Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-628/2020 13.03.2020 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov İlqar Aslan oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi ilə, İddiaçı-nin nümayəndəsi X1 iştirakı ilə İddiaçı-nin Cavabdeh qarşı xx.xx.2019-cu il tarixli 139361/19 saylı lizinq müqaviləsinin ləğvi, lizinq obyektinin qaytarılmasıvə dəymiş ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə baxaraq, Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli 139361/19 saylı daxili lizinq müqaviləsinin ləğv edilməsi, Cavabdeh İddiaçı-nin xeyrinə dəymiş maddi ziyanın əvəzi kimi 19.000 manat pulun və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması, xx.xx.2019-cu il tarixli 139361/19 saylı daxili lizinq müqaviləsinə əsasən Cavabdeh verilmiş «qara metallik» rəngli, ban: WBANU71040CT22217, mühərrik: olan, BMW 5251 markalı, **-PB-*** dövlət nömrə nişanlı minik avtomobili İddiaçı-yə qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə İddiaçı-nin nümayəndəsi X3 iddia tələbini müdafiə edərək göstərdi ki, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2019-cu il tarixdə 139361/19 saylı daxili lizinq müqaviləsi bağlanmış, müqaviləyə əsasən «qara metallik» rəngli, ban: WBANU71040CT22217, mühərrik: olan, BMW 5251 markalı, **-PB-*** dövlət nömrə nişanlı minik avtomobili lizinqə verilmişdir. İddiaçı ilə «xxxx» ASC arasında **-PB-*** dövlət nömrə nişanlı BMW 5251 markalı avtomobil xx.xx.2019-cu il tarixdə sığortalanmış və MC-Mİ-1255/19 saylı sığorta müqaviləsi bağlanmışdır. Cavabdeh xx.xx.2019-cu il tarixdə «xxxx» ASC-yə müraciət edərək, xx.xx.2019-cu il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı lizinq obyektinə ziyan dəyməsi barədə məlumat vermiş, lakin Cavabdeh yol-nəqliyyat hadisəsi zamanı sərxoş vəziyyətdə olduğu üçün sığorta ödənişindən imtina edilmişdir. Yol-nəqliyyat hadisəsi zamanı **-PB-*** dövlət nömrə nişanlı BMW 5251 markalı avtomobilə 19.000 manat ziyan dəymişdir. Göstərilənləri nəzərə alaraq, İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli 139361/19 saylı daxili lizinq müqaviləsinin ləğv edilməsi, Cavabdeh İddiaçı-nin xeyrinə dəymiş maddi ziyanın əvəzi kimi 19.000 manat pulun və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması, xx.xx.2019-cu il tarixli 139361/19 saylı daxili lizinq müqaviləsinə əsasən Cavabdeh verilmiş «qara metallik» rəngli, ban: WBANU71040CT22217, mühərrik: olan, BMW 5251 markalı, **-PB-*** dövlət nömrə nişanlı minik avtomobili İddiaçı-yə qaytarılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. İş üzrə Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdarlıq edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir.Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə İddiaçı-nin nümayəndəsi X2 dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2019-cu il tarixli, 139361/19 saylı daxili lizinq müqaviləsindən görünür ki, Cavabdeh arasında lizinq müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən «qara metallik» rəngli, ban: WBANU71040CT22217, mühərrik: olan, BMW 5251 markalı, **-PB-*** dövlət nömrə nişanlı minik avtomobili lizinqə verilmişdir. İddiaçı ilə «xxxx» ASC arasında **-PB-*** dövlət nömrə nişanlı BMW 5251 markalı avtomobil xx.xx.2019-cu il tarixdə sığortalanmışdır. İş materiallarında olan «xxxx» ASC-nin xx.xx.2019-cu il tarixli Cavabdeh xx.xx.2019-cu il tarixdə «xxxx» ASC-yə müraciət edərək, xx.xx.2019-cu il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı lizinq obyektinə ziyan dəyməsi barədə məlumat vermiş, lakin Cavabdeh yol-nəqliyyat hadisəsi zamanı sərxoş vəziyyətdə olduğu üçün sığorta ödənişindən imtina edilmişdir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli ziyan aktından görünür ki, yol-nəqliyyat hadisəsi zamanı **-PB-*** dövlət nömrə nişanlı BMW 5251 markalı avtomobilə 19.000 manat ziyan dəymişdir. İş materiallarına əlavə olunmuş xəbərdarlıq məktubundan görünür ki, iddiaçı tərəfindən cavabdehə dəymiş ziyanın könüllü olaraq ödənilməsi barədə xəbərdarlıq edilmişdir. Məhkəmə iş üzrə mövcud sübutlara əsasən müəyyən etmişdir ki, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2019-cu il tarixdə 139361/19 saylı daxili lizinq müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən «qara metallik» rəngli, ban: WBANU71040CT22217, mühərrik: olan, BMW 5251 markalı, **-PB-*** dövlət nömrə nişanlı minik avtomobili lizinqə verilmişdir. Cavabdeh yolnəqliyyat hadisəsi törədərək, İddiaçı-nin mülkiyyətində olan **-PB-*** dövlət nömrə nişanlı BMW 5251 markalı avtomobilə 19.000 manat məbləğində ziyan vurmuşdur. Avtomobil sığortalanmış olsa da, cavabdeh avtomobili sərxoş vəziyyətdə idarə etdiyi üçün sığorta ödənişindən imtina edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 747.1-ci maddəsinə əsasən, lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Həmin Məcəllənin 748-1.12.4-cü maddəsinə əsasən, lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmədikdə lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz 4 geri almaq və bununla da da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. Həmin Məcəllənin 748-10.2-ci maddəsinə görə lizinq ödənişlərinin məbləği, həyata keçirilməsi üsulu, forması və dövriliyi lizinq müqaviləsinə uyğun olaraq bu Məcəllənin müddəaları nəzərə alınmaqla həyata keçirilir. Məhkəmə hesab edir ki, qanunvericiliyin göstərilən müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmış və iddiaçının borcun ödənilməsi ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. İddiaçının cavabdehə qarşı tələbi tərəflər arasında bağlanılmış «Daxili lizinq müqaviləsi»ndən irəli gəlir. Azərbaycan Respublikası Mülki Məcəllənin 385-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəlikdə tərəf kimi mülki-hüquq münasibətlərinin bütün iştirakçıları – fiziki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerli özünüidarə orqanları çıxış edə bilərlər (Mülki Məcəllənin 5-ci maddəsi). Hər bir öhdəlikdə borclu – pul ödəməyə, əmlak verməyə, işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor – borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. Məhkəmə hesab edir ki, cavabdeh X4 müqavilə üzrə öhdəliklərini lazımınca icra etməməklə onun şərtlərini pozduğuna görə lizinq müqaviləsini ləğv etmək və lizinq predmetini geri almaq isə lizinq verənə bilavasitə qanunvericiliklə verilmiş hüquqlardır. Məhkəmə iş materiallarını tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək və qüvvədə olan mülki və mülki prosessual qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab edir ki, iddia təmin olunmalı, İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli 139361/19 saylı daxili lizinq müqaviləsinin ləğv edilməli, Cavabdeh İddiaçı-nin xeyrinə dəymiş maddi ziyanın əvəzi kimi 19.000 (on doqquz min) manat pul və dövlət rüsumu üçün ödənilmiş 30 (otuz) manat məbləğində pul vəsaiti tutulmalı, xx.xx.2019-cu il tarixli 139361/19 saylı daxili lizinq müqaviləsinə əsasən Cavabdeh verilmiş «qara metallik» rəngli, ban: WBANU71040CT22217, mühərrik: olan, BMW 5251 markalı, **-PB-*** dövlət nömrə nişanlı minik avtomobili İddiaçı-yə qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli 139361/19 saylı daxili lizinq müqaviləsi ləğv edilsin Cavabdeh İddiaçı-nin xeyrinə dəymiş maddi ziyanın əvəzi kimi 19.000 (on doqquz min) manat pul və dövlət rüsumu üçün ödənilmiş 30 (otuz) manat məbləğində pul vəsaiti tutulsun. xx.xx.2019-cu il tarixli 139361/19 saylı daxili lizinq müqaviləsinə əsasən Cavabdeh verilmiş «qara metallik» rəngli, ban: WBANU71040CT22217, mühərrik: olan, BMW 5251 markalı, **-PB-*** dövlət nömrə nişanlı minik avtomobili İddiaçı-yə qaytarılsın. Qətnamədən rəsmi qaydada verildikdən sonra bir ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqar Məmmədov
Məhkəmə qərarları › İş №2(027)-628/2020
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-628/2020
13.03.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver