Məhkəmə qərarları › İş №2(027)-663/2021

Quba Rayon Məhkəməsi Qərardad — İş №2(027)-663/2021

19.04.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Quba şəhəri İş № 2(027)-663/2021 19.04.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, İddiaçı və cavabdeh Cavabdeh nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh “Cavabdeh ASC tərəfindən atası X2 məxsus **********02630 saylı abonent kodu üzrə hesablanmış 3090 (üç min doxsan) manat məbləğində borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşə məhkəmə iclasında baxılarkən İddiaçı Quba rayonu, Barlı kəndində atasına məxsus evdə yaşadığını, atasının xx xxxxxx 2020-ci il tarixdə vəfat etdiyini, atasının adına **********02630 abonent kodlu sayğac quraşdırıldığını, həmin sayğacda ödənilməyən 3090 manat qaz borcu qaldığını, həmin borcun vaxtı keçən borc olduğunu bildirərək, cavabdeh “Cavabdeh ASC tərəfindən atası X2 məxsus **********02630 saylı abonent kodu üzrə hesablanmış 3090 manat məbləğində borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi X3 iddia tələbini qəbul etməyərək, bildirmişdir ki, iddia tələbi əsassızdır. Belə ki, İddiaçı Cavabdeh ilə qazdan istifadəyə dair müqaviləsi yoxdur, müqavilə Cavabdeh ilə iddiaçının mərhum atası, evin mülkiyyətçisi olmuş X4 arasında bağlanmışdır. İddiaçı atasının vəfatından sonra vərəsəlik haqqında şəhadətnamə almamışdır. Hesab edir ki, iddiaçının iddia vermək səlahiyyəti yoxdur. Ona görə də iddia ərizəsinin baxılmamış saxlanmasını xahiş edir. İş materiallarında olan xx.xx.2020-ci il tarixdə verilmiş AZ-İİ seriyalı, 075926 №-li ölüm haqqında şəhadətnamədən görünür ki, X4 xx.xx.2020-ci il tarixdə ölmüşdür. Azərbaycan Respublikası MPM-nin 259.0.3-cü maddəsinə əsasən ərizə imzalanmadıqda, yaxud buna səlahiyyəti olmayan şəxs və vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalandıqda məhkəmə ərizəni baxılmamış saxlayır. Ona görə də məhkəmə hesab edir ki, İddiaçı Cavabdehnə qarşı borcun silinməsi tələbinə dair ərizəsi baxılmamış saxlanılmalı və ərizənin baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxsin ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etmək hüququ izah edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 259-260, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Cavabdehnə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddia ərizəsinin baxılmamış saxlanılması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxsin ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etmək hüququ izah edilsin. Qərardaddan 10 gün müddətində Quba Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Vüqar Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar