Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-644/2021 10.03.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Samir Əlibala oğlunun sədrliyi, məhkəmə iclas katibi Muradov Əli Şakir oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdehnə qarşı “xx.xx.2020-ci il tarixli ******* nömrəli aktın və həmin akt əsasında tərtib olunmuş xx.xx.2020-ci il tarixli tələbnamənin ləğv edilməsi və hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı Cavabdeh İB-nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2020-ci il tarixli ******* nömrəli akt əsasında tərtib olunmuş xx.xx.2020-ci il tarixli tələbnamənin (qərar) ləğv edilməsi və qanunsuz hesablanmış 216 (iki yüz on altı) manat məbləğində borcun İddiaçı **********003650 saylı abonent hesabından silinməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, tələbi onunla əsaslandırmışdır ki, onunla "Cavabdeh" İB arasında bağlanmış “qazın alqı-satqısı barədə” müqaviləyə əsasən yaşayıdığı ev qazla təchiz olunmuş və qaz sayğacı quraşdırılmışdır. O, hər ay istifadə etdiyi qaz sərfıyyatına görə mütəmadi olaraq qaz borcunu ödəyir. xx.xx.2020-ci il tarixdə "Cavabdeh" İB-nin əməkdaşları onun adına qeydə alınmış qaz sayğacını çıxararaq, yerinə oğlu Məmməd Məmmədovun adına qeydə alınmış yeni sayğac quraşdırmışlar. "Cavabdeh" İB-nin əməkdaşları xx.xx.2020-ci il tarixdə “sayğacın plastmas qapağına vurulan zavod qurğuşun blombunun kənar təsir nəticəsində üst hissədən əzilməsi” sözləri qeyd olunmuş ******* saylı Akt tərtib etmişlər və həmin tarixdə Cavabdeh əməkdaşları onun evinə gələrək, yeni akt və qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqı müqaviləsi tərtib etdikləini bildirərək sənədlərə oğlu Məmmədə imza etdimişlər. Həmin Akt əsasında "Cavabdeh" İB tərəfindən xx.xx.2020-ci il tarixli tələbnamə tərtib olunmuş və 216 manat məbləğində dəymiş ziyan (borc) hesablanmışdır. O, istifadə etdiyi qaz sərfiyyatının borcunu vaxtlı-vaxtında ödəmiş, hazırda da qaz borcunu oğlu ödəyir. Sayğaca dəymiş ziyan olaraq hesablanmış 216 manat borcdan yenicə xəbəri olmuş, bu məqsədlə "Cavabdeh" İB-nin Quba rayon şöbəsinə müraciət etmiş və ona həmin Aktın və tələbnamənin surətləri verilmişdir. O, həmin borcla razılaşmır. Həmin akt və tələbnamə əsassız olaraq tərtib olunmuşdur. Sayğac küçədə quraşdırılmış, qanunun tələblərinə uyğun kənar müdaxilələrdən qorumaq üçün müvafiq örtüklə örtülməmiş, qutuya yerləşdirilməmişdir. Qeyd olunanları nəzərə alaraq, iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə hər hansı məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iddiaçının izahatını dinləyib və işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğu üçün təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Quba RİHB-nın Quba şəhər İƏD üzrə nümayəndəliyin xx.xx.2021-ci il tarixli 40 nömrəli arayışından görünür ki, İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır; “qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” xx.xx.2020-ci il tarixli ******* nömrəli aktdan görünür ki, ünvan 2 ünvanında yerləşən yaşayış evində ******* nömrəli sayğac çıxarılmış və əvəzində 40045185 nömrəli sayğac quraşdırılmışdır; Xaçmaz RQİİ-nin xx.xx.2020-ci il tarixli ******* nömrəli aktından görünür ki, ARDNŞnın Cavabdeh İB-nin qaz sayğacının yoxlanılması, 29/1710-03246-1 saylı rəyinə əsasən ******* nömrəli sayğacın plastmas qapağına vurulan zavod qurğuşun blombunun kənar təsir nəticəsində üst hissədən əzilmişdir. Nəticədə 2160 m3 (216 (iki yüz on altı) manat) həcmində dəymiş ziyan hesablanmışdır; xx.xx.2020-ci tarixli “dəymiş ziyanın bərpasına dair tələbnamə”dən görünür ki, itirilmiş qazın bərpası üçün hesabat aparılmış və 2160 m3 sərfiyyat hesablanmışdır; ƏƏSMN tabeliyində olan DSMF PHŞ 2 saylı Regional ərazi fillialından verilmiş arayışdan görünür ki, Quba şəhər sakini İddiaçı 2-ci qrup əlliliyə görə ömürlük 259,78 manat əmək pensiyası alır. Beləliklə, məhkəmə iclasında işin halları ilə müəyyən edilmişdir ki, iddiaçının yaşadığı ünvanda qaz sayğacı dəyişdirilərək, yenisi ilə əvəz edilmişdir. Sayğacın dəyişidirməsi zamanı tərtib edilmiş “qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” ******* nömrəli aktda sayğacın dəyişdirilməsinin səbəbi kimi “əvəzləmə” göstərilmiş, sayğaçın nasaz vəziyyətdə olması, hər hansı bir hissəsinin zədələnməsi, plombun tamlığına müdaxilə edilməsi kimi qeydlər isə aktda ümumiyyətlə qeyd olunmamışdır. Halbuki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 nömrəli xx xxx 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın: 4.2-ci bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir; 4.6-cı bəndinə əsasən, qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır; 4.7-ci bəndinə əsasən, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır; 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar; 4.9-cu bəndinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçı tərəfindən qaz sayğacına müdaxilə edilməsi faktını təsdiq edən sübutlar məhkəməyə təqdim edilmədiyindən cavabdeh tərəfindən iddiaçı barəsində qazdan istifadə qaydalarının pozulmasına dair tərtib edilmiş akt əsaslı ola bilməz. Sayğaca müdaxilənin iddiaçı tərəfindən edildiyi sübut olunmadığına görə həmin akta əsasən hesablanmış 216 (iki yüz on altı) manat məbləğində pulun iddiaçıdan alınması da əsassız olmuşdur. İşin müəyyən edilmiş hаllаrındаn göründüyü kimi, qaz sаyğаcı iddiаçının cаvаbdehliyi sərhəddində qurаşdırılmаmışdır. Bilavasitə iddiaçı tərəfindən sаyğаcа hər hаnsı müdаxilə edilməsi, iddiаçının təqsirli hərəkət və hərəkətsizliyi nəticəsində sаyğаcın zədələnməsi müəyyən edilmədiyi halda, iddiаçıyа əsаssız olаrаq 216 (iki yüz on altı) manat məbləğində əlаvə sərfiyyаt hesаblаnmışdır. Belə ki, qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi iddiaçı deyil, cavabdeh özü daşıdığından, o cümlədən, iddiaçının təqsiri müəyyən edilmədiyindən, habelə zədələnmiş qaz sayğacının təmir olunması, həmin sayğacın dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi cavabdeh tərəfindən həyata keçirilməli olduğundan, cavabdeh dəyişdirilmiş qaz sayğacının dəyərinin iddiaçı tərəfindən ödənilməsini tələb edə bilməz. Beləliklə, şərh olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilərək, Cavabdeh əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2020-ci il tarixli ******* nömrəli akt əsasında xx.xx.2020-ci il tarixli tələbnamə (qərar) ləğv edilməli, həmin akta əsasən hesablanmış 216 (iki yüz on altı) manat məbləğində borc İddiaçı **********00120 saylı abonent hesabından silinməlidir. Məhkəmə həmçinin hesab edir ki, məhkəmə xərcinə daxil olan dövlət rüsumu da cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun: 8.1.1-ci madəsinə əsasən, məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 500 (beş yüz) manatadək olduqda 20 (iyirmi) manat məbləğində dövlət rüsumu tutulur; 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar; 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövtət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, 20 (iyirmi) manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddia təmin edilsin. Cavabdeh əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2020-ci il tarixli ******* nömrəli akt əsasında xx.xx.2020-ci il tarixli tələbnamə (qərar) ləğv edilsin. xx.xx.2020-ci il tarixli ******* nömrəli akta əsasən hesablanmış 216 (iki yüz on altı) manat məbləğində borc İddiaçı **********00120 saylı abonent hesabından silinsin. 20 (iyirmi) manat məbləğində dövlət rüsumu Cavabdehndən alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Samir Məmmədov
Məhkəmə qərarları › İş №2(027)-644/2021
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-644/2021
10.03.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver