Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-667/2021 21.04.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov İlqar Aslan oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi ilə, İddiaçı nümayəndəsi və vəkili X2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 Aliqusatoviçə, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında X6 Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə və Cavabdeh3nə qarşı bağlanmış alqı-satqı əqdininin və onun əsasında verilmiş çıxarışın etibarsız hesab edilməsi tələbinə dair iddiası üzrə mülki işə Quba Rayon Məhkəməsi binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 Aliqusatoviçə, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında X6 Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə və Cavabdeh3nə qarşı iddia ərizəsi ilə müraciət edərək, onunla Cavabdeh1 Aliqıışatoviç arasında Quba rayon Notariat Kontorunda bağlanmış xx.xx.2014-cü il tarixli reyestrdə 4ƏH972 sayla qeyd edilmiş, AN-1 ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsi və onun əsasında Cavabdeh1 Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş RX seriyalı ******* saylı çıxarışın etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə İddiaçı nümayəndəsi və vəkili X7 iddia tələbini müdafiə edərək bildirdi ki, Quba rayonu Aşağı-Atuc kəndində 0,16 ha torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evi iddiaçı M. Musayevə məxsus olmuşdur. O, Rusiya Federasiyasında alverlə məşğul olub. Cavabdehi uzun illər tanıyıb. Sonuncu dəfə 2012-ci ildə Rusiya Federasiyasına satmaq məqsədilə meyvə aparıb. Meyvəni alanda bağ sahiblərinə pulunu satandan sonra verəcəyini deyib və meyvə sahibləri bununla razılaşıblar. Lakin Rusiya Federasiyasına meyvəni apardıqdan sonra, onu vaxtında sata bilmədiyinə görə, meyvənin əksər hissəsi çürüyüb xarab olub, bir hissəsini isə dəyər-dəyməzinə satıb. Nəticədə geri Azərbaycana qayıdan zaman bağ sahiblərinə mütləq pul verəcəyi üçün uzun illər tanıdığı Cavabdeh1 borca pul alıb. İddiaçı M. Musayevin Cavabdehlə şərti ondan ibarət olub ki, o növbəti il Rusiya Federasiyasına meyvə satmağa gələndə onun borcunu qaytaracağını deyib. Lakin sərhəddə problemlər olduğu üçün İddiaçı Rusiya Federasiyasına meyvə apara bilməyib və Cavabdeh1 borcun əvəzinə evini alqı-satqı müqaviləsi ilə rəsmiləşdirmək barədə fikirini deyib. Razılaşmaya əsasən M. Musayev cavabdehə olan borcunu qaytaran kimi cavbdeh də əvəzində evi ona qaytarmalı idi. Bu məqsədlə M. Musayev hazırkı mübahisəli evini və torpaq sahəsini 2014-cü ildə cavabdehin adına rəsmiləşdirib. Bundan bir il sonra o cavabdehin borcunu qaytarıb, cavabdeh notariat kontoruna gələrək ona olan borcunun qaytarılması, həmin evin geri qaytarılması ilə bağlı razılıq verib. Hətta cavabdehin arvadı X5 da evin qaytarılmasına etirazı olmadığını bildirməsi barədə notariat kontorunda ərizə verib. Lakin 2016-cı ildə xəstə olduğu üçün məhkəməyə iddia ilə müraciət edə bilməyib. Göründüyü kimi cavabdehlə M. Musayev arasında ona məxsus evin satılmasına dair bağlanmış alqı-satqı müqaviləsi görünüş üçün bağlanmış bir əqddir. Göstərilənləri nəzərə alaraq, onunla Cavabdeh1 Aliqıışatoviç arasında Quba rayon Notariat Kontorunda bağlanmış xx.xx.2014-cü il tarixli reyestrdə 4ƏH972 sayla qeyd edilmiş, AN-1 ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsi və onun əsasında Cavabdeh1 Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş RX seriyalı ******* saylı çıxarışın etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İş üzrə cavabdehlər Cavabdeh1 Aliqusatoviçə, İqtisadiyyat Nazirliyi yanında X6 Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə və Cavabdeh3nə qanunla müəyyən edilmiş qaydada məhkəmənin yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri haqqında məlumat verməmişlər. İddiacı İddiaçı nümayəndəsi və vəkili X7 yazılı formada müraciət edərək, işə qiyabi icraat qaydasında baxılmasına etiraz etmədiyini məhkəməyə bildirmişdir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 238-ci maddəsinə əsasən işə qiyabi icraat qaydasında baxılmalıdır. Məhkəmə İddiaçı nümayəndəsi və vəkili X3 dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, aşağıdakılara əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan RX seriyalı, ******* nömrəli Çıxarışın surətindən görünür ki, Quba rayonu, Aşağı Atuc kəndində yerləşən 0,16 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 97.4 kv,metr yaşayış sahəasi 57, 3 kv. metr, yardımçı sahə 40.1 kv.metr olan, 1 mərtəbəli, 3 otaqlı yaşayış evi mülkiyyət hüququ əsasında Cavabdeh1 Aliqusatoviçə verilmişdir. İş materiallarında olan xx.xx.2016-cı ildə notaral qaydada təsdiq olunmuş barışıq sazışinin surətindən məlum olur ki, Cavabdeh1 Aliqusatoviç xx.xx.2014-cü il tarixdə 4Ə/1972 reyestrlə təsdiq edilmiş alqı satqı müqaviləsi əsasında aldığı və satıcı İddiaçı mülkiyyətində olan (Çıxarış 0523539) yaşayış evinin və torpaq sahəsinin satıcı İddiaçı geri qaytarılmasına və daşınmaz Əmlakın dövlət reyestrində evin və onun yerləşdiyi torpaq sahəsini İddiaçı adına qeydə alınmasına razılığ verib. İş materiallarında olan X5 tərəfindən verilmiş və notarial qaydada təsdiq edilmiş ərizədə məlum olur ki, X1 Anatoliy Aliqusatoviçə məxsus olan Quba rayonu, Aşağı Atuc kəndində yerləşən fərdi yaşayış evinin satılmasına, bağışlanmasına və dəyişdirilməsinə etraz etmir. İş materiallarında olan xx.xx.2016-cı il tarixli notarial qaydada təsdiq edilmiş ərizənin surətindən məlum olur ki, Cavabdeh1 Aliqusatoviç ******* Çıxarışa əsasən İddiaçı məxsus Quba rayonu, Aşağı Atuc kəndində yerləşən 0,16 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 97.4 mkv, yaşayış sahəasi 57, 3 mkv, yardımçı sahə 40.1 mkv olan, 1 mərtəbəli, 3 otaqlı yaşayış evinin 10 000 manata Rusiya Federasiyasının vətəndaşı Cavabdeh1 Aliqusatoviçə satılması barədə müqaviləninvə onun hüquqi nəticələrinin etibarsız hesab edilməsinə dair qətnamə çıxarılmasını, notarial qaydada təsdiq edilmiş barışıq sazişinin təsdiq olunması barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 19-cu maddəsinə əsasən dövlət hakimiyyəti orqanının və ya yerli özünüidarə orqanın mülki qanunvericiliyə uyğun gəlməyən, fiziki və ya hüquqi şəxsin mülki hüquqlarını və qanunla qorunan mənafelərini pozan qeyri-normativ xarakterli akt məhkəmə tərəfindən etibarsız sayıla bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Həmin Məcəllənin 337.3-cü maddəsinə əsasən, əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Həmin Məcəllənin 337.4-cü maddəsinə əsasən, etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Həmin Məcəllənin 340.2-ci maddəsinə əsasən, yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. Şərh edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, İddiaçı ilə Cavabdeh1 arasında Quba rayon Notariat Kontorunda bağlanmış xx.xx.2014-cü il tarixli reyestrdə 4ƏH972 sayla qeyd edilmiş, AN-1 ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsi və onun əsasında Cavabdeh1 Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş RX seriyalı ******* saylı çıxarışın etibarsız hesab edilməlıdir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən isə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlara istinad etməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 238-244, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin edilsin. İddiaçı ilə Cavabdeh1 Aliqusatoviç arasında Quba rayon notariat kontorunda bağlanmış xx.xx.2014-cü il tarixli reyestrdə 4Ə/1972 sayla qeyd edilmiş, AN-1 ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsi və onun əsasında Cavabdeh1 Aliqusatoviçə Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş RX seriyalı ******* saylı çıxarış etibarsız hesab edilsin. Cavabdehlər Cavabdeh1 Aliqusatoviç, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında X6 Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsi və Cavabdeh3 qətnamənin surətini aldıqdan sonra, 10 (on) gün müddətinə həmin qətnamənin ləğvi üçün Quba Rayon Məhkəməsinə ərizə verə bilər. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqar Məmmədov
Məhkəmə qərarları › İş №2(027)-667/2021
Quba Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(027)-667/2021
21.04.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver