Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-657/2023 06.04.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X4 qızının katibliyi, İddiaçı Mirzəbala oğlunun iştirakı ilə, İddiaçı Mirzəbala oğlunun Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair iddiası üzrə mülki işə Quba Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Mirzəbala qızı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Quba rayon Şöbəsinin əməkdaşları tərəfindən əsassız tərtib olunmuş xx.xx.2021-ci il tarixli ******* saylı Aktın və həmin akta əsasən dəymiş ziyanın bərpasına dair tələbnamənin ləğv edilməsi və hesablanmış 432 manat məbləğində borcun onun **********00530 saylı abonent hesabımdan silinməsi və mediasiya üçün ödədiyi 20 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Mirzəbala qızı iddia tələbini onunla əsaslandırmışdır ki, Quba rayonu, Qəçrəş kəndində yerləşən atasına məxsus həyətyanı torpaq sahəsində 2006-cı ildə yaşayış evi tikərək o, və ailə üzvləri həmin evdə yaşayırlar. Qeyd olunan yaşayış evinə qaz sayğacı quraşdırılaraq onun adına qeydə alınmışdır. Azəriqaz ASC ilə bağlanmış qazın alqı satqısına dair müqaviləyə əsasən təbii qazdan istifadə edirlər və istifadə etdiyləri qazın dəyərini vaxtlı-vaxtında ödəyir. 26 oktyabr 2021-ci il tarixdə Azəriqaz İB-nın əməkdaşları yaşadığı yaşayış evinə quraşdırılmış və istifadə etdiyi Elster tipli qaz sayğacını çıxararaq Zenner tipli qaz sayğac ilə əvəzləşdirmişlər. Həmin vaxt o, və ailə üzvləri evdə olmamışlar. 2022-ci ilin əvvəllərində qaz borcu qəbzi gələrkən 432 manat məbləğində cərimənin olduğunu görmüşdür. O, Quba Qaz İİ-nə müraciət edərək, həmin borcun hansı səbəbə əsasən qeyd olunduğunu soruşduqda ona qeyd olunan borcun xx.xx.2021-ci il tarixli ******* saylı akta əsasən hesablandığını bildirərək aktı, razılaşma protokolu və tələbnaməni ona təqdim etmişlər. Həmin aktla tanış olduqda ona məlum olmuşdur ki, xx.xx.2021-ci il tarixli ******* saylı aktda Azəriqaz İB-nın əməkdaşlarının çıxardığı Elster tipli qaz sayğacına baxış keçirilmiş, qaz sayğacının hesablama mexanizminin qoruyucu qapağının üzərində mənşəyi məlum olmayan, plombun aşkar edilməsi qeyd olunmuş və həmin akta əsasən də xx.xx.2021-ci il tarixli tələbnamə tərtib olunaraq 432 manat cərimə borcu hesablanmışdır. Aktda onun imza etməkdən imtina etdiyi qeyd olunmuşdur. Onun həmin aktın mövcudluğundan xəbəri olmamışdır. Aəriqaz İB tərəfindən təqdim olunmuş 23 dekabr 2021-ci il tarixli istehlak olunmuş dəymiş ziyana görə yaranmış debitor borcun ödənilməsi barədə razılaşma protokolunda yaranmış 432 manat debitor borcu ödəməyi öhdəsinə götürməyi qeyd olunaraq istehlakçı qrafasında imza edilmişdir. Həmin razılaşma protokolunda istehlakçı kimi o, imza etməmiş və həmin protokolun mövcudluğundan xəbəri olmamışdır. xx.xx.2021-ci il tarixli ******* saylı aktla və tələbnaməyə əsasən hesablanmış borcla razılaşmır. Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında xx.xx.2021-ci il tarixli ******* saylı aktın digər qeydlər qrafasında sayğacda hər hansı bir qüsurun olması barədə qeyd aparılmamışdır. Sayğac küçədə quraşdırılmış, qanunun tələblərinə uyğun kənar müdaxilələrdən qorumaq üçün müvafiq örtüklə örtülməmiş, qutuya yerləşdirilməmişdir. Cavabdeh əməkdaşları tərəfindən tərtib olunmuş təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2021-ci il tarixli ******* saylı Akt və həmin akt əsasında tərtib olunmuş dəymiş ziyanın bərpasına dair tələbnamə ləğv edilməli, hesablanmış 432 manat cərimə onun **********00530 saylı abonent hesabından silinməlidir. Həmin borcun silinməsi üçün qanunvericiliyin tələbinə uyğun olaraq, Mediasiya Şurasına müraciət etmişdir. Qusar 1 saylı Mediasiya Təşkilatında keçirilmiş mediasiya prossesində cavabdeh təşkilatın nümayəndəsi iştirak etməmiş, bu səbəbdən də, mübahisə barədə razılığa gəlmək mümkün olmamışdır. Məhkəmə iclasında İddiaçı Mirzəbala oğlu iddianı müdafiə edərək, iddianın təmin olunmasını xahiş etmişdir Məhkəmə iclasında Cavabdeh nümayəndəsi X1 iddia tələbi qəbul etməyərək, iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakılara əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan ******* saylı aktdan görünür ki, ******* nömrəli sayğaca ümumi baxış keçirilən zaman, sayğacın hesablama mexanizminin qoruyucu qapağının üzərində mənşəyi məlum olmayan plomb aşkar olunmuşdur. İş materiallarında olan abonentin saldosundan görünür ki, İddiaçı Mirzəbala qızının 2021-ci il üzrə 432 manat məbləğində borcu vardır. Müəyyən olunmuşdur ki, İddiaçı Mirzəbala qızı təbii qaz abonenti kimi qeydiyyatdadır. Cavabdeh tərəfindən xx.xx.2021-ci il tarixində tərtib edilmiş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktında qeyd olunmuşdur ki, sayğacın hesablama mexanizminin qoruyucu qapağının üzərində mənşəyi məlum olmayan plomb aşkar olunmuşdur. Həmin aktlara əsasən iddiaçının (abonentin) bazasındakı abonent koduna ümumilikdə 432 manat məbləğində itirilmiş qazın dəyəri hesablanmışdır. Onun tərəfindən sаyğаcа hər hаnsı müdаxilə edilməsi, iddiаçının təqsirli hərəkət və hərəkətsizliyi nəticəsində sаyğаcın zədələnməsi müəyyən edilmədiyi halda iddiаçıyа əsаssız olаrаq 432 manat məbləğində əlаvə sərfiyyаt hesаblаnmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilən "Qazdan istifadə qaydaları"nın 4.2-ci bəndinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar (4.8). İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. (4.9). Göründüyü kimi cavabdeh tərəfindən iddiaçıya hesablanmış borcun məhz abonentin sayğaca qanunsuz müdaxiləsindən irəli gəldiyi əsaslandırılmamış, bununla bağlı sübutlar təqdim edilməmişdir. Əksinə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilən "Qazdan istifadə qaydaları"nın 4.8-ci bəndinə əsasən iddiaçının qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşımışdır. İddiaçı aktın və tələbnamənin ləğv edilməsi tələbini qoysa da mahiyyətcə borcun silinməsi barədə tələb irəli sürür. Göründüyü kimi iddiaçının prosessual məqsədi onun hesabında sayğacdan kənar hesablanmış borcun qanunsuz sayılması olduğundan borcun silinməsidir. Yəni iddiaçı aktın və tələbnamənin ləğv edilməsi barədə iddia versə də (akt özlüyündə mövcuddur), məhkəmə iddianı akt və tələbnamə üzrə nəzərdə tutulan ödəmənin silinməsi barədə iddia kimi qəbul edir. Beləliklə, şərh olunanlara əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilərək, “Azəriqaz" İstehsalat Birliyinin əməkdaşları tərəfindən əsassız hesablanmış 432 manat məbləğində borc iddiaçının **********00530 saylı abonent hesabından silinməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı Mirzəbala qızının **********00530 saylı abonent hesabına hesablanmış 432 (dörd yüz otuz iki) manat məbləğində borc pul onun abonent hesabından silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rahim Həsənov
Məhkəmə qərarları › İş №2(027)-657/2023
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-657/2023
06.04.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver