Məhkəmə qərarları › İş №2(027)-639/2021

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-639/2021

11.03.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-639/2021 11.03.2021 QUBA RAYON MƏHKƏMƏSİ Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi maraqlı şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı X11rşı hüquqi əhəmyyətli faktın müəyyən edilməsinə dair mülki işə Quba şəhərində açıq məhkəmə iclasında baxaraq məhkəmə m ü ə y y ə n e t d i: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, Azərbaycan Respublikası Dövlət Əmlakı Nazirliyi tərəfindən Quba rayonu, Fətəlixan küçəsində yerləşən kommunal müəssisələr kombinatının 2 saylı hamamına mülkiyyət üzərində sahiblik hüququnu təsdiqləyən 000159 qeydiyyat nömrəli, xx.xx.2000-ci il tarixli Şəhadətnamənin Ərizəçi məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edib, onunla əsaslandırmışdır ki, Quba rayonu, Fətəlixan küçəsində yerləşən kommunal müəssisələr kombinatının 2 saylı hamamını qüvvədə olan qanunvericilik əsasında satın alımışlar və bu barədə ona Azərbaycan Respublikası Dövlət Əmlakı Nazirliyi tərəfindən Quba rayonu, Fətəlixan küçəsində yerləşən Kommunal müəssisələr kombinatının 2 saylı hamamına mülkiyyət üzərində sahiblik hüququnu təsdiqləyən 000159 qeydiyyat nömrəli, xx.xx.2000-ci il tarixli Şəhadətnamə verilmişdir. Şəhadətnaməni alandan sonra məlum olmuşdur ki, şəhadətnamədə atasının adı Hacıməmməd əvəzinə səhvən Hacıbaba kimi yazılmışdır. Hal-hazırda bu əmlaka Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən çıxarış almaq məqsədi ilə müraciət etsə də adlar səhv qeyd olunduğundan ərizəsinin qeydiyyatına imtina verilmişdir. Quba rayonu, Fətəlixan küçəsində yerləşən Kommunal müəssisələr kombinatının 2 saylı hamamına şəhadətnaməni verən orqan-Azərbaycan Respublikası Dövlət Əmlakı Nazirliyi ləğv edildiyindən bu əmlaka dair Şəhadətnamədə yalnışlığı aradan qaldıra bilmir və məhkməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ərizənin təmin olunmasını xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 ifadəsində Dövlət Əmlakının hüquqi və fiziki şəxslərə satılması haqqında 000159 saylı şəhadətnamədə Ərizəçi ata adının «Hacıməmməd» əvəzinə səhvən «Hacıbaba» kimi qeyd olunduğunu bildirmişdir. Məhkəmə, ərizəçinin izahatını və şahid ifadəsini dinləyib, iş materiallarını araşdırıb işdəki sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslıdır və əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş Dövlət Əmlakının hüquqi və fiziki şəxslərə satılması haqqında Şəhadətnamənin surətindən görünür ki, X5, X3, X9 və X1 adına 000159 saylı, xx.xx.2000-ci il tarixdə Şəhadətnamə tərtib edilərək Quba rayonu, Fətəlixan küçəsində yerləşən Kommunal müəssisələr kombinatının 2 saylı hamamı mülkiyyətlərinə verilmişdir. Həmin şəhadətnanmədə Ərizəçi ata adı Hacıbaba kimi qeyd olunmuşdur. İş materiallarına əlavə edilmiş Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı X17 tərəfindən Ərizəçi Hacıməmməd oğluna ünvanlanmış xx.xx.2021-ci il tarixli, **********73 №-li məktubundan görünür ki, Azərbaycan Respublikası Dövlət Əmlakı Nazirliyi tərəfindən verilmiş 000159 saylı, xx.xx.2000-ci il tarixli Dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılması haqqında şəhadətnamədə qeyd olunmuş hüquq sahiblərinin ad və soyadlarında yaranmış uyğunsuzluqları aradan qaldırmaq və düzəlişlərin həyata keçirilməsi Daşınmza Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı X13 səlahiyyətlərinə aid deyildir. Bununla bağlı məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. İş materiallarında olan xx.xx.2017-ci il tarixdə verilmiş AZE seriyalı, ******** №-li Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsindən görünür ki, ərizəçinin adı, soyadı atasının adı müvafiq olaraq Ərizəçidur. Beləliklə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, X6, X4, X10 və X2 Dövlət Əmlakının hüquqi və fiziki şəxslərə satılması haqqında Şəhadətnaməyə əsasən Quba rayonu, Fətəlixan küçəsində yerləşən Kommunal müəssisələr kombinatının 2 saylı hamamını qüvvədə olan qanunvericilik əsasında satın almış və bununla əlaqədar 000159 saylı, xx.xx.2000-ci il tarixdə Şəhadətnamə tərtib edilmişdir. Həmin Şəhadətnamədə “Ərizəçi” oğlu əvəzinə səhvən “X16”oğlu kimi qeyd olunmuşdur. Ərizəçi məhkəmədən Dövlət Əmlakının hüquqi və fiziki şəxslərə satılması haqqında 000159 saylı, xx.xx.2000-ci il tarixdə Şəhadətnamənin ona məxusus olması faktının müəyyən edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 307-ci maddəsinə görə məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktını müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, Ərizəçilər həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə təqdim olunmuş və məhkəmədə araşdırılmış sübutlara məcmu halında qiymət verərək, belə qənaətə gəlir ki, ərizəçinin göstərdiyi hal, yəni Dövlət Əmlakının hüquqi və fiziki şəxslərə satılması haqqında 000159 saylı, xx.xx.2000-ci il tarixli Şəhadətnamənin Ərizəçi məxsus olması faktı iş materialları ilə təsdiq olunur, ona görə də ərizə təmin olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizəçi hüquqi əhəmyyətli faktın müəyyən edilməsi tələbinə dair ərizəsi təmin edilsin. Dövlət Əmlakının hüquqi və fiziki şəxslərə satılması haqqında 000159 saylı, xx.xx.2000-ci il tarixli Şəhadətnamənin Ərizəçi münasibətdə ona məxsus olmasına dair hüquqi fakt müəyyən edilsin. Qətnamədən, rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vüqar Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar