Məhkəmə qərarları › İş №2(027)-665/2024

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-665/2024

02.04.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-665/2024 02.04.2024 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, Məhkəmə iclas katibi Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, İddiaçı vəkili və səlahiyyətli nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı Cavabdeh İB-yə qarşı Cavabdeh İB-yə qarşı tələbnamənin ləğvi və həmin tələbnamə əsasında hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı cavabdeh «Azəriqaz” İB-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İB-nin Xaçmaz RQİİ-nin Quba XS-nin əməkdaşlarının tərtib etdiyi 14 fevral 2023-cü il tarixli, ******* saylı AKT-ın etibarsız hesab edilməsinə, bu akt əsasında tərtib olunmuş 28 fevral 2023-ü il tarixli Dəymiş ziyanın bərpasına dair tələbnamə AKTlarının qərarların ləğv olunması və onlar əsasında hesablanmış 1555,20 AZN pulun ona məxsus abonent hesabından silinməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı nümayəndəsi Nümayəndə AR MPM-nin 53-cü maddəsinə əsasən iddia tələbinin həcmini azaldılmasına dair ərizə ilə müraciət edərək, Cavabdeh İB-nin Xaçmaz RQİİ-nin Quba XS-nin əməkdaşlarının tərtib etdiyi 14 fevral 2023-cü il tarixli, ******* saylı AKT əsasında ona məxsus mənzilin **********00671 saylı abonent kodu üzərində hesablanmış 1555,20 AZN məbləğində borc pulun abonent bazasından silinməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 53-cü maddəsinə əsasən iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ******* saylı AKT-ın və onun əsasında Dəymiş ziyanın bərpasına dair Tələbnamə yazılan ünvanda həyat yoldaşı ilə bir yerdə yaşayırlar. "Azəriqaz” İB, X2 İstismar İdarəsinin (Xaçmaz RQİİ) Quba Xidmət Sahəsinin (Quba XS) əməkdaşları 14 fevral 2023-cü il tarixində ona məxsus olan ünvan 2 ünvanında yerləşən evlərində, istifadədə an qaz sayğacı üçün ******* saylı “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” AKT tərtib ediblər. Belə ki, 23 yanvar 2023-cü il tarixində səhər evdən çıxdığı zaman evinin çöl divarına quraşdırılmış, üzərində heç bir qoruyucu qapağı olmayan qaz sayğacının üzərinə qalın buz düşərək sındırdığını görmüşdür. Dərhal Azəriqaz” İB, X2 İstismar İdarəsinin (Xaçmaz RQİİ) Quba Xidmət Sahəsinin (Quba XS) əməkdaşlarına məlumat verdi. Ondan sonra da Quba RİHB-nm Quba şəhər İƏD-nə müraciət edərək baş vermiş olan qəzanı AKT tərtib edərək rəsmiləşdirdilər. 24 yanvar 2023-cü il tarixində Cavabdeh İB, X2 İstismar İdarəsinin (Xaçmaz RQİİ) Quba Xidmət Sahəsinin (Quba XS) əməkdaşları onların müraciətləri əsasında (qaz sayğacının üzərinə buz parçaları düşərək onu yararsız hala salmışdır) yaşadığları ünvan 2 ünvanında yerləşən mənzilimizə gələrək “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” ******* saylı AKT yazırlar. Cavabdeh İB, X2 İstismar İdarəsinin (Xaçmaz RQİİ) Quba Xidmət Sahəsinin (Quba XS) əməkdaşları ******* saylı AKT-ı yazdıqları zaman Quba şəhər İƏD-si tərəfindən tərtib edilmiş AKT-ın da bir surətini götürərək “narahat olmayın, bu işdə Sizin günahınız yoxdur” deyərək çıxıb getdilər. 24 yanvar 2023-cü il tarixli, ******* saylı “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” AKT-da istifadədə olan G4 markalı, 12628829 saylı sayğacı xəttən ayıraraq əvəzinə Zinner tipli, G4 markalı **********5 saylı sayğacla əvəz edilmiş və çıxarılan sayğacın üzərində olan 10947859 saylı plomb qırılmış, əvəzində yeni sayğaca 13631741 saylı plomb vurulmuşdur. Sayğacın dəyişdirilməsinə səbəb olaraq ƏVƏZETMƏ qeydi aparılmış və digər qeydlərdə isə sayğacın ekranının (hesablama mexanizminin plastmas qapağının) üzərinə buz düşməsi nəticəsində hesablama mexanizminin plastmas qapağının aşkar edilmədiyi qeyd edilmişdir. Əvəzetmə prosesindən sonra 2023-cü ilin dekabr ayında istifadə edilən qazın dəyərinin ödənilməsi üçün bildiriş təqdim ediləndə bildirişin üzərində 1555,20 manat əlavə borcu var. Bu bildirişə qədər bizə heç bir zaman borc bildirişində onlar əlavə 1555,20 manat borcları olduğunu bildirən qəbz və ya başqa rəsmi xəbərdarlıq verilməmişdir. Bu səbəbdən də onlar bu məsələni indi məhkəmə qaydasında mübahisələndirməli olmuşlar. Bu borcun hardan və necə yaranmasını araşdırdığları zaman ona məlum oldu ki, Cavabdeh İB, X2 İstismar İdarəsinin (Xaçmaz RQİİ) Quba Xidmət Sahəsinin (Quba XS) əməkdaşları üzərinə buz parçası düşərək yararsız hala salınmış qaz sayğacının yenisi ilə əvəz edilməsi üçün tərtib edilmiş 24 yanvar 2023-cü il tarixli ******* saylı AKT-dan sonra 14 fevral 2023-cü il tarixində ailələrinə məxsus olan ünvan 3 ünvanında yerləşən evlərində, istifadədə olan qaz sayğacı üçün ******* saylı “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” AKT tərtib ediblər və həmin AKT əsasında da 1555,20 manat dəyərində borc hesablayaraq Abonent bazasına işləyiblər. Bu cərimənin araşdırması zamanı bəlli oldu ki, Cavabdeh İB, X2 İstismar İdarəsinin (Xaçmaz RQİİ) Quba Xidmət Sahəsinin (Quba XS) əməkdaşları 14 fevral 2023-cü il tarixində “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* saylı AKT yazmışlar. AKT-ın qeyd hissəsində “ARDNŞ-nın Azəriqaz İB-nin qaz sayğacının yoxlanılması 13 fevral 2023-cü il tarixli, MSK - 14-2-2/3-5-1286-1saylı rəyinə əsasən 12628829 N-li ...sayğacın plastmas qapağı, zavod qurğuşun plombu, hesablayıcı mexanizmi və zavod nömrəsi olan lövhə gövdənin üzərində aşkar olunmadı. Sayğac istismara yararsızdır ” kimi bir cümlə qeydi yazmışdılar. Qeyd edir ki, 24 yanvar 2023-cü il tarixli, ******* saylı “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” AKT-da istifadədə olan G4 markalı, 12628829 saylı sayğacı xəttən ayıraraq əvəzinə Zinner tipli, G4 markalı **********5 saylı sayğacla əvəz edilmiş və çıxarılan sayğacın üzərində olan 10947859 saylı plomb qırılmış, əvəzində yeni sayğaca 13631741 saylı plomb vurulmuşdur. Sayğacın dəyişdirilməsinə səbəb olaraq ƏVƏZETMƏ qeydi aparılmaqla əsas səbəb isə “sayğacın ekranının (hesablama mexanizminin plastmas qapağının) üzərinə buz düşməsi nəticəsində hesablama mexanizminin plastmas qapağının aşkar edilmədiyi” qeyd edilmişdir. Bu fakt yetərlidir ki, Cavabdeh İB, X2 İstismar İdarəsinin (Xaçmaz RQİİ) Quba Xidmət Sahəsinin (Quba XS) əməkdaşları 14 fevral 2023-cü il tarixində “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* saylı AKT- ı tərtib edənlər və imzalayan şəxslər qərəzli mövqe tutmuşlar və onun istehlakçı hüquqları tam şəkildə pozulmuşdur. “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 14 fevral 2023-cü il tarixində ******* saylı AKT da qeyd olunan "... 12628829 N-li ...sayğacın plastmas qapağı, zavod qurğuşun plombu, hesablayıcı mexanizmi və zavod nömrəsi olan lövhə gövdənin üzərində aşkar olunmadı. Sayğac istismara yararsızdır ” nöqsanı ümumiyyətlə absurddur. Çünki, sayğac istifadə edilən xəttən açıldığı zaman, yəni - “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” AKT-da da Cavabdeh İB, X2 İstismar İdarəsinin (Xaçmaz RQİİ) Quba Xidmət Sahəsinin (Quba XS) əməkdaşları sayğacın çıxarılma səbəbini əvəzetmə olaraq və sayğacın ekranının (hesablama mexanizminin plastmas qapağının) üzərinə buz düşməsi nəticəsində hesablama mexanizminin plastmas qapağının aşkar edilmədiyi” qeydini etmişdilər. Bu da onu deməyə əsas verir ki, Cavabdeh İB, X2 İtismar İdarəsinin (Xaçmaz RQİİ) Quba Xidmət Sahəsinin (Quba XS) əməkdaşları 14 fevral 2023-cü il tarixində “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 03" - AKT əsasında 28 fevral 2023-cü il tarixində tərtib edilən “Dəymiş ziyanın bərpasrsına dair” tələbnamə” də qanunsuzdur, ləğv edilməlidir. Bundan başqa Cavabdeh İB, X2 İstismar İdarəsinin (Xaçmaz RQİİ) Quba Xidmət Sahəsinin (Quba XS) əməkdaşları 14 fevral 2023-cü il tarixində “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* saylı AKT-a istinad edilərək 28 fevral 2023-cü il tarixində tərtib edilən “Dəymiş ziyanın bərpasına dair tələbnamə” də hesablanma metodu düzgün aparılmayıb. Belə ki, o və həyat yoldaşı 10 ilə yaxın bir müddətdir yuxarıda qeyd edilən ünvanda tək yaşayırlar. Lakin 14 fevral 2023-cü il tarixində “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* saylı AKT-a istinad edilərək 28 fevral 2023- cü il tarixində tərtib edilən “Dəymiş ziyanın bərpasına dair tələbnamə” də ailə üzvləri 4 (dörd) nəfər qeyd edilmişdir. Sayğaca onlar tərəfindən hər hansı bir müdaxilə edilmiş olsaydı niyə ******* saylı akt tərtib olunduğu zaman sayğacın üzərində müdaxilə olunması barəsində qeyd aparılmayıb. Axı qaz sayğacı xəttə bağlandığı zaman onun giriş və çıxışına bir ədəd tros plomb vurulur ki, kənardan onları açan olmasın; Sayğaca onlar tərəfindən hər hansı bir müdaxilə edilmiş olsaydı niyə Quba RİHB-nm Quba şəhər İƏD-nin nümayəndələrinin iştirakı ilə AKT tərtib edilirdi; Quba XS-in əməkdaşları tərəfindən həmin sayğaca mütəmadi olaraq baxış keçirilib. Bu o deməkdir ki, həmin sayğac qaz xəttinin üzərinə quraşdırıldıqdan sonra kənardan heç bir müdaxilə görməmişdir; Sayğaca onlar tərəfdən müdaxilə edilməsi faktını təsdiq edən heç bir fakt yoxdur. Göstərilən sayğac İstehlakçıya məxsus ərazidə deyil, küçədə quraşdırılmışdır və bir başa olaraq onun qorunması abonentin yox, Qaz paylayıcının səlahiyyətlərinə aiddir; Vicdanlı istehlakçı olaraq evdə yaşadığları dövrdə mütəmadi halda sərfıyyata görə pul ödəmiş, bu sərfiyyatları da mövsümə görə daim dəyişkən olmuşdur. Xaçmaz RQİİ-ni Quba XS-nin əməkdaşları tərəfindən həmin sayğaca mütəmadi olaraq baxış keçirilib və nəzarət olunub; Beləliklə, hesab edir ki, Xaçmaz RQİİnin Quba XS-nin əməkdaşlarının tərtib etdiyi 14 fevral 2023-cü il tarixli, ******* saylı AKT və bu akt əsasında tərtib olunan “Dəymiş ziyanın bərpasına dair tələbnamə” AKT-ı etibarsız və əsassızdır, ləğv olunmalıdır. Məhkəmə iclasında İddiaçı nümayəndəsi Nümayəndə iddianı müdafiə edərək, iddia ərizəsində yazılanlara uyğun izahat vermiş və bildirmişdir ki, sayğac küçədə yerləşir, sayğacın üzərinə buz parşaları düşərək onu yararsız hala salmışdır. Akt üzrə hesablanmış borc əsassızdır. Göstərilənləri nəzərə alaraq, iddianın təmin olunmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh «Azəriqaz” İB-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə hər hansı məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğu üçün təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Quba şəhər İƏD üzrə nümayəndəsinin 23 yanvar 2023-cü il tarixdə-ünvan 4 ünvanın sahibi İddiaçı və “Təmiz Quba” MKTB-nin rəis müavini Nurlan Pirimov tərəfindən tərtib edilmiş aktdan görünür ki, ünvan 6 ünvannda yaşayan İddiaçı müraciətinə əsasən 29 yanvar tarixində tərəflərindən ünvana baxış keçirilmişdir. Həqiqətən də damdan düşən buz parçası vətəndaşın qaz sayğacını sındıraraq yararsız hala salmışdır; “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” xx.xx.2023-cü il tarixli, ******* nömrəli aktdan görünür ki, Quba şəhəri, Əliqulu Nərimanov küçəsində yerləşən, İddiaçı məxsus fərdi yaşayış evində 12628829 nömrəli sayğac çıxarılmış və əvəzində **********5 nömrəli sayğac quraşdırılmışdır; Xaçmaz RQİİ-nin xx.xx.2023-cü il tarixli, ******* saylı təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktın surətindən görünür ki, Quba şəhəri, Əliqulu Nərimanov küçəsində yerləşən,İddiaçı məxsus fərdi yaşayış evində quraşdırılmış qaz sayğacına AR DNŞ-nin «Azəriqaz” İB-nin qaz sayğacının yoxlanılması: AKTN-MSK-14-2- 2/3-5-1286-1 saylı rəyinə əsasən 12628829 saylı sayğaca ümumi baxış keçirilmiş, sayğacın nömrəsi Xaçmaz RQİ-nin möhürlü kağızına əsasən yazıldı. Sayğacın plasmas qapağının zavod qurğuşun plombu hesablayıcı mexanizmi və zavod nömrəsi olan lövhə gövdənin üzərində aşkar olunmaması, sayğacın istismara yararsız olması dəymiş ziyanın hesablanması və ödənilməsi qeyd olunmuşdur. -X1 28 fevral 2023-cü il tarixli “dəymiş ziyanın bərpasına dair” tələbnamənin surətindən müəyyən olunur ki, İddiaçı məxsus Quba şəhəri, Əliqulu Nərimanov küçəsində yerləşən fərdi yaşayış evində quraşdırılmış sayğacda hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabatın aparılması və hesablanmış məbləğin cəmi 12960 m3 (12960 m3 x 0,12= 1555,20 manat) olaraq ödənilməsi qərara alınmış, qərarın verilməsi üçün əsas xx.xx.2023-cü il tarixli, ******* saylı akt olmuşdur; **********00671 kodlu abonentin saldosundan görünür ki, abonent İddiaçı müdəmadi olaraq aktiv şəkildə qazdan istifadə etmiş və istifadə etdiyi qaza görə ödəniş etmiş, 2023cü il üçün 1555,20 manat borc kimi qalıq və akt əsasında hesablanmış cərimə borcudur. Beləliklə, məhkəmə iclasında işin halları ilə müəyyən edilmişdir ki, iddiaçının yaşadığı ünvanda qaz sayğacı dəyişdirilərək, yenisi ilə əvəz edilmişdir. Sayğacın dəyişdirilməsi zamanı tərtib edilmiş “qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” ******* nömrəli aktda sayğacın dəyişdirilməsinin səbəbi kimi, əvəzetmə qeyd olunmuşdur. Halbuki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 nömrəli 12 may 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın: 4.2-ci bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir; 4.6-cı bəndinə əsasən, qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır; 4.7-ci bəndinə əsasən, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır; 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar; 4.9-cu bəndinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçı tərəfindən qaz sayğacına müdaxilə edilməsi faktını təsdiq edən sübutlar məhkəməyə təqdim edilmədiyindən cavabdeh tərəfindən iddiaçı barəsində qazdan istifadə qaydalarının pozulmasına dair tərtib edilmiş akt əsaslı ola bilməz. Sayğaca müdaxilənin iddiaçı tərəfindən edildiyi sübut olunmadığına görə həmin aktlara əsasən hesablanmış 1555,20 (bir min beş yüz əlli beş manat, iyirmi qəpik) manat məbləğində pulun iddiaçıdan alınması da əsassız olmuşdur. İşin müəyyən edilmiş hallarından göründüyü kimi, qaz sayğacı iddiaçının cavabdehliyi sərhəddində quraşdırılmamışdır. Bilavasitə iddiaçı tərəfindən sayğaca hər hansı müdaxilə edilməsi, iddiaçının təqsirli hərəkət və hərəkətsizliyi nəticəsində sayğacın zədələnməsi müəyyən edilmədiyi halda, iddiaçıya əsassız olaraq 1555,20 (bir min beş yüz əlli beş manat, iyirmi qəpik) manat məbləğində əlavə sərfiyyat hesablanmışdır. Belə ki, qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi iddiaçı deyil, cavabdeh özü daşıdığından, o cümlədən, iddiaçının təqsiri müəyyən edilmədiyindən, habelə zədələnmiş qaz sayğacının təmir olunması, həmin sayğacın dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi cavabdeh tərəfindən həyata keçirilməli olduğundan, cavabdeh dəyişdirilmiş qaz sayğacının dəyərinin iddiaçı tərəfindən ödənilməsini tələb edə bilməz. Beləliklə, şərh olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilərək, "Azəriqaz" İB-nin əməkdaşları tərəfindən xx.xx.2023-cü il tarixli, ******* saylı akt əsasında tərtib olunmuş 28 fevral 2023-cü il tarixli tələbnamə ləğv edilməli, həmin tələbnaməyə əsasən hesablanmış 1555,20 (bir min beş yüz əlli beş manat, iyirmi qəpik) manat məbləğində borc İddiaçı **********00671 saylı abonent hesabından silinməlidir. Məhkəmə həmçinin hesab edir ki, məhkəmə xərcinə daxil olan dövlət rüsumu da cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun: 8.1.1-ci madəsinə əsasən, məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 1000 (bir min) manatadək olduqda 30 (otuz) manat məbləğində dövlət rüsumu tutulur; 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar; 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövtət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, 30 (otuz) manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 1555,20-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddia təmin edilsin. Cavabdeh əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli, ******* saylı akt əsasında tərtib olunmuş 28 fevral 2023-cü il tarixli tələbnamə ləğv edilsin, həmin tələbnaməyə əsasən hesablanmış 1555,20 (bir min beş yüz əlli beş manat, iyirmi qəpik) manat məbləğində borc İddiaçı **********00671 saylı abonent hesabından silinsin. 30 (otuz) manat məbləğində dövlət rüsumu «Azəriqaz” İB-dən alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Vüqar Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar