tarixli 4Ə-476-479 saylı alqı-satqı müqaviləsinə əsasən ləğv edilmiş Dövlət Torpaq və Xəritələnmə Komitəsi tərəfindən Cavabdeh3 JN-2326F KOD 30319018 saylı Torpağın Mülkiyyətə Verilməsinə dair şəhadətnamə işlənmiş və həmin şəhadətnaməyə əsasən 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən Cavabdeh3 adına xx.xx.2009-cu il tarixli ********** qeydiyyat nömrəsi **********2 reyestr nömrəli çıxarış işlənmiş, bundan sonra Cavabdeh3 qeyd olunan torpaq sahəsini Xaçmaz rayonu 1 saylı dövlət Notariat Kontorunun xx.xx.2009-cu il tarixli 4Ə-06/1183 №li alqı-satqı müqaviləsinə əsasən Cavabdeh2 adına özgəninləşdirilmiş və xx.xx.2009-cu il tarixli ********** qeydiyyat nörmrəli çıxarışla Cavabdeh2 mülkiyyət hüququ tanınmış, Cavabdeh2 da həmin torpaq sahəsini Quba rayon Notariat Kontorunun xx.xx.2015-ci il tarixli 4Ə-981 reyestr nömrəli bağışlama müqaviləsinə əsasən Cavabdeh1 adına özgəninləşdirmiş və xx.xx.2015-c il tarixli **********3 qeydiyyat №-li çıxarışla Cavabdeh1 mülkiyyət hüququ tanınmışdır və sənədlərin surəti ona məhkəmə qərarı əsasında verilə bilər. Qeyd olunan məktubdan aşkar olur ki, qardaşı Ə.Qasımov vəfat etməsinə baxmayaraq, vəfat etmiş şəxsin adından kimlərsə xx.xx.2006-cı il taridə saxta alqı-satqı həyata keçirmişdir, ona görə də hazır ki, iddia ərizəsi ilə məhkəməyə müraciət etməli olmuşdur. İddia ərizəsinə əlavə etdiyi JN-682F KOD 30319018 saylı Torpağın Mülkiyyətə verilməsinə dair şəhadətnamədən aşkar olur ki, Quba rayon Aqrar İslahat Komissiyasının 10 iyun 1997-ci il tarixli 06 saylı qərarı ilə 0,07 ha torpaq sahəsi ayrılmış və adına mülkiyyətini təsdiq edən JN-682F KOD 30319018 saylı Torpağın Mülkiyyətə verilməsinə dair şəhadətnamə işlənmişdir. İddia ərizəsinə əlavə etdiyi Maraqlı şəxs1 xx.xx.2021-ci il tarixli 3544№li məktubundan aşkar olur ki, o, xx.xx.2005-ci il tarixdə vəfat etmiş X3 vərəsəsi sırasına daxil edilmişdir. İddia ərizəsinə əlavə etdiyi xx.xx.2005-ci il tarixli ölüm haqqında şəhadətnamədən aşkar olur ki, qardaşı X9 xx.xx.2005-ci il tarixdə vəfat etmişdir. O, mərhum qardaşı Ə.Qasımovdan miras qalmış 0,07 ha torpaq sahəsinin kənar şəxslər tərəfindən saxtakarlıq yolu ilə özgəninləşdirilməsindən Maraqlı şəxs2ndən məktub aldıqdan sonra bilmiş, ona görə də iddia müddətini buraxmamışdır. İş üzrə Cavabdeh2 məhkəməyə ərizə təqdim edərək, İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh1, ona yəni Cavabdeh2, maraqlı tərəf X31 Xidmət Mərkəzində Notariat Ofisi və Maraqlı şəxs2ndə qarşı alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi və çıxarışların ləğv edilməsi tələbinə dair iddiasının rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəni onunla əsaslandırmışdır ki, o, X10 16 noyabr 2009-cu il tarixdə AN-İ seriyalı, ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Xaçmaz rayon Ərazi İdarəsi tərəfindən xx.xx.2009-cu il tarixdə verilmiş seriya MH, nömrə ******* olan, ********** qeydiyyat nömrəli, **********02 reyestr nömrəli Çıxarışa əsasən Quba rayonu, İ Nügədi kəndində yerləşən 0,50 ha torpaq sahəsinin dəyərini Cavabdeh3 ödəyərək almışdır. Daha sonra 06 avqust 2015-ci il tarixdə daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən həmin torpaq sahəsini qardaşı oğlu Cavabdeh1 bağışlamışdır. Ötən müddət ərzində, yəni torpaq sahəsini əldə etdiyi 2009-cu ildən həmin torpaq sahəsi ilə bağlı heç kim tərəfindən hər hansı narazıçılıq olmamışdır. Torpaq sahəsinin ilkin olaraq kimlərə məxsus olmasından xəbərsizdir. Bir daha qeyd edir ki, o, sözügedən torpaq sahəsini Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Xaçmaz Rayon Ərazi İdarəsi tərəfindən xx.xx.2009-cu il tarixdə verilmiş seriya MH, nömrə ******* olan, ********** qeydiyyat nömrəli, **********02 reyestr nömrəli Çıxarışa əsasən Cavabdeh3 alımışdır. Məhkəmə iclasında İddiaçı nümayəndəsi X11 iddia ərizəsinə uyğun izahat verərək, iddiasının təmin olunmasını və iddia tələbinə qiyabi icraat qaydasında baxılmasını xahiş etdi. İş üzrə maraqlı tərəf X31 Xidmət Mərkəzində Notariat Ofisinin notariusu Cəmil Hüseynov məhkəməyə məktub göndərərək, X31 Xidmət Mərkəzində fəaliyyət göstərən notariat ofisinin iş rejimi və vətəndaş müraciətlərinin çoxluğu səbəbindən məhkəmə iclasında iştirak edə bilməyəcəyini və məhkəmə iclasının iştirakı olmadan keçirilməsini xahiş etmişdir. İş üzrə cavabdehlər Cavabdeh1 Bəsarət oğlu, Cavabdeh2 və maraqlı tərəf Maraqlı şəxs2 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə hər hansı məlumat verməmişlər. Məhkəmə iddiaçının işə qiyabi icraat qaydasında baxılmasına dair ərizəsini və cavabdehlərin lazımi qaydada xəbərdar edilmiş hesab olunmasına baxmayaraq, məhkəmə iclasına gəlməməsini nəzərə alaraq Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 238.1-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq toplanmış sübutlara qiymət verməklə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: JN- 682F KOD 30319018 saylı Torpağın Mülkiyyətə Verilməsinə Dair Şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X3 mülkiyyətinə Quba rayon Aqrar İslahat Komissiyasının 10 iyun 1997-ci il tarixli, 06 saylı qərarı ilə 0,07 hektar torpaq sahəsi verilmişdir. İş materiallarında olan ölüm haqqında AZ-İ seriyalı 153391 №-li şəhadətnamənin surətindən görünür ki, X9 xx.xx.2005-cı il tarixdə ölmüşdür. İş materiallarında olan Quba rayon İHB-nın 1-ci Nügədi kənd İƏD üzrə nümayəndəsinin xx.xx.2021-ci il tarixli, 532 №li arayışdan görünür ki, X9 xx.xx.2005-ci il tarixdə vəfat etmişdir, vəfatından sonra vərəsələri İddiaçı və bacısı X6 qalmışlar. İş materiallarında olan Maraqlı şəxs1 xx.xx.2021-ci il tarixli 3544 №li məktubundan görünür ki, İddiaçı xx.xx.2005-ci il tarixdə vəfat etmiş X3 vərəsəsi sırasına daxildir. İş materiallarında olan Dövlət Notariat Arxivinin Quba rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(027)-393/2022 saylı müraciətinə cavab məktubundan görünür ki, Quba rayon dövlət notariat ofisi tərəfindən arxivə təhvil verilmiş 4Ə-476 reyestr nömrəli müqavilənin 30 iyun 2006-cı il, 08 iyul 2006-cı il, 4Ə-477, 4Ə-478 reyestr nömrəli müqavilələrin 08 iyul 2006-cı, 17 mart 2006-cı il tarixlərdə digər şəxslər barəsində qeydiyyatının aparıldığı müəyən edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 Saylı Xaçmaz Ərazi İdarəsinin xx.xx.2021-ci il tarixli **********03 nömrəli məktubundan görünür ki, X5 məxsus 0.07 ha torpaq sahəsinə verilmiş JN-628F KOD 30319018 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə Quba rayon DNK-nun xx.xx.2006-cı il tarixli, 4-Ə-476-479 saylı alqı-satqı müqavilələ əsasən ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən Cavabdeh3 adına 0.50 ha torpaq sahəsinə dair JN-2326F KOD 30319018 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” işlənmiş və həmin şəhadətnaməyə əsasən 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən Cavabdeh3 adına xx.xx.2009-cu il tarixli, ********** qeydiyyat nömrəli, **********02 reyestr nömrəli çıxarış işlənmişdir. Cavabdeh3 yuxarıda qeyd olunan sahə Xaçmaz rayonu 1 saylı dövlət notariat kontorunun xx.xx.2009-cu il tarixli, 4Ə-06/1183 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən Cavabdeh2 adına özgəninkiləşdirmiş və xx.xx.2009-cu il tarixli, ********** qeydiyyat nömrəli çıxarışla Cavabdeh2 mülkiyyət hüququ tanınmışdır. Cavabdeh2 da həmin torpaq sahəsini Quba rayon notariat kontorunun xx.xx.2015-ci il tarixli, 4Ə-981 reyestr nömrəli bağışla müqaviləsinə əsasən Cavabdeh1 adına özgəninkiləşdirilmiş xx.xx.2015-ci il tarixli, **********3 qeydiyyat nömrəli çıxarışla Cavabdeh1 mülkiyyət hüququ tanınmışdır. İş materiallarında olan Quba rayon Qeydiyyat şöbəsinin 21 fevral 2022-ci il tarixli 25 №li arayışından görünür ki, Cavabdeh3 xx.xx.2011-ci il ildə Azərbaycan Respublikası Bakı şəhəri, Səbail rayonunda vəfat etmişdir. İş materiallarında olan Quba rayon İHB-nın 1-ci Nügədi kənd İƏD üzrə nümayəndəsinin xx.xx.2022-ci il tarixli, 325 №li arayışdan görünür ki, Cavabdeh3 xx.xx.2011-ci il tarixdə vəfat etmiş, vəfatından sonra vərəsələri X1, X2, X12, X13, X18, X7, X16, X17 qalmışlar. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli **********02 nömrəli məktubundan görünür ki, xx.xx.2009-cu il tarixli, ********** qeydiyyat nömrəli, **********2 reyestr nömrəli çıxarış Cavabdeh3 adına olan Quba rayonu, Birinci Nügədi kəndində yerləşən 0.50 ha yaşayış məntəqələrinin torpaq sahəsini Xaçmaz rayonu 1 saylı dövlət notariat kontorunun xx.xx.2009-cu il tarixli, 4Ə-06/1183 reyestr nömrəli alıq-satqı müqaviləsinə əsasən Cavabdeh2 özgəninkiləşdirilmiş, Cavabdeh2 isə həmin torpaq sahəsini Quba rayonu, notariat kontorunun xx.xx.2015-ci il tarixli, 4Ə-981 reyestr nömrəli bağışlanma müqaviləsinə əsasən Cavabdeh1 adına özgəninkiləşdirmiş, xx.xx.2015-ci il tarixli ********** qeydiyyat nömrəli **********02 reyestr nömrəli çıxarışla mülkiyyət hüququ tanınmışdır. JN-2326F KOD 30319018 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”nin verilməsinə əsas olmuş sənədlərin ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komotəsi tərəfindən 5 saylı Xaçmaz Ərazi İdarəsinə təhvil verilməmişdir. İş materiallarında olan Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən MH seriyalı, ******* №-li, qeydiyyat nömrəsi ********** olan xx.xx.2009-cu il tarixli Çıxarışdan görünür ki, Quba rayonu, 1-ci Nügədi kəndində yerləşən 0,50 ha torpaq sahəsi mülkiyyət hüququ üzrə Cavabdeh3 adına daşınmaz əmlakın dövlət reyestrində 17 nömrəli reyestr kitabının 171 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş mareriallarında olan xx.xx.2009-cu il tarixdə reyestrdə AN-İ № ******* nömrə ilə qeyd edilmiş alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh3 tərəfindən Quba rayonu, 1ci Nügədi kəndində yerləşən 0,50 ha torpaq sahəsi Cavabdeh2 Ramzan oğluna satılmışdır. İş materiallarında olan Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən MH seriyalı, ******* №-li, qeydiyyat nömrəsi ********** olan xx.xx.2009-cu il tarixli Çıxarışdan görünür ki, Quba rayonu, 1-ci Nügədi kəndində yerləşən 0,50 ha torpaq sahəsi mülkiyyət hüququ üzrə Cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrində 17 nömrəli reyestr kitabının 171 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan 06 avqust 2015-ci il tarixli bağışlama müqaviləsindən görünür ki, Cavabdeh2 mülkiyyətində olan **********02 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən tam mülkiyyət üzrə 0,5 ha torpaq sahəsini Cavabdeh1 bağışlamışdır. İş materiallarında olan Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı, ******* №-li, qeydiyyat nömrəsi ********** olan xx.xx.2015-ci il tarixli Çıxarışdan görünür ki, Quba rayonu, 1-ci Nügədi kəndində yerləşən 0,50 ha torpaq sahəsi tam mülkiyyət hüququ üzrə Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrində 17 nömrəli reyestr kitabının 171 nömrəli vərəqində qeydiyyata alınmışdır. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 10/3248 nömrəli ekspert rəyindən görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin mühəndisi A.Paşayevin mütəxəssis rəyində qeyd edilir ki, elektron xəritə materialları üzərində JN-682F KOD 30319018 saylı Torpağın Mülkiyyətə Verilməsinə Dair Şəhadətnamə əsasən X5 məxsus 0,07 ha torpaq sahəsi bütövlükdə MH seriyalı ******* nömrəli çıxarışda göstərilən torpaq sahəsi ilə üst-üstə düşür. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun: 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır; 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır; 2.3-cü maddəsinə əsasən daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər; 2.4-cü maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir; 21.2-ci maddəsinə əsasən daşınmaz əmlaka dövlət qeydiyyatına alınmış hüquqlar barədə məhkəmədə mübahisə olduqda, bu barədə dövlət reyestrində iddia ərizəsinin məhkəmə icraatına qəbul edilməsi haqqında məhkəmənin arayışı əsasında müvafiq qeydlər edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsi 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimisahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür; 646.1-ci maddəsinə əsasən daşınmaz əşyaların alqı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür; 646.2-ci maddəsinə əsasən əgər bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, daşınmaz əşyaların alğı-satqısına əşyaların alğı-satqısı haqqında ümumi müddəalar müvafiq surətdə tətbiq edilir; 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir; 148.2-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları müdafiə edilməlidir; 182.1-ci maddəsinə əsasən əşyanı özgəninkiləşdirənin onun mülkiyyətçisi olmadığı, lakin bu fakt barədə vicdanlı əldə edən olduğu hallarda da əldə edən əşyanın mülkiyyətçisi olur. Əgər əldə edən özgəninkiləşdirənin mülkiyyətçi olmadığını bilirmişsə və ya bilməli idisə, vicdanlı əldə edən sayılmır. Vicdanlılıq faktı əşya verilənə qədər mövcud olmalıdır; 182.2-ci maddəsinə əsasən daşınar əşyanın mülkiyyətçisi bu əşyanı itirmişsə, əşya ondan oğurlanmışsavə ya iradəsinin ziddinə olaraq başqa şəkildə onun sahibliyindən çıxmışsa, yaxud əldə edən onu əvəzsiz almışsa, həmin əşyanı əldə edən vicdanlı ola bilməz. Bu məhdudiyyətlər auksionda özgəninkiləşdirilmiş pula, sənədli qiymətli kağızlara və əşyalara tətbiq olunmur; 182.3-cü maddəsinə əsasən daşınar əşyanın mülkiyyətçisi bu əşyanı itirmişsə, əşya ondan oğurlanmışsavə ya iradəsinin ziddinə olaraq başqa şəkildə onun sahibliyindən çıxmışsa, yaxud əldə edən onu əvəzsiz almışsa, həmin əşyanı əldə edən vicdanlı ola bilməz. Bu məhdudiyyətlər auksionda özgəninkiləşdirilmiş pula, sənədli qiymətli kağızlara və əşyalara tətbiq olunmur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır; 141.1-ci maddəsinə əsasən əgər daşınmaz əmlakın dövlət reyestrinin məzmunu torpaq sahəsi üzərində hüquqa və ya həmin hüququn məhdudlaşdırılmasına dair həqiqi hüquqi vəziyyətə uyğun deyildirsə, hüququ qeydə alınmamış və ya hüququ düzgün qeydə alınmamış şəxs, yaxud mövcud olmayan yüklənmə haqqında qeydin daxil edilməsi ilə hüququ pozulmuş şəxs daşınmaz əmlakın dövlət reyestrində qeyddə düzəlişin aparılması üçün belə düzəlişlə hüququna toxunulan şəxsdən razılıq verməsini tələb edə bilər; 141.2-ci maddəsinə əsasən bu Məcəllənin 141.1-ci maddəsində nəzərdə tutulmuş hallarda daşınmaz əmlakın dövlət reyestrinin mötəbərliyinə qarşı etiraz edilə bilər; 141.3-cü maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrinə etirazla bağlı qeydin daxil edilməsi məhkəmənin qərarı və ya reyestrdə düzəlişin aparılması ilə hüququ toxunulan şəxsin razılığı ilə həyata keçirilir. 149.2-ci maddəsinə əsasən əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürülməsi istisna edilmir. Bu zaman vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqları saxlanılır. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, torpağa mülkiyyət hüququna dair JN-682F KOD 30319018 saylı Torpağın Mülkiyyətə Verilməsinə Dair Şəhadətnaməyə əsasən Quba rayon Aqrar İslahatı Komissiyasının xx.xx.1997-ci il tarixli 06 saylı qərarı ilə X5 0,07 hektar torpaq sahəsi verilmiş, X5 məxsus 0.07 ha torpaq sahəsinə verilmiş JN-628F KOD 30319018 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə Quba rayon DNK-nun xx.xx.2006-cı il tarixli, 4-Ə-476-479 saylı alqı-satqı müqavilələ əsasən ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən Cavabdeh3 adına 0.50 ha torpaq sahəsinə dair JN-2326F KOD 30319018 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” işlənmiş və həmin şəhadətnaməyə əsasən 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən Cavabdeh3 adına xx.xx.2009-cu il tarixli, ********** qeydiyyat nömrəli, **********02 reyestr nömrəli çıxarış işlənmişdir. xx.xx.2009-cu il tarixli AN-İ № ******* nömrəli alqı-satqı müqaviləsindən göründüyü kimi, həmin torpaq sahəsi Cavabdeh3 tərəfindən Quba rayonu, 1-ci Nügədi kəndində yerləşən 0,50 ha torpaq sahəsi Cavabdeh2 Ramzan oğluna satılmış, 06 avqust 2015-ci il tarixli bağışlama müqaviləsinə əsasən Cavabdeh2 tərəfindən mülkiyyətində olan 0,50 ha torpaq sahəsi Cavabdeh1 bağışlamışdır. Həmin torpaq sahəsi üzrə cavabdehlərlə iddiaçı arasında bağlanmış alqı-satqı müqaviləsi notarial qaydada bağlanaraq təsdiq edilmiş olsa da, iş materiallarında olan Dövlət Notariat Arxivinin məktubundan göründüyü kimi Quba rayon dövlət notariat ofisi tərəfindən arxivə təhvil verilmiş 4Ə-476 reyestr nömrəli müqavilənin 30 iyun 2006-cı il, 08 iyul 2006-cı il, 4Ə-477, 4Ə-478 reyestr nömrəli müqavilələrin 08 iyul 2006-cı, 17 mart 2006-cı il tarixlərdə digər şəxslər barəsində qeydiyyatının aparıldığı müəyən edilmişdir. İş üzrə mötəbər sübut olan ekspert rəyinin nəticəsindən də göründüyü kimi, Quba rayon dövlət notariat ofisi tərəfindən arxivə təhvil verilmiş 4Ə-476 reyestr nömrəli müqavilənin 30 iyun 2006-cı il, 08 iyul 2006-cı il, 4Ə-477, 4Ə-478 reyestr nömrəli müqavilələrin 08 iyul 2006-cı, 17 mart 2006-cı il tarixlərdə digər şəxslər barəsində qeydiyyatının aparıldığı müəyən edilmişdir. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 324.1-ci maddəsinin tələbinə görə əqd mülki hüquq münasibətlərinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli və ya çoxtərəfli iradə ifadəsidir; 324.4-cü maddəsinin tələbinə görə müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi zəruridir; 337.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Məhkəmə işin araşdırılmış halları baxımından hesab edir ki, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşmaqdadır. Belə ki, mülki qanunvericiliyin tələblərinə əsasən əqdin bağlanması üçün hər şeydən əvvəl tərəflərin arzusu, istəyi olmalıdır. Əqdlər aşağıdakı əlamətlərlə xarakterizə olunur: 1) əqd həmişə iradəvi akt olub, adamların hərəkətlərini ehtiva edir; 2) əqd hüquqauyğun hərəkətdir; 3) əqd xüsusi olaraq mülki hüquq münasibətlərinin əmələ gəlməsinə, dəyişməsinə və xitamına yönələn hərəkətdir; 4) əqd müəyyən hüquqi nəticələr əmələ gətirən hərəkətdir. Mülki qanunvericilikdə əqdin etibarsız hesab olunması üçün aşağıdakı ünsürlərdən birinin qüsurlu olması vacibdir: subyekt tərkibinə görə; məzmununa görə; formasına görə; iradə və iradə ifadəsinə görə. Qanunvericinin tələblərinə əsasən alqı-satqı müqavilələri bağlanarkən tərəflərin iradə ifadəsi müqavilələrin bağlanılmasının zəruri şərtidir. Hər hansı əqdin (o cümlədən, alqısatqı müqaviləsinin) etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununu qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Əqdin etibarsızlığı dedikdə mülki qanunvericilikdə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanan və məzmununda nəzərdə tutulmuş mülki hüquq münasibətləri yaratmayan, yalnız özünün etibarsızlığı ilə bağlı nəticələrə səbəb olan əqd anlaşılır (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsi). Göstərilənləri nəzərə alaraq məhkəmə qeyd edir ki, cavabdehlərin qeyd olunan əmlaka qanunsuz əsaslarla sahib çıxması məhkəmə iclasında yetərli sübutlarla öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Quba Rayon Notariat Kontoru tərəfindən-X9 ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2006-cı il tarixdə JN 682F KOD 30319018 saylı Torpağın Mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə 0,07 ha torpağa dair 4Ə-476-479 saylı alqısatqı müqaviləsinin etibarsız sayılmalı və həmin alqı-satqı müqaviləsinə əsasən verilmiş xx.xx.2009-cu il tarixli ********** qeydiyyat nömrəli **********02 reyestr nömrəli çıxarışın ləğv edilməli, Xaçmaz rayon 1 saylı Dövlət Notariat Kontoru tərəfindən Cavabdeh3 ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2009-cu il tarixli 4Ə-06/1183 nömrəli alqı-satqı müqaviləsi etibarsız sayılmalı və həmin alqı-satqı müqaviləsi əsasında verilmiş xx.xx.2009-cu il tarixli ********** qeydiyyat nömrəli çıxarış ləğv edilməli, Quba rayon Notariat Kontoru tərəfindən Cavabdeh2 və Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli 4Ə-981 reyestr nömrəli bağışlama müqaviləsi etibarsız hesab edilməli və həmin bağışlama müqaviləsi əsasında Cavabdeh1 adına verilmiş xx.xx.2015-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışın ləğv edilməlidir. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 119-cu, 216-220-ci və 227-ci madələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Quba Rayon Notariat Kontoru tərəfindən-X9 ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2006-cı il tarixdə JN 682F KOD 30319018 saylı Torpağın Mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə 0,07 ha torpağa dair 4Ə- 476-479 saylı alqı-satqı müqaviləsi etibarsız sayılsın və həmin alqı-satqı müqaviləsinə əsasən verilmiş xx.xx.2009-cu il tarixli ********** qeydiyyat nömrəli **********02 reyestr nömrəli çıxarış ləğv edilsin. Xaçmaz rayon 1 saylı Dövlət Notariat Kontoru tərəfindən Cavabdeh3 ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2009-cu il tarixli 4Ə-06/1183 nömrəli alqı-satqı müqaviləsi etibarsız sayılsın və həmin alqı-satqı müqaviləsi əsasında verilmiş xx.xx.2009-cu il tarixli ********** qeydiyyat nömrəli çıxarış ləğv edilsin. Quba rayon Notariat Kontoru tərəfindən Cavabdeh2 və Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli 4Ə-981 reyestr nömrəli bağışlama müqaviləsi etibarsız hesab edilsin və həmin bağışlama müqaviləsi əsasında Cavabdeh1 adına verilmiş xx.xx.2015-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarış ləğv edilsin. Cavabdehlər qiyabi qətnaməni aldıqdan (rəsmi qaydada verildikdən) sonra 10 gün müddətində həmin qətnamənin ləğvi üçün Quba Rayon Məhkəməsinə ərizə verə bilər. Hakim: Vüqar Seyidov
Məhkəmə qərarları › İş №2(027)-62/2023
Quba Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(027)-62/2023
05.06.2023 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver