Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-634/2022 11.03.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, Məhkəmə iclas katibi Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, Ərizəçi, həmdə digər ərizəçilər X15, Ərizəçi3 və Ərizəçi4 nümayəndəsi Ərizəçi1 iştirakı ilə, Ərizəçilər Ərizəçi1, X15, Ərizəçi3 və Ərizəçi4 maraqlı şəxs Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə ərizəsinə dair mülki işə Quba şəhərində açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən e t d i: Ərizəçilər Ərizəçi1, X15, Ərizəçi3 və Ərizəçi4 məhkəməyə ərizə ilə müraciət edərək, Quba şəhəri ərazisində yerləşən kənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə verilmiş 1,40 ha torpaq sahəsinə dair adlarına tərtib olunmuş JN 372 Kod 30301004 saylı Torpağa Mülkiyyət Hüququna X27 Ərizəçi1, X15, Ərizəçi3 və Ərizəçi4 məxsus olmasına dair qətnamə qəbul edilməsini xahiş etmişlər. Ərizəçilər Ərizəçi1, X15, Ərizəçi3 və Ərizəçi4 ərizələrini onunla əsaslandırmışlar ki, Quba rayon Aqrar İslahat Komissiyasının 05 may 2000-ci il tarixli, 05 saylı qərar ilə - Ərizəçi1, X15, Ərizəçi3, Ərizəçi4 və digər mülkiyyətçilər olan ailə üzvləri X8, X5 və X6 Quba şəhəri ərazisindən kənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə 1.40 ha torpaq sahəsi verilmiş və adlarında 372 Kod 30301004 saylı Torpağa Mülkiyyət Hüququna X30 verilmişdir. X24 digər mülkiyyətçilər X9, X5 və X1, adı və ata adı düzgün yazılmış, onlar- Ərizəçi1 soyadı və ata adı düzgün yazılsa da, adı Ramis əvəzinə səhvən Ramiz kimi, eləcə də X15, Ərizəçi3 və Ərizəçi4 soyadı və adı düzgün yazılsa da, atalalarının adı Ramis əvəzinə səhvən Ramiz kimi qeyd olunmuşdur. Soyad, ad və ata adının Ərizəçi1, X2 Mehriban Ramis qızı və Ərizəçi4 olması şəxsiyyət vəsiqələrinin surət ilə də təsdiq olunur. Hazırda qeyd olunan kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair Reyestr Çıxarış almaq istəyirlər. Lakin JN 372 Kod 30301004 saylı Torpağa Mülkiyyət X3 yalnışlığa görə həmin torpaq sahəsinə dair onların sərəncam vermək hüquqları məhdudlaşmışdır. Bunula bağlı hüquqmüəyyənedici sənədləri DƏDRX-nın 5 saylı Xaçmaz Ərazi İdarəsinə təqdim etmişlər. Lakin onlara 14.01.2022-ci il tarixli məktubu ilə ad və ata adınd olan uyğunsuzluğu aradan qaldırmaq və düzəlişlərin həyata keçirilməsi onların səlahiyyələrinə aid olmadığını, bununla bağlı məhkəməyə müraciət etməyi tövsiyə etmişlər. Ona görə də ərizə ilə məhkəməyə müraciət etməli olmuşlar. JN 372 Kod 30301004 saylı Torpağa Mülkiyyət Hüququna X29 verərn AR DT və XK-i ləğv edilmiş, həmin sənəddəki yalnışlığı başqa yolla düzəliş etdirmək mümkür deyildir. Məhkəmə iclasında ərizəçi, həmdə digər ərizəçilər X15, Ərizəçi3 və Ərizəçi4 nümayəndəsi Ərizəçi1 ərizəni müdafiə edərək təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, maraqlı şəxs qismində Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçi və digər ərizəçilərin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb işdəki sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslıdır və əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, iş materiallarında olan JN-372 Kod 30301004 saylı Torpağa Mülkiyyət Hüququna X25 görünür ki, X10, X9, X5, X11, X16, Ərizəçi3 Ramiz qızı və Ərizəçi4 Ramiz oğlunun mülkiyyətinə Quba rayonu Aqrar İslahat Komissiyasının 05 may 2000-ci il tarixli, 05 saylı qərarı ilə 1.40 hektar torpaq sahəsi verilmişdir, X24 Ərizəçi1 adı, Ramiz kimi, X7, Ərizəçi3 və Ərizəçi4 ata adları Ramiz kimi qeyd olunmuşdur. İş materiallarında olan AZE seriyalı, 0******* №-li Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsindən görünür ki, ərizəçinin adı, soyadı, atasının adı müvafiq olaraq Ərizəçi1dur. İş materiallarında olan AA seriyalı, ******* №-li Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsindən görünür ki, ərizəçinin adı, soyadı, atasının adı müvafiq olaraq Ərizəçi4dur. İş materiallarında olan AA seriyalı, ******* №-li Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsindən görünür ki, ərizəçinin adı, soyadı, atasının adı müvafiq olaraq X23 qızıdır. İş materiallarında olan AZE seriyalı, ******** №-li Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsindən görünür ki, ərizəçinin adı, soyadı, atasının adı müvafiq olaraq Ərizəçi3 qızıdır. İş materiallarında olan ƏMDK yanında DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinin 14.01.2022-ci il tarixli, **********82 №li məktubdan görünür ki, JN-372 KOD 30301004 saylı Torpağa Mülkiyyət Hüququna X28 qeyd olunmuş hüquq sahiblərinin ad və soyadlarında yaranmış uyğunsuzluqları aradan qaldırmaq və düzəlişlərin həyata keçirilməsi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin səlahəiyyətlərinə aid deyildir. Məhkəmə işdəki sübutlara hüquqi qiymət verərək hesab edir ki, Quba Rayon Aqrar İslahat Komissiyasının 05 may 2000-ci il tarixli, 05 nömrəli qərarı ilə verilmiş Torpağa Mülkiyyət Hüququna Dair JN-372 Kod 30301004 saylı Torpağa Mülkiyyət Hüququna X30 əsasında Ərizəçi1, X9, X5, X11, X15, Ərizəçi3 və Ərizəçi4 mülkiyyətinə Quba rayonu Aqrar İslahat Komissiyasının 05 may 2000-ci il tarixli, 05 saylı qərarı ilə 1.40 hektar torpaq sahəsinin verilməsi, X24 Ərizəçi1 oğlunun adı, Ramiz kimi, X7, Ərizəçi3 və Ərizəçi4 ata adları Ramiz kimi səhv qeyd olunması, hüquq müəyyənedici sənəd olan JN-372 Kod 30301004 saylı Torpağa Mülkiyyət Hüququna X28 ərizəçilərin adının (adının, soyadının və atasının adının) onların şəxsiyyət vəsiqəsində göstərilən adı (adı, soyadı və atasının adı) ilə düz gəlməməsi, Quba rayon Aqrar İslahat Komissiyası və Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi ləğv olunduğu üçün ərizəçilərin bu faktı təsdiq edən sənədi başqa qaydada ala bilməməsi, bu barədə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət etmələri və onlara məhkəməyə müraciət etmələrinin tövsiyyə olunması və bu faktın müəyyən edilməsinin ərizəçilərə həmin torpaq sahəsinə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən mülkiyyət hüquqlarının qeydiyyatına dair Çıxarış almaq üçün lazım olması sübuta yetirilir. Ona görə də məhkəmə belə nəticəyə gəlir ki, hüquqmüəyyənedici sənəd olan JN-372 Kod 30301004 saylı Torpağa Mülkiyyət Hüququna X27 digər ailə üzvləri ilə bərabər Ərizəçi1, X15, Ərizəçi3 və Ərizəçi4 məxsus olması faktı müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 307.1 maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlanını əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin aslı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı, onun pasportdakı adı, atasının adı və soyadı ilə düz gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı məhkəmə qaydasında müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli olan faktları, o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qayadada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizə təmin olunsun. Hüquqmüəyyənedici sənəd olan JN-372 Kod 30301004 saylı Torpağa Mülkiyyət Hüququna X27 digər ailə üzvləri ilə bərabər Ərizəçi1, X13, Ərizəçi3 və Ərizəçi4 məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətinə Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vüqar Seyidov
Məhkəmə qərarları › İş №2(027)-634/2022
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-634/2022
11.03.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver