Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-633/2022 18.04.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X24 katibliyi, Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 iştirakı ilə, Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 maraqlı şəxs Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 5 saylı Ərazi İdarəsinə qarşı hüquqi əhəmiyyətli faktın müəyyən olunması tələbinə dair ərizəsi üzrə mülki işə Quba Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, m ü ə y y ə n e t d i: Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 məhkəməyə ərizə ilə müraciət edərək, Quba rayon Aqrar İslahat Komissiyasının 2002-ci il 02 may tarixli, 04 saylı qərarı Quba rayonu, Tülər kəndi ərazisindən kənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə ayrılmış 3.00 ha torpaq sahəsinə dair adlarına tərtib olunmuş mülkiyyətlərini təsdiq edən JN-0001, Kod 30325048 saylı Torpağa Mülkiyyət Hüququna X30nın Ərizəçi1 və Məmmədova (Əhmədova) Yeganə Zülfəddin qızına məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişlər. Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 ərizələrini onunla əsaslandırmışlar ki, onlara və ailə üzvlərinə Quba rayon Aqrar İslahat Komissiyasının 02 may 2002-ci il tarixli 04 saylı qərarı ilə Quba rayonu, Tülər kəndi ərazisindən 3.00 ha kənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə torpaq sahəsi ayrılmış və adlarına mülkiyyətlərini təsdiq edən JN-0001 Kod 30325048 saylı Torpağa Mülkiyyət Hüququna X30 verilmişdir. Qeyd olunan Dövlət Aktında o, Ərizəçi2 əvəzinə X2, o, X3 adı Nəzirə əvəzinə Nadirə, atasının adı Zəbisultan əvəzinə Zəbisoltan kimi qeyd edilmişdir. onlar və ailə üzvləri qeyd olunan torpaq sahəsini özgəninkiləşdirmək istəyirlər. X27 adları düzgün qeyd edilmədiyi üçün özgəninkiləşdirməni həyata keçirə bilmirlər. Onlar qeyd olunan Dövlət Aktında olan uyğunsuzluğu aradan qaldırmaq üçün DƏDRX-nın 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət etmişlər. Lakin, onlar 29.12.2019-cu il tarixli məktubu ilə adlarında və ata adında olan uyğunsuzluğu aradan qaldırmaq və düzəlişlərin həyata keçirilməsi onların səlahiyyətinə aid olmadığını, bununla bağlı məhkəməyə müraciət etməyi tövsiyə etmişlər. Ona görə də, hazırki ərizə ilə məhkəməyə müraciət etməli olmuşlar. Şəxsiyyətlərini müəyyən edən bütün sənədlərdə soyadları, adları və ata adı Ərizəçi1 və Ərizəçi2 kimi qeyd edilmişdir.. Məhkəmədə ərizəçilər Ərizəçi1 və Ərizəçi2 ərizəni müdafiə edərək, ərizənin təmin olunmasını xahiş etdilər. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, maraqlı şəxs qismində AR ƏMDK yanında DƏDRX-nin 5 saylı Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçiləri dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakılara əsasən ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan şəxsiyyət vəsiqəsinin və doğum haqqında şəhadətnamənin surətlərindən görünür ki, Ərizəçi1 xx.xx.1977-ci il tarixdə anadan olmuşdur. Onun şəxsiyyət vəsiqəsində adı və atasının adı “Ərizəçi1” olaraq qeyd edilmişdir. İş materiallarında olan doğum haqqında şəhadətnamənin və şəxsiyyət vəsiqəsinin surətlərindən görünür ki, Ərizəçi2 xx.xx.1978-cı il tarixdə anadan olmuşdur. Qeyd olunan sənədlərdə onun adı “Ərizəçi2” olaraq qeyd edilmişdir. İş materiallarında olan Quba RİHB-nın Tüləkəran İƏD üzrə nümayəndəliyinin 19.02.2020-ci il tarixli arayışından görünür ki, JN:0001 kod:30325048 nömrəli Torpağa Mülkiyyət Hüququna X29 adı gedən X4, şəxsiyyət vəsiqəsində Ərizəçi1 kimi qeyd edilmiş və şəxsiyyət vəsiqəsinə olduğu kimi oxunmalıdır. Həqiqətən də onun soyadı Əlibalayeva, adı Nəzirə, atasının adı Zəbisultandır. İş materiallarında olan Quba RİHB-nın Tüləkəran İƏD üzrə nümayəndəliyinin 19.02.2020-ci il tarixli arayışından görünür ki, JN:0001 kod:30325048 nömrəli Torpağa Mülkiyyət Hüququna X29 adı gedən X6, şəxsiyyt vəsiqsində Ərizəçi2 kimi qeyd edilmiş və şəxsiyyət vəsiqəsinə olduğu kimi oxunmalıdır. Həqiqətən də onun soyadı Əlibalayeva adı Səxavət, atasının adı Mirzəşahdır. İş materiallarına əlavə edilmiş Torpağa Mülkiyyət Hüququna X30nın surətindən görünür ki, Ərizəçi1, Ərizəçi2 və onların ailə üzvlərinə Quba rayon AİK-nın 02.05.2002-ci il tarixli 04 saylı qərarı ilə Torpağın Mülkiyyətə Verilməsinə dair JN-0001 kod 30325048 saylı Dövlət Aktı tərtib edilərək 3.00 ha torpaq sahəsi verilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, Ərizəçi1, Ərizəçi2 və onların ailə üzvlərinə Quba rayon AİK-nın 02.05.2002-ci il tarixli 04 saylı qərarına əsasən 3.00 ha torpaq sahəsi verilmiş və Torpağın Mülkiyyətə Verilməsinə dair JN-0001 kod 30325048 saylı Dövlət Aktı tərtib edilmişdir. X28 “Ərizəçi1” əvəzinə səhvən “X4”, “Ərizəçi2” əvəzinə səhvən “Ərizəçi2 oğlu” kimi qeyd olunmuşdur. Ərizəçi1 və Ərizəçi2 məhkəmədən Torpağa Mülkiyyət Hüququna dair JN JN-0001 kod 30325048 saylı Dövlət Aktının onlara məxsus olması faktının müəyyən edilməsini xahiş etmişlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 307-ci maddəsinə görə məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktını müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, Ərizəçilər həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə təqdim olunmuş və məhkəmədə araşdırılmış sübutlara məcmu halında qiymət verərək, belə qənaətə gəlir ki, ərizəçilərin göstərdiyi hal, yəni Torpağa Mülkiyyət Hüququna dair JN JN-0001 kod 30325048 saylı Dövlət X1, X5, X13, X7, X10, X15, X16, X8 ilə yanaşı, Ərizəçi1 və Ərizəçi2 məxsus olması faktı iş materialları ilə təsdiq olunur, ona görə də ərizə təmin olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 hüquqi əhəmiyyətli faktın müəyyən olunması tələbinə dair ərizələri təmin edilsin. Torpağa Mülkiyyət Hüququna dair JN JN-0001 kod 30325048 saylı Dövlət Aktının Ərizəçi1 və Ərizəçi2 münasibətdə onlara məxsus olmasına dair hüquqi fakt müəyyən edilsin. Qətnamədən, rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rahim Həsənov
Məhkəmə qərarları › İş №2(027)-633/2022
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-633/2022
18.04.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver