Məhkəmə qərarları › İş №2(027)-64/2023

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-64/2023

07.02.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-64/2023 07.02.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, Xudaverdiyev Elşad Mütəllim oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi - vəkili Vəkil1, Cavabdeh4 (həmçinin Cavabdeh2 nümayəndəsi) və onun nümayəndəsi - vəkili Vəkil2 iştirakları ilə, İddiaçı cavabdehlər Quba “Asan Xidmət” Mərkəzi Notariat ofisi, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsi, Cavabdeh2 Bahadur qızı və Cavabdeh4 qarşı vərəsəlik hüququ haqqında şəhadətnamələrin, çıxarışların, bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, mirasın qəbul edilməsi və miras əmlakdan payın müəyyən edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Quba Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Quba “Asan Xidmət” Mərkəzi Notariat ofisi, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsi, Cavabdeh2 Bahadur qızı və Cavabdeh4 qarşı vərəsəlik hüququ haqqında şəhadətnamənin qismən etibarsız hesab edilməsi və miras əmlakdan payın müəyyən edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 Bahadur qızının adına Quba Regional ASAN Xidmət Mərkəzində verilmiş 21 dekabr 2021-ci il tarixli, 2V-1671, 2V-1673 nömrəli və Cavabdeh4 adına Quba Regional ASAN Xidmət Mərkəzində verilmiş 21 dekabr 2021-ci il tarixli, 2V-1672, 2V-1674 nömrəli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin və onlara əsasən Cavabdeh2 Bahadur qızı, Cavabdeh4 adına verilmiş Quba rayonu Mrzəqılşaq kəndində yerləşən 0.22 ha həyətyanı torpaq sahəsinə dair **********21 reyestr nömrəli ********** qeydiyyat nömrəli xx.xx.2021 qeydiyyat tarixli və Quba rayonu Mrzəqılşaq kəndində yerləşən 1,35 ha kənd təsərrüfatı təyinatlı **********21 reyestr nömrəli ********** qeydiyyat nömrəli xx.xx.2021 qeydiyyat tarixli Hüquqların Dövlət qeydiyyatında haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş Çıxarışların etibarsız hesab edilməsi, Torpağa Mülkiyyət Hüququna Dair JN-0056 KOD 30319038 saylı Dövlət Aktına əsasən 1,35 ha torpaq sahəsi və Torpağın Mülkiyyətə Verilməsinə Dair JN- 082F KOD 30319038 saylı Şəhadətnaməyə əsasən 0,22 ha torpaq sahəsindən miras qoyan 17 noyabr 2015-ci il tarixdə vəfat etmiş X10 düşən miras paya vərəsəlik hüququnun tanınaraq həmin miras əmlakın ½ hissəsinə vərəsəlik üzrə payının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən, İddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Qeyd olunan maddəyə əsasən iddiaçının nümayəndəsi və vəkili Vəkil1 məhkəməyə ərizə ilə müraciət edərək, Quba Regional ASAN Xidmət Mərkəzində fəaliyyət göstərən Notariat kontoru tərəfindən verilmiş Qanun üzrə vərəsəlik hüququ haqqında 2V-1671, ZY- 1672, 2V-1673, 2V-1674 nömrəli Şəhadətnamələrin, Vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında 2V-1668, 2V-1670 nömrəli Şəhadətnamələrin, məcburi paya vərəsəlik hüququ haqqında 2V-1667, 2V-1669 nömrəli şəhadətnamələrin etibarsız hesab edilməsi, Cavabdeh4 və Cavabdeh2 adına Azərbaycan Respublikası Əmlak Məsələləsi Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxs tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, ********** və ********** qeydiyyat nömrəli, xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli və xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli Çıxarışların və huquqların dövlət qeydiyyatının etibarsız hesab edilməsi, Cavabdeh2 ilə Cavabdeh4 arasında Quba Regional ASAN Xidmət Mərkəzində fəaliyyət göstərən notariat kontorunda bağlanmış xx.xx.2022-ci il tarixli 4Ə-22 nömrəli və 4Ə-24 nömrəli Daşınmaz Əmlakın Bağışlanılması müqavilələrinin etibarsız hesab edilməsi, JN 0821 KOD 30319038 saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə əsasında, Azərbaycan Respublikası Əmlak Məsələləsi Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxs tərəfindən xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli Çıxarışla qeydə alınmış Quba rayonu Mirzəqışlaq kəndində yerləşən 0,22 ha torpaq sahəsindən və JN-0056 KOD 30319038 saylı Dövlət Aktı əsasında xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli Çıxarışla qeydə alınmış Quba rayonu Mirzəqışlaq kəndində yerləşən 1,35 ha torpaq sahəsindən ibarət miras qoyan xx.xx.2015ci il tarixdə ölmüş anası X17 düşən hissədə mirası qəbul etmə faktının və həmin miras əmlaklara payının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizələrini onunla əsaslandırmışlar ki, anası X19 01 yanvar 1926-cı il tarixdə Qusar rayonunda anadan olmuşdur. X9 ilə anası X19 el adət ilə ailə qurmuş, nikahlarını rəsmiləşdirməmişlər. Onların nikahından 1950-ci ildə bacısı İsayeva (Babayeva) Seyidbikə Əlixan qızı və o, xx xxxxxx 1953-cü ildə İddiaçı doğulmuşlar. 1967ci ildə yaşadığı ev yanmış, qonşuların köməyi ilə həmin evi valideynləri təmir etmişlər. 1969-cu ildə atası vəfat etmişdir. O, doğulduğu vaxtdan Torpağın Mülkiyyətə Verilməsinə Dair JN-082F KOD 30319038 saylı Şəhadətnamədə göstərilən torpaq sahəsində atasının tikdiyi yanmış, sonra isə qismən təmir olunmuş evdə bacısı və anası ilə birlikdə yaşamışlar. Bacısı 1973-cü ildə ailə quraraq Quba şəhərinə köçmüşdür. O, 1975-ci ildə X20 ailə qurmuşdur. Onunla nikahından 6 uşaqları doğulmuşdur. Yaşadığı ev köhnə yaşayış üçün yararsız olduğundan, o, 1990-cı ildən başlayaraq həmin torpaq sahəsində ev tikməyə başlamışdır. Həmin evi 2000-ci illərdə çox çətinliklə yekunlaşdırmışdır. X3 onunla yaşamışdır. Quba rayonunda aqrar islahat keçirilərkən ev tikərək yaşadığı torpaq sahəsi Torpağın mülkiyyətə verilməsinə dair JN-082F KOD 30319038 saylı şəhadətnaməyə əsasən anası X5, bacısı X11 və bacısı qızları Cavabdeh2 Bahadur qızının və Cavabdeh4 adına verilmişdir. O, gözdən 1-ci qrup əlil, kor olduğu üçün yaşadığı torpaq sahəsinin kimin adına olmasını bilməmişdir. Həmin torpaq sahəsində tikilmiş evin qaz, elektrik elenjisi pullarını o, ödəyir. X3 17 noyabr 2015-ci il tarixdə vəfat etmişdir. Anası öldükdən sonra ondan qalan miras əmlakı faktiki olaraq o, qəbul edərək, istifadə etmişdir. Anasının dəfn xərcləri pulunu o, almışdır. Lakin yenə də gözləri görmədyi və İ qrup əlil olduğu, başqa şəxslərin qulluğuna ehtiyacı olduğu üçün o, anasından qalan miras əmlaka vərəsəlik hüququ haqqında şəhadətnamə almamışdır. Lakin anasından qalmış miras əmlakı faktiki olaraq idarə edərək qəbul etmişəm. Bəlkə də, bacısı qızı Sevinc yaşadığı evin yerləşdiyi torpaq sahəsini ölçməyə adam gətirən zaman, qonşuların gecə vaxtı həyətdə adamlar gəzdiyini, sahə müvvəkilini onların evdən çıxmasını tələb etməsəydi, - o, ümumiyyətlə heç bir orqana müraciət etmədən bu evdə yaşayıb, həmin evdə ömür sürərdilər. Bacısı qızının bu hərəkətlərindən sonra o, mərhum anasından qalmış miras əmlakı qəbul etmək və vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün X55 Xidmət Mərkəzində Notariat Ofisinə müraciət etmişdir. Lakin miras qəbul edilməsi üçün müddət ötürüldüyündən ona 16 dekabr 2021-ci il tarixli imtina məktubu verilmiş və məhkəməyə müraciət etməyi tövsiyyə edilmişdir. Halbuki, o, anasından qalmış əmlakı qəbul etmiş, müddəti ötürməmişdir. Miras əmlakı faktiki olaraq qəbul etmişdir. Bundan sonra o, yenə də gözü görmədiyi, hər vaxt evdən çıxa bilmədiyi üçün, həyata yoldaşı ilə birlikdə məhkəməyə iddia verilməsi üçün vəkillərlə məsləhətləşmiş, hazırkı iddianın yazılması zamanı onlara məlum olmuşdur ki, bacısı qızları Sevinc və Heyran öz analarından və anasından qalmış miras əmlaka, onun yaşadığı evin yerləşdiyi torpaq sahəsinə vərəsəlik hüququ haqqında şəhadətnamə almış və həmin şəhadətnamə əsasında Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən qısa müddət ərzində çıxarış almışlar. Cavabdehlərin məqsədi özünün zəhmətlə tikdiyi və yaşadığı evin yerləşdiyi anasından miras qalmış torpaq sahəsini satmaq və onları küçələrdə qoymaqdır. Hətta cavabdeh bacısı qızı Sevinc onun yaşadığı evə gəlmiş, onu təhqir etmişdir. Miras qoyan anası X4 Quba rayonu Mirzəqışlaq kəndində Torpağın Mülkiyyətə verilməsinə dair JN-082F KOD 30319038 saylı şəhadətnaməyə əsasən 0,22 ha torpaq sahəsindən ona düşən ½ hissə, yəni 0,05 ha həyətyanı torpaq sahəsi və Torpağa mülkiyyət hüququna dövlət aktına əsasən Quba rayonu Mirzəqışlaq kəndində yerləşən 1,35 ha torpaq sahəsindən anası X10 düşən 1/3 hissə yəni 0,45 ha torpaq sahəsi miras qalmışdır. O, anası X4 miras qalmış əmlakın ½ hissəsinə payını istəyir, yerdə qalan pay isə bacısı X2r. O, anasından qalmış miras əmlakı idarə etmək, miras əmlak üzərində tikilmiş fərdi yaşayış evində hələ anasının sağlığından yaşamaqla, anasının dəfn xərclərini çəkməklə fərdi yaşayış evində elektrik enerjisi, qaz, su pullarını ödəməklə mirası faktiki olaraq qəbul etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı və nümayəndəsi və vəkili Vəkil1 bildirmişlər ki, iddiaçı mübahisə predmetini təşkil edən evdə doğulmuş, böyümüş və orada yaşamışdır. 1970-ci ildə evlənmişdir. Cavabdehlərin anası vəfat etdikdən sonra iddiaçı həmin mülki idarə etmişdir. Bununlada mirası faktiki qəbul etmiş hesab edilməlidir. Torpaq sahəsinin vergilərini ödəmişdir. İddiaçının valideynlərinin yaşadıqları ev yandıqdan sonra, iddiaçı həmin evi yenidən 1995-ci ildən inşa etmişdir. Miras qəbulu zamanı qanunvericiliyin tələbləri və irsi transmissiya qaydaları kobud şəkildə pozulmuşdur. Belə ki, vərəsəlik işi açılanda notarius tərəfindən vərəsələrin dairəsi müəyyən edilməmişdir. Qeyd olunanlara əsasən, iddia tələbinin təmin edilməsini xahiş etmişlər. Məhkəmə iclasında iştirak edən Cavabdeh4 (həmçinin Cavabdeh2 nümayəndəsi) və onun nümayəndəsi vəkili Vəkil2 bildirmişlər ki, miras qəbulu zamanı qanunvericiliyin tələbləri və irsi transmissiya qaydalarının pozulması ilə bağlı qeyd olunur ki, iddiaçı qanunla müəyyən edilmiş müddətdə, yəni 6 ay ərzində mirasın qəbulu ilə bağlı notariat kontoruna müraciət etməmişdir. Torpağın vergisinin ödənilməsi üçün cavabdeh verilmiş subsidiyaları iddiaçıya vermişdir. İddiaçı mərhum anası Maral ölən günədək onunla danışmamışdır. Nənəsi iddiaçını və ailəsini evdən qovmuş ona görə də iddiaçı ailəsi ilə birlikdə Bakı şəhərində kirayədə yaşamışdır. 2017-ci ildə kəndə yerləşən 8 sot torpaq sahəsində iddiaçı özünə ev tikmişdir. Anası yataq xəstəsi olmuşdur. Atası isə onun iki yaşı olan zaman vəfat etmişdir. Atası öldükdən sonra o, mübahisə predmetini təşkil edən əmlakda yaşamışdır. İddiaçı anası xəstə olan zaman onlara heç bir köməklik göstərməmişdir. Qeyd olunan əmlakın açarını anası vəfat etməzdən əvvəl ona vermişdir. Kənd sakinləri, qonşular və kəndin bələdiyyə sədridə təsdiq edir ki, mərhum nənəsi Maral Siyəzən rayonunda vəfat etmiş, dəfn edilməsi üçün kəndə gətirilmişdir. Qeyd olunan əmlak nənəsinin vəsiyyəti əsasında ona qalmışdır. Məhrum nənəsi Maral onların yanında yaşamış və ölən gününədək Marala onlar baxmışdır. Bundan başqa, iddiaçı vərəsəliklə bağlı qanunvericiliklə müəyyən edilmiş müddətləri ötürmüşdür. Qeyd olunanlara əsasən, iddia tələbinin təmin edilməməsini xahiş etmişlər. Cavabdehlər Cavabdeh2 Bahadur qızı və Cavabdeh4 iddia tələbinə etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, anaları İsayeva (Babayeva) Seyidbikə Əlixan qızı 1950-ci ildə, dayıları hazırki iş üzrə İddiaçı 1953-cü ildə nənəsi X5 və babası X21 faktiki ər-arvad münasibətlərindən ünvan 1ində doğulmuşlar. Babaları Əlixan 1969-cu ildə vəfat etmişdir. Anaları Seyidbikə 1973-cü ildə Quba şəhərinə gəlin köçmüş, onun bu evliliyindən o, Cavabdeh2 dünyaya gəlmişdir. Evliliyi uğursuz olan anaları Seyidbikə rəsmi qaydada nikah pozulduqdan sonra, Quba rayonunun Mirzəqışlaq kəndinə anası Maral Babayevin yanına qayıtmış, onlar hər ikisi nənələri Maralın evində böyüyüb boya-başa çatmışlar. Dayıları İddiaçı isə 1975-ci ildə evlənərək özü üçün nənələri Maral Babayevaya və onlara birgə mülkiyyət hüququ ilə məxsus olan 0,22 ha həyətyanı torpaq sahəsinin qarşısındakı ictimai yolun digər tərəfində 1990-ci illərin əvvəllərində tikdirdiyi fərdi yaşayış evində yaşamışdır. Bu səbəbdən Quba rayonunda aqrar islahatlar həyata keçirilən zaman torpağın mülkiyyətə verilməsinə dair JN-082F KOD 30319038 saylı şəhadətnaməyə əsasən 0,22 ha həyətyanı torpaq sahəsi nənələri X5, anaları X11 və onların hər ikisinin ümumi birgə mülkiyyətilərinə verilmişdir. İddiaçı iddia ərizəsində torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə adının göstərilməməsindən özünün İ qrup gözdən əlil olması səbəbindən çox sonralar məlumatlı olmasını bildirir. Həqiqətdə isə aqrar islahatlar keçirilən zaman həyətyanı torpaq sahələri həmin torpaqdan faktiki istifadə edənlərin mülkiyyətinə verilirdi. İddiaçı olan dayıları Mirbaba isə şəhadətnamədə adları göstərilən şəxslərin mülkiyyətinə verilmiş 0,22 ha torpaq sahəsindən kənarda ayrıca torpaq sahəsində özü üçün inşa etdirdiyi fərdi yaşayış evində öz ailə üzvləri ilə birgə yaşadığı üçün, bu torpağın faktiki istifadəçisi olmadığından şəhadətnamədə adı qeyd olunmamışdır. İddiaçı iddia ərizəsində guya ata evi köhnə yararsız vəziyyətdə olduğu üçün 1990-ci illərin əvvəllərində onun yerində yeni ev tikdiyini və bu evin tikintisinin 2000-ci illərin əvvəllərində başa çatdırıldığını yanlış olaraq qeyd etmişdir. Quba rayonunda Aqrar islahatlar həyata keçirilən zaman torpağın mülkiyyətə verilməsinə dair JN-082F KOD 30319038 saylı şəhadətnaməyə əsasən 0,22 ha həyətyanı torpaq sahəsindəki ata evləri hazırda da mövcuddur və iddiaçının inşa etdirdiyi və yaşadığı ev həmin torpaq sahəsindən kənardadır. Onlar, anaları və ana nənələri ilə birlikdə 1998-ci ildə işsizliklə əlaqədar Siyəzən rayonu, Yenikənd kəndində yaşamışlar. Nənələri Maral da qeyd edilən tarixdən öldüyü günədək, yəni 2015-ci ilədək Siyəzən rayonu, Yenikənd kəndindəki evdə onlarla birgə qalmışdır. Nənələri Marala özləri baxıb qulluq etmiş, onun bütün qayğısını anaları və onlar çəkmişlər. 17 noyabr 2015-ci ildə nənələri öləndən sonrakı 6 ay ərzində İddiaçı anasının evində yaşamamış, mirası nə faktiki, nə də notariusa müraciət etməklə qəbul etməmişdir. O, Cavabdeh4 isə 1/3 hissədə mərhum nənələri Maral Babayevanın payının olduğu torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən ünvan 1ində yerləşən 1,35 ha torpaq sahəsini istifadə və ona sahiblik etməklə mirası qəbul etməkdə maraqlı olmağını nümayiş etdirmiş, həmçinin hər ikisi mərhum nənələrindən qalan torpaq sahələrinə vərəsəlik hüquqlarını notariat orqanına müraciət edərək rəsmiləşdirmişlər. Anaları Seyidbikənin onkoloji xəstə olmasından xəbərdar olan iddiaçı 2017-ci ildə ünvan 1indəki evə yerləşmiş, həyətyanı torpaq sahəsində yardımçı tikililər inşa etməyə başlamış, həmçinin onları bu evə buraxmamışdır. Nənələri vəfat etdiyi günə sonuncudan miras əmlak kimi qalan həyətyanı torpaq sahəsində 3 otaq və 1 aynabənddən ibarət yaşayış evi qalmışdır. Anası Seyidbikə 21 mart 2021-ci il tarixdə vəfat etdikdən sonra o, Cavabdeh4 qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr əsasında nənəsi X4 Quba rayonu, Mizrəqışlaq kəndində torpağın mülkiyyətə verilməsinə dair JN-0** KO ***19038 saylı şəhadətnaməyə əsasən 0,22 ha torpaq sahəsindəki 0,05 ha həyətyanı torpaq sahəsinə dair çıxarış əldə etmiş, nənəsindən qalan miras əmlak tam qanuni əsaslarla mülkiyyətinə keçmişdir. Beləliklə, iddiaçı qanunvericilikdə nəzərdə tutulmuş müddət ərzində miras kütləsini nə formal, nə də qeyri-formal üsullarla qəbul etməmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, cavabdehlər Quba “Asan Xidmət” Mərkəzi Notariat ofisi və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinin tələbinə uyğun olaraq işə cavabdehinlərin və maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakılara əsasən iddia təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Hüquqların Dövlət Qeydiyyatı haqqında DƏDR-dən **********21 reyestr nömrəli, xx.xx.2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, ünvan 1ində yerləşən 0.22 ha torpaq sahəsi Cavabdeh4 adına qeydiyyata alınmışdır. İş materiallarına əlavə olunmuş Hüquqların Dövlət Qeydiyyatı haqqında DƏDR-dən **********74 reyestr nömrəli, xx.xx.2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, ünvan 1ində yerləşən 1.35 ha torpaq sahəsi Cavabdeh4 adına qeydiyyata alınmışdır. İş materiallarında əlavə olunmuş xx.xx.2021-ci il tarixli, V-998/2021 saylı Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadənamənin surətindən görünür ki, xx.xx.2015-ci il tarixdə vəfat etmiş X5 vərəsələri qızı xx.xx.2021-ci il tarixdə vəfat etmiş X22 vərəsələri – qızı X23r və o, miras əmlakdan ½ hissədə pay almalıdır. ƏMDK-nin yanında DƏDRX-nin Xaçmaz Ərazi İdarəsi tərəfindən xx.xx.2021-ci il tarixdə X10 verilmiş **********74 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 1i ünvanında yerləşən ümumi sahəsi 1.35 ha olan torpaq sahəsi X17 çatan hissədən ibarətdir. İş materiallarında əlavə olunmuş xx.xx.2021-ci il tarixli, V-998/2021 saylı Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadənamənin surətindən görünür ki, xx.xx.2015-ci il tarixdə vəfat etmiş X5 vərəsələri qızı xx.xx.2021-ci il tarixdə vəfat etmiş X22 vərəsələri – qızı X23r və o, miras əmlakdan ½ hissədə pay almalıdır. ƏMDK-nin yanında DƏDRX-nin Xaçmaz Ərazi İdarəsi tərəfindən xx.xx.2021-ci il tarixdə X10 verilmiş **********21 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 1i ünvanında yerləşən ümumi sahəsi 0.22 ha olan torpaq sahəsi X17 çatan hissədən ibarətdir. İş materiallarında əlavə olunmuş xx.xx.2021-ci il tarixli, V-998/2021 saylı Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadənamənin surətindən görünür ki, xx.xx.2015-ci il tarixdə vəfat etmiş X5 vərəsələri qızı xx.xx.2021-ci il tarixdə vəfat etmiş X22 vərəsələri – qızı Cavabdeh2dır və o, miras əmlakdan ½ hissədə pay almalıdır. ƏMDK-nin yanında DƏDRX-nin Xaçmaz Ərazi İdarəsi tərəfindən xx.xx.2021-ci il tarixdə X10 verilmiş **********74 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 1i ünvanında yerləşən ümumi sahəsi 1.35 ha olan torpaq sahəsi X17 çatan hissədən ibarətdir. İş materiallarında əlavə olunmuş xx.xx.2021-ci il tarixli, V-998/2021 saylı Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadənamənin surətindən görünür ki, xx.xx.2015-ci il tarixdə vəfat etmiş X5 vərəsələri qızı xx.xx.2021-ci il tarixdə vəfat etmiş X22 vərəsələri – qızı Cavabdeh2dır və o, miras əmlakdan ½ hissədə pay almalıdır. ƏMDK-nin yanında DƏDRX-nin Xaçmaz Ərazi İdarəsi tərəfindən xx.xx.2021-ci il tarixdə X10 verilmiş **********21 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 1i ünvanında yerləşən ümumi sahəsi 0.22 ha olan torpaq sahəsi X17 çatan hissədən ibarətdir. İş materiallarına əlavə olunmuş Torpağın Mülkiyyətə verilməsinə dair Şəhadətnamənin surətindən görünür ki, X10, X12, Cavabdeh2 və Cavabdeh4 Quba rayon AİK-nın xx.xx.1997-ci il tarixli, 06 saylı qərarına əsasən JN-082F, KOD30319038 saylı Şəhadətnamə tərtib edilərək, ünvan 1ində 0.22 ha torpaq sahəsi verilmişdir. İş materiallarına əlavə olunmuş Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktının surətindən görünür ki, X10, X12 və Cavabdeh4 Quba rayon AİK-nın xx.xx.1997-ci il tarixli, 06 saylı qərarına əsasən JN-0056, KOD30319038 saylı Dövlət Aktı tərtib edilərək, ünvan 1ində 1.35 ha torpaq sahəsi verilmişdir. İş materiallarına əlavə olunmuş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı xx.xx.1953-cü ildə anadan olmuşdur. Onun anası – X13r. İş materiallarına əlavə olunmuş Bələdiyyə sədri X18, Bələdiyyə işçisi X14, X6, X7 və X24 iştirakları ilə tərtib edilmiş və imzaları ilə təsdiq edilmiş xx.xx.2022-ci il tarixli aktdan görünür ki, İddiaçı ünvan 1ində yerləşən 0.22 ha həyətyanı torpaq sahəsində 1995-ci ildə fərdi yaşayış evi tikmişdir. Hal-hazırda ailə üzvləri ilə birlikdə həmin evdə yaşayırlar. İş materiallarına əlavə olunmuş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X19 xx.xx.2015-ci il tarixdə vəfat etmişdir. İş materiallarına əlavə olunmuş 02 nömrəli, xx.xx.2022-ci il tarixli Quba rayon Qeydiyyat Şöbəsinin arayışından görünür ki, X19 barəsində Quba rayon Qeydiyyat şöbəsində “nikah haqqında” akt aşkar olunmamışdır. İş materiallarına əlavə olunmuş Quba rayon İHB-nın İ Nügədi İƏD üzrə nümayəndəliyinin və Quba rayon İ Nügədi Bələdiyyəsinin xx.xx.2022-ci il arayışından görünür ki, X19 xx.xx.2015-ci il tarixdə vəfat etmiş və mərhumun bütün dəfn xərclərini oğlu İddiaçı çəkmişdir. İş materiallarına əlavə olunmuş Quba RİHB-nın İ Nügədi kənd İƏD üzrə arayışından görünür ki, X19 1926-cı ildən 2015-ci il tarixədək ünvan 1ində yaşamış və xx.xx.2015-ci il tarixdə vəfat etmişdir. Onun vəfatından sonra vərəsələri olaraq qızı X22 və oğlu İddiaçı qalmışdır. İş materiallarına əlavə olunmuş Quba Regional “ASAN Xidmət” Mərkəzində Notariat Ofisinin xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, İddiaçı mirasın qəbulu müddətini ötürmüş, mirasın faktiki qəbulu, ona sahiblik etməsi barədə sübutlar təqdim edilmədiyindən ona qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi mümkün olmamışdır. İş materiallarına əlavə olunmuş 138666 saylı arayışından görünür ki, İddiaçı İ qrup əlildir. İş materiallarına əlavə olunmuş “ölüm haqqında” şəhadətnamənin surətindən görünür ki, X22 xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. İş materiallarına əlavə olunmuş Quba RİHB-nın İ Nügədi kənd İƏD üzrə arayışından görünür ki, X22 xx.xx.1950-ci ildən 2021-ci il tarixədək ünvan 1ində yaşamış və xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. Onun vəfatından sonra vərəsələri olaraq qızı Cavabdeh2 Bahadur qızı, qızı Cavabdeh4 və qızı X43 qalmışdır. İş materiallarına əlavə olunmuş xx.xx.2021-ci il tarixli vəsiyyətnamədən görünür ki, X22 ölən günədək ona məxsus olan harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq bütün daşınar və daşınmaz əmlakını xx.xx.1992-ci il təvəllüdlü Cavabdeh4 vəsiyyət etmişdir. İş materiallarına əlavə olunmuş Xaçmaz rayon Qeydiyyat Şöbəsinin arayışından görünür ki, X22 xx.xx.1950-ci ildə anadan olmuşdur. Onun anası X13r. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh4 xx.xx.1992-ci il tarixdə anadan olmuşdur. Onun anası X15r. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh2 Bahadir qızı xx.xx.1974-cü il tarixdə anadan olmuşdur. Onun anası X15r. İş materiallarına əlavə olunmuş xx.xx.2022-ci il tarixli, 4ə-24 saylı daşınmaz əmlakın bağışlanması müqaviləsinin surətindən görünür ki, Cavabdeh2 ünvan 1i ünvanında yerləşən, ümumi sahəsi 0.22 ha olan torpaq sahəsinin paylı mülkiyyəti üzrə ona məxsus hissəsini Cavabdeh4 bağışlamışdır. İş materiallarına əlavə olunmuş xx.xx.2022-ci il tarixli, 4ə-22 saylı daşınmaz əmlakın bağışlanması müqaviləsinin surətindən görünür ki, Cavabdeh2 ünvan 1i ünvanında yerləşən, ümumi sahəsi 1.35 ha olan torpaq sahəsinin paylı mülkiyyəti üzrə ona məxsus hissəsini Cavabdeh4 bağışlamışdır. İş materiallarına əlavə olunmuş xx.xx.2015-ci il tarixli vəsiyyətnamədən görünür ki, ünvan 1ində yerləşən 3 otaqlı, 1 aynabəndli və 90 sot əkinə yararlı torpaq sahəsini nəvəsi Cavabdeh4 vəsiyyət etmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli Quba RİHB-nın İ Nügədi İƏD üzrə nümayəndəlinin arayışından görünür ki, Babayev X1 sakinidir və doğulduğu gündən bu günə kimi hal-hazırda həmin kənddə yaşamışdır. İş materiallarına əlavə olunmuş X27, X35, X25, X26 və X29 tərəfindən tərtib olunmuş və imzaları ilə təsdiq edilmiş xx.xx.2023-cü il tarixli aktdan görünür ki, mərhum X19 1999cu ildən Siyəzən rayonu, Yenikənd kəndinin ərazisindəki çörək sexinin həyətyanı sahəsində yerləşən evdə yaşamış və fərdi sahibkarlıqların quşçuluq sexlərində fəhləlik etmişdir. X50 xx.xx.2015-ci il tarixdə yaşadığı Siyəzən rayonu, Yenikənd kəndində vəfat etmiş və sonuncunun yas mərasimi mərhum qızı X22 tərəfindən elə həmin kənddə də, keçirilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçı cavabdehlərin doğma dayısıdır. Mübahisə predmetini təşkil edən əmlaklar iddiaçının anası, cavabdehlərin isə nənəsi mərhum X5 mülkiyyətində olmuşdur. İddiaçının doğma bacısı, cavabdehlərin isə anası X22 xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. X19 xx.xx.2015-ci il tarixdə vəfat etdikdən sonra onun vərəsələri olaraq cavabdehlər Cavabdeh2 Bahadur qızı, Cavabdeh4 və onların mərhum anaları X22 tanınmışdır. X19 ölən günündək Siyəzən rayonunda yaşamış, yas mərasimi isə cavabdehlərin mərhum anaları X22 tərəfindən keçirilmişdir. X22 isə xx.xx.2021-ci il tarixdə vəfat etdikdən sonra, onun vərəsələri olaraq Cavabdeh2 Bahadur qızı, qızı Cavabdeh4 və qızı X43 tanınmışdır. Bundan başqa, X19 xx.xx.2015-ci il tarixli vəsiyyətnamə əsasında ünvan 1ində yerləşən 3 otaqlı, 1 aynabəndli və 90 sot əkinə yararlı torpaq sahəsini nəvəsi Cavabdeh4 vəsiyyət etmişdir. Torpağın Mülkiyyətə verilməsinə dair Şəhadətnaməyə əsasən X10, X12, Cavabdeh2 və Cavabdeh4 Quba rayon AİK-nın xx.xx.1997-ci il tarixli, 06 saylı qərarına əsasən JN-082F, KOD30319038 saylı Şəhadətnamə tərtib edilərək, ünvan 1ində 0.22 ha torpaq sahəsi verilmişdir. Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktına əsasən X10, X12 və Cavabdeh4 Quba rayon AİKnın xx.xx.1997-ci il tarixli, 06 saylı qərarına əsasən JN-0056, KOD30319038 saylı Dövlət Aktı tərtib edilərək, ünvan 1ində 1.35 ha torpaq sahəsi verilmişdir. X5 və X8 vəfatından sonra cavabdehlər mübahisə predmetini təşkil edən əmlaka vərəsəlik hüquqlarının tanınması ilə bağlı notariat kontoruna müraciət etmiş və həmin müraciətləri əsasında qeyd olunan əmlaklara payları müəyyən olunmuşdur. Belə ki, xx.xx.2021-ci il tarixli, V-998/2021 saylı Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadənaməyə əsasən, xx.xx.2015-ci il tarixdə vəfat etmiş X5 vərəsələri - qızı xx.xx.2021-ci il tarixdə vəfat etmiş X22 vərəsələri – qızı X23r və o, miras əmlakdan ½ hissədə pay almalıdır. ƏMDK-nin yanında DƏDRX-nin Xaçmaz Ərazi İdarəsi tərəfindən xx.xx.2021-ci il tarixdə X10 verilmiş **********74 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 1i ünvanında yerləşən ümumi sahəsi 1.35 ha olan torpaq sahəsi X17 çatan hissədən ibarətdir. xx.xx.2021-ci il tarixli, V-998/2021 saylı Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadənaməyə əsasən, xx.xx.2015-ci il tarixdə vəfat etmiş X5 vərəsələri qızı xx.xx.2021ci il tarixdə vəfat etmiş X22 vərəsələri – qızı X23r və o, miras əmlakdan ½ hissədə pay almalıdır. ƏMDK-nin yanında DƏDRX-nin Xaçmaz Ərazi İdarəsi tərəfindən xx.xx.2021-ci il tarixdə X10 verilmiş **********21 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 1i ünvanında yerləşən ümumi sahəsi 0.22 ha olan torpaq sahəsi X17 çatan hissədən ibarətdir. xx.xx.2021-ci il tarixli, V-998/2021 saylı Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadənaməyə əsasən, xx.xx.2015-ci il tarixdə vəfat etmiş X5 vərəsələri qızı xx.xx.2021-ci il tarixdə vəfat etmiş X22 vərəsələri – qızı Cavabdeh2dır və o, miras əmlakdan ½ hissədə pay almalıdır. ƏMDK-nin yanında DƏDRX-nin Xaçmaz Ərazi İdarəsi tərəfindən xx.xx.2021-ci il tarixdə X10 verilmiş **********74 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 1i ünvanında yerləşən ümumi sahəsi 1.35 ha olan torpaq sahəsi X17 çatan hissədən ibarətdir. xx.xx.2021-ci il tarixli, V-998/2021 saylı Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadənaməyə əsasən, xx.xx.2015-ci il tarixdə vəfat etmiş X5 vərəsələri qızı xx.xx.2021-ci il tarixdə vəfat etmiş X22 vərəsələri – qızı Cavabdeh2dır və o, miras əmlakdan ½ hissədə pay almalıdır. ƏMDK-nin yanında DƏDRX-nin Xaçmaz Ərazi İdarəsi tərəfindən xx.xx.2021-ci il tarixdə X10 verilmiş **********21 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 1i ünvanında yerləşən ümumi sahəsi 0.22 ha olan torpaq sahəsi X17 çatan hissədən ibarətdir. xx.xx.2022-ci il tarixli, 4ə-24 saylı daşınmaz əmlakın bağışlanması və xx.xx.2022-ci il tarixli, 4ə-22 saylı daşınmaz əmlakın bağışlanması müqavilələrinə əsasən, Cavabdeh2 ünvan 1i ünvanında yerləşən, ümumi sahəsi 0.22 ha olan torpaq sahəsinin paylı mülkiyyəti üzrə ona məxsus hissəsini və ünvan 1i ünvanında yerləşən, ümumi sahəsi 1.35 ha olan torpaq sahəsinin paylı mülkiyyəti üzrə ona məxsus hissəsini Cavabdeh4 bağışlamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1151.2-ci maddəsinə əsasən mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1.1-ci maddəsinə əsasən birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1321-ci maddəsinə əsasən vərəsəliyə çağırılmış şəxslər mirasın açıldığı yerdəki notariat orqanından vərəsəlik şəhadətnaməsi tələb edə bilərlər. Qanunda nəzərdə tutulmuş hallarda vərəsəlik şəhadətnaməsinin alınması məcburidir. Vərəsəlik şəhadətnaməsində vərəsə kimi qeyd olunan şəxsin həmin şəhadətnamədə göstərilən hüquqa malik olması qəbul edilir. Bu, vərəsəlik şəhadətnaməsində vərəsə kimi qeyd olunan şəxsdən onun miras payına aid olan hər hansı bir predmeti, belə predmetlə bağlı hüququ və ya miras payına daxil olan hər hansı bir hüquqdan azad etməni əldə edən şəxsin xeyrinə də qüvvədədir, bir şərtlə ki, əldə edən vərəsəlik şəhadətnaməsinin düzgün olmadığını bilməmiş olsun. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1269-ci maddəsinə əsasən mirasa sahiblik etməyə və ya onu idarə etməyə faktik başlamış vərəsə mirasın qəbulu üçün müəyyənləşdirilmiş vaxt ərzində mirasın qəbulundan imtina edə bilər. Bu barədə ərizə ilə o, notariat orqanına müraciət etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenimunun Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 18 iyul 2014-cü il tarixli qərarında qeyd etmişdir ki, Konstitusiyanın 29-cu maddəsinin V hissəsi vərəsəlik hüququna təminat verir. Konstitusiyanın bu maddəsi geniş anlamda vəsiyyət etmə hüququ ilə bərabər, eyni zamanda miras alma hüququna da təminat yaradır. Belə ki, vərəsəlik hüququna təminat miras qoymağı, yəni bir tərəfdən vəsiyyət edə bilməyi, digər tərəfdən isə vərəsə olaraq mirası qəbul edib ona sahib olmağı nəzərdə tutur. Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında vərəsəlik hüququnun hüquqi tənzimlənməsi ilə əlaqədar göstərmişdir ki, vərəsəlik institutu müəyyən dərəcədə hər iki normalar qrupunun (ailə və əmlak) spesifik xüsusiyyətlərini özündə əks etdirir. Belə ki, vərəsəlik hüquq institutunun bu xüsusiyyəti həm ona aid olan qaydaların xeyli hissəsinin məcburi xarakter daşımasında, həm də müqavilə azadlığının xüsusi şərtlərlə məhdudlaşdırılmasında özünü göstərir. (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ və İİ hissələrinə, 29-cu maddəsinin İ, İİ və İİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair” 20 oktyabr 2011-ci il tarixli; “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1203.1-ci maddəsinin şərh edilməsinə dair” 13 dekabr 2011-ci il tarixli; Ə.Əfəndiyeva və N.Kərimovanın şikayəti üzrə 5 oktyabr 2012-ci il tarixli Qərarları). Mülki Məcəllənin 1151-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Şəxsi xarakter daşıyan əmlak hüquqları və vəzifələr mirasın tərkibinə daxil deyildir (Mülki Məcəllənin 1153-cü maddəsi). Bunlar aliment öhdəlikləri, yaşayış sahəsindən istifadə hüququ, miras qoyanın sağlamlığına dəymiş zərərin ödənilməsi öhdəlikləri və sairdir. Miras əmlakı təşkil edən maddi dəyərlərə malik olan hüquq (miras əmlaka daxil olan daşınmaz və daşınar əmlakın üzərindəki mülkiyyət və sair əşya hüquqları, tələb hüquqları) və öhdəliklər Mülki Məcəllənin 1133-cü maddəsinə əsasən vərəsəlik qaydasında miras qoyanın vərəsələrinə keçir. Mirasın açılmasının əsasını bir sıra hüquqi faktların məcmusu (hüquqi tərkibi) təşkil edir: mirası qəbul etmək hüququna malik olan şəxslərin dairəsi; mirasın açıldığı vaxt miras əmlakın kütləsi (miras aktivi və miras passivi); vərəsəlik prosesinin başlanğıcı (mirasın qəbul edilməsi, imtina olunması və s.). Bu mənada mirasın qəbul edilməsi müddəti vərəsəlik institutunun vacib aspektlərindən biridir. Mülki Məcəllənin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Lakin mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər (Mülki Məcəllənin 1248-ci maddəsi). Bu maddələrin tələblərinə görə mirasın qəbul edilməsi müddəti ərzində vərəsəliyə çağırılmış şəxslər mirası qəbul etməyə yönələn hərəkətləri etməlidirlər. Əgər vərəsə qanunda göstərilən müvafiq müddət ərzində mirası qəbul etmək hüququnu (subyektiv vərəsəlik hüququ) həyata keçirməmişdirsə həmin hüququ itirir. Qeyd olunmalıdır ki, mirasın qəbul edilməsi müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, vərəsələrin hüquqlarının həyata keçirilməsinə və vəzifələrinin yerinə yetirilməsinə kömək edir və mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyrisabitliyin aradan qaldırılmasına xidmət göstərir. Mülki Məcəllənin 1243.2-ci maddələsinə görə vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. Məhkəmələr tərəfindən vərəsəlik hüququnu, o cümlədən mirasın qəbul edilməsini tənzimləyən və iş üzrə tətbiq edilən hüquq normalarının müddəaları Konstitusiyanın 29-cu maddəsinin V hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təmin edilməsi sahəsində dövlətin üzərinə düşən konstitusiya öhdəlikləri baxımından şərh edilməlidir. Burada nəzərə alınmalıdır ki, həmin öhdəliklərin yerinə yetirilməsi vərəsəlik hüququnun əsasını təşkil edən sosial ədalətlilik prinsipinin təmin edilməsinə və gələcəkdə hər hansı vərəsənin qanuni əsaslarla qəbul edilmiş miras əmlak üzərində mülkiyyət hüququndan formal tələblərə görə məhrum edilməməsinə yönəlmişdir. Qeyd olunmalıdır ki, Konstitusiya hüquq və azadlıqlarla yanaşı, onlardan irəli gələn vəzifələri də müəyyən edir və hüquqların həyata keçirilməsinə mümkün qanuni və əsaslı müdaxilələri istisna etmir. Lakin hər hansı hüquqa, o cümlədən mülkiyyət hüququna qanuni müdaxilə mütənasib olmalı, cəmiyyətin və ya dövlətin ümumi maraqları ilə fərdin konstitusiya hüquqlarının qorunması arasında ədalətli tarazlığa nail olunmaqla həyata keçirilməlidir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Məhkəmə mirasın qəbulu ilə bağlı maddi hüquq normalarına istinadən qeyd edir ki, iddiaçı miras qoyan X5 vərəsəsi kimi mirasın açıldığı ona bəlli olduğu andan qanunla müəyyən olunmuş müddətlər ərzində mirasın qəbuluna yönəlmiş hərəkətlər etməli idi. Mirasın qəbuluna dair hərəkətlər isə iki formada ola bilər - mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etmək barədə ərizə vermək, yaxud əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başlamaqla mirası qəbul etdiyini şəksiz nümayiş etdirmək. Lakin iddiaçı notariat kontoruna mirası qəbul etmək barədə müddəti ötürməklə müraciət etmişdir. Mirasın açıldığının onlara bəlli olmasına və buna dair hər hansı maneənin olmamasına baxmayaraq, iddiaçı notariat kontoruna mirası qəbul etmək barədə ərizəni qanunla müəyyən edilmiş müddətlər ərzində verməmişdir. Məhkəməyə və notariat orqanına mirasın qəbulu barədə ərizələrin verilməməsinin üzrlü səbəbləri barədə iddiaçı tərəfindən hər hansı sübut təqdim olunmamışdır. Həmçinin, iddiaçı anasının onun yanından vəfat etməsini və dəfn xərclərinin onun tərəfindən ödənilməsini bildirsə də, məhkəmə iclasında müəyyən edildi ki, miras qoyan Siyəzən rayonunda vəfat edib və bütün dəfn xərcləri qızı cavabdehlərin anası tərəfindən çəkilib. Həmçinin mübahisə predmeti olan ünvan 1ində yerləşən torpaq sahələri miras qoyanla cavabdehlərin birgə mülkiyyətində olmuşdur. Qeyd edilən dəlil də onların birgə təsərüfatda yaşadığını göstərir. İddaçı da, həmin təssərüfatda yaşasa idi onun adı Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktlarında olmalı idi. Həmçinin iş materiallarına əsasən müəyyən edilmişdir ki, iddiaçı miras əmlakı faktiki olaraq da qəbul etməmişdir. Miras əmlaka faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. İşin yuxarıda sadalanan hallarını nəzərə almaqla məhkəmə hesab edir ki, iddiaçının hazırki məhkəmə baxışının predmeti olan iddia tələblərini irəli sürməyə imkan verən subyektiv hüququn sahibi kimi qəbul etmək mümkün deyildir. Çünki o, mübahisəli torpaq və ev üzərində qanunla nəzərdə tutulmuş qaydada hər hansı hüquq əldə etməmiş, qanun üzrə vərəsəlik haqqında şəahdətnamə almamış, yaxud torpaq sahəsi və ev qanunla nəzərdə tutulmuş qaydada onun qanuni istifadəsinə verilməmişdir. Gəldiyi qənaətin əsaslarına uyğun olaraq məhkəmə iddianın digər dəlillərinə münasibət bildirilməsini ümumiyyətlə zəruri hesab etməyərək özünün bu mövqeyini mülki prosessual hüququn ümumi sistemindən irəli gələn prosessual qənaət prinsipi ilə əsaslandırır. Mülki Prosessual Məcəllənin 80-ci maddəsində əksini tapmış həmin prinsipə əsasən məhkəmə prosesində yalnız elə faktlarla və hallarla bağlı sübutlar nəzərə alınmalıdır ki, onlar işin həlli üçün hüquqi baxımdan əhəmiyyət kəsb etsinlər. Mirasın qəbuluna dair hərəkətlər özündə əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başlamağı və bununla da mirasın qəbul edildiyinin şəksiz nümayiş etdirilməsini ehtiva edir. İddiaçı tərəfindən belə məzmunlu hər hansı hərəkətlər edildiyi iş materialları ilə təsdiq olunmur. Həmçinin, cavabdehlər tərəfindən iddiaçıya buna dair hər hansı maneçilik yaradıldığı iş materialları ilə təsdiq olunmur. Yəni, miras əmlakın faktiki qəbulu üçün də hər hansı məhdudiyyət olmamamışdır. Bununla yanaşı, belə bir maneə olmuş olsaydı belə, iddiaçı hazırki ərizə ilə məhkəməyə müraciət edənədək belə maneənin mövcudluğu və onun aradan qaldırılması ilə bağlı hər hansı orqana müraciət etməmişdir. Odur ki, miras əmlak iddiaçı tərəfindən faktiki olaraq da qəbul edilməmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə təqdim olunmuş və məhkəmədə araşdırılmış sübutlara məcmu halında qiymət verərək, belə qənaətə gəlir ki, İddiaçı cavabdehlər Quba “Asan Xidmət” Mərkəzi Notariat ofisi, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsi, Cavabdeh2 Bahadur qızı və Cavabdeh4 qarşı vərəsəlik hüququ haqqında şəhadətnamələrin, çıxarışların, bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, mirasın qəbul edilməsi və miras əmlakdan payın müəyyən edilməsi barədə tələbi əsassız olduğundan, iddiası təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Quba “Asan Xidmət” Mərkəzi Notariat ofisi, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsi, Cavabdeh2 Bahadur qızı və Cavabdeh4 qarşı vərəsəlik hüququ haqqında şəhadətnamələrin, çıxarışların, bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, mirasın qəbul edilməsi və miras əmlakdan payın müəyyən edilməsi barədə iddia tələbi təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rahim Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar