Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-646/2020 05.08.2020 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, Muradov Əli Şakir oğlunun katibliyi, İlkin iddia üzrə İddiaçı, onun vəkili X5, Cavabdeh8, Cavabdeh5, Cavabdeh7 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 Rəhman oğluna, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Quba Regional “ASAN” Xidmət X2rşı miras əmlakdan vərəsəlik üzrə payların müəyyən edilməsi tələbinə dair; qarşılıqlı idddiaçı X1 cavabdeh İddiaçı qarşı yaşayış evinə köçürülmə tələbinə dair iddia ərizəsi üzrə mülki işə Quba Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 Rəhman oğluna, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Quba Regional “ASAN” Xidmət X2rşı miras əmlakdan vərəsəlik üzrə payların müəyyən edilməsi tələbinə dair iddia ərizəsi məhkəməyə müraciət edərək anası Paşayeva Zərövşə Sədul qızından miras qalmış Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş xx.xx.2019-cu il Qeydiyyat tarixli, ********** Qeydiyyat nömrəli çıxarışa əsasən Quba rayonu İİ Nügədi kəndində yerləşən 0,15 ha torpaq sahəsi və onun üzərinə yerləşən ümumi sahəsi 47,80 kv.m olan fərdi yaşayış evinə vərəsəlik üzrə payların müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh6 cavabdeh İddiaçı qarşı yaşayış evinə köçürülmə tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ilkin iddia tələbinin ona aid hissədə təmin edilməsi, İddiaçı və digər cavabdehlərə aid hissədə rədd edilməsi, onun iddia tələbinin təmin edilərək, gəlin köçüb yaşadığı Quba rayonu İİ Nügədi kəndində yerləşən yaşayış evinə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İlkin iddia üzrə İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ataları Paşayev Rəhman Ömər oğlu ilə anaları Paşayeva Zərövşə Sədul qızı xx xxxx 1958-ci ildə rəsmi nikaha daxil olaraq ailə qurmuşlar. Onların nikahından İddiaçı, bacısı Cavabdeh1, bacısı Cavabdeh2, qardaşı Cavabdeh3, qardaşı Cavabdeh4 Rəhman oğlu, bacısı Cavabdeh5, bacısı Cavabdeh7, bacısı Cavabdeh8, qardaşı Paşayev Rövşən Rəhman oğlu, bacısı Paşayeva Könül Rəhman qızı doğulmuş, qardaşı Paşayev Rövşən Rəhman oğlu xx xxxxx 2019-cu il tarixdə vəfat etmiş, vərəsəsi arvadı Cavabdeh6 qalmış, bacı Paşayeva Könül Rəhman qızı itkin düşmüşdür. X8 Ömər oğlu xx xxxxxx 2000-ci ildə, anası Paşayeva Zərövşə Sədul qızı xx xxxx 2011-ci ildə ölmüşdür. Anası Paşayeva Zərövşə Sədul qızından Quba rayonu İ Nügədi kəndində 0,15 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 47,80 kv.m olan fərdi yaşayış evi qalmışdır. Anasından qalmış fərdi yaşayış evini və torpaq sahəsini idarə edərək mirası qəbul etmişdir. Cavabdeh Paşayev Rövşən Rəhman qızının arvadı Cavabdeh6 bir müddət Rövşən Paşayevlə birlikdə yaşasa da, sonradan onu atıb getmişdir. Ona baxmamışdır. Qardaşı öləndən sonra da Cavabdeh6 mirası qəbul etməmişdir. Anası xx xxxx 2011-ci il tarixdə vəfat etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələbinə əsasən şəxsin öldüyü vaxtdan vərəsəlik açılır. Lakin bacısı Cavabdeh1, bacısı Cavabdeh2, qardaşı Cavabdeh3, qardaşı Cavabdeh4 Rəhman oğlu, bacısı Cavabdeh5, bacısı Cavabdeh7, bacısı Cavabdeh8 anasının ölümündən 8 il sonra notariat kontoruna mirası qəbul etməmək barədə ərizə vermişlər. Əslində onlar Notariat Kontoruna gələrək mirasdan onun xeyrinə imtina etmək istəmiş bu barədə Notariat Kontoruna bildirmiş, lakin Notariat Kontorunda mirasdan onun xeyrinə ərizə təqdim etmək əvəzinə mirasdan imtina barədə ərizə yazılmış, cavabdehlər də savadsızlıqdan ərizələri oxumadan imza etmişlər. Bundan sonra onun adına vərəsəlik şəhadətnaməsi verilmiş və o həmin vərəsəlik şəhadətnaməsi əsasında adına miras əmlaka dair Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış almışdır. Bundan sonra mərhum qardaşı Rövşən Paşayevin arvadı Cavabdeh6 cehiz əmlakının özümə məxsus evindən çıxarılması barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Bu zaman cavabdeh ona qarşı vərəsəlik şəhadətnaməsinin ləğv edilməsi, onun əsasında verilmiş çıxarışın etibarsız hesab edilməsi, qanun üzrə mirasın qəbul edilməsi faktının və vərəsəlik üzrə payların müəyyən edilməsi barədə qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Quba Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2(027)-1820/2019 nömrəli qətnaməsi ilə onun adına olan xx xxx 2019-cu il tarixli qanun üzrə vərəsəlik şəhadətnaməsi ləğv edilmiş və həmin şəhadətnamə əsasında ona verilmiş çıxarış etibarsız hesab edilmiş, iddia qalan hissədə təmin edilməmişdir. Hesab edir ki, adına verilmiş qanun üzrə vərəsəlik üzrə şəhadətnamə və çıxarış ləğv edildiyindən vərəsəlik yenidən açılmış və anası Paşayeva Zərövşə Sədul qızından miras qalmış əmlak yenidən bölüşdürülməlidir. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh6 qarşılıqlı iddianı onunla əsaslandırmışdır ki, əri Paşayev Rövşən Rəhman oğlu ilə xx xxxxx 2007-ci ildə nikahlarını rəsmi qeyd etdirərək evlənib ailə qurmuş, qaynanası Paşayeva Zərövşə Sədul qızına məxsus Quba rayonu İİ Nügədi kəndində yerləşən yaşayış evinə gəlin köçmüş və cehiz əmlakını da həmin evə aarmışdır. Qaynanası Paşayeva Zərövşə Sədul qızı xx xxxx 2011-ci ildə ölmüş, qaynanasına xəstə olarkən o baxıb qulluq etmiş, dəfn mərasimini əri ilə birlikdə etmişlər, qaynanası sağlığından və ölümündən sonra evdə əri Paşayev Rövşən Rəhman oğlu ilə birlikdə yaşamış, qaynı İddiaçı Bakı şəhərində özünə məxsus evdə öz ailəsi ilə birlikdə yaşamışdırş Ailə qurduğu vaxdan hal-hazıra kimi həmin evdə yaşamışdır. Əri Paşayev Rövşən Rəhman oğlu xx xxxxx 2019-cu ildə vəfat etmiş, onun ölümündən sonra həmin evdə yaşamışdır. Məhrum Rövşən Paşayev qaynanası Paşayeva Zövşə Sədul qızının qanun üzrə vərəsəsi olduğundan o mərhum həyat yoldaşı Rövşən Paşayevin qanun üzrə vərəsəsisdir və həmin evdə yaşamaqla mirası faktiki idarə edərək qəbul etmişdir. Halhazırda İddiaçı ona həmin evdə yaşamağa icazə vermir, ümumiyyətlə onun evdən çıxararaq evə buraxmır. Onun bütün cehiz əmlakı, geyim əşyaları və digər ona məxsus əmlakları həmin evdədir. Onun başqa yaşayış yeri yoxdur. Valideynlərimin yaşadığı ev olduqca darısqaldır. Özü heç bir yerdə işləmir, maddi imkanı aşağıdır, kirayə qalmağa imkanı çatmır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddianı müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etdi. Bundan başqa məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, Cavabdeh6 qardaşı xəstə olan vaxtı onu atıb çıxıb getmiş, qardaşı öləndən sonra onun yaşadığı evə gəlməmiş, mirası faktiki olaraq qəbul etməmiş, qardaşına düşən miras əmlakla bağlı notariat kontoruna ərizə verməmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh8 iddianı qəbul edərək məhkəməyə verdiyi izahatında bildirdi ki, X8 Ömər oğlu xx xxxxxx 2000-ci ildə ölmüş, anası Paşayeva Zərövşə Sədul qızı xx xxxx 2011-ci ildə ölmüşdür. Cavabdeh6 Əlisman qızı 2015-ci ildən qardaşı Rövşənə baxmamış, onu xəstə vəziyyətdə atıb getmişdir. Qardaşı Rövşən ölən vaxtı da gəlməmişdir. O, atası və anasından düşən miras əmlakı qardaşının xeyrinə imtina etmək istəmiş, bu məqsədlə notariat kontoruna bildirsə də, notarait kontorunda ona ümumi imtinaya imza etdirmişlər. Hazırda atası və anasından qalmış miras əmlakdan ona düşən paydan qardaşınını xeyrinə imtina edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh5 iddianı qəbul edərək məhkəməyə verdiyi izahatında bildirdi ki, X8 Ömər oğlu xx xxxxxx 2000-ci ildə ölmüş, anası Paşayeva Zərövşə Sədul qızı xx xxxx 2011-ci ildə ölmüşdür. Cavabdeh6 Əlisman qızı 2015-ci ildən qardaşı Rövşənə baxmamış, onu xəstə vəziyyətdə atıb getmişdir. Qardaşı Rövşən ölən vaxtı da gəlməmişdir. O, atası və anasından düşən miras əmlakı qardaşının xeyrinə imtina etmək istəmiş, bu məqsədlə notariat kontoruna bildirsə də, notarait kontorunda ona ümumi imtinaya imza etdirmişlər. Hazırda atası və anasından qalmış miras əmlakdan ona düşən paydan qardaşınını xeyrinə imtina edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh7 iddianı qəbul edərək məhkəməyə verdiyi izahatında bildirdi ki, X8 Ömər oğlu xx xxxxxx 2000-ci ildə ölmüş, anası Paşayeva Zərövşə Sədul qızı xx xxxx 2011-ci ildə ölmüşdür. Cavabdeh6 Əlisman qızı 2015-ci ildən qardaşı Rövşənə baxmamış, onu xəstə vəziyyətdə atıb getmişdir. Qardaşı Rövşən ölən vaxtı da gəlməmişdir. O, atası və anasından düşən miras əmlakı qardaşının xeyrinə imtina etmək istəmiş, bu məqsədlə notariat kontoruna bildirsə də, notarait kontorunda ona ümumi imtinaya imza etdirmişlər. Hazırda atası və anasından qalmış miras əmlakdan ona düşən paydan qardaşınını xeyrinə imtina edir. Əvvəlki məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh6 ilkin iddianı qəbul etməyərək məhkəməyə verdiyi izahatında bildirdi ki, xx xxxxx 2007-ci ildə Paşayev Rövşən Rəhman oğlu ilə ailə quraraq Rövşən Paşayevin yaşadığı Quba rayonu İİ Nügədi kəndində yerləşən evə gəlin köçmüşdür. Həmin evdə yaşadığı vaxt xx xxxx 2011-ci ildə qaynanası Zərövşə vəfat etmiş, onun vəfatından sonra da həmin evdə yaşamış, xx xxxxxx 2019-cu ildə əri Rövşən Paşayev ölmüş, onun ölümündən qabaq, ondan sonra da həmin evdə yaşamış, cehiz əşyaları da həmin evdədir. Ona görə də qarşılıqlı iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 Rəhman oğlu və Cavabdeh6 məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə MPM-nin 185.5-ci maddəsinin tələbinə uyğun olaraq işə həmin cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının və cavabdehlərin izahatını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakılara əsasən hesab edir ki, ilkin iddia təmin edilməli, qarşılıqlı iddia isə rədd edilməlidir. İş materiallarında olan Quba rayonu VVAQ şöbəsi tərəfindən verilmiş AZ 087544 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, Paşayev Rəhman Ömər oğlu xx xxxxxx 2000-ci ildə ölmüşdür. İş materiallarında olan Quba rayonu İİ Nügədi İƏD tərəfindən verilmiş AZ-İ 482463 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, Paşayeva Zərövşə Sədul qızı xx xxxx 2011-ci ildə ölmüşdür. İş materiallarında olan Quba regional “ASAN xidmət” mərkəzində Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ 009319 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, Paşayev Rövşən Rəhman oğlu xx xxxxx 2019-cu ildə ölmüşdür. İş materiallarında olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş ********** qeydiyyat nömrəli, xx.xx.2019 qeydiyyat tarixli çıxarışa əsasən Quba rayonu İİ Nügədi kəndində 0,15 ha torpaq sahəsi üzərinə yerləşən fərdi yaşayış evi İddiaçı adına qeydə alınmışdır. İş materiallarında olan Quba Rayon Məhkəməsinin 2(027)-1820/2019 nömrəli, xx xxxxxxx 2019-cu il tarixli qətnaməsindən görünür ki, İddiaçı Cavabdeh6 Əlisuman qızına qızına qarşı Quba rayonu İİ Nügədi kəndində yerləşən evdən Cavabdeh6 Əlisuman qızına məxsus əmlakların çıxarılması barədə iddia tələbi təmin edilməmiş, qarşılıqlı iddia qismən təmin edilmiş, İddiaçı adına Quba regional ASAN Xidmət X4 notariusu tərəfindən verilmiş xx xxx 2019-cu il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ləğv edilmiş və həmin şəhadətnamə əsasında İddiaçı adına verilmiş ********** qeydiyyat nömrəli, xx.xx.2019-cu il qeydiyyat tarixli “çıxarış” etibarsız hesab edilmişdir. İş materiallarında olan Quba rayon İcra Hakimiyyətindən sorğuya əsasən alınmış məktuba əlavə edilmiş xx xxxxx 2019-cu il tarixli, Quba rayonu İİ Nügədi kənd sakinləri tərəfindən tərtib edilmiş, Quba rayon İHB-nın İİ Nügədi İƏD tərəfindən təsdiq edilmiş AKT-dan görünür ki, İİ Nügədi kənd sakini Paşayev Rövşən Rəhman oğlu ilə həyat yoldaşı Cavabdeh6 2015-ci ildən ayrı yaşayırlar, Paşayev Rövşən Rəhman oğlu xx.xx.2019-cu il tarixdə vəfat etmiş, vəfat edən günə kimi Paşayev Rövşən Rəhman oğlu mərhum anası Paşayeva Zərövşə Sədul qızının adına olan evdə yaşamış, Cavabdeh6 2015-ci ildən həyat yoldaşı vəfat edən günə kimi onunla birlikdə Paşayeva Zərövşə Sədul qızının adına olan evdə yaşamamışdır. İş materiallarında olan məhkəmənin sorğusuna əsasən xx xxxx 2020-ci il tarixli məktubla göndərilmiş Quba rayon Polis şöbəsində Cavabdeh6 müraciəti əsasında toplanmış materiallardan görünür ki, Cavabdeh6 Rövşən Paşayevlə yaşadıqları vaxt aralarında mübahisə yarandığından 2015-ci ildən Cavabdeh6 atası evinə getmiş və geri qayıtmamışdır. İş materiallarında olan Quba Regional ASAN XİDMƏT X4 xx xxxx 2020-ci il tarixli, 573 nömrəli məktubundan görünür ki, xx xxxx 2016-ci ildə Paşayev Rövşən Rəhman oğlu vəfat etmiş anası Paşayeva Zərövşə Sədul qızından miras qalmış əmlakın qəbuluna dair Quba rayon Notariat Kontoruna ərizə ilə müraciət etmiş və həmin tarixdə mərhumun adına vərəsəlik işi açılmışdır. İş materiallarında olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş ********** qeydiyyat nömrəli, xx.xx.2019 qeydiyyat tarixli çıxarışa əsasən Quba rayonu İİ Nügədi kəndində 0,15 ha torpaq sahəsi üzərinə yerləşən ümumi sahəsi 47,8 kv.m olan fərdi yaşayış evi Paşayeva Zərövşə Sədul qızının adına qeydə alınmışdır. Beləliklə tərəflərin izahatları və məhkəmə araşdırılmaları zamanı müəyyən olunmuşdur ki, Paşayev Rəhman Ömər oğlu Paşayeva Zərövşə Sədul qızı ilə xx xxxx 1958-ci ildə ailə qurmuşlar. Paşayev Rəhman Ömər oğlu xx xxxxxx 2000-ci ildə, Paşayeva Zərövşə Sədul qızı xx xxxx 2011-ci ildə ölmüşdür. xx xxxxx 2007-ci il tarixdə Cavabdeh6 Paşayev Rövşən Rəhman oğlu ilə ailə quraraq, miras qoyanlara məxsus fərdi yaşayış evinə gəlin köçmüşdür. Miras qoyan Paşayeva Zərövşə Sədul qızı xx xxxx 2011-ci ildə vfat edən vaxtı Cavabdeh6 Paşayev Rövşən Rəhman oğlu ilə birlikdə yaşamış, lakin 2015-ci ildə ailədə baş vermiş münaqişə səbəbindən Cavabdeh6 yaşadığı Quba rayonu İİ Nügədi kəndində yerləşən evdən çıxıb getmişdir. Bundan sonra həmin evdə Paşayev Rövşən Rəhman oğlu tək yaşamışdır. xx xxxxx 2019-cu il tarixdə Paşayev Rövşən Rəhman oğlu vəfat etmiş, vəfat edən vaxtı onun arvadı Cavabdeh6 onunla yaşamamışdır. Miras qoyan Paşayeva Zərövşə Sədul qızından miras qalmış əmlakla bağlı İddiaçı Quba Regional ASAN Xidmət mərkəzinin Notariat Ofisində vərəsəlik açdırmış, vərəsələr Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 Rəhman oğlu, Cavabdeh5 miras əmlakdan onlara düşən paydan imtina etmiş, buna görə də notariat ofisində xx xxx 2019-cu ildə miras əmlakla bağlı İddiaçı adına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmiş, lakin Quba Rayon Məhkəməsinin 2(027)- 1820/2020 nömrəli xx xxxxxxx 2019-cu il tarixli qətnaməsinə əsasən İddiaçı adına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ləğv edilmiş və onun əsasında verilmiş çıxarış etibarsız hesab edilmişdir. Hazırkı məhkəmə araşdırmaları zamanı məlum olmuşdur ki, Cavabdeh6 2015-ci ildən Paşayev Rövşən Rəhman oğlundan faktiki olaraq ayrılıb atası evinə Quba rayonu Qəçrəş kəndində getmiş, cehiz əmlakı mübahisəli evdə qalsa da, Paşayev Rövşən Rəhman oğlundan qalmış miras əmlakı faktiki olaraq qəbul etməmiş, Rövşən Paşayev vəfat etdikdən sonra həmin evdə yaşamamış, onun ölümündən sonra miras əmlakın qəbul edilməsi ilə bağlı notariat kontoruna ərizə verməmişdir. Vərəsələrdən yalnız İddiaçı miras qoyan Paşayeva Zərövşə Sədul qızından qalmış miras əmlakı qəbul etmiş, onu idarə etmiş və ona sahiblik etmişdir. Məhkəmə iclasında qarşılıqlı iddia ilə bağlı müəyyən olunmuşdur ki, qarşılıqlı iddiaçı Cavabdeh6 köçürülməsini tələb etdiyi fərdi yaşayış evi miras qoyan Zərövşə Paşayeva məxsusdur. Onun əri Rövşən Paşayev vəfat etmiş, hazırkı iş üzrə cavabdeh İddiaçı köçürülməsini tələb etdiyi evin mülkiyyətçisi deyildir. Bundan başqa Cavabdeh6 ərinin vəfatından sonra o evdə yaşamamış və həmin evdə yaşamadığından, bir ailə üzvü kimi evə sahiblik etməmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, o, ərinin anasından onun ərinə düşən miras payını qəbul etməmişdir. Ümumiyyətlə hazirki vəziyyətdə onun müvafiq iddianı qaldırmaq üçün subyektiv hüququ olmamışdır. İlk öncə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmaması araşdırmalıdır. Hüquqi nəzəriyyə görə subyektiv mənada hüquq normativ – hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüqüqun ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə yalınz qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1134.1-ci maddəsinə əsasənqanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1151.2-ci maddəsinə əsasən mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1.1-ci maddəsinə əsasən birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1256-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər. Üzrlü səbəb olduqda məhkəmə bu müddəti iki aydan çox olmayaraq uzada bilər. Mirasın qəbulundan imtina notariat orqanında rəsmiləşdirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1259-cu maddəsinə əsasən əgər müxtəlif əsaslar üzrə vərəsəyə mirasdan bir neçə pay düşürsə, o, bir payı qəbul edə, digərindən imtina edə bilər, yaxud bütün paylardan imtina edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1262-ci maddəsinə əsasən əgər vərəsə mirası qəbul etməkdən imtina etmişdirsə, lakin kimin xeyrinə imtina etdiyini bildirməmişdirsə, onun payı qanun üzrə vərəsəliyə çağırılmış vərəsələrin payına, vəsiyyətnamə ilə bütün əmlakın bölüşdürüldüyü halda isə vəsiyyət üzrə vərəsələrin payına əlavə edilir və onların arasında paylarına mütənasib surətdə bölüşdürülür, bu şərtlə ki, vəsiyyətnamədə ayrı qayda nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1267-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat orqanına mirası qəbul etməsi və ya vərəsəlik haqqında şəhadətnamə alınması barədə ərizə verdikdən sonra mirasdan imtina edilməsinə yol verilmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1268.1-ci maddəsinə əsasən vərəsə mirası qəbul etməkdən imtina etdiyi barədə ərizəni geri götürə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1273-cü maddəsinə əsasən mirasın qəbulunun və ya qəbulundan imtinanın hüquqi nəticələri mirasın açıldığı andan baş verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1273-1-ci maddəsinə əsasən Vərəsə bu Məcəllə ilə müəyyən edilmiş müddətlər daxilində mirası qəbul etmədikdə və ya ondan imtina etmədikdə, müvafiq olaraq bu Məcəllənin 1262-ci və 1263-cü maddələri tətbiq edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenimunun Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxx 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair xx xxxx 2014-cü il tarixli qərarında qeyd etmişdir ki, Konstitusiyanın 29-cu maddəsinin V hissəsi vərəsəlik hüququna təminat verir. Konstitusiyanın bu maddəsi geniş anlamda vəsiyyət etmə hüququ ilə bərabər, eyni zamanda miras alma hüququna da təminat yaradır. Belə ki, vərəsəlik hüququna təminat miras qoymağı, yəni bir tərəfdən vəsiyyət edə bilməyi, digər tərəfdən isə vərəsə olaraq mirası qəbul edib ona sahib olmağı nəzərdə tutur.Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında vərəsəlik hüququnun hüquqi tənzimlənməsi ilə əlaqədar göstərmişdir ki, vərəsəlik institutu müəyyən dərəcədə hər iki normalar qrupunun (ailə və əmlak) spesifik xüsusiyyətlərini özündə əks etdirir. Belə ki, vərəsəlik hüquq institutunun bu xüsusiyyəti həm ona aid olan qaydaların xeyli hissəsinin məcburi xarakter daşımasında, həm də müqavilə azadlığının xüsusi şərtlərlə məhdudlaşdırılmasında özünü göstərir. (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ və İİ hissələrinə, 29-cu maddəsinin İ, İİ və İİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair” xx xxxxxxx 2011-ci il tarixli; “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1203.1-ci maddəsinin şərh edilməsinə dair” xx xxxxxx 2011-ci il tarixli; Ə.Əfəndiyeva və N.Kərimovanın şikayəti üzrə x xxxxxxx 2012-ci il tarixli Qərarları).Mülki Məcəllənin 1151-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Şəxsi xarakter daşıyan əmlak hüquqları və vəzifələr mirasın tərkibinə daxil deyildir (Mülki Məcəllənin 1153-cü maddəsi). Bunlar aliment öhdəlikləri, yaşayış sahəsindən istifadə hüququ, miras qoyanın sağlamlığına dəymiş zərərin ödənilməsi öhdəlikləri və sairdir.Miras əmlakı təşkil edən maddi dəyərlərə malik olan hüquq (miras əmlaka daxil olan daşınmaz və daşınar əmlakın üzərindəki mülkiyyət və sair əşya hüquqları, tələb hüquqları) və öhdəliklər Mülki Məcəllənin 1133-cü maddəsinə əsasən vərəsəlik qaydasında miras qoyanın vərəsələrinə keçir.Mirasın açılmasının əsasını bir sıra hüquqi faktların məcmusu (hüquqi tərkibi) təşkil edir: mirası qəbul etmək hüququna malik olan şəxslərin dairəsi; mirasın açıldığı vaxt miras əmlakın kütləsi (miras aktivi və miras passivi); vərəsəlik prosesinin başlanğıcı (mirasın qəbul edilməsi, imtina olunması və s.).Bu mənada mirasın qəbul edilməsi müddəti vərəsəlik institutunun vacib aspektlərindən biridir.Mülki Məcəllənin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Lakin mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər (Mülki Məcəllənin 1248-ci maddəsi).Bu maddələrin tələblərinə görə mirasın qəbul edilməsi müddəti ərzində vərəsəliyə çağırılmış şəxslər mirası qəbul etməyə yönələn hərəkətləri etməlidirlər. Əgər vərəsə qanunda göstərilən müvafiq müddət ərzində mirası qəbul etmək hüququnu (subyektiv vərəsəlik hüququ) həyata keçirməmişdirsə həmin hüququ itirir.Qeyd olunmalıdır ki, mirasın qəbul edilməsi müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, vərəsələrin hüquqlarının həyata keçirilməsinə və vəzifələrinin yerinə yetirilməsinə kömək edir və mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir.Mülki Məcəllənin 1243.2-ci maddələsinə görə vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır.Miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. Məhkəmələr tərəfindən vərəsəlik hüququnu, o cümlədən mirasın qəbul edilməsini tənzimləyən və iş üzrə tətbiq edilən hüquq normalarının müddəaları Konstitusiyanın 29cu maddəsinin V hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təmin edilməsi sahəsində dövlətin üzərinə düşən konstitusiya öhdəlikləri baxımından şərh edilməlidir. Burada nəzərə alınmalıdır ki, həmin öhdəliklərin yerinə yetirilməsi vərəsəlik hüququnun əsasını təşkil edən sosial ədalətlilik prinsipinin təmin edilməsinə və gələcəkdə hər hansı vərəsənin qanuni əsaslarla qəbul edilmiş miras əmlak üzərində mülkiyyət hüququndan formal tələblərə görə məhrum edilməməsinə yönəlmişdir. Qeyd olunmalıdır ki, Konstitusiya hüquq və azadlıqlarla yanaşı, onlardan irəli gələn vəzifələri də müəyyən edir və hüquqların həyata keçirilməsinə mümkün qanuni və əsaslı müdaxilələri istisna etmir. Lakin hər hansı hüquqa, o cümlədən mülkiyyət hüququna qanuni müdaxilə mütənasib olmalı, cəmiyyətin və ya dövlətin ümumi maraqları ilə fərdin konstitusiya hüquqlarının qorunması arasında ədalətli tarazlığa nail olunmaqla həyata keçirilməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsində təsbit olunan mülkiyyət hüququna dair oxşar hüquqi mövqelər ifadə etmişdir. Həmin Məhkəmənin İvaşkieviç Polşaya qarşı iş üzrə xx xxxx 2011-ci il tarixli qərarında göstərilmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsi hər hansı müdaxilənin qarşıya qoyulmuş məqsədə ağlabatan şəkildə mütənasib olmasını da tələb edir. Müvafiq olaraq, hüquq və azadlıqlara istənilən müdaxilə cəmiyyətin ümumi maraqları ilə fərdi şəxsin fundamental hüquqlarının müdafiəsi tələbləri arasında “ədalətli tarazlığa” cavab verməlidir. Tələb edilən ədalətli tarazlığa nail olmaq üçün müvafiq şəxs fərdi və həddən artıq yükə məruz qalmamalıdır (§ 44). Məhkəmə hesab edir ki, miras qoyan Paşayeva Zərövşə Sədul qızından qalmış Quba rayonu İİ Nügədi kəndində 0,15 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 47,8 kv.m olan fərdi yaşayış evindən ibarət miras əmlak yalnız İddiaçı tərəfindən qəbul edildiyindən, iddia təmin edilərək, Quba rayonu İİ Nügədi kəndində 0,15 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 47,8 kv.m olan fərdi yaşayış evindən ibarət miras əmlaka 1/1 hissə İddiaçı payı müəyyən edilməli, qarşılıqlı iddiaçı Cavabdeh6 qarşılıqlı iddiası təmin edilməməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İlkin iddia təmin edilsin. Miras qoyan Paşayeva Zərövşə Sədul qızından qalmış Quba rayonu İİ Nügədi kəndində 0,15 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 47,8 kv.m olan fərdi yaşayış evindən ibarət miras əmlaka 1/1 hissə İddiaçı payı müəyyən edilsin. Qarşılıqlı iddia təmin edilməsin. Qətnamə miras əmlaka vərəsəlik şəhadətnaməsinin verilməsi və qanunvericiliklə nəzərdə tutulmuş qaydada hüquqlarının qeydə alınması üçün əsasdır. Qətnamədən, rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rahim Həsənov
Məhkəmə qərarları › İş №2(027)-646/2020
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-646/2020
05.08.2020 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver